Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2810/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)-11571/2018 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(010)6293/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Y.Həsənov) Bank "xxxx" ASC cavabdehlə r Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu tələbinə dair” iddiası təmin edilərək,cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 2.039,74 ABŞ dolları, faiz borcuna görə 284,76 ABŞ dolları olmaqla, cəmi 2.324,50 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilib. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)-11571/2018 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLA Rİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcu tələbinə dair” iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 19 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 25 faiz ödənilməsi şərti ilə 2.200 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2 ilə 19 may 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyib. 10 may 2016-cı il tarixə cavabdehlərin iddiaçı təşkilata ödənilməmiş 2.039,74 ABŞ dolları əsas, 284.76 ABŞ faiz borcu olmaqla, cəmi 2.324,5 ABŞ dolları kredit borcları vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qət namə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı Bank "xxxx" ASC, Cavabdeh2 vəkili Gülşən Səlimova və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdehlərin kredit, zaminlik müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmələrinə, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 500.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırı b. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 19 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 25 faiz ödənilməsi şərti ilə 2.200 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2 ilə 19 may 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyib. İddia ərizəsindən görünür ki, 10 may 2016-cı il tarixə cavabdehlərin iddiaçı təşkilata ödənilməmiş 2.039,74 ABŞ dolları əsas, 284.76 ABŞ faiz borcu olmaqla, cəmi 2.324,5 ABŞ dolları kredit borcları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qa yda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqaviləsi üzrə cavab dehlərin iddiaçı təşkilata ödənilməmiş yuxarıda göstərilmiş kredit borcunun olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddiaçı təşkilat tərəfindən Suraxanı rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş 19 iyul 2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli məhkəmə əmri üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Q anunun 20.1.5 və 20.2-ci maddələrinə əsasən xitam verilməsi xahiş olunur. Belə ki, borclular barəsində qəbul edilmiş icra sənədində göstərilən məbləğ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına əsasən restrukturizasiya edilmişdir. Göründüyü kimi iddiaçı təşkilat tərəfindən cavabdehlərdən tələb edilən kredit məbləği artıq sözügedən fərmana əsasən restrukturizasiya edilib. Lakin iddiaçı təşkilat iddia tələblərindən imtina etməsinə dair məhkəməyə ərizə verməyib və tərəflərin restrukturizasiyadan sonra hansı razılığa gəlmələri mülki iş materiallarından görünmür. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər hazırki mübah isəni icra mərhələsində iddiaçı təşkilatın icradan imtina etməsi qaydasında da həll edə bilərlər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi də lilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)-11571/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2810/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2810/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver