Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2821/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdehin vəkili X4 oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13846/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili X4 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6107/2019 saylı, 06 sentyabr 2019cu il tarixli qətnaməsi ilə (hаkim L.E.Rəhimli) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 2000 manat məbləğində pulun vəsaitinin və 170 manat məbləğində faiz borcunun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, cavabdehdən 30 manat pul vəsaitinin tutularaq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, cavabdehin üzərinə X. ünvanında yerləşən 99 saylı mənzilindən 2 ədəd qəhvəyi rəngli kreslo, 1 ədəd rəngli divan, 1 ədəd qəhvəyi rəngli güllü çarpayı, 1 boz rəngli “Supermax” markalı televizor, 1 ədəd boz rəngli “LG” markalı videomaqnitofon və kitabların götürülməsi vəzifəsinin qoyulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13846/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, E.M.Həsənov) İddiaçı1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6107/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz pulun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh 251 (iki yüz əlli bir manat) manat, 01 (bir) qəpik məbləğində faiz borcunun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onu ödəmiş tərəfin özünə aid edilməsi və qətnamənin İddiaçı1 apelyasiya şikayəti üzrə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçılar İddia çı1 və İddiaçı2 Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə 2000 manat borcun, həmin məbləğin ödənildiyi günə qədər 14.12.2016-cı il tarixindən başlayaraq hər gecikdirilmiş gün üçün 0,47 manat, hər gecikdirilmiş ay üçün 14,16 manat, hər gecikdirilmiş il üçün 170 manat, dövlət rüsumu üçün 30 manat məbləğin ödənilməsi, cavabdehdən İddiaçı2 xeyrinə 2016-cı ilin yanvar ayı-2016-cı ilin iyul ayı müddəti ərzində saxlanılmış əmlaka görə muzd – 600 manat, 2016-cı ilin iyul ayından saxlanılmış əmlak üçün muzd – 2016-cı ilin iyul ayından başlayaraq cavabdeh həmin əmlakı geri götürdüyü günə qədər (mənzildən çıxarıldığı günə qədər) hər təqvim ayına görə 100 manat, dövlət rüsumuna görə 30 manat məbləğin ödənilməsi, cavabdehin üzərinə İddiaçı2 vərəsəlik hüqu qu əsasında məxsus X. ünvanında yerləşən 99 saylı mənzilindən 2 ədəd kreslo, 1 ədəd çarpayı, 1 ədəd divan (taxt), 1 ədəd televizor, 1 ədəd videomaqnitofon və kitabların geri götürülməsi vəzifəsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.07.2016-cı il tarixdə Cavabdeh İddiaçı1 3500 manat məbləğində borc almışdır. Həmin pul cavabdehə 1 ay müddətinə verilmişdir. Cavabdeh öhdəlik götürərək borcu 17.08.2016-cı il tarixdə qaytaracağını bildirmişdir. Lakin cavabdeh yalnız 14.12.2016-cı il tarixdə ona 1500 manat ödəmişdir. Pulun digər hissəsini qaytarmamışdır. Həmçinin cavabdeh ona 14.12.2016-cı il tarixdən həmin borcun faizini təşkil edən bir il üçün 170 manat, bir ay üçün 14,16 manat və gün üçün 47 qəpik pulu da ödəmə lidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X4 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normalar ı pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili X4 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili X4 oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasın ın qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düz gün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 17.07.2016-cı il tarixdə Cavabdeh İddiaçı1 3500 manat borc pul alaraq bir ay sonra geri qaytarmağı öhdəsinə götürmüşdür. 14.12.2016-cı il tarixdə Cavabdeh borcdan 1500 manatını qaytarmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 739.1-ci maddələrini tətbiq edərək Cavabdeh 2000 manat məbləğində pul vəsaiti və 170 manat məbləğində faiz borcunun tutularaq İddiaçı1 xeyrinə ödənilməsini qət etmişdir. Azərbycan Respublikası Mülki Məcəlləsinin: -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli dir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materiallarından və işin hallarından görünür ki, iddiaçı cavabdehdən ona ödənilməli olan 2000 manat pul tələb edir. Həmin məbləğin gecikdirilmiş vaxt üçün illik beş faizi (2000×5/100) 100 manat təşkil edir. Tələb olunan borc 2 il 6 ay 4 gün (iddia tələbinə əsasən 14.12.2016-cı il tarixdən iddia ərizəsinin verildiyi 18.06.2019-cu il tarixədək) cavabdehdə qanunsuz saxlanıldığından 2 il üçün bu rəqəm 200 manat, 6 ay üçün 50 manat, 4 gün üçün isə 1, 01 manat təşkil edir. Belə olan halda, cavabdeh iddiaçıya məxsus pulu q anunsuz sahibliyində saxladığından ondan apellyatorun xeyrinə 251,01 manat faiz borcu tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehdən 170 manat faiz borcunun tutularaq iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmadığından qətnamə gecikdirilmiş vaxt üçün illik beş faiz pulun tutulması hissəsində dəyişdirilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gə lmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstəri lənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13846/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2821/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2821/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver