Məhkəmə qərarları › İş №2(102)-2811/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2811/2024

26.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2811/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: fiziki şəxslərin törətdiyi inzibati və ya cinayət hüquq pozuntusundan irəli gələn mübahisə (real zərər), sübutların qiymətləndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)62/2024 nömrəli iş üzrə 12 mar t 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 26 avqust 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. AD seriyalı 779796 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2019-cu il buraxılışlı, “X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur; 2. “X7 Azerbaijan” Texniki Xidmət Mərkəzinin 01 fevral 2021-ci il tarixli ilkin qiymətləndirmə aktında qeyd edilmişdir ki, 2019-cu il buraxılışlı, “X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumilikdə 24380 manat məbləğində olan 43 adda ehtiyat hissələri dəyişdirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkə zinin 29 iyul 2021-ci il tarixli, 9/3925 nömrəli ekspert rəyindən görünür ki, “X7 Azerbaijan” Texniki Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 24080 manat müəyyən edilir. 3. "xxxx" QSC tərəfindən verilmiş əməliyyatın təfərrüatı adlı sənəddən görünür ki, PGU-202396 saylı sığorta aktına əsasən icbari zərər ödənişi olaraq "xxxx" ASC tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına 5000 manat nağdsız mədaxil edilmişdir. 4. 09 fevral 2022-ci il tarixli avtomobilin təmir aktında qeyd edilmişdir ki, dəyişilmiş ehtiyyat hissələrinin və xidmət haqqının dəyəri ümumilikdə 243 80 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli 9/3925 nömrəli ekspert rəyindən görünür ki, “X7 Azerbaijan” Texniki Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 24080 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19380 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın həcminin artırılması barədə ərizə verərək, Cavabdeh 24080 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 19080 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 02 avqust 2020-ci il tarixdə saat 15:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonundan Gədəbəy rayonu istiqamətində hərəkə tdə olarkən Şəmkir rayonu Çənlibel kəndinin ərazisində qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etmiş, bu zaman qarşıdan gələn “X6 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibinə, yəni İddiaçı QSC-yə maddi zərər, öz idarə etdiyi avtomaşında sərnişin olan X1 yüngül zərər yetirmişdir. Şəmkir Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 3(076)-218/2021 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və 400 manat məbləğində inzibati cərimə edilmişdir. Hadisə nəticəsində “VAZ 21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası İddiaçı QSCyə 5000 manat məbləğində vəsait ödəmiş, 19080 manat maddi ziyan isə ödənilməmiş qalmışdır. Dəfələrlə cavabdehdən də ymiş maddi ziyanın ödənilməsi tələb edilsə də, müsbət nəticəsi olmamışdır.

9. Şəmkir Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(076)-1304/2021 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia təmin edilərək, Cavabdeh “X6 7” markalı **-PJ*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 19080 (on doqquz min səksən) manat məbləğində pulun alınıb iddiaçı "xxxx" QSC-yə verilməsi; Ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı QSCyə verilməsi, Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbay can Respublikasının Mülki Məcəlləsinin 21.2, 1096.1 və 1096.2-ci, İXM-nin 3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən Ə.Məmmədov, hakimlər R.Muradov və F.Mehdiyev) 18 mart 2022-ci il tarixli 2(104)722/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(076)-1304/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. c)Kassasiya instansiyası məhkəm əsində birinci icraat

13. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh kassasiya şikayəti vermişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (məruzəçi E.Vəliyeva, hakimlər E.Şamayev və A.Abbasov) 05 dekabr 2022-ci il tarixli 2(102)4516/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2022-ci il tarixli 2(104)-722/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli ekspertiza rəyi ilə yalnız işdə olan və iddiaçı tərəfindən təqdim edilmiş 01 fevral 2021-ci il tarixli qüsur aktına əsaslanmaqla zərərin həcmi müəyyən edilmiş və ekspertiza rəyi mötəbər sübut kimi qəbul edilmişdir. Ekspertiza tədqiqatı zamanı nə avtomobilin mövcud vəziyyətinə, nə də qəzadan sonrakı fotoşəkillərinə baxış keçirilməmişdir. Belə olan halda avtomobilə vizual baxış keçirilmədən verilmiş ekspert rəyinin əsaslılığı şübhə altına alınır. Cavabdehin təkrar ekspertiza keçirilməsinə dair vəsatəti isə avtomobilin artıq təmir edilməsi əsası ilə təmin edilməmişdir. Həmçinin kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı apellyasiya baxışı zamanı avtomobilin təmir edildiyinə dair akt təqdim etsə də, bu aktın mötəbərliyi məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, əvvəla, X3 tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli aktda avtomobilin təmir edilmiş hissələrinə çəkilmiş xərclərin məbləğləri eynilə iddiaçının iddia ərizəsi ilə birlikdə təqdim etdiyi 01 fevral 2021-ci il tarixli qüsur aktında qeyd edilən məbləğlərlə eyni olmuşdur. Bu hal isə həm 1 il ərzində avtomobil ehtiyat hissələri və təmir xərclərinin bazar dəyərlərinin dəyişməsi, həm də avtomobil aşınma dərəcəsinin xüsusiyyətləri nəzərə alındıqda ağlabatan hesab edilə bilməz. İkincisi, iş materiallarında iddiaçının avtomobilin təmiri zamanı bu xidmətləri aldığına dair, yəni 24380 manat məbləğində pulun təmir edən şəxsə ödənilməsinə dair hər hansı təsdiqedici sübut müəyyən edilməmişdir. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(104)-62/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər L.Süleymanov və A.Hüseynzadədən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli 2(076)-1304/2021 nömrəli qətnaməsi “Cavabdeh “X6 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 19080 (on doqquz min səksən) manat məbləğində pulun alınıb İddiaçı QSC-yə verilməsi” hissədə dəyişdirilərək, Cavabdeh “X6 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 10585 (on min beş yüz səksən beş) manat məbləğində pul alınıb iddiaçı AtGeotech” QSC-yə verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişd ir:

18. Hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “VAZ 21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzərinə qoyulmalıdır. Bundan başqa cavabdeh tərəf kollegiyanın iclasında verdikləri izahatlarında və apellyasiya şikayətində Cavabdeh təqsirli olması ilə bağlı məsələni deyil, əsasən vurulmuş maddi zərərin məbləği ilə bağlı məsələni mübahisələndirmişdir.

19. Göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən iddiaçı "xxxx" QSC-yə maddi ziyan vurulması işin mübahisəsiz halıdır. İşin mübahisə doğuran tərəfi dəymiş ziyanın hansı məbləğdə olmasının müəyy ən edilməsindən ibarətdir.

20. Hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq iş üzrə məhkəmə avtotexnik və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli 8/3638-9/9230 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, “X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsindən sonra təmir olunmuşdur. Yol nəqliyyat hadisələri eksperti tərəfindən təmir olunmuş avtomobilə vizual baxış keçirilməklə hadisə zamanı zədələnmiş avto ehtiyat hissələri müəyyən etmək mümkün deyil. Avtomobilin tam şəkildə hansı hissələrinin zədələnməsini avtomobilin qəzalı vaxtında ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin foto görüntülər avtomobilin xarici səthində bəzi hissələr üzərində əzilmənin formasını, xarakterini dəqiq təyin etməyə imkan vermədiyindən, həmin hissələrin dəyişilməli və yaxud təmirə ehtiyac olması haqqında ekspert tərəfindən konkret nəticəyə gəlmək mümkün olmur. Belə ki, avtomobilin foto görüntülərindən kənarda olan sahələrində də zədələrola bilər. Foto görüntülərdən kənarda olan sahələrdə, yəni avtomobilin salonunda, mühərrik bölməsində, transmissiyasında, gediş hissəsində, aqreqat və mexanizmilərində, həmçinin görünməsi digər hissələrdə məhdudlaşan yerlərdə zədələrin olub-olmamasını isə ümumiyyətlə aşkar etmək mümkün deyildir. Odur ki, qeyd olunan suallar üzrə yol-nəqliyyat hissələri ekspertizaları aparılmır.

21. Nəzəri hesablama yo lu ilə iddiaçı “X7 Azerbaijan” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan avto ehtiyat hissələrinin ümumi dəyəri 20880 manat, təmir bərpa işlərinin dəyəri isə 3300 manat olmaqla avtomobilə dəymiş ziyan məbləği cəmi 24180 manat müəyyən edilmişdir. Ekspert tərəfindən avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəymiş ziyan məbləği 22543 manat müəyyən edilir.

22. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etmişdir ki, hazırkı apellyasiya baxışı zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi vermiş olduğu izahatında “X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtom obilin artıq təmir olunduğunu və satıldığını bildirmişdir.

23. Bu səbəbdən də İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus “X6 7” markalı, **PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin real vəziyyətinə vizual baxış keçirilməklə avtomobilin zədələnmiş ehtiyat hissələrini müəyyən etmək mümkün olmamışdır.

24. İşin yuxarıda sadalanan hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus “X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin müəyyən olunması üçün 29 iyul 2021-ci il tarixli 9/3925 nömrəli ekspert rəyi sözügedən avtomobilin qəzadan sonrakı fotoşəkilləri ilə birlikdə müqayisəli şəkildə araşdırılmalıdır.

25. Məhkəmə həmçinin qeyd etm işdir ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli 9/3925 nömrəli ekspert rəyində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus 2019-cu il buraxılışlı, “X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan avto ehtiyat hissələri və onların dəyəri ayrı-ayrılıqda göstərilməklə ümumi dəymiş ziyan 24080 manat məbləğində müəyyən edilmişdir.

26. Diqqət yetirilməli haldır ki, ekspert “X7 Azerbaijan” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən həmin avto ehtiyat hissələrinin zədə alması və dəyişdirilməli olduğunu öz rəyində göstərmişdir. Lakin ekspertin həmin nəticəyə gələrkən nə avtomobilin real vəziyyətinə vizual baxış keçirtməsi, nə də ki, avtomobilin qəza dan sonrakı foto şəkillərini tədqiq etməsi 29 iyul 2021-ci il tarixli 9/3925 nömrəli rəydən müəyyən olunmur.

27. Məhkəmə 29 iyul 2021-ci il tarixli 9/3925 nömrəli ekspert rəyi ilə qismən razılaşaraq, avtomobilin qəzadan sonrakı fotoşəkilləri ilə ekspert rəyini əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyində qəza nəticəsində avtomobilin 690 manat dəyərində üst dam örtüyü, 125 manat dəyərində kabinanın polunun sol iç hissəsi, 5620 manat dəyərində raması, 330 manat dəyərində ön podpressi, 265 manat dəyərində sol ayaqaltısı, 985 manat dəyərinə ön sağ oturacağı, 375 manat dəyərində damın obivkası, 105 manat dəyərində sol təhlükəsizlik kəməri dəyişdirilməli olduğu göstərilsə də, lakin kollegiyanın iclasında araşdırma zamanı qəza nəticəsində sözügedən avtomobilin sol yan hissədən zədə aldığı müəyyən olunmaqla, qeyd olunan avto ehtiyat hissələrinin qəza nəticəsində zədələnməsi və yaxud yararsız vəziyyətə düşməsi iş materiallarına əlavə edilmiş avtomobilin qəzadan sonrakı fotoşəkilləri ilə müəyyən olunmamışdır.

28. Apellyasiya məhkəməsi yuxarıda sadalanlara əsasən göstərmişdir ki, “baş vermiş qəza nəticəsində X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ekspert rəyində qeyd olunan zədələnməsi gözlə görünən ehtiyat hissələri istisna olunmaqla, həmin avtomobilin 690 manat dəyərində üst dam örtüyü, 125 manat dəyərində kabinanın polunun sol iç hissəsi, 5620 manat dəyərində raması, 330 manat dəyərində ön podpressi, 265 manat dəyərində sol ayaqaltısı, 985 manat dəyərinə ön sağ oturacağı, 375 manat dəyərində damın obivkası, 105 manat dəyərində sol təhlükəsizlik kəməri adlı avto ehtiyat hissələrinin zədə alması və yaxud yararsız vəziyyətə düşməsi inandırıcı və ağlabatan deyil. Ona görə də, qeyd olunan ehtiyyat hissələri qəza nəticəsində zədələnmiş və yaxud yararsız vəziyyətə düşmüş ehtiyat hissələri kimi qəbul edilməməlidir.

29. Digər tərəfdən sübutun təqdim edilməsinə dair məhkəmə tərəfindən işə baxılması təxirə salınaraq müvafiq şərait yaradılsa da, lakin iddiaçı tərəfindən məhkəməyə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsur aktında qeyd olunmuş ehtiyyat hissələrinin dəyişdirilməsini və avtomobilin təmir bərpasına sərf olunmuş xərcləri təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

31. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və göstərilən halı sübuta yetirə bilməmişdir.

32. Beləliklə məhkəmə ekspert rəyində göstərilmiş 690 manat dəyərində üst dam örtüyü, 125 manat dəyərində kabinanın polunun sol iç hissəsi, 5620 manat dəyərində raması, 330 manat dəyərində ön podpr essi, 265 manat dəyərində sol ayaqaltısı, 985 manat dəyərinə ön sağ oturacağı, 375 manat dəyərində damın obivkası, 105 manat dəyərində sol təhlükəsizlik kəməri adlı avto ehtiyyat hissələrinin qəza nəticəsində zədələnmiş və ya yaxud yarasız hesab edilmiş avto ehtiyat hissələri kimi qəbul edilməməsini nəzərə alaraq qeyd edir ki, sadalanan avtomobil hissələrinin ümumi dəyəri 8495 manat ekspert rəyi ilə müəyyən edilmiş dəymiş ziyan məbləğindən çıxılmalı (240808495=15585) və iddiaçıya məxsus “X6 7” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 15585 manat müəyyən edilməlidir.

33. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası tərəfindən İddiaçı QSC-yə dəymiş maddi zi yana görə 5000 manat icbari sığorta ödənişi edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin ödəniş dəymiş ziyan məbləğindən çıxılmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməli qalıq ziyan məbləği (15585-5000=10585) 10585 manat məbləğində müəyyən edilməlidir.

34. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1108.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh kassasiya şikayəti verərək, iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının ondan maddi zərər adı ilə tələb etdiyi məbləğ real deyil. Belə ki, iddiaçı məhkəməyə mütəxəsis tərəfindən təqdim edilmiş ziyan aktı təqdim edib. Həmin ziyan aktı məhkəmə tərəfindən sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin aktı tərtib edən şəxsə cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmadığı üçün həmin şəxs istədiyi formada və məzmunda akt və ya rəy tərtib edə bilərdi. Bu səbəbdən də məhkəmədə ziyan çəkmiş avtomaşına onun iştirakı ilə baxış keçirilməsini və müvafiq ekspertiza təyin olunmasını, real zərərin müəyyən olunmasını xahiş etdi. Məhkəmə onun vəsatətini təmin etdi. Lakin iddiaçı tərəfindən mübahisə predmeti olan avtomaşın və avtomaşının zədələnmiş hissələri ekspertə təqdim olunmadı.

37. Eyni zamanda o, bütün məhkəmə proseslərində tələb etmişdir ki, mübahisə predmeti olan avtomaşının təmi ri üçün ödənilmiş məbləğin bank qəbzi məhkəməyə təqdim olunsun. İş materiallarından da göründüyü kimi mübahisə predmeti olan avtomaşın şirkətə, hüquqi şəxsə məxsusdur. Təbii ki, həmin avtomaşının təmiri üçün vəsait - yəni ödəniş nəğd şəkildə deyil, hesabdan-hesaba köçürülmüşdür. Məhkəmə proseslərində dəfələrlə iddiaçıdan həmin ödəniş qəbzini məhkəməyə təqdim etməsi tələb olunsa da, iddiaçı məqsədli şəkildə həmin ödəniş qəbzini məhkəməyə təqdim etməkdən yayınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

39. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

42. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

43. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin n ormalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

44. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə v ə ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, i şdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla və iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasısının əvvəlki qərarındakı göstərişlər nərəzə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alı b iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-62/2024 nömrəli iş üzrə 12 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar