Məhkəmə qərarları › İş №2(102)-2810/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2810/2022

13.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2810/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X8 Əli oğluna, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, apellyasiya baxışının hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(105)-2047/2021 nömrəli qətnaməs indən cavabdehlər Cavabdeh3 oğul və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ev İddiaçı həyat yoldaşı X2 Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiyası və qiymətləndirilməsinə aid 1980-ci il tarixli pasport əsasında məxsus olmuşdur.

2. X3 və İddiaçı 27 mart 1981-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

3. X3 20 yanvar 1990-cı il tarixdə şəhid olmuşdur.

4. Abşeron Rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli şəhadətnaməsinə əsasən mübahisəli torpaq sahəsi mərhum X1 anası X5 mülkiyyətinə verilmiş, sonuncu 14 fevral 2008-ci il tarixdə torpaq sahəsini oğlu X8 Əli oğluna bağışlamışdır.

5. Abşeron Rayon Məhkəməsinin 17 iyul 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli, 249 saylı qərarına əsasən 0,25 ha torpaq sahəsinin X5 mülkiyyətinə verilməsi barədə torpağın mülkiyyətə verilməsinə dair JN-246F seriyalı 30800066 kodlu şəhadətnamənin, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorundan 4/Ə-02-234 reyestr sayla qeydə alınmış 14 fevral 2008-ci il tarixli torpaq sahəsinin bağışlamasına dair müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrində 10 iyul 2010-cu il tarixdə qeydiyyata alınmaqla X8 Əli oğlunun adına verilmiş MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çı xarışın etibarsız hesab edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2013-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 09 iyul 2013-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

7. X9 Əli oğlu 06 iyun 2012-ci il tarixli müqavilə ilə mübahisəli torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh3, 0,02 ha hissəsini isə Cavabdeh4 satmış, digər hissəsini öz mülkiyyətində saxlamışdır. Satılmış hissələrə dair Cavabdeh3 və Cavabdeh4 adlarına 05 iyul 2012-ci il tarixdə, yerdə qalan hissəyə dair X8 Əli oğlunun adına 20 iyul 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X8 Əli oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası qismən təmin edilərək, X8 Əli oğlunun adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,252 ha torpaq sahəsinə aid hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış 20 iyul 2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi, X8 Əli oğlu ilə Cavabdeh3 arasında Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindən 0,02 ha hissəsinə, Cavabdeh4 arasında 0,02 ha hissəsinə dair bağlanmış 06 iyun 2012-ci il tarixli, 4Ə-03-1062 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təm in edilməməsi qət edilmiş, Cavabdeh3 və Cavabdeh4 mübahisəli torpaq sahəsinin alqı-satqısı zamanı ödədikləri məbləğlərin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən - “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən X8 Əli oğlunun adına verilmiş 20 iyul 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, Cavabdeh3 adına 05 iyul 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli və Cavabdeh4 adına 05 iyul 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların ləğv ed ilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən X8 Əli oğlunun adına verilmiş 20 iyul 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, Cavabdeh3 adına 05 iyul 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli və Cavabdeh4 adına 05 iyul 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi, qətnamənin - “X8 Əli oğlunun adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış 20 iyul 2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqda qeyd ləğv edilsin, X8 Əli oğlu ilə Cavabdeh3 arasında Abş eron rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindən 0,02 ha hissəsinə, Cavabdeh4 arasında 0,02 ha hissəsinə dair bağlanmış 06 iyun 2012-ci il tarixli, 4Ə-03-1062 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və s.” hissəsində dəyişdirilmədən saxlanılması, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2016-cı il tarixli qərarı ilə X8 Əli oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər X8 Əli oğluna, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər X8 Əli oğlu, Cavabdeh2, Cavabdeh5 tərəfindən maneənin aradan qaldırılması, həmin torpaq sahəsindən və evdən çıxarılmaları, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan mə hkəmə aktları ilə iddiaçının və uşaqlarının mərhum X2 məxsus olmuş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə və 0,252 ha torpaq sahəsinə vərəsəlik hüquqlarının mövcud olması müəyyən olunmuşdur. Həmin ev və torpaq sahəsi üzərində cavabdehlərin sahibliyi, habelə onlar tərəfindən inşa edilmiş tikililər qanunsuzdur. Cavabdehlər həmin ev və torpaq sahəsi üzərində iddaçının mülkiyyət hüquqlarının qeydə alınmasına mane olurlar.

13. Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 nömrəli qətnaməsi ilə (hakim S.Vəkil1a) iddia təmin edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər X8 Əli oğlu, Cavabdeh2, Cavabdeh5 tərəfindən maneənin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehlər X8 Əli oğlunun, Cavabdeh2 və Cavabdeh5 çıxarılmaları, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin və torpaq sahəsinin İddiaçı qanuni sahibliyinə qaytarılması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 6, 152.1, 152.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdehlər X8 Əli oğlu və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, həmin cavabdehlərə olan iddia tələblərinin təmin edilməməsi b arədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(105)-2047/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) cavabdehlər X8 Əli oğlu və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 nömrəli qətnaməsi qismən – “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində cavabdehlər X4, Cavabdeh2, Cavabdeh5 tərəfindən olunan maneə aradan qaldırılsın” hissəsində ləğv edimiş və iddia həmin hissədə təmin edilməmiş, iddia qismən təmin edilərək qətnamə - “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsind ən cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh5 çıxarılsın, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsi boşaldılsın, fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı qanuni sahibliyinə qaytarılsın, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 6, 152.1, 152.5, 157.4, 170.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə, 47-ci maddəsinin 2 və 3-cü bənlərinə, 48-ci maddəsinin 5-ci bəndinə istinad etmiş və göstərmişdir ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması DƏDRX tərəfind ən həyata keçirilir və cavabdehlər tərəfindən həmin hərəkətlərin həyata keçirilməsini məhdudlaşdıran və ya qeyri-müəyyən edən halların mövcud olmasını təsdiq edən hər hansı bir sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iddia tələbi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması zamanı hər hansı bir ölçmə işlərinin aparılması və texniki pasportun tərtib edilməsi ilə əlaqədar nəzərdə tutulursa, iddia digər hissələrdə təmin edildiyi halda cavabdehlər tərəfindən maneənin aradan qaldırılması hissəsində iddia ərizəsinin təmin edilməsinə əsas qalmır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 birgə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(105)-2047/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14 və 77.1-ci maddələri pozulmuş, Mülki Məcəlləsinin 149.2-ci maddəsi düzgün tətbiq edilməmiş, kassatorların vicdanlı alıcılar olmaları nəzərə alınmamış, apellyasiya şikayəti üzrə ədalətli və açıq məhkəmə araşdırılması hüququ təmin edilməmişdir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Kassatorlar şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirsələr də, iş üzrə digər cavabdehlər kassasiya şikayəti vermədiklərindən və tələb bölünən olduğundan kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 aid hissələrdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 4 16.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 25. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata da ir MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

27. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddia bir neçə tələbdən ibarət olmuş və həmin tələblər ayrı-ayrılıqda müxtəlif şəxslərə qarşı yönəldilmişdir: a) mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına maneənin aradan qaldırılması - cavabdehlər X8 Əli oğluna, Cavabdeh2, Cavabdeh5 qarşı; b) həmin torpaq sahəsindən və evdən çıxarılmaları - cavabdehlər X8 Əli oğluna, Cavabdeh2, Cavabdeh5 qarşı; c) mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin sökülə rək torpaq sahəsinin boşaldılması - cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı; d) fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması – cavabdehlərin hər birinə qarşı.

28. İddia birinci instansiya məhkəməsi tərəfindən tam təmin olunmuşdur.

29. Həmin qətnamədən yalnız cavabdehlər X8 Əli oğlu, Cavabdeh2, Cavabdeh5 apellyasiya şikayəti vermiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 isə şikayət verməmişlər.

30. Buna baxmayaraq, apellyasiya məhkəməsi apellyatorlara qarşı yönəldilmiş birinci tələb üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, həmin iddianı rədd etsə də, qətnaməni qalan hissədə, o cümlədən apellyasiya şikayəti verməmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh4 yönəldilmiş tələblərin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlamışdır.

31. Bun unla da, apellyasiya məhkəməsi apellyasiya baxışının hədlərini pozaraq, apellyasiya qaydasında mübahisələndirilməyən, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tiklilərin onların hesabına sokülərək, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin həmin cavabdehlər tərəfindən iddiaçının sahibliyinə qaytarılması hissəsində də yoxlamışdır.

32. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəflərə aid hissədə də hüquqi qiymət verilmiş və nəticə olaraq hazırki kassatorların prosessual (apellyasiya şikayəti vermək) hüquqları məhdudlaşdırmışdır. 33. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair ” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadının 56-cı bəndində qeyd olunmuşdur ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının baxış hədlərindən kənara çıxmaqla yoxlanıldığını müəyyən etdiyi halda, işi həmin hissədə yeni apellyasiya baxışına göndərmədən sadəcə qətnamənin həmin hissədə ləğv edilməsi haqqında qərar qəbul etməli və şikayət vermiş tərəfə prosessual qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti vermək hüququnu izah etməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qismən t əmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(105)-2047/2021 nömrəli qətnaməsi Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 nömrəli qətnaməsinin “ünvan 1 ünvanda yerləşən 0,252 ha torpaq sahəsində cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsi boşaldılmasının, fərdi yaşayış evinin və torpaq sahəsinin həmin cavabdehlər tərəfindən İddiaçı qanuni sahibliyinə qaytarılmasının” dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mülki prosessual qanunvericiliyə uyğun olaraq Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüquqları izah ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar