Məhkəmə qərarları › İş №2(102)-2818/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2818/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2818/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zaminlik müqaviləsi, zaminliyə xitam verilməsi üçün əsasların sübuta yetirilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh2 və vəkili x oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili x oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2014-cü il tarixli, x kredit müqaviləsinə əsasən, İddiaçı “28 May” filialı Cavabdeh1 illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 19.100 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir. Eyni zamanda, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 öhdəliyinin icrasına zamin durmaqla təminat vermişlər. Buna baxmayaraq cavabdehlər öhdəliyin icrasını gecikdirmişlər və bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, x kredit müqaviləsinə və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 arasında xx.xx.2014-cü il tarixli, X saylı zaminlik müqavilələrinə əsasən cavabdehlərdən ilə birgə qaydada 14.484 ABŞ dolları əsas borcu, 8.925 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23.709 ABŞ olları pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc məbləği onlardan müştərək qaydada tutulmalıdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.Həsənov) xx xxxxxxxx 2018ci il tarixli, 2(008)-284/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 14.484 ABŞ dolları, 5960,49 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə, cəmi 20494,49 ABŞ dollar və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq “xxxx” ASC-in xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 50 manatın İddiaçı-dən, 100 manatı cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqa vilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır.

7. Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli,Xnömrəli qətnaməsinin faiz borcunun məbləğinə aid hissədə dəyişdirilməsi, faiz borcu məbləğinin 4177,51 ABŞ dolları müəyyən edilməsi, Cavabdeh2 münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın İddiaçı-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandı rmışdır ki, cavabdeh apelyasiya şikayətində hər hansı dəlil irəli sürməmişdir, yalnız qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası buna baxmayaraq mühasibatlıq ekspertizası təyin etmiş və cavabdehin xx xxxxxxx 2016-cı il tarixə əsas borc üzrə 14.495,70 ABŞ dolları, faiz borcu üzrə 4.177,51 ABŞ dolları borcunun olması müəyyən olunmuşdur. Belə olan halda ekspertiza rəyində əsas borcun birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulmuş məbləğdən çox, faiz borcunun isə daha az olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, əsas borc məbləğdə dair hissədə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olsa da, faiz borcuna münasibətdə nəticəsi ilə razılaşmaq olmaz. Məhkəmə kollegiyası həmçinin hesab qəna ətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləğinə münasibətdə dəyişdirilməli və faiz borcunun məbləği 4177,51 ABŞ dolları müəyyən olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, "İddiaçı”la əsas borclu Cavabdeh1 arasında zaminlərin məlumatı və razılığı olmadan xx.xx.2015-ci il tarixində kredit müqaviləsi yenilənmiş və buna uyğun olaraq kreditin qaytarılma müddəti uzadılaraq, yeni ödəniş qrafiki tərtib edilmişdir.

13. Yeni ödəniş qrafıkinə əsasən ödə niş müddəti 24 ay uzadılmış, əvvəlki qrafik üzrə kredit borcunun ödənilmə müddəti xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə kimi nəzərdə tutulduğu halda, yeni ödəniş qrafıkinə görə xx.xx.2015-ci ildən xx.xx.2018ci il tarixinə kimi ödənişi edilməsi nəzərdə tutulmuşdur.

14. Əvvəlki qrafikə əsasən aylıq ödəniş 1039,06 ABŞ dolları olduğu halda, yeni ödəniş qrafıkinə görə aylıq ödəniş 685,69 ABŞ dolları təşkil etmişdir. Sonrakı ödənişlər də müvafiq olaraq həmin məbləğə uyğun olaraq edilmişdir.

15. Əvvəlki ödəniş qrafıkinə uyğun həyata keçirilmiş ödəniş (cəmi 11.430 ABŞ dolları) nəzərə alındığı zaman ümumi qalıq kredit borcu 13.504 ABŞ dolları təşkil etdiyi halda, yeni ödəniş qrafiki ilə ümumi kredit borcu 19.266,31 ABŞ doları təşkil etmişdir.

16. Nəticədə ödənilməli olan ümumi kredit məbləği əvvəl 24.934 ABŞ dolları olduğu halda, yeni qrafikə əsasən artırılaraq, 30.656 ABŞ dolları təşkil etmişdir (11.430 + 19.226=30.656).

17. Göründüyü kimi bütün bunların nəticəsində həm əsas borc məbləği, həm də faizlər yenidən hesablanaraq artırılmışdır. Lakin bu yeni müqavilədən və yeni ödəniş qrafikindən zaminlərin heç bir məlumatı və razılığı olmamışdır.

18. Həmin ikinci müqavilənin əsas borcluda olan nüsxəsi itirildiyi üçün məhkəməyə sadəcə ikinci müqavilə əsasında verilmiş yeni ödəniş qrafikini təqdim edə bildilər. Cavabdehlər dəfələrlə iddiaçı bankdan həmin ikinci müqavilənin onlara və məhkəməyə təqdim edilməsini tələb etsələr də, bank həmin müqaviləni təqdim etməkdən qəsdən yayınmışdır. Cavabdehlər ikinci ödəniş qrafikini məhkəməyə təqdim edərək bankdan ikinci müqaviləni tələb etməsini xa hiş etsələr də, məhkəmə həmin müqaviləni əldə etməkdə maraqlı olmamışdır. Cavabdehlərin məhkəməyə təqdim edilmiş ikinci ödəniş qrafiki isə ümumiyyətlə nə birinci instansiya məhkəməsi, nə apelyasiya instansiya məhkəməsi, nə də ekspertlər tərəfindən nəzərə alınmışdır.

19. İddiaçı bank zaminlərin heç bir məlumatı və razılığı olmadan kreditin qaytarılma müddətinin uzadılması və nəticədə ödənilməli olan ümumi kredit borcunun artırılmasına dair ikinci dəfə bağlanmış müqaviləni və təsdiq edilmiş ikinci ödəniş qrafikini məhkəməyə təqdim etməkdən qəsdən yayınaraq həm məhkəməni aldatmağa, nəticədə qanunsuz və əsasız qətnamə qəbul edilməsinə və cavabdehlərə zərər vurmaqla hüquqlarının pozulmasına səbəb olmuşdur.

20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz d axil olmamışdır.

22. Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili x kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün o nun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin ö z öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

26. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 aid hissədə mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulmasına dair tələbi əsaslı olaraq təmin etmişdir. Belə ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliklərə uyğun olaraq ödənişlər edilməli olduğu halda müəyyən miqdar ödənişlər edilsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər edilməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da yaranmışdır.

30. Kassator şikayətində bildirmişdir ki, zamin durduğu borc öhdəliyinin icrası müddəti onun razılığı olmadan uzadıldığı üçün öhdəliyin həcmi ağırlaşmış və bu səbəbdən onun zamininliyi MM-in 477.0.1-ci maddəsinə əsasən xətm olunmuşdur.

31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, şikayət əsassızdır.

32. Birincisi, kassatorun şikayətində istinad etdiyi xx.xx.2018-ci il tarixli ödəniş qrafiki surət olmaqla müvafiq imza və möhürlə təsdiqlənməmişdir. Halbuki, MPM-nin 89.3cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdi q olunmuş surəti təqdim edilir. Belə olan halda həmin sənəd mötəbər sübut kimi qəbul edilə və əsas götürülə bilməz.

33. İkincisi, Cavabdeh2 müqavilənin müddətinin ağırlaşdırıcı şərtlərlə uzadılmasına dair sənədlərinin əsillərinin əsas borcluda və onda olmadığına, məhkəmələrin bu xüsusatları araşdırmadığına istinad etsə də, o, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən bu hallara istinad etməmiş, həmin sənədlərin əslinin əldə edilməsi üçün vəsatət qaldırmamış, sübutun təmin edilməsini məhkəmədən xahiş etməmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsində iddianı qismən etiraf edən izahat vermiş, həmin mərhələdə, habelə apelyasiya baxışında kassasiya şikayətində göstərdiyi dəlilə istinad etməmişdir. Halbuki, MPM-nin 361.4-cü maddəsinə əsasən, apelyasiya şikayətini verən şə xsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Kollegiya onu da nəzərə alır ki, Cavabdeh2 apelyasiya şikayətini ümumiyyətlə əsaslandırmamışdır.

34. Belə olan halda, Cavabdeh2 aşağı instansiya məhkəmələrində istinad etmədiyi dəlil kassasiya instansiyası məhkəməsində qəbul edilə və bu əsasla apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilə bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 və vəkili x oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar