Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2822/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-2441/2019, hakim G.A.Əsədova) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edi lmiş, Cavabdeh1 25.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, Cavabdeh1 İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13684/2019, hakimlər F.F.Babayev, X.A.Mərdanova, E.M.Həsənov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən qarşılıqlı iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə notarial qaydada təsdiqlənməklə bağlanmış kredit müqaviləsinə əsasən İddi açı 25.000 manat məbləğində pulu Cavabdeh1 borc vermiş, sonuncu həmin məbləği hər ay 500 manat ödəmək şərti ilə 4 il 2 ay müddətinə - xx xxxx 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, faiz ödənilməsi nəzərdə tutulmamışdır. Müqavilədə aylıq ödənişlərin 1 ay müddətindən artıq gecikdiriləcəyi təqdirdə, kredit müqaviləsi üzrə icra qeydi aparılaraq məhkəməyə yönləndiriləcəyi qeyd edilmişdir. xx xxxxx 2019-cu il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 25.500 manat və Cavabdeh2 4.500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçıdan 7200 manat faizlə pul götürmüş, 25000 manat borc münasibəti olmamışdır. Kassasiya şikayətinə qarşı ilk iddia üzrə iddiaçı tərəfindən yazılı etiraz verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı və vəkili kassasiya şikayətini əsassız edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada təsdiqlənməklə bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun, eyni za manda Cavabdeh2 şifahi borc müvailəsi əsasında verdiyi borcun qaytarılması təşkil edir. İddianın Cavabdeh2 münasibətdə rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh1 həmin kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələblərinə görə qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın təmin edilməsini aradan qaldırdığından, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk olaraq qarşılıqlı iddia hissəsində yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin məzmunu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, kredit müqaviləsi tərəflərin iradə ifadəsi və müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanmış, müqaviləbağlanan zaman qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh iddiaçı ilə bağlanılmış kredit müqaviləsinin təzyiqlər və hədə-qorxu altında bağlanılmasını göstərsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh könüllü surətdə notariat kontoruna getmiş, orada kredit müqaviləsini imza etmiş və ona hər hansı bir təzyiq göstərilməmişdir. Bu halda qarşılıqlı iddianın təmin edilməməsi b arədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İddiaçı borc (kredit) müqaviləsi üzrə cavabdehin üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, borcun qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda eyni növlü əşyalar şək lində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq borc məbləğini razılaşdırılmış müddətdə və qaydada qaytarmalı olduğu halda, öhdəliyini icra etməmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul
Məhkəmə qərarları › İş №2(102)-2822/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2822/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver