Məhkəmə qərarları › İş №2(102)-2815/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2815/2019

22.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2815/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçıtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11584/2018 nömrəli iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)3041/2018 saylı iş üzrə 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə İ ddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, hüquq müəyyənedici sənədlərin qaytarılması tələbinə dair iddia tələbi təmin edilmiş, 27 may 2014-cü il tarixli 584 saylı müqavilənin və həmin müqavilənin təminatı olaraq bağlanmış 16 mart 2012-ci il tarixli 435 saylı ipoteka müqaviləsinin, həmin müqaviləyə edilən 27 may 2014-cü il tarixli 01 saylı əlavə və dəyişikliklərin etibarsız hesab edilməsi və hüquqmüəyyən edici sənədlərin qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh BOKT ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 iyul 2018-c i il tarixli qətnaməsi ləğv olunaraq iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, hüquq müəyyənedici sənədlərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tələbi haqqında” iddia ilə Ağcabədi rayon məhkəməsinə müraciət edərək X2 iddiaçının xeyrinə 27 may 2014-cü il tarixli, 584 nömrəli kredit müqaviləsinə əsasən 8482,90 manat əsas, 3690,98 manat hesablanmış faiz borcunun, 7982,31 manat dəbbə pulu, cəmi 20156 manat pul və 30 manat dövlət rüsumunun tutulmasını, borcun əvəzi ilkin satış qiym əti 13000 manat müəyyən edilməklə Ağcabədi rayonu Avşar kəndində X4 mülkiyyətindəki 0,08 ha ərazidə yerləşən ümumi sahəsi 156,0 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilməklə fərdi yaşayış evinin hərracda satılaraq tələb edilən borcun ödənilməsi, onların həmin evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC ilə kredit mqaviləsi bağlamışdır. X9 ad və soyadı dəyişmiş, X6 olmuşdur. X6 06 yanvar 2017-ci ildə vəfat etmişdir ki, bu barədə Moskva şəhəri VVAQ idarəsinin Naqatinski VVAQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 04-cü sayla qeyd aparılmış 7-MÖ seriyalı, 639613 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. X9 vəfat etdiyi gündən tərəflər arasında bağlanmış 27 may 2014-cü il tarixli 584 saylı müqavilə və həmin müqavilənin təminatı olaraq bağlanmış 16 mart 2012-ci il tarixli 435 saylı ipoteka müqaviləsi, həmin müqaviləyə edilən 27 may 2017-ci il tarixli 01 saylı əlavə və dəyişikliklər qüvvəsini itirmişdir. 27 may 2014-cü il tarixli 584 saylı müqavilə üzrə tələblər X4 vərəsələrinə qarşı yönəldilə bilər, həmin vərəsələr qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməlidir. Bundan başqa İddiaçı və uşaqları X9 vəfat etdiyi gündən tərəflər arasında bağlanmış 27 may 2014-cü il tarixli 584 saylı müqavilə və həmin müqavilənin təminatı olaraq bağlanmış, 16 mart 2012-ci il tarixli 435 saylı ipoteka müqaviləsi, həmin müqaviləyə edilən 27 may 2014-cü il tarixli 01 saylı əlavə və dəyişikliklər imzalanarkən Azərbaycan Respublikasının ərazisində olmamışlar, sadalanan sənədlərdəki imzalar onlara məxsus deyild ir. Lakin, buna baxmayaraq Ağcabədi rayonu Avşar kəndində yerləşən evin sənədləri qaytarılmamış, sənədlərin qaytarılmaması səbəbindən ev və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Ağcabədi rayon məhkəməsinin icraatında olan mülki işin materiallarına əlavə edilmiş, iddiaçının 28.12.2017-ci il tarixli 700 nömrəli məktubuna cavab olaraq X2 qalan miras əmlaka dair 06.09.2017-ci il tarixdə 239 saylı vərəsəlik işinin açıldığı, onların vərəsə kimi tanınmaları, onlara 08.09.2017-ci il tarixli, 2v-246 reyestr nömrəsi “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” verildiyi göstərilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş 14.03.2013-cü il tarixli 2 saylı forma arayışda X4 4 nəfərdən ibarət ailə üzvlərinin olduğu göstərilmişdir. Ağcabədi rayonu Avşar kəndində X4 mülkiyyətindəki 0.08 ha ərazidə yerləşən ümumi sahəsi 156,0 kvadrat metr olan fərdi yaşayış evi X9 ilə birgə nikahları müddətində əldə edilmiş əmlakdır, həmin əmlakın ½ hissəsi İddiaçı mülkiyyətidir, qalan 1/2 hissəsi iddiaçının digər hissədə uşaqları ilə birgə payı vardır, nəticədə 08.09.2017-ci il tarixli 2v-246 reyestr nömrəli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”də göstərildiyi kimi onun toplam payı 1/3 hissədə deyil, həmin əmlakın 66,6% həcmindədir. Bundan başqa Ağcabədi rayon Avşar kəndində X4 mülkiyyətindəki 0,08 ha ərazidə yerləşən ümumi sahəsi 156,0 kvadrat metr olan fərdi yaşayış evi də yaşayış və istifadə hüquqları vardır. 27 may 2014-cü il tarixli, 584 saylı müqavilə də həmin müqavilənin təminatı olaraq bağlanmış, 16 mart 2012-ci il tarixli 435 saylı ipoteka müqaviləsi, həmin müqaviləyə edilən 27 may 2017-ci il tarixli, 01 saylı əlavə və dəyişikliklərin qüvvəsi yoxdur, çünki ipoteka predmetindən istifadə və mülkiyyət hüququ olan digər şəxslərin həmin müqavilənin başlanmasına razılıqları olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İpoteka predmeti olan fərdi yaşayış evində yaşayış və istifadə hüquqları vardır. 27 may 2014cü il tarixli, 584 saylı müqavilə və həm in müqavilənin təminatı olaraq bağlanmış, 16 mart 2012-ci il tarixlı 435 saylı ipoteka müqaviləsi, həmin müqaviləyə edilən 27 may 2017-ci il tarixli 01 saylı əlavə və dəyişikliklərin qüvvəsi yoxdur. Çünki ipoteka predmetindən istifadə və mülkiyyət hüququ olan digər şəxslərin həmin müqavilənin bağlanmasına razılıqları olmamışdır. İpoteka predmetini təşkil edən ev mərhum əri Əlizamin Alıyevin şəriksiz mülkiyyəti olmamışdır, birgə nikah müddətində həmin əmlakı əldə etmişlər. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi X10 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə ca vabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“Cavabdehbank” ASC ilə X4 arasında bağlanmış 27 may 2014-cü il tarixli Kredit (borc) müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədilə X5 11700 manat məbləğində 36 ay müddətində, illik 6% dərəcəsi ilə kredit ayrılmışdır. 16 mart 2012-ci il tarixli 435 №-li ipoteka (girov) müqaviləsinə edilən 27 may 2014-cü il tarixli 01 №-li əlavə və dəyişikliklərə əsasən X9 mülkiyyətində olan Ağcabədi rayonu Avşar kəndində 0,08 ha torpaq sahəsində yerləşən əsas göstəriciləri Liter A, mərtəbəlliyi 1, yaşayış otaqlarının sayı 4, yaşayış sahəsi 113,2 kvadrat metr, yardımçı sahəsi 42,8 kvadrat metr, ümumi sahəsi 156,0 kvadrat metr olan fərdi yaşayış evini ipoteka ilə girov qoymuşdur. X4 adı, soyadı və ata adı dəyişilərək X6 olmuşdur. X6 06 yanvar 2017-ci ildə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin kserosurətindən görünür ki, İddiaçı, X7 və X8 miras əmlakdan 1/3 hissədə pay olmalıdır. İddiaçı X1in arvadıdır. Hazırki iddia tələbi ilə məhkəməyə müraciə t edərək X4 mülkiyyətindəki 0,08 ha ərazidə yerləşən ümumi sahəsi 156,0 kvadrat metr olan fərdi yaşayış evinə dair X1 ilə bank arasında bağlanmış 27 may 2014-cü il tarixli, 584 saylı müqavilə də həmin müqavilənin təminatı olaraq bağlanmış, 16 mart 2012-ci il tarixli 435 saylı ipoteka müqaviləsi, həmin müqaviləyə edilən 27 may 2017-ci il tarixli, 01 saylı əlavə və dəyişikliklərin etibarsızlığını mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi ipoteka müqaviləsinin etibarsızlığını əsas borclunun vəfat etməsinə istinadla irəli sürmüş, birinci instansiya məhkəməsi də həmin əsasla iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinin tələblərinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respubliaksı Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Bu baxımdan hazırki iş üzrə əsas borclunun vəfat etməsi ilə onun öhdəlikləri mirası qəbul etmiş vərəsələrə keçir və cavabdeh bank gələcəkdə X4 öhdəlikərinin icra olunması üçün onun mirası qəbul etmiş vərəsələrinə qarşı iddia tələbi irəli sürmək hüququna malikdir. Buna görə də birinci instansiya məhkəməsi müqavilələri ləğv etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında da göstərilmişdir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün d eyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri t ərəfindən icra edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı deyildir, rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətində iddiaçı ipoteka müqaviləsi, həmin müqaviləyə edilən 27 may 2017-ci il tarixli 01 saylı əlavə və dəyişikliklərin qüvvəsinin olmadığını, ipoteka predmetindən istifadə və mülkiyyət hüququ olan digər şəxslərin həmin müqavilənin bağlanmasına razılıqlarının olmamasını bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş yaşayış evinin ipotekaya qoyulması barədə notariat işindən görünür ki, yaşayış evi ipoteka ilə yüklü edilərkən iddiaçı notariusun iştirakı ilə yazılı ərizə verərək buna razılığını bildirmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalı dır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11584/2018 nömrəli iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar