Məhkəmə qərarları › İş №2(102)-2822/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2822/2019

28.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2822/2019 28.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçının vəkilinin ştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş № 2(005)-3517/2018) ilkin iddia qismən təmin edilərək, Cavabdeh1 7523,09 manat əsas borc, 657,66 manat faiz borcu, cəmi 8180,75 (səkkiz min yüz səksən manat, 75 qəpik) manat və 30 manat dövlət rüsumunun X “xxxx” ASC-nin xeyrinə tutulması, qarşılıqlı iddianın təmin edilməsi, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli, 1600 saylı zaminlik müqaviləsinə xitam verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(005)-3517/2018 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddianın faiz hissəsində rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Y.Şamayevvə Ş.Ə.Məhərrəmova, iş2(103)-13599/2018)Cavabdeh1 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(005)-3517/2018 saylı qətnaməsi faiz borcunun məbləğinin müəyyən edilməsi və cəmi məbləğ hissələrində dəyişdirilmiş, faiz borcu 380,28 (üç yüz səksən manat, iyirmi səkkiz qəpik) manat, cəmi məbləğ 7903,37 (yeddi min doqquz yüz üç manat otuz yeddi qəpik) manat müəyyən edilmişdir. İddiaçı direktoru X və Vəkil kassasiyaşikayətiverərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsininləğvedilməsi vəişin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahişetmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı X Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 28.09.2017-ci il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 7523,09 (yeddi min beş yüz iyirmi üç manat, 09 qəpik) AZN əsas borc, 657,66 (altı yüz əlli yeddi manat, altmış altı qəpik) AZN faiz borcu olmaqla, cəmi 8180,75 (səkkiz min yüz səksən manat, 75 qəpik) AZN məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq X “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixli, 1600 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik faiz dərəcəsi 15% (on beş) faiz ödənilmək şərtilə 15000 AZN məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən öhdəliyi n icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh2 ilə həmin tarixdə 1600 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdeh2 iddiaçı X İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı zamin lik müqaviləsinə xitam tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə iddiaçı Cavabdeh2 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli, 1600 saylı zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedıcisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş 30 aprel 2014-cü il tarixli, 1600 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında 30 aprel 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 36 ay müddətinə illik 15% olmaqla 15 000 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müddəti 30 aprel 2017-ci il tarixdə başa çatmışdır, həmin tarixdən bir il keçdikdən sonra, yəni 30 aprel 2018-ci il tarixdə zaminlik müqaviləsinə xitam verilməlidir. Lakin iddiaçı Müqavilə müddətinin 30 aprel 2017-ci il tarixdə bitməsinə baxmayaraq məhkəməyə 18 may 2018-ci il tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən ona bu günə qədər heç bildiriş, xəbərdarlıq məktubu daxil olmamışdır. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının po zulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Məruzəçini, iddiaçının vəkilinidinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiisə dəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə yalnız faiz borcunun tutulması hissəsində mübahis ələndirilmişdir, apellyasiya instansiyası məhkəməsi də qətnamənin qanuniliyini və əsaslılığını yalnız faiz borcunun müəyyən edilməsi hissəsində yoxlamışdır. İddiaçı tərəf isə ümumiyyətlə həmin qətnaməni mübahisələndirməmişdir. Odur ki, hazırda kassasiya şikayəti üzrə araşdırma da yalnız həmin hissəyə dair aparılır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad o lunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 30 aprel 2014cü il tarixli, 1600 nömrəli kredit müqaviləsinə əsasən, “xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı Cavabdeh1 36 ay müddətinə illik 15 % olmaqla, 15000 manat məbləğində istehlak krediti vermişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu həmin müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müəyyən olunmuşdur ki, ilk ödənişin tarixi 30.05.2014-cü il, son ödəniş tarixi isə 30.04.2017-ci ildir. Aylıq ödənişin məbl əği 519,98 manat müəyyən edilmişdir. 04.01.2018ci il tarixdə iddiaçı bank tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc öhdəliklərinin ödənilməsi, ödənilmədiyi təqdirdə isə borcun ödənilməsinin məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyi ni icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdiri lməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4-cü maddələri). İş materiallarında olan 10/H-1500 nömrəli, 09.08.2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 23.07.2018-ci il tarixinə əsas borcu 7523,09 manat, faiz borcu 1382,30 manat, cərimə borcu 200 manat olmaqla, cəmi 9105,48 manat təşkil edir. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilən maliyyə arayışına əsasən isə, cavabdehin müqavilə müddətinin bitdiyi tarix ə, yəni 30 aprel 2017-ci il tarixinə olan borcu 7843,77 manat əsas, 380,28 manat faiz borcu olmaqla, cəmi 8224,05 manat təşkil edir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi faiz borcunun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, faizin müqavilə müddətindən sonrakı məbləğdə tutulması ilə əlaqədar düzgün nəticəyə gəlməmişdir. Buna görə də, faiz borcu müqavilə müddətinin sonuna olan məbləğə əsasən, yəni 380,28 manat müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqav iləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, “kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsi nin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Qeyd olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra (edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yuxa rıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2(10 3)-13599/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar