Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2810/2017 02.06.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 02 şəhəri iyun 2017-ci il İŞ № 2(102)-2810/2017 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, nümayəndəsi və vəkili Xnun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2016-cı il tarixli, 2(103)-9402/2016 saylı qətnaməsindən İddiaçı və vəkili Xnun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 31 avqust 2016- cı il tarixli, 2(005)12/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim K.F.Əmirxanova) İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh (bundan sonra cavabdeh) və X3 qarşı “borcun, ona hesablanmış cərimənin, dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2016-cı il tarixli, 2(103)9402/2016 saylı qətnaməsi ilə (hakimlər X.B.Məhərrəmova sədrlik edən, məruzəçi, V.T.Həsənov və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili A.O.Məmmədov qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “borcun, ona hesablanmış cərimənin, dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki,26 sentyabr 2008-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasəntəsisçisi olduğu “X2” şəxsi kiçik müəssisəsindəki payını və müəssisənin istifadəsində olan 15 fevral 1989-cu il tarixli, 1/14 saylı sərəncamla ayrılmış 192,54 ha torpaq sahəsinin üzərində olan tikililəri 1.350.000 manata cavabdehə satmışdır.27 dekabr 2008-ci il tarixdə cavabbehlə arasında ilkin alqı-satqı müqaviləsinin ləğvi haqqında saziş bağlanmışdır. Bu sazişləilkin alqı-satqı müqaviləsinin ləğv olunması razılaşdırılmış, habelə həmin müqavilə üzrə ödənilmiş 50.000 manatpulun cavabdehə geri qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin 2 7 dekabr 2008-ci il tarixdə cavabdehlə arasında sözügedən müəssisədəki payının alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən qeyd olunan müəssisəsindəki 100 faizlik payını 10.000 manat müqabilində cavabdehə satmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2010-cu il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı 27 dekabr 2008-ci il tarixli müəssisədəki payın alqı-satqısı dair müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmiş və həmin qətnamə ilə müəyən edilmişdir ki, cavabdehlə arasında 26 sentyabr 2008-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv olunması haqqında 27 dekabr 2008-ci tarixli saziş və həmin tarixli müəssisədəki payın alqı-satqısına dair müqaviləolsa da, əslində onlar 6 sentyabr 2008-ci il tarixli müqavilə üzrə üzərlərinə gö türdükləri öhdəlikləri yerinə yetirmişlər. Belə ki, 26 sentyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh 1.350.000 manat puldan 138.500 manat pulu nağd şəkildə, eləcə də“xxxx” MTK-dan 444.450 manat, “xxxx” MTK-dən 639.600 manat dəyərində yaşayış və qeyriyaşayış sahələrinıadına rəsmiləşdirərək ona vermişdir. Daha sonra həmin qətnamə ilə müəyyən edilmişdir ki, 26 sentyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehə satdığı əmlakın qiyməti olan1.350.000 manat puldan ona cəm1.222.550 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə qalan 127.450 manat pul cavabdeh tərəfindən ona ödənilməmiş və müxtəlif bəhanələr gətirərək borcuödəməkdən yayınmışdır. Ona görə də 127.450 manatpulun, eləcə də öhdəliyin icra edilmədiyi müddət üçün 26 sentyabr 2008-ci il tarixdən başlayaraq bu p ulunona ödəniləcəyi tarixədək 127.450 manat pula gündəlik 0,1 faizi məbləğində cərimə hesablanaraq, öhdəliyin icra edilmədiyi müddət üçün əldən çıxmış faydaya görə 26 sentyabr 2008-ci il tarixdən başlayaraq bu pulun ona ödəniləcəyi tarixədək 127.450 manat pula illik 30 faiz hesablamaq şərti ilə 2015-ci ildə baş vermiş 100 faiz devolvasiya nəticəsində vurulmuş zərərə görə əlavə olaraq 127.450 manat pulun və 50.000 manatcərimənin cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin fakt iki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, nümayəndəsi və vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdehlər Cavabdeh və X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesa b etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməməsinə, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 465.2-ci maddələrinin, həmçinin MPM-nin 14.2, 77.1, 81, 88, 217.4, 372.6 və 384.0.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,26 sentyabr 2008-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən iddiaçı “X2”kiçik müəssisəsindəki payını və müəssisənin istifadəsində olan 15 fevral 1989-cu il tarixli, 1/14 saylı sərəncamla verilmiş 192,54 ha torpaq sahəsi üzərində olan tikililəri 1.350.000 manata cavabdehin mülkiyyətinə verməyi öhdəsinə götürmüş və müqavilənin şərtlərinə görə cavabdeh qeyd olunan məbləğin 50.000manatını iddiaçıya ödəmiş, qalan 700.000 manatı 12 ay müddətində iddiaçıya öhdəməyi, Bakı şəhərində 600.000 manat dəyərində mənzilə dair iddiaçı ilə müqavilə bağlamağı öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin şərtlərinə görə 700.000 manat pul vəsaiti 12 ay müddətində cavabdeh tərəfindən täm ödənildikdən sonra iddiaçı payın alqı-satqısını həyata keçirməyiöz öhdəsinə götürmüşdür. Lakin bundan sonra tərəflər arasında 27 dekabr 2008ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğvi haqqında saziş bağlanmış və sazişin şərtlərinə görə 26 sentyabr 2008-ci il tarixli ilkin alqı-satqı müqaviləsi “X2” şəxsi kiçik müəssisəsindəki payınvə müəssisənin stifadəsində olan 15 fevral 1989-cu il tarixli, 1/14 saylı Sərəncamla verilmiş 192,54 ha torpaq sahəsinin üzərində olan tikililərin özəlləşdirilməsi mümkün olmadığı üçün tərəflərin 27 dekabr 2008-ci il tarixliərizələrinə əsasən ləğv edilmişdir. Sazişin şərtlərinə uyğun olaraq iddiaçı ilkin alqı-satqı müqaviləsi üzrə aldığı 50.000 man a pulu cavabdehə qaytarmışdır. Daha sonra işdən görünür ki, 27 dekabr 2008-ci il tarixli “müəssisədəki payın alqı-satqısına dair” müqaviləyə əsasən iddiaçı “X2” şəxsi kiçik müəssisəsindəki 100 faizlik payını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə payı qəbul edib müqavilədə şərtləndirilmiş 10.000 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 01 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən “xxxx” MTK-i ünvan 1 ünvanda inşa edilmiş yaşayış kompleksinin 3-cü blok 4-cü mərtəbəsində yerləşən, 3-otaqlı, sahəsi 134,5 kv.metr olan 522-ci mənzili iddiaçının mülkiyyətinə verilmiş, sonuncu isə 01 noyabr 2008-ci il tarixli kassa mədaxil orderinə əsasən 76.800 manat pay haqqını “xxxx” MTK-nə ödəmişdir. 01 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən “xxxx”MTK-i ünvan 2 ünvanda inşa edilmiş yaş ayış kompleksinin 5-ci blok 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 134,5kv.metr olan 380-cı mənzili iddiaçının mülkiyyətinə vermiş, sonuncu isə 01 noyabr 2008-ci il tarixli kassa mədaxil orderinə əsasən 76.800 manat pay haqqını “xxxx” MTK-nə ödəmişdir. 01 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən “xxxx”MTK-i ünvan 2 ünvanda inşa edilmiş yaşayış kompleksinin 5-ci blok 9-cu mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 134.5 kv.metr olan386-cı mənzilini iddiaçının mülkiyyətinə vermiş, sonuncu isə 01 noyabr 2008-ci il tarixli kassa mədaxil orderinə əsasən 76.800 manat pay haqqını “xxxx” MTK-nə ödəmişdir. 01 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən “xxxx” “MTK-i ünvan 2 ünvanda inşa edilmiş sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə vermiş, sonuncu isə 01 noyab r 2008-ci il tarixli kassa mədaxil orderinə əsasən 125.000 manat pay haqqını “xxxx” MTK-nə ödəmişdir. 01 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən “xxxx” MTK-i ünvan 2 ünvanda inşa edilmiş yaşayış kompleksinin 5-ci blok 12-ci mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 134.5 kv.metr olan 404-cü mənzilini iddiaçının mülkiyyətinə vermiş, sonuncu isə 01 noyabr 2008-ci il tarixli kassa mədaxil orderinə əsasən 76.800 manat pay haqqını “xxxx” MTK-nə ödəmişdir. 2009-cu ilin iyul ayında bağlanmış müqaviləyə əsasən “xxxx”MTK-i Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllədə inşa edilmiş 3 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 153 kv.metr olan 43-cü mənzilini iddiaçının mülkiyyətinə vermiş, sonuncu isə 02 iyul 2009-cu il tarixli kassa mədaxil orderinə əsasən 639.600 manat pay haqqını “xxxx” MTK-nə ödəmişdir. İşə əlavə edilmiş 2009-cuiltarixli barışıqsazişindən görünürki, cavabdeh müqaviləyəəsasənödəniləcəkümumiməbləğin 600.000 manatdəyərindətikilməkdəolanyenihündurmərtəbəli yaşayış binasında tikilmiş hərbirinin sahəsi 134,4 kv.metr olan 4 ədəd mənzilin və sahəsi 100 kv.metr olan tamhazırolmayanqeyriyaşayışsahəsinin maliyyəmənbələrini iddiaçının adınarəsmiləşdirmişdir. Bundan başqa işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 03 dekabr 2009-cu il tarixli qətnaməsi ləğv edilərək, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Cavabdeh qarşı “müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edil məmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 18 sentyabr 2008-ci ildə 50.000manat, 30 dekabr 2008-ci ildə 10.000manat, 12 may 2009-cu ildə 4.500manat, 02 fevral 2009-cu ildə 10.000ABŞ dolları,09 yanvar 2010-cu ildə 26.000manatvə yuxarıda göstərilən 50.000manat da daxil olmaqla, cəmi138.500manat pul vəsaiti iddiaçıya verilmişdir. Göstərilənlərdən əlavə payın alqı-satqısı əvəzi olaraq 02 iyul 2009-cu il tarixdə tərtib edilmiş müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllədə “xxxx” MTK-i tərəfindəntikilmiş 3 saylı yaşayış binasının 15-ci mərtəbəsində,1) sahəsi 153 kv.metr olan 43 saylı mənzil, 2)sahəsi 202 kv.metr olan4 saylı mənzil3) sahəsi 178 kv.metr olan 45 saylı mənzil-cəmi sahəsi 533 kv.metr olan yaşayış sahəsi iddiaçının adına satılması barədə müqavilələrin rəsmiləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçi rərkən vəfələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib, sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, ilk öncəqeyd etmişdir ki, iddiaçı cavabdeh X2ya qarşı yönələn iddia tələbinin hüquqi əsasını iddia ərizəsində göstərməmiş və sonuncuya qarşı tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Daha sonra işdən görünür ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 20 10-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlarla əsaslandırmağa çalışmış və hesab etmişdir ki, həmin qətnamə ilə cavabdehin ona 1.350.000 manat ödəməsi öhdəliyi təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsində, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi budəlillə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki,tərəflər arasında 26 sentyabr 2008-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi onların ərizələrinə əsasən 27 dekabr 2008-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğvi haqqında sazişlə ləğv edilmişdir və iddiaçının iddia ərizəsində tələbinin əsası kimi istinad etdiyi 26 sentyabr 2008-ci il tarixli ilkin alqı-satqı müqaviləsi qüvvədə deyil. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2010-cu il tarixli qətnaməsi iləiddiaçının cavabdehə qarşı “müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası əsassız olduğundan təmin edilməmiş və iddiaçıyaverilmiş pul vəsaiti, daşınmaz əmlaklar nəzərə alınmışdır. Həmin qətnamə ilə tərəflər arasında bağlanmış 26 sentyabr 2008-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin qüvvədə olması faktı öz təsdiqini tapmamışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özü də etiraf edərək göstərmişdir ki,“xxxx”MTK-i tərəfindən təqdim edilmiş cəmi dəyəri 600.000 manat olan daşınmaz əmlaklar- yəni 4 ədəd mənzil və qeyri-yaşayış sahəsiborc öhdəliyinin təminatı olaraq onun tərəfindən girov kimiqəbul edilmişdir. Yuxarıda qeyd olunanlarla bir daha sübuta yetmişdir ki, iddiaçı on a verilən daşınmaz əmlakların 600.000 manat dəyərində olmasını qəbul etmiş vəbununla razılaşmışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı “127.450 manat məbləğində pulun, eləcə də öhdəliyin icra edilmədiyi müddət üçün 26 sentyabr 2008-ci il tarixdən başlayaraq bu pulun ona ödəniləcəyi tarixədək hər gün üçün 0,1 faizcərimənin hesablanaraq ödənilməsi və öhdəliyin icra edilmədiyi müddət üçün əldən çıxmış faydaya görə 26 sentyabr 2008-ci il tarixdən başlayaraq bu pulun ona ödəniləcəyi tarixədək 127.450 manat pulun illik 30 faizinin hesablanaraq ödənilməsi,2015-ci ildə baş vermiş 100 faiz devolvasiya nəticəsində vurulmuş zərərə görə 127.450 manat pulun, 50.000 manatcərimənin cavabdehlərdən tutulub ona ödənilməsi tələbinə dair iddiasınıtəm inetməməklə birinciinstansiyaməhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, cavabdehlərin ona 127.450 manat məbləğində ödənilməmiş borcunun qalmasını, cavabdehlərin təqsiri üzündən ona maddi zərər dəyməsini, əldə edəcəyi gəlirlərdən məhrum olmasını göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini k assasiya şikayətində əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazı nı əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassato run kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdiril mədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2016-cı il tarixli, 2(103)-9402/2016 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-2810/2017
Ali Məhkəmə Qərar — İş №2(102)-2810/2017
02.06.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver