Məhkəmə qərarları › İş №2(102)-2826/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2826/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2826/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh XXX oğluna qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair ilk və iddiaçı XXX oğlunun cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsində istifadə hüququnun əsasları, yaşayış sahəsinə / mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tə rkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili XXXnun, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli, 2(103)8499/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: XXX oğlu və İddiaçı 21 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 21 sentyabr 2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. ünvan 1 üzərində mülkiyyət hüququ XXX oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 25 dekabr 2017-ci il tarixdə qeydə alın mışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh XXX oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladı 21 sentyabr 2019-cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülmələri və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, 2018-ci ildə cavabdehlə birlikdə həmin evdən ailə üzvü kimi istifadə etmiş, cavabdehlə birgə təsərrüfat aparmışdır. Lakin sonradan cavabdeh onu və övladını mənzilə buraxmamışdır. İddiaçı XXX oğlu cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ca vabdehin XXX saylı evin bir otaqlı 525 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər nikaha daxil olduqdan sonra bir müddət İddiaçı ərinin valideynləri ilə birlikdə ünvan 1 kəndində bir müddət yaşamış, XXX oğlu isə işi ilə bağlı Bakı şəhərinə gəlmişdir. Tərəflər 2018-ci ilin avqust-sentyabr aylarında Bakı şəhərinə gəlmiş, sonradan İddiaçı yaşamaq üçün rayona getmədiyinə görə aralarında narazılıq yaranmış, bununla bağlı 19 yanvar 2019-cu ildə İddiaçı atası ilə birlikdə özünə məxsus əşyalarını da götürərək atası evinə getmişdir. XXX X1 XXXqızının evdən getdiyini görüb nikahın pozulması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmış, lakin cavabdehin hamilə olması əsa sı ilə iş üzrə icraata xitam verilmişdir. Mübahisələndirilən mənzil nikahdan əvvəl XXX oğlunun mülkiyyətinə keçmiş, orada tərəflərdən başqa, 5 nəfər qeydiyyatdadırlar. Cavabdeh mübahisəli ünvanda təxminən 2030 gün yaşamış, sonra isə könüllü şəkildə atası ilə birlikdə çıxıb getmişdir. İddiaçı mənzildən istifadə hüququ yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(009)1663/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) ilkin iddia qismən təmin edilərək, İddiaçı ünvan 2 mənzilinə istifadə hüququnun tanınması və onun 21 sentyabr 2019-cu il təvəllüdlü X4 ilə birlikdə həmin mənzilə köçürülməsi, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı mübahisəli evə gəlin köçərək orada cavabdehlə birlikdə ümumi təsərrüfat apardığından həmin mənzildən istifadə hüququ əldə etmiş və övladı ilə mübahisəli mənzilə köçürülməlidir. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənzildə istifadə qaydasının müəyyən edilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə məxsus bir otaqlı mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə tələb irəli sürməklə mülkiyyətçinin mübahisəli mənzildən sahiblik, istifadə və sərəncam hüquqularının məhdudlaşdırılmasını tələb etmişdir. Mülkiyyətçiyə münasibətdə başqa şəxslər tərəfindən həmin hərəkətlərin edilməsi qanunun normalarına əsasən yolverilməzdir. b) Apellyasiya instansiyası məhkəməsind ə birinci icraat İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) XXX oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1663/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli qətnamənin qismən, yəni ilkin iddianın təmin olunan və qarşılıqlı iddianın təmin olunmayan hissələrində ləğv edilməsi, ilkin iddianın təmin olunan hissədə rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli, 2(103)-8499/2020 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(009)1663/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında nikahın pozulması ilə bağlı məhkəmə mübahisəsinin olmasına baxmayaraq, tərəflər arasında nikahın pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildir. Bu səbəbdən, Mənzil Məcəlləsini 30.2-ci maddəsinə əsasən İddiaçı nikah münasibətlərində olduğu əri XXX oğlunun mülkiyyətində olan yaşayış sahəsində istifadə hüququ var. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) XXX oğlu kassasiya şikayəti və kassasiya şikayətin əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli, 2(103)-8499/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı cavabdehin mənzilinə istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olmamış, iddiaçı həmin mənzildə cəmi 1 ay yaşamış, cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinə yazılı etiraz verərək, həmin şikayətin dəlillərinin əsasız olmasını göstərmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili XXX kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilm ədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşd ırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia qismən təmin olunsa da, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətini ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) vermiş və ilkin iddianın təmin olunmuş hissəsini, qarşılıqlı iddianın isə rədd olunmasını mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən eyni əsaslarla mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qoruna n hüququdur. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi il ə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun un 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsind ən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayı ş sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin nikaha 21 iyul 2018-ci il tarixdə daxil olmalarını nəzərə alaraq əsaslı olaraq hazırki mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrini tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edildiyindən Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən iddiaçının mübahisələndirilən yaşayış sahəsinə ist ifadə hüququ etibarlı ailə münasibətlərinə əsasən yaranmış və bunun üçün əlavə olaraq Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri ilə nəzərdə tutulmuş şərtlərin riayət edilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən tərəflərin nikahları pozulmadığı üçün Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələblərinə əsasən həmin qətnamə qəbul edildiyi tarixdən sonrakı dövrdə tərəflərin ailə münasibətlərinə xitam verilməsi qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, qətnamə qəbul edildiyi dövrdə tərəflər arasında mövcud vəziyyətə görə mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Sonradan isə tərəflərin nikahlarının pozulması maraqlı şəxsə yeni əsasla ümumi qaydada məhkəməyə müraciət etmək h üququnu verir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli, 2(103)-8499/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar