Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-282/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 Rasim oğlu və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(104)-1692/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən veri lmiş kassasiya şikayəti üzrə mülki işə 12 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 614,29 (altı yüz on dörd manat iyirmi doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinin surətinə əsasən qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh2 ilə Cavabdeh1 birgə məsuliyyəti müəyyən edilmişdir.
2. İddiaçı QSC ilə Cavabdeh1 arasın da bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinə Cavabdeh1 aylıq faiz dərəcəsi 1 faiz olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11843,57 (on bir min səkkiz yüz qırx üç manat əlli yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinin surətinə əsasən qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh2 ilə Cavabdeh1 birgə məsuliyyəti müəyyən edilmişdir.
3. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh1 İddiaçı QSC-dən 614,29 manat məbləğində pulu imza edərək götürmüşdür.
4. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətinə əsasən Ca vabdeh1 İddiaçı QSC-dən 11843,57 manat məbləğində pulu imza edərək götürmüşdür.
5. İş materiallarında olan, 14 dekabr 2022-ci il tarixli xəbərdarlığın surətinə əsasən Cavabdeh1 borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
6. İş materiallarında olan, 14 dekabr 2022-ci il tarixli xəbərdarlığın surətinə əsasən Cavabdeh2 borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı QSC cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kred it müqaviləsinin və xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 614,29 manat məbləğində kredit borcu, 10,29 manat məbləğ məbləğində faiz borcu, 402,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1027 (bir min iyirmi yeddi) manat 43 (qırx üç) qəpik məbləğində borcun; xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11843,57 manat məbləğində kredit borcu, 198,20 manat məbləğində faiz borcu və 8143,9 manat məbləğində cərimə olmaqla, cəmi 20185 (iyirmi min yüz səksən beş) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun və ödənilmiş 153,64 m anat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(125)-1008/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi və xx.xx.2019cu il tarixli, 006A********** saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə 614,29 (altı yüz on dörd manat iyirmi doqquz qəpik) manat əsas kredit borcu, 10,29 (on manat iyirmi doqquz qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 634,58 (altı yüz otuz dörd manat əlli səkkiz qəpik) manat məbləğində pul və xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə 11843,57 (on bir min səkkiz yüz qırx üç manat əlli yeddi qəpik) manat əsas kredit borcu, 198,20 (bir yüz doxsan səkkiz manat iyirmi qəpik) manat faiz borcu, 80 (səksən) manat cərimə borcu olmaqla, cəmi 12121,77 (on iki min yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 153,64 (bir yüz əlli üç manat altmış dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı bank müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etsə də, borcalan və zamin tərəfindən öhdəliklər vaxtında və lazımınca yerinə yetirilməmiş, cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. İddiaçı bank məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2022-ci il tarixdə borcun ödənilməsi barədə cavabdehlərə pretenziya məktubu (xəbərdarlıq) göndərmiş, bunun da borcun qaytarılmasına təsiri olmamışdır. Göstərilən hallar müqavilənin ləğvi və əsas və faiz borclarının məcburi qaydada alınması üçün əsasdır.
11. Dəbbə pulunun tutulması hissədə iddia tələbi ilə bağlı məhkəmə qey d etmişdir ki, iddia ərizəsində göstərilən həcmdə dəbbə pulunun tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. İddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Cavabdehlərin üzərində əsas borc və faiz borcu öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 8546,75 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 90 (doxsan) manat məbləğində müəyyən edilməlidir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 421.2, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 472.1, 739, 405.1 və 425.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216220 və 357-360-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(125)-1008/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın əsas borc hissəsində ekspertiza təyin edilərək dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, onun banka iddia ərizəsində göstərilən əsas borcdan az borcu vardır. Bununla bağlı məhkəməyə vəsatət versə də təmin edilməmişdir. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilməmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(104)-1692/2023 nömrəli qətnaməsi ilə (F.Ə. Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(125)-1008/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət edilmişdir.
16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürd üyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
17. Apellyasiya şikayətinin ekspertiza təyin olunması barədə cavabdehin vəsatətinin təmin olunması ilə bağlı dəlilinə qiymət verən apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.
18. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdeh borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərinc ə əsaslandıra bilməmişdir. İddiaçının təqdim maliyyə arayışında və hesabdan çıxarışda əksini tapmış məlumatlar müqavilə şərtləri əsasında təhlil olunduqda görünür ki, hesablanmış əsas borc və faiz borcu məbləğini şübhə altına almağa əsaslar yoxdur.
19. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respubilkası Mülki Məcəllənin 421.2, 425.1,442,443.1,445.1,445.2,448.1,449.1 və 739.1-ci və MPM-nin,14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(104)-1692/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, qeyd olunan halları yenidən araşdırılması üçün mülki işin Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmasına dair qərar çı xarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442 və 458.1-ci maddələri və MPM-in 88, 97.1-ci maddələri pozulmuşdur.
22. Məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş, məhkəmə iddianı təmin etməkdə haqlı olmamışdır. Ekspertiza təyin edilmə barədə vəsatətin rədd edilməsi də əsassız olmuşdur.
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bun un digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
31. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
32. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün c avabdehdir.
34. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. İsə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyaçı məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman və apellyasiya şikayətin də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik o lan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı m addələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1692/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.