Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2814/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 sentyabr 2019-cu il İŞ№2(102) 2814 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apelliyasiya Məhkəməsinin MK-nın 29 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) İddiaçı QSC-nin Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, 1.246,13 (min iki yüz qırx altı dollar on üç sent) ABŞ dolları əsas borc, 38,01 (otuz səkkiz bir sent) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə olmaqla, cəmi 1304,14 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməsi qət eedilmiş, iddia qalan hissədə, o cümlədən Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3na münasibətdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) Xətai rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı QSC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişd ir. Hüquqi məsələlər: İddiaçı QSC Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia vermişdir. Həmin tələb üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC yazılı ərizə verərək Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddiasından imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.1 və 52.5-ci maddələrinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda m əhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina ərizəsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddiadan imtina ərizəsi qəbul edilməli mülki işin icraatına xitam verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-ci ma ddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: İddiaçı QSC-nin iddiadan imtina ərizəsi qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2814/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2814/2019
18.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver