Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2823/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)12420/2019 saylı qərardadından Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)12420/2019 saylı qərardadı ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdan ova və E.M.Həsənov) Cavabdeh1 həmin məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Cavabdeh1 qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 əsas borca görə 199.075 manat, faizə görə 14.239 manat, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə faizlərinə görə 50 manat, əldən çıxmış faydaya görə 38.245 manat, dövlət rüsumuna görə 30 manat, digər xərclərə görə 60 manat, cəmi 251.699 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın digər Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 41 saylı evin 78-ci mənzilinə, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci sıra, 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, cavabdehlərin ailə üzvləri və orada qeydiyyatda olan digər şəxslərlə birlikdə yaşayış sahələrini 1 ay ərzində könüllü tərk etmədikləri halda, onların oradan məcburi qaydada çıxarılmaları və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib. Mübahisəyə bir neçə dəfə apellyasiya və kassasiya qaydasında baxılıb və sonuncu dəfə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qəra rı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 əldən çıxmış faydaya görə 38.245 manat pulun tutulub iddiaçı təşkilata verilməsi hissəsində ləğv edilib, həmin hissədə mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən- Cavabdeh1 əldən çıxmış faydaya görə 38.245 manat pulun tutulub iddiaçı təşkilata verilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia rədd olunub. xx xxxxxx 2020-ci ildə Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən prosessual normaların tələblərini pozub. Kassasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclası nın vaxtı və yeri haqqınla lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh1 vəkili Vəkil izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən, qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 130.1, 405.0.2-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsi nin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 134.1.5, 135.1 və 135.2-ci maddələrinin mənasına görə, birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 405.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəl lənin 130.1, 130.3 və 133.1-ci maddələrinin mənasına görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin surəti rəsmi qaydada Cavabdeh1 xx xxxxxx 2019-cu il tarix də təqdim edildiyindən və sonuncunun həmin qətnamədən verdiyi kassasiya şikayəti rabitə orqanına xx xxxxxx 2020-ci il tarixdə daxil olduğundan apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq Cavabdeh1 qətnamədən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Cavabdeh1 kassasiya şikayətində qətnamənin surətini ümumiyyətlə almadığını, qətnamədən kassasiya şikayəti verməsi üçün dövlət hesabına vəkillə təmin edilməsinə dair ərizə verdiyi üçün prosessual müddəti ötürməməsini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, sadalanan prosessual normaların mənasına görə prosessual hərəkətlər Azərbaycan Respublikası MPM və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkə tləri etmək hüququ keçmiş olur. Ona görə də Cavabdeh1 kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. İşin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq kassasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəm əsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-12420/2019 saylı qərardadı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2823/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2823/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver