Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2824/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi; qızıl-zinət əşyaları tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası, açı Cavabdeh İddiaçı qarşı “qızıl-zinət əşyaları” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-754/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarix li qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkil Nümayəndə) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətlərinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 12 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə izahatı alınmış İddiaçı göstərmişdir ki, Cavabdeh onun barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Qeyd etmişdir ki, Cavabdeh tanış dostu Mahirin vasitəsilə tanımışdır. 2020-ci ildə dostu Mahir ona bildirmişdir ki, Taleh adlı yeznə qızıl alğı-satqısı ilə məşğuldur, “ona pul ver və birlikdə işləyərək pul qazanın.” O, da Mahirə gör ə 2 il müddətində Talehə müxtəlif məbləğlərdə pul vermişdir, həmin pul müqabilində ona gəlir vermişdir. Təxminən bir il əvvəl ümumilikdə 18.900 manat pul vermişdir. Sonradan ona pul verə bilmədikdə, sonuncu dəfə 7.000 istədikdə ona pul verməyəndə girov qızıl qoyaraq 7.000 manat pul almışdır. Sonradan dəfələrlə pulunu istəməyinə baxmayaraq bu günə kimi Taleh ona borclu olduğu pulu verməmişdir. O, da pulu istəmək üçün onun yaşadığı ünvana və həyat yoldaşının iş yerinə qohumu ilə getmişdir. Pulunu ala bilmədiyi üçün Talehə qarşı məhkəmədə iddia qaldırmışdır. Talehdən pulunu almaq üçün onun yaşadığı ünvana və həyat yoldaşının iş yerinə gedən zaman ona və ailə üzvlərinə qarşı heç bir təzyiq etməmişdir. Cavabdeh onun barəsində yazdıqları şər və böhtandır. Material üzrə izahatı alınmış X4 göstərm işdir ki, Cavabdeh onun xalası qızının həyat yoldaşıdır. Təxminən, 2020-ci ildə qohumu Cavabdeh ona zəng vurub bildirmişdir ki, o, Türkiyə-Cümhuriyyətinə gedib-gəlir, əlində mayası azdır artıq pul qazanmaq istəyir, ona pul lazımdır, imkan varsa ona pul versin, 1 aya qaytaracaqdır. O, da Talehə artıq-pulu yoxdu pul verə bilməyəcəyini demişdir. Taleh də onda ona bildirmişdir ki, dost tanışda pulu olan varsa, onunla tanış elə pul versin onunla birlikdə işləsin və hər ikisi pul qazansınlar. O, da dostu Elgünü bildirmişdir ki, qohumu var qızıl alğı-satqısı ilə məşğuldur, pulun varsa ona ver, birlikdə işləyib pul qazanın, Elgün də ona razılıq vermişdir. Sonra onların nömrələrini bir-birinə vermişdir ki, özləri danışsınlar. Bundan sonra onlarla bu barədə heç bir söhbətləri olmamışdır. Təxminən 1 il əvvəl Elgün onun yanına gəlmişdir və bildirmişdir ki, Cavabdeh 18.900 manat borcunu qaytarmır. O, da bu barədə Cavabdeh yoldaşına zəng vurub bildirmişdir ki, Talehə denən Elgünün pulunu versin. Talehin yoldaşı Zülfiyyə Əliyeva ona bildirmişdir ki, 1 ay bizə möhlət ver, Elgünün pulunu verəcəkdir. Bir aydan sonra o, yenidən zəng vuranda Zülfiyyə Əliyeva yenə 20 gün müddət istəmişdir və dediyi müddətdə Elgünün pulunu verə bilməmişdir. X5 arasında narazılıq yaranmağa başlamış və indiyənə kimi də Elgünün pulunu verməmişlər. O, da sonradan bilmişdir ki, İddiaçı Cavabdeh barəsində məhkəmədə iddia qaldırıb hal-hazırda işləri məhkəmədədir. Elgün onun tanışıdır Talehlə onu özü tanış etmişdir. Sonradan aralarında pulla bağlı narazılıq olduğunu bilmişdir. Həmin ərəfələrdə Elgün bir dəfə Cavabdeh ev inə pulunu istəməsi üçün getmiş, bir dəfə də Elgün öz xalası qızını Talehin yoldaşı Zülfiyyə Əliyevanın iş yerinə Elgünə borclu olduğu pulu istəməsinə görə getmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.
2. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 18.900 manat məbləğində pulun, 147 manat dövlət rüsumunun, 16 manat iddianın təmin tədbirinə görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini Mahir adlı şəxslə yaxın dostluq münasibəti var və Mahirin vasitəsilə Cavabdeh tanımışdır. 2019-cu ilin axırı o, Mahirlə söhbət edərkən sonuncu ona bildirmişdir ki, əmisi qızının həyat yoldaşı Taleh X1 alveri ilə məşğul olmaq istəyir, lakin əlində pulu yoxdur, əgər sən pul qoysan şərikinə işləyə bilərsən. Həmin vaxt Mahirin vasitəsilə Cavabdehlə tanış olmuş və onlar razılaşmışlar ki, o, pul versin, Cavabdeh isə qızıl gətirərək satsın və qazancı yarı bölünsün. Bundan sonra, o ayrıayrı vaxtlarda Cavabdeh 3.300, 8.600 və 7.000 manat olmaqla, ümumilikdə 18.900 manat pul vermişdir. Cavabdeh qızıl əşyalarını gətirərək satıb hər ay qazancından ona verirmiş. Cavabdeh 2021-ci ilin sentyabr ayından ödənişi dayandırmış, lakin işləmək üçün verdiyi 18.900 manat pulunu qaytarmamışdır. O, Cavabdeh pulunu tələb etsə də, lakin sonuncu hər dəfə bəhanə edərək pulu qaytarmaqdan imtina etmişdir.
4. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) da İddiaçı (bundan s onra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddiasının rədd edilməsi, ümumi dəyəri 9.000 manat olan - 750 əyarlı 6,76 qram çəkidə 1 ədəd klon (qırmızı böyük daş və brilyant daşlarla əhatələnmiş) dəyəri – 1.285 manat, 1 komplekt (bir üzük və iki sırğa qırmızı böyük daş və brilyant daşlarla əhatələnmiş) 14,49 qram çəkidə, 583 əyarlı dəyəri – 2.204 manat, 1 komplekt (bir üzük və iki üzük ağ rəngli brilyant tək qaşlı) 12,23 qram çəkidə 750 əyarlı dəyəri – 2.323 manat, 1 komplekt (bir üzük və iki sırğa ağ rəngli 3 ədəd böyük ətrafda xırda brilyant qaşlarla) 16,78 qram çəkidə 750 əyarlı dəyəri – 3.188 manat cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Qarşılıqlı idd ia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı iddia tələbi əsassızdır. Çünki cavabdeh İddiaçı ona 9.000 manat məbləğində pul ödəməlidir. Belə ki, İddiaçı ona qarşı olan iddia tələbində qeyd edilmişdir ki, guya 2019-cu ilin axırlarında ondan pul alaraq şərikli bizneslə (qızıl alğı-satqısı) ilə məşğul olmuşlar. Bu tamamilə yalandır çünki o, mərkəzi univermaqda qızıl alğı-satqısı ilə 2019-cu ildən deyil 2018-ci ildən məşğul olmuşdur. Bu bizneslə məşğul olduğu müddətdə şəriki olmamışdır. 2020-ci ilin əvvəllərində nisyə mal verdiyi alıcılar tərəfindən ödənişlər olmadığı üçün nisyə qızıl götürdüyü satıcılara borcu yaranmışdır və dövriyyədə pul qıtlığı var olmuşdur. Buna görə də qohumu Mahir vasitəsilə tanış olduğu İddiaçı 5.000 manat pul götürmüşdür. Borcun qaytarılmasının təminatı ki mi İddiaçı 6.800 manatlıq qızıl-zinət əşyalarını girov vermişdir. Bunun müqabilində ona hər ay 500 manat olmaqla 2020-ci ilin oktyabr ayınadək pul ödəmişdir. Pandemiya ilə əlaqədar ödənişlərdə çətinlik çəkdiyi üçün Elgün də olan qızıl zinət əşyalarını götürüb satmış və xx.xx.2020-ci ildə isə Bank vasitəsilə İddiaçı 4.864 manat pul ödəyərək borcu tam bağlamışdır. Bundan sonra 27 may 2021-ci il tarixdə bir daha İddiaçı 9.000 manat dəyərində 50,26 qram qızıl-zinət əşyalarını (brilyant daşlarla) girova qoyaraq 5.000 manat məbləğində pul götürmüşdür. 2021-ci ilin sentyabr ayınadək İddiaçı hissə-hissə 2.000 manat pul ödəmişdir. Borcu tam bağlamaq üçün İddiaçı onda olan girov qızıl-zinət əşyalarını geri istəmişdir ki, satıb borcu bağlaya. Lakin Elgün qızılzinət əşyalarını ona qaytarmaqdan imtina etmişdir. Bununla da haqsız olaraq onun 9.000 manat dəyərində 50,26 qram qızıl-zinət əşyalarını (brilyant daşlarla) mənimsəmişdir.
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ilkin iddia üzrə Cavabdeh onun yeznəsidir. Talehə pul lazım olmuş, lakin onda borc verə biləcək pul olmamışdır. Elgündən bu barədə soruşandan sonra əlaqə saxlaya bilmələri üçün hər iki tərəfin mobil telefon nömrələrini bir-birinə vermişdir. Borc barədə söhbət pandemiyadan əvvəl olmuşdur. Habelə, Elgünə bildirmişdir ki, Talehə verəcəyi 5.000 manat üçün cavabdehlik daşıyacaqdır. Borc alıb-verilməsi barəsində sonradan məlumatı olmamışdır. Təxminən bir il əvvəl Elgün onun yanına gələrək Talehin borcunu qaytarmadığını bildirmişdir. Məsələylə maraqlanmaq üçün Talehin bacanağı na zəng etmişdir. Daha sonra Taleh ona zəng edərək borcu özünün həll edəcəyini bildirmişdir. Narazılıq vaxtı borc 20.000 manata çatmışdır. Xalası qızı olan Talehin həyat yoldaşı da demişdir ki, onun iş yeri olan universitetə gələrək borcu tələb ediblər. Əvvəlcə bir aya borcu ödəyəcəklərini bildirdilər, daha sonra ödəniş üçün bir ay da vaxt istədilər. Cavabdeh borcu ödəyəcəyini bildirdi. Borcun 18.900 manat olmasını əvvəlcə Elgün dedi, daha sonra Taleh və həyat yoldaşı da təsdiqlədi, hətta onlar bildirdilər ki, borca əlavə pul da ödəməlidirlər. İddiaçı Cavabdeh məxsus qızıl-zinyət əşyasının olubolmadığını bilmir.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Elgün onun xalası oğludur. Talehin telefonuna zəng çatmadığı üçün Elgün xahiş etmişdir ki, Talehin həyat yoldaşı Zülfiyyənin iş yerinə gedib ona olan borcunu istəsin. İş yerinə gedib borcu istəyəndə Zülfiyyə Cavabdeh borcu qaytaracağını bildirmişdir. Bu hadisə təxmini 1-2 ay əvvəl olmuşdur. Borcun məbləğini bilmir, Zülfiyyə də bu barədə ona heç nə deməmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)1152/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) ilk iddia qismən təmin edilərək, Cavabdeh 3.135,45 manat pulun alınaraq İddiaçı verilməsi, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “əmlak tələbi” barədə qarşılıqlı iddiasının təmin edilməməsi, Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 111 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdehə verdiyi pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məbləğ barədə mübahisə olsa da, hər iki tərəf bildirir ki, aralarındakı razılaşmaya əsasən verilən pul geri qaytarılmalı idi. Belə olan halda, borcverən qismində İddiaçı qarşısında borcalan Cavabdeh aldığına müvafiq pulu qaytarmaq öhdəliyi daşımışdır. Hazırkı iş üzrə iddiaçı cavabdehdən verdiyi 18.900 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, qanunvericiliyin tələbinə əsasən, predmetin məbləği üç min manatdan çox olduğu üçün tərəflər arasında etibarlı borc münasibətinin yarana bilməsi üç ün razılaşma yazılı formada təsbit olunmalı, borc müqaviləsi yazılı formada bağlanmalı idi. Belə ki, tələbin əsaslandığı əqdin etibarlılığı yoxlanılmalıdır. Cavabdehin iddiaçı qarşısındə öhdəliyinin əmələ gələ bilməsi üçün tələb olunan müqavilə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər pozmaqla bağlandığından əqd etibarsız hesab edilməli, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə tədqiq edilmiş sübutlarla cavabdeh 2019-cu ildə iddiaçıdan 5.000 manat pul borc aldığını etiraf etmiş və həmin puldan 4.864,55 manat ödəniş etdiyini təqdim etdiyi xx.xx.2020-ci il tarixli qəbzlə sübuta yetirmişdir. Cavabdeh habelə, iddiaçıdan növbəti dəfə xx.xx.2021-ci ildə 5.000 manat borc aldığını və həmin məbləğdən 2.000 manat ödəniş etdiyini, 3.000 manat borcu qaldığını etiraf etmişdir. Beləliklə, 18.900 manat pulun iddiaçı tərəfindən cavabdehə borc verilməsi barədə etibarlı müqavilə və (ya) iddianın həmin məbləğdə etirafı olmadığından, ilkin verilən borcdan (5.000-4.864,55=135,45) 135,45 manat, növbəti dəfə verilən borcdan (5.000-2.000=3.000) 3.000 manat ödəniş edilməli olduğu işin tədqiq edilmiş halları əsasında müəyyən edildiyindən, ilkin iddia qismən təmin edilməli, 3.135,45 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə iddiaçı tərəfin sübut qismində təqdim şahid ifadələrinə münasibətdə qeyd edir ki, hər iki şahid tələb edilən borcun verilməsində iştirak etməmiş, habelə şahid Gülbəniz Bağırovanın ifadəsiylə verilən borcun məbləği təsbit olunmur, X8 ifadəsində dəqiqliklə bildirdiyi b orc məbləğinə dair təxminən bir il əvvəl aparılmış araşdırma nəticəsində qəbul olunmuş qərardakı izahatında qeyd etməmişdir. Məhkəməyə təqdim edilmiş səs yazılarında cavabdeh tərəfdən ödəniləcəyi bildirilən pulun Rüxsarə adlı şəxsə verilmiş borc olması və həmin borcun iddiaçı tərəfindən cavabdehdən tələb edilməsi həmin sübutlarla təsdiqlənmişdir.
10. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər borcun verilməsi zamanı öhdəliyin icrasının təminatı qismində cavabdehə məxsus qızıl-zinyət əşyalarının iddiaçıya verildiyini təsdiq edir. Hazırda cavabdeh ona məxsus və iddiaçının sahibliyində olduğunu bildirdiyi qızılların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin qızılların cavabdehə təhvil verilməsi cavabdeh tərəfin məh kəməyə təqdim etdiyi yazılı çıxışla öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəf həmin qızıl-zinyət əşyalarının satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi məqsədilə fotoşəkillərinin çəkilməsi üçün cavabdehə təqdim edildiyi və daha sonra iddiaçıya yenidən təhvil verildiyi bildirilsə də, qeyd edilən halı – cavabdehin tələb etdiyi ona məxsus əşyaların iddiaçının sahibliyində olması sübuta yetirilmir, halbuki sübutetmə yükü cavabdehin üzərinə düşür. Bundan başqa, xx.xx.2021-ci il tarixli fotoşəklin gizli qaydada çəkildiyindən sübut qismində qəbul edilməməli və qiymətləndirilməməli olduğunu bildirsə də, ictimaiyyətə açıq sahədə cavabdehlə üzbəüz və onun aşkar görüş məsafəsində aparılmış çəkilişin gizlin olması iddiaçı tərəfindən etiraf olunmur, habelə sadalanan səbəblərdən a ğlabatan və məntiqli deyil. Beləliklə, məhkəmə iclasında aparılmış araşdırma zamanı hər iki tərəfin təsdiqlədiyi hal kimi iddiaçıya təhvil verildiyi zaman içində qızılların olduğu zərfin üzərində zərgərlik məmulatlarının növlərinə, çəkilərinə dair qeydlərin, xx.xx.2021-ci il tarixli fotoşəkildəki piştaxta arxasındakı cavabdehin apardığı qeydlərlə eynilik təşkil etməsi müəyyən edilmişdir. Cavabdeh bu halı açıqlamaq verdiyi izahatında, daha əvvəl götürdüyü borcun ödənilməsi məqsədiylə qızılzinyət əşyalarının təhvil verilməsi zamanı həmin fotoşəklin çəkildiyini bildirmişdir. Lakin cavabdeh özü bildirmişdir ki, iddiaçıdan ilkin olaraq 2020-ci ilin əvllərində götürdüyü borcu həmin ilin oktyabr ayında ödəmişdir, bu halı xx.xx.2020-ci il tarixli qəbzlə təsdiqləmişdir. Lakin cavabdeh tərəfin təqdi m etdiyi və qızılların iddiaçıya təhvil verildiyi zərfin üzərində xx.xx.2021-ci il tarixi qeyd olunmuşdur, cavabdehin piştaxta arxasındakı fotoşəklinin xx.xx.2021-ci il tarixli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdeh tərəfin təqdim etdiyi, ayrı-ayrılıqda çəkilmiş fotoşəkillərinə əsasən mübahisəli qızıl-zinyət əşyalarının hər birinin piştaxta arxasındakı cavabdehin tərəzisindəki məmulatlarla və çəkiləriylə eyniliyi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Habelə, səs yazılarının tədqiqi zamanı öz təsdiqini tapmışdır ki, iddiaçı Rüxsarə adlı şəxsin onda olan qızıllarının təhvil alınaraq satılmasını və borcun ödənilməsini bildirir. Beləliklə, borcun verilməsi zamanı girov müqaviləsi üçün nəzərdə tutulmuş yazılı tərtib olunması barədə tələbə riayə t edilmədiyindən etibarsız hesab edilməli olan və tərəflər əqddən əvvəlki vəziyyətə qaytarılmalı - mübahisəli qızıl-zinyət əşyalarının cavabdehə qaytarılmalı olsa da, həmin əşyaların cavabdeh tərəfindən qəbul edilməsi birbaşa və dolayı sübutlarla təsdiq olunmuşdur, buna görə qarşılıqlı iddia sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Beləliklə, qarşılıqlı iddia sübuta yetirilmədiyindən təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 152.1, 157.1, 157.2, 157.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən narazı qalan iddiaçı (qarşılıqlı iddi a üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
13. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin qismən təmin olunması hissədə ləğv edilməsini və ilkin iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ilkin iddia ərizəsində, habelə məhkəmə ic raatı zamanı onunla Cavabdeh arasında birgə fəaliyyətlə bağlı münasibət yarandığı, ona görə də onun Cavabdeh pul məbləğini borc kimi deyil, birgə fəaliyyət göstərmək və əldə olunan qazancın bölünməsi məqsədilə verildiyi göstərilmiş olsa da, lakin işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni borc-öhdəlik hüquq münasibətləri kimi qiymətləndirmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, tərəflərin birgə fəaliyyəti üçün vasitəçiliyi o yaratmışdır. İddiaçı ilkin olaraq 5.000 manat pul verdiyini bildirmiş, sonradan isə aralarında hansı məbləğdə pul alınıb verilməsindən xəbəri olmamışdır. Yalnız Elgün ona Talehin 18.900 manat pul qaytarmalı olduğunu dedikdə məlumatı olmuşdur. Bununla b ağlı Talehə və sonuncunun həyat yoldaşı olan xalası qızına iradını bildirdikdə onlar həqiqətən Elgünə 18.900 manat pul verməli olduqlarını, əvvəlcə bir ay müddətində qaytaracaqlarını, sonra isə əlavə vaxt istəmələrini və qaytarmadıqlarını bildirmişdir. Eyni zamanda, Elgünün tələb etdiyi 18.900 manat pulla bağlı cavabdehin heç bir narazılığının olmamasını bildirmişdir. Həmçinin, mülki işdə olan qarşılıqlı iddiaçı Cavabdeh məxsus səs yazılarında da sonuncu həqiqətən 18.900 manat pul verməli olduğunu etiraf edir və hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirir.
15. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin olunmaması hissədə ləğv edilməsini və qarşılıqlı iddia t ələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsinə əsas kimi göstərmişdir ki, qarşılıqlı iddia tələbində göstərilmiş qızıl-zinət əşyalarının ona təhvil verilmiş olması onun məhkəməyə təqdim etdiyi çıxışla öz təsdiqini tapmışdır. Həmin qızılların fotoşəklinin çəkilməsində məqsəd qızılların İnstagram sosial şəbəkəsində satışa çaxarılması olmuşdur. İlkin İ ddiaçı da məhz buna görə qızılları ona təqdim etmişdir və bundan sonra sözügedən qızıl-zinət əşyalarının İddiaçı qaytarılmış olması barədə sübut yoxdur. Halbuki, həmin qızıl-zinət əşyalarının şəklinin çəkilməsindən, yəni 17 avqust 2021ci il tarixdən sonra onunla İddiaçı arasında olan səsli Whatsapp sosial şəbəkə yazışmalarında dəfələrlə Elgün ona zəng edib qızılları götürməyi və onun pulunu ödəməyini bildirib. Həmin səs yazıları CD disk vasitəsilə məhkəməyə təqdim edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə həmin səs yazılarını nəzərə almamışdır. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, guya o, 27 may 2021-ci il tarixdə İddiaçı qəbzlə aldığı 5.000 manat pulun müqabilində girova qoyduğu qızıl-zinət əşyaları borcun 3.000 manat qalığını ödəməd ən ona qaytarmışdır. Halbuki öhdəliyin təminatı kimi borcludan alınmış girov yalnız o halda borcluya geri qaytarılır ki, borc tam ödənilmiş olsun. Göründüyü kimi, onun Elgün İbrahimoya qaytarmalı olduğu 3.000 manat pulu ödəmədən Elgünün həmin qızıl-zinət əşyalarını ona qaytarması tamamilə yalandır. Həmçinin birinci instansiya mhkəməsinə təqdim edilmiş səs yazılarında qarşılıqlı iddia tələbində göstərilmiş qızıl-zinət əşyalarının ilkin İddiaçı olması aydın şəkildə onun özü tərəfindən etiraf edilməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almamışdır.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-754/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (X7 (sədrliyi və məruzəsi ilə), Afiq Hüseynzadə və Loğman Süleymanov) iddiaçı nın (qarşılıqlı iddia üzrə cavabdeh) və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin hallarından göründüyü kimi ilkin İddiaçı tərəfindən qarşılıqlı iddiaçı Cavabdeha borc verilməsi barədə tərəflər arasında kredit müqaviləsi, habelə əlyazma sənəd, akt və.s tərtib edilməmişdir. Lakin tərəflərin izahatları, habelə iş materiallarında olan sənədlər əlaqəli şəkildə tədqiq olunduqda müəyyən olunur ki, həqiqətən də ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh müxtəlif vaxtlarda borca pul vermişdir. Həmçinin kollegiya qeyd edir ki, iş materiallarında borcun qaytarılması ilə bağlı ödəniş qəbzi mövcuddur, hab elə ilkin İddiaçı izahatlarında qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən hansı vaxtda və hansı miqdarda borcdan qaytarılmış olduğunu bildirmişdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində, habelə birinci instansiya məhkəməsində icraat zamanı və apellyasiya baxışı zamanı vermiş olduğu izahatında bildirmişdir ki, 2020-ci ilin əvvəllərində nisyə mal verdiyi alıcılar tərəfindən ödənişlər olmadığı üçün nisyə qızıl götürdüyü satıcılara borcu yaranmışdır və dövriyyədə pul qıtlığı var olmuşdur. Buna görə də qohumu Mahir vasitəsilə tanış olduğu İddiaçı 5.000 manat pul götürmüşdür. Borcun qaytarılmasının təminatı kimi İddiaçı 6.800 manatlıq qızıl-zinət əşyalarını girov vermişdir. Bunun müqabilində ona hər ay 500 manat olmaqla 2020-ci ilin oktyabr ayınadək pul ödəmişdir. Pandemiya ilə əlaqədar ödənişlərdə çətinlik çəkdiyi üçün Elgün də olan qızıl zinət əşyalarını götürüb satmış və xx.xx.2020-ci ildə isə Bank vasitəsilə İddiaçı 4.864 manat pul ödəyərək borcu tam bağlamışdır. Bundan sonra 27 may 2021-ci il tarixdə bir daha İddiaçı 9.000 manat dəyərində 50,26 qram qızıl-zinət əşyalarını (brilyant daşlarla) girova qoyaraq 5.000 manat məbləğində pul götürmüşdür. 2021-ci ilin sentyabr ayınadək İddiaçı hissəhissə 2.000 manat pul ödəmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən olunur ki, ilkin İddiaçı 2020-ci ilin əvvəllərində 5.000 manat, 27 may 2021-ci il tarixdə də yenə 5.000 manat olmaqla, ümumilikdə qarşılıqlı iddiaçı Cavabdeh 10.000 manat borc pul vermişdir. İlkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh borca vermiş old uğu pulun 18.900 manat məbləğdə olduğunu iddia etsə də, lakin bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsində təsbit edilmişdir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisənin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə iş materiallarındakı Whatsapp sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmaları əks etdirən fotoşəkillər də sistemli şəkildə tədqiq olunmalıdır. Çünki həmin yazışmalarda hazırkı iddia qaldırılmamışdan qabaq pulun qaytarılması ilə bağlı tərəflərin bir-birinə ötürdükləri məlumatlar qeydə alınmışdır və həmin məlumatlar onlar arasındakı münasibətlərin həqiqi və faktiki hallarını özü ndə əks etdirir. Həmin yazışmalara diqqət yetirildikdə görünür ki, ilkin İddiaçı pulun qaytarılması ilə bağlı qarşılıqlı iddiaçı Cavabdeh ayrı-ayrılıqda mesajlar ünvanlayaraq bildirir ki, “Ruxsarədən də pulu al ey, nə gözləyirsən; Mən çox yığacam səni; Get Ruxsarədən pulu al gətir; Ya dağdakı evi gəl qiymət edək üzülüşək; Mən Ruxsarə tanımıram, gəl qızılı sat pulumu ver; Dedim ondan pulu almasan evi keçirt adıma dedin yaxşı, noldu sənin hər şeyin yalan çıxır; Gəl birinci Ruxsarə işini həll elə; Araya söz qatma gəl Ruxsarə işini həll elə; Gəl Ruxsarə işini həll elə; Demədin verməsə mən satacam gəl sat da”. Qarşılıqlı iddiaçı Cavabdeh isə göstərilən mesajlara cavab olaraq ilkin İddiaçı bildirir ki, “Bankdan cavab gözləyirəm. Axşam Ruxsarəyə zəng et de ki, sabah qızılları satıram. Özlərinə zə ng et apar onların qızılını sat. Mən də onlara axşam zəng edəcəm. Deyəcəm ki, qızılları aparır satmağa. Apar sabah onların qızıllarını sat. Mən də bank pulu verən kimi sənin sələmini və pulunu verəcəm; Torpağı satmalıdırlar bayaq Həmid mənə dedi ki satılsın bir iki günə onun pulunu və üstünü sələmini ödəyəcəm. Mən də sənəd gözləyirəm”. İlkin İddiaçı isə qarşılıqlı iddiaçı Cavabdeh cavab olaraq bu mesajları göndərir “Bəlkə Həmid heç sata bilməyəcək oranı. Sən bil ki, mən səni tanıyıram səndən alacam, unutma; Birinci Ruxsara işini həll elə Mən sənə kişi kimi inanmışam sən hər dəfə demisən ki, mənlikdi sən bilirsənmi mənlikdi sözü kişiyə məxsusdur indi sənlik olanları elə; Maşınla gəlib karvansaranın qarşısında məni gözləyirdin Ruxsaraynən. Nə məcbur idi mənə yalan danışırdın. İndi gəl arxası nda dur sən dedin ki məni tanıyırsan biraz tezləşdir. Göründüyü kim qeyd olunan yazışmalar sistemli şəkildə təhlil olunduqda qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı məhz 18.900 manat məbləğində borc almış olması öz təsdiqini tapmır. Bundan başqa iş materiallarında olan bir neçə CD disk mövcuddur ki, həmin disklərdə səs yazıları mövcuddur. Qarşılıqlı İddiaçı həmin səs yazılarına istinad edərək qarşılıqlı iddiaçı Cavabdeh 18.900 manat borcun ona ödənilməsini tələb edir.
21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həmin CD disklərdəki səs yazıları tərəflərin iştirakı ilə məhkəmə iclasında dinlənilmiş və tərəflər bildirmişlər ki, qeydə alınmış səs yazıları onlara məxsusdur. Həmin səs yazıları ayrı-ayrılıqda dinlənilərkən müəyyən olunmuşdur ki, tərəflərin birinin digərinə ünvanladığı bir sıra səs yazıları vardır. Həmin səs yazısı dinlənilərkən müəyyən olunur ki, qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı pul mübahisəsi ilə bağlı müəyyən sözlər deyir. Həmin danışıq bundan ibarətdir: “Pulu verəcəm, Sənədlər həll olunanda sənin pulunu verəcəm. Sən Xoşbulaqda mənnən birlikdə əziyyət çəkib ev tikməyibsən ki, mən indi həmin evi kiməsə verim. Nə mən, nə də ki, mənim boyun olduğum şəxslər heç kimin pulunu yeməyiblər”. Başqa bir səs yazısında qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı ünvanına bildirir: “Meyvəlidəyəm, maşını aformut edirik, qızılı da həll edəcəm. Prius markalı avtomobil tapmışam. Nədir mən 1.700-1.800 manat aylıq pul qazanacam, ondan da hər ay 400-500 manat benzinə pul verəcəm? Pul verəsidirlər, 12.800 ya 13.800 manat. Bilmirəm nə qədər olacaq. Sənin 3.300 manatın ı də verəcəm, 7.000 min manatını da üzülüşəcəyik”. Başqa bir CD diskdə olan səs yazısında ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh ünvanına bildirir: “Qaldı ki, Ruxsarə məsələsinə, Ruxsarə pulu vermirsə, sənlikdir da. Özün dedin ki, məni tanıyırsan. Dədəsi (Ruxsarənin) mənə dedi ki, a bala, pulum yoxdur. Dedi ki, ayın axrı verəcəm. Mən neyniyirəm onunla mübahisə etməyi. Nə deyim? Deyim ki gətir pulu ver? Mən ona pul verməmişəm ki, gedim ondan pul istəyim. Mən Talehə pul vermişəm, pulu da Talehdən istəyirəm.” Başqa bir səs yazısında ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh ünvanına bildirir: “Get al da pulu, mən niyə get getməliyəm? Dedin 9.000 manat qiyməti var. Gəl 9.000 manata sat da. Dedin ki, mən də bu işdəyəm, qızıl satanam. Sən variant gəlirsən, mənə də əsəb gəlir. Mən sözün düzünü deyirəm. Mən səni tanıyırım Ruxsarənin dədəsini yox. Rusxarə də, sən də nə gündəsiz ki, sizin işinizə ata-baba qarışır. Get özün həll elə, mənim pulumu ver”. CD disklərdən birində olan başqa səs yazısında ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh ünvanına bildirir: “Dedin ki, gələndə evi ya maşını adına keçirdəcəm indi niyə boyun qaçırırsan ki? Mən gözləyirəm ki, sən deyəsən ki vaxtında edə bilmədik, gəl adına keçirdək işimizi aşırdaq. Sonra qaytarıb öz adıma keçirdərik. Yenə deyirəm nə vaxt verəcən pulu? Həm də gəlib Ruxsarənin də qızılını satacaqsan. Sən adıma keçirt, sataq pulumu götürüm, artığı nədir özün götürərsən”.
22. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi, sözügedən səs yazıları da təhlil olunduqda ilkin İddiaçı tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh b orca verilmiş pulun məhz 18.900 manat məbləğində olması öz təsdiqini tapmamışdır. Whatsapp sosial şəbəkə yazışmalarında olduğu kimi ilkin İddiaçı Ruxsarə adlı şəxsə vermiş olduğu borcu da qarşılıqlı iddiaçı Cavabdeh tələb edir.
23. Məhkəmə kollegiyası bu məqamda mühüm əhəmiyyət kəsb etdiyinə əsaslanaraq bir xüsusatı da qeyd etmişdir ki, ilkin İddiaçı apellyasiya baxışı zamanı vermiş olduğu izahatında bildirmişdir ki, 31 may 2021-ci il tarixdə Ruxsarə adlı şəxsə verdiyi 6.500 manata görə 4.000-5.000 manat dəyərində qızıl-zinət əşyalarını girov götürmüşdür. 3-4 ay sonra, təxminən 2021-ci ilin sentyabr ayında Ruxsarənin atası pulu ödəmiş və onun qızıllarını qaytarmışdır. Nəzərə almaq lazımdır ki, tərəflər arasında olan Whatsapp sosial şəbəkə yazışmaları 11 yanvar 2022-ci il tarixdə və bu tari xdən sonra olması işin mübahisəsiz halıdır. İlkin İddiaçı Ruxsarə adlı şəxsə verdiyi 6.500 manatın sonuncunun atası tərəfindən 2021-ci ilin sentyabr ayında ödənilərək həmin vaxtdan da onun qızıllarını qaytardığını bildirsə də, lakin 11 yanvar 2022-ci il tarixdə gedən Whatsapp sosial şəbəkə yazışmalarından da göründüyü kimi ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh Ruxsarə adlı şəxsin borcunun ödənilməsini tələb edir. İşin qeyd olunan halı isə bir daha onu deməyə əsas verir ki, ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh Ruxsarə adlı şəxsə vermiş olduğu borcun da qaytarılmasını tələb edir və CD diskdə olan, habelə yazışmalardakı qızıllar da məhz Ruxsarə adlı şəxsə aid qızıllardır.
24. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, ilkin İddiaçı tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh bo rca verilmiş pulun məhz 18.900 manat məbləğində olması birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid X2 ifadəsi ilə də sübuta yetirilmir. Adı qeyd olunan şahid ifadəsində bildirmişdir ki, borcun 18.900 manat olmasını əvvəlcə Elgün, dedi, daha sonra isə Taleh və həyat yoldaşı bunu təsdiqlədi.
25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı ilkin İddiaçı bildirmişdir ki, tələb edilən borc hər hansı şəxsin iştirakı olmadan verilmişdir, borc hər ikisi avtomobildə olarkən verilmişdir. Göründüyü kimi ilkin iddiaçı özü bildirir ki, qarşılıqlı iddiaçı Cavabdeh borca pul verərkən yanlarında heç kim olmamışdır. Digər tərəfdən isə, şahid X10 İbrahimov tərəfindən ona ötürülən məlumat əsasında borcun 18.900 manat olduğunu bildirmişdir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, şahid X11 Əliyevin və onun yoldaşının borcun 18.900 manat olduğunu təsdiqlədiklərini bildirsə də, lakin apellyasiya baxışı zamanı qarşılıqlı iddiaçı Cavabdeh bildirmişdir ki, nə o, nə də ki arvadı belə bir söz deməmişlər. Ona görə də məhkəmə kollegiyası X8 “ilkin İddiaçı tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh borca verilmiş pulun 18.900 manat məbləğində olması” barədə ifadəsini mötəbər sübut kimi qəbul etmir.
26. Bundan sonra məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən "xxxx" QSC vasitəsilə 29 oktyabr 2020-ci il tarixdə ilkin İddiaçı 4.864,55 manat ödəniş edilmişdir. Qeyd olunan hal mülki işin 28-ci vərəqində olan "xxxx" QSC tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli qəbzlə sübuta yetirilir və birinci instansiya məhkəməsində icraat zamanı həmin qəbzin əslinə də baxış keçirilmişdir.
27. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, 27 may 2021-ci il tarixdə ilkin İddiaçı aldığı 5.000 manat borcdan 2021-ci ilin sentyabr ayınadək hissə-hissə 2.000 manatını qaytarmışdır. İlkin İddiaçı da birinci instansiya məhkəməsində icraat zamanı bu halı təsdiqləmişdir (bax səhifə 76, iclas protokolu).
28. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlmişir ki, qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı olan borcundan (4.864,55+2.000) 6.864,55 manat ödəmişdir və qalıq borc (10.000-6.864,55) 3.135,45 manat təşkil edir. Belə ki, işin müəyyən olunmuş və faktiki hallarından göründü yü kimi qarşılıqlı iddia tələbində göstərilmiş ümumi çəkisi 50,26 qram olan qızıl zinət əşyaları qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ilkin İddiaçı girov kimi verilmiş və tərəflər həmin vaxt qızıl-zinət əşyalarını zərfə qoyaraq hər ikisi həmin zərfi imzalayıb ayın tarixini qeyd etmişlər. Beləliklə ilkin İddiaçı qarşılıqlı iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarını təhvil almışdır. Bununla yanaşı iş materiallarında olan 17 avqust 2021-ci il tarixdə çəkilmiş fotoşəkildən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh həmin qızıl-zinət əşyalarını ilkin İddiaçı təhvil almışdır. Göründüyü kimi işin müəyyən olunmuş və faktiki halları göstərir ki, qarşılıqlı iddia ərizəsində qeyd olunmuş qızıl-zinət əşyaları bütövlükdə ilkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya təhvil verilmişdir.
29. Həmç inin məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, “iş materiallarındakı fotoşəkildə qızılları qəbul etməyib, sadəcə öz aralarında razılığa gəliblər ki, İddiaçı qızılları gətirsin, o da qızılların şəklini çəkib satmaq məqsədilə İnstagram sosial şəbəkəsinə yerləşdirsin” barədə qarşılıqlı iddiaçının dəlili əsassızdır. Belə ki, həmin fotoşəklin məhz qızıl-zinət əşyalarının sosial şəbəkədə satışa qoyulmasına görə çəkilmiş olması işin faktiki halları ilə sübuta yetirilməmişdir.
30. Bundan başqa, məhkəmə kollegiyası qarşılıqlı iddiaçının bu dəlilini ağlabatanlıq meyarları əsasında təhlil edərək qeyd etmişdir ki, qızıl-zinət əşyalarının qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən sosial şəbəkədə satışa qoyulması ilə bağlı şəklinin çəkilməsi məqsədilə ilkin İddiaçı tərəfindən qarşılıqlı iddiaçıya verilm əsi inandırıcı və ağlabatan deyil.
31. Məhkəmə kollegiyası gəlmiş olduğu bu qənaətini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh borcuna görə sonuncuya məxsus qızılları girov götürərək özündə saxlamış və ona qaytarmamışdır. Diqqət yetirilməli olan haldır ki, əgər həqiqətən də tərəflər arasında qızılların şəklini çəkib satmaq məqsədilə İnstagram sosial şəbəkəsinə yerləşdirilməsi barədə razılıq olsaydı, ilkin İddiaçı sahibliyində olan və girov saxladığı qızıl-zinət əşyalarının özünü təqdim etmədən də onların şəklini və digər lazımı məlumatları qarşılıqlı iddiaçı Cavabdeh təqdim edə bilərdi. Sonuncu da bu yolla yenə həmin qızılları sosial şəbəkədə satış üçün yerləşdirməklə məqsədinə nail ola bilərdi. “Qızıl-zinət əşyalarının şəklinin çəkilməsindən, yəni 17 avqust 2021-ci il tarixdən sonra onunla İddiaçı arasında olan səsli Whatsapp sosial şəbəkə yazışmalarında dəfələrlə Elgün ona zəng edib qızılları götürməyi və onun pulunu ödəməyini bildirib” barədə qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi ilkin İddiaçı iş materiallarındakı CD diskdə olan səs yazılarında, habelə yazışmalarda qarşılıqlı iddiaçı Cavabdeh Ruxsarə adlı şəxsə vermiş olduğu borcun qaytarılmasını tələb etmişdir və səs yazılarında, eləcə də Whatsapp sosial şəbəkə yazışmalarında adıçəkilən qızıllar məhz Ruxsarə adlı şəxsə aid qızıllardır. Yəni həmin qızılların qarşılıqlı iddiaçı Cavabdeh məxsus qızıllara aidiyyəti olmamışdır.
32. Apellyasiya instansiyası məhkəməs i gəldiyi nəticəni Mülki Məcəllənin 739, 14.2.1, 329.3, 385.1, 406.2, 740-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 384.0.2, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
33. Qətnamədən narazı qalan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkil Nümayəndə) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
34. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
35. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, hazırki mübahisə üzrə tərəflər birgə fəaliyyətlə bağlı hüquq münasibətində olmuşlar, bu barədə birinci instansiya məhkəməsində də bildirilib. Lakin birinci instansiya məhkəməsi mübahisəyə borc müqaviləsi kimi qiymət verib, apellyasiya şikayətində də birinci instansiya məhkəməsinin mübahisəyə düzgün qiymət vermədiyi, tərəflərin birgə fəaliyyətlə bağlı hüquq münasibətində olması göstərilmişdir. Lakin nədənsə apellyasiya kollegiyası bu hissədə mübahisyə qiymət verməmişdir. Ümumiyyətlə şikayətlərinin bu hissəsinə toxunmamışdır.
36. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
37. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qarşılıqlı iddia tələblərinin təmin olunmamasını onunla əsaslandırmışdır ki, ilkin iddiaçı tərəfindən təqdim olunmuş 17 avqust 2021-ci il tarixdə çəkilmiş fotoşəkildən görünür ki, guya qarşılıqlı iddiaçı Cavabdeh həmin qızıl-zinət əşyalarını ilkin İddiaçı təhvil almışdır. Halbuki həmin fotişəkil çəkilən zamanı qızıl-zinət əşyaları yalnız sosial şəbəkədə satış üçün göstərilməsi məqsədi ilə fotoçəkiliş aparılmışdır. Bununla yanaşı ilkin İddiaçı xx.xx.2021-ci il tarixdə qarşılıqlı iddiaçı Cavabdeh verdiyi 5.000 manat borcun təminatı kimi girov götürdüyü 50,26 qram qızılı zərfə qoyaraq hər ikisi tərəfindən imzaladıqları halda həmin qızılları heç bir qəbz olmadan, heç bir şahid olmadan qaytarması inandırıcı və ağlabatan deyil. Qarşılıqlı iddia tələblərinin təmin olunmamasının digər bir səbəbi kimi məhkəmə kollegiyası onu göstərmişdir ki, 17 avqust 2021-ci il tarixdən sonra (yəni guya qızılların Cavabdeh qaytarılmasından sonra) tərəflər arasında aparılan whatsapp yazışmalarında İddiaçı Cavabdeh gəl qızılları götür və mənim pulumu qaytar tələbi guya ki, adı çəkilən qızılların Ruxsarə adlı şəxsə məxsus olması və həmin qızılların Cavabdeh aidiyyətinin olmamasıdır. Əslində reallıq ondan ibarətdir ki, 10 oktyabr 2023-cü il tarixdə məhkəmə kollegiyasının iclasında ilkin İddiaçı izahatında bildirmişdir ki, 31 may 2021-ci il tarixdə Ruxsarə adlı şəxsə verdiyi 6.500 manata görə 4.000-5.000 manat dəyərində qızıl-zinət əşyalarını Rüxsarədən girov götürmüşdür. 3-4 ay sonra yəni 2021-ci ilin sen tyabr ayında Ruxsarənin atası tərəfindən pul ödənilmiş və qızıllar qaytarılmışdır. Göründüyü kimi 2021-ci ilin sentyabr ayından sonra tərəflər arasında whatsapp sosial şəbəkəlrdə aparılan danışıqlar zamanı İddiaçı Cavabdeh gəl qızılları götür və mənim pulumu qaytar tələbinin Rüxsarə adlı şəxsin qızıllarına aid hesab edilməsidə heç bir həqiqətə və ədalətə uyğun deyil. Apellyasiya instansiya məhkəməsi qətnamə ilə işə aid olunan yuxarıda qeyd edilən faktları düzgün qiymətləndirməmiş və səhv nəticəyə gələrək apellyasiya şikayətini təmin etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
38. Maddə 14.2.1 qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
39. Maddə 386.1 öhdəliyin əmələ gəlmə sinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
40. Maddə 329.3 şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
41. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağla maq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.
44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək h ər cür hərəkətlərdən çəkinməlidirlər.
46. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
47. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur.
53. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
54. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qar şılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərd ə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri:
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
63. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları əsas etibarı ilə düzgün tətbiq edilsə də, məhkəmə işin faktiki halları ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə yekun nəticəyə gələrkən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) xeyrinə tutulmalı pulun məbləğinin müəyyən edilməsi hissəsində yanlışlığa yol vermişdir.
64. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiy a instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətlərinə münasibətdə hesab edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı qərarın 18-26-cı paraqraflarında əksini tapmış həmin əsaslandırması ilə razılaşır.
66. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
67. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilk iddianın tam rədd edilərək, qarşılıqlı iddianın təmin olunması üçün əsas ola bilməz. Bu səbəbdən ilk iddia tələbinin tam rədd olunması və qarşılıqlı iddianın təmin olunm ası hissəsində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətində sadalanan dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilk iddianın tam təmin olunması üçün əsas ola bilməz. Odur ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayəti təmin olunmamalıdır.
68. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətinin qismən təmin olunması üçün əsaslar mövcuddur. Bununla bağlı qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin ilk iddia tələbinin qismən təmin edilməsi barədə qətnaməsini dəy işdirmədən saxlayarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını qismən düzgün tətbiq etsə də, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) arasında mövcud olmuş borc münasibətlərinə düzgün qiymət verməməklə, Cavabdeh 3.135,45 manat pulun alınaraq İddiaçı verilməsi barədə nəticəyə gələrkən həmin pul məbləğini düzgün müəyyən etməmişdir.
69. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin ilk iddia tələbinin qismən təmin edilməsi barədə qətnaməsini dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, işin faktiki halları ilə ilkin İddiaçı 2020-ci ilin əvvəllərində 5.000 manat, 27 may 2021-ci il tarixdə də yenə 5.000 manat olmaqla, ümumilikdə qarşılıqlı iddiaçı Cavabdeh 10.000 manat borc pul verməsi müəyyən edi lir. Həmçinin məhkəmə kollegiyası ilkin İddiaçı əvvəl aldığı 5.000 manat borcdan qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən "xxxx" QSC vasitəsilə 29 oktyabr 2020-ci il tarixdə ilkin İddiaçı 4.864,55 manat ödəniş edilməsini, 27 may 2021-ci il tarixdə sonradan ilkin İddiaçı aldığı 5.000 manat borcdan 2021-ci ilin sentyabr ayınadək hissə-hissə 2.000 manatı qaytarmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası eyni zamanda, qarşılıqlı iddiaçı Cavabdeh sonradan aldığı 5.000 manat borca görə İddiaçı 2.000 manatı qaytarmasını müəyyən edərkən, ilkin İddiaçı da birinci instansiya məhkəməsində icraat zamanı bu halı iş materiallarının 76-cı vərəqəsində olan iclas protokolunda əks olunan məhkəmə iclasında təsdiqləməsinə əsaslanmışdır.
70. Halbuki iş materiallarının 76-cı vərəqəsində olan, birinci instansiya məhkəməsinin iclas protokolunda əks olunan məhkəmə iclasında, ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh ona xx.xx.2000-ci il tarixdə verdiyi borcundan 400 manat, xx.xx.2021-ci il tarixdə verdiyi borcuna görə isə 1.200 manat ödəniş etməsini qəbul etmişdir.
71. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır. Qeyd olunmalıdır ki, tərəflər arasında borc münasibətlərinin mövcud olmasını hər iki tərəf qəbul edir. İlk İddiaçı kassasiya şikayətində tərəflərin birgə fəaliyyətlə bağlı hüquq münasibətində olmasını qeyd etsə də, əslində birinci və apellyasiya instansiya məhkəmələrində aralarında borc münasibətlərinin olmasından bəhs etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı ona əvvəl verdiyi 5.000 manat borcundan 4.864,55 manat, daha sonra verdiyi 5.000 manat borcundan isə hissə-hissə 1.600 manat ödəmişdir. Bu halda qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı ona sonradan verdiyi 5.000 manat borca görə 2.000 manat qaytarması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim edə bilməmişdir.
72. Göründüyü kimi qarşılıqlı iddiaçı Cavabdeh 10.000 manat borcundan (4.864,55+1.600) 6.464,55 manat ödəmişdir və qalıq borc isə (10.000-6.464,55) 3.535,45 manat təşkil etmişdir. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə prosessual qənaət prinsipi nəzərə alınaraq, ilkin İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, qarşılıqlı iddiaçı Cavabdeh "xxxx" QSC vasitəsilə ilkin İddiaçı ödədiyi 4.864,55 manat məbləğ və ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh borcundan qaytarmasını etiraf etdiyi 1.600 manat məbləğ n əzərə alınaraq, yaranan 400 manat fərq qarşılıqlı iddiaçı Cavabdeh tutulması qət edilmiş 3.135,45 manat məbləğin üzərinə toplanaraq, həmin məbləğ 3.535,45 manatadək artırılmalı, ilkin İddiaçı kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
73. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh xeyrinə tutulmalı pulun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) 3.535,45 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) verilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-754/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) xeyrinə tutulmalı pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh (qarşıl ıqlı iddia üzrə iddiaçı) Cavabdeh 3.535,45 (üç min beş yüz otuz beş manat, qırx beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilsin. Qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.