Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2828/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxxxn Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı xxxxn Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-544/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyn etdi: İşin halları
1. ASC “Xalq” Bankı (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2014-cü il tarixli, **********43914 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə 48 ay müddətinə, illik 19% ödəmək şərti ilə 25450 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə tərəflər arasında xx.xx.2014-cü il tarixli **********43914/ip saylı ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyan X2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv metr yaşayış, 122,5 kv metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv metr təşkil ed ən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evi (bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü edilmişdir.
2. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə 18529.49 ABŞ dolları məbləğində əsas borc, xx.xx.2018-ci il tarixədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 700 ABŞ dolları məbləğində penyanın, cəmi 28323.87 ABŞ dollarının qətnamənin icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh və X1 birgə qaydada Bankın xeyrinə tutulması, tələbin xx.xx.2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə Bankın qarşısında 28323.87 ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üz rə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan X4, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, xx.xx.2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 198000 manat müəyyən edilməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-327/2021 nömrəli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 190000 manat müəyyən edilməsi, qətnamə borc məbləğlərinin cavabdeh X1 da tutulmasına dair olan hissədə də ləğv edilməsi, iddianın təmin edilməmiş qalan hissələrində qətnamənin Bankın apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3891/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-327/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiy asının xx.xx.2022-ci il tarixli, 2(105)-197/2022 nömrəli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsinin - «X3 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 190000 manat müəyyən edilsin» hissəsində dəyişdirilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin likvid dəyərinin 140370 manat məbləğində müəyyən edilməsi, iddianın qismən təmin edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. 6. "xxxx" MMC-nin 179/23 №-li protokoluna və Bank ilə Hərrac təşkilatçısı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən ipoteka predmeti satılmadığına görə əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 89485,87 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Bankı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5% dərəcəsi ilə hesablanmış 4 763,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 100,99 manat məbləğində çəkilmiş xərcin cavabdehdən Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ipoteka predmeti hesabına Bankın tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən Bankın tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlamış və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğun olmuşdur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəaların ın şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixədək (xx.xx.2023-cü il) faizlər formasında əldən çıxmış faydanın hesablanmasında illik 5% dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab etmişdir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr (xx.xx.2018-xx.xx.2023) üçün müvafiq məbləğ 4763,62 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə Bank tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun öd ənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır.
9. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, həmişə əsas kredit məbləğini ödəməyə hazır olmuş, hətta 18000 ABŞ dolları deyil, 20000 ABŞ dolları ödəməyə hazır olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsində də razılıq əsasında 20000 ABŞ dollarını qaytaracağına razı olmuşdur. Lakin, Bank razılaşmamış və hərracı keçirməklə, evini əlindən almaqla, onu 52000 manat ziyana salmışdır. Bundan başqa, Bank ona bir dəfə xəbərdarıq məktubu göndərmiş və əldən çıxmış fayda kimi 2900 ABŞ dolları borcunun olmasını bildirmişdir. Bir ay sonra isə Bank onun borcunun 4700 ABŞ dolları olmasını bildirmişdir. Bir ay ərzində 2000 ABŞ dolları əlavə pul hesablanmışdır. Bundan başqa bank bu məsələ ilə bağlı xx.xx.2021-ci il t arixdə müraciət etmiş və Ali Məhkəməyədək bu işə baxılaraq onların bu iddiası təmin edilməmişdir. Bundan başqa, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi çıxdıqdan sonra o, pulu da qaytarmağa razı olmuş, hətta evini satıb pulu qaytaracağını bildirmişdir. Lakin, Bank hər dəfə apellyasiya və kassasiya şikayətləri vermişdir. O, isə bütün bu şikayətlərə öz etirazını və şikayətin əsassız olduğunu bildirmişdir. Yəni, gecikdirilmənin səbəbi Bank və bankın rəhbərləri olmuşlar. Bu əsaslara görə ona qarşı irəli sürülmüş hazırkı iddia tələbini əsassız hesab etmişdir.
10. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(029)-893/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-197/2022 nömrəli qətnaməsi ilə ipotekaya qoyulmuş əmlaklar hesabına ödənilməli olması müəyyən edilən borc məbləği tələbkar (kreditor) olaraq Bankın "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında əmlakın əldə edilməsi ilə ödənilmiş və iddiaçı tərəf (tələbkar-kreditor) öhdəliyin bu cür icrasını qəbul etmişdir. Lakin, iddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5% dərəcəsi ilə hesablanmış 4763,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin ödənilməsi ilə bağlı tələb irə li sürmüşdür. Qeyd etmək lazımdır ki, borcverən Bank ilə borcalan cavabdeh arasında 48 ay müddətinə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncunun hal-hazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu (qaytarılmamış əsas kredit məbləği və ödənilməmiş faiz məbləği) olmamışdır.
12. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, bundan əvvəl keçirilmiş və yuxarıda istinad olunan məhkəmə işləri üzrə iddiaçı cavabdehə qarşı oxşar tələblə (xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin borc alandan tutulması) müraciət etmiş və həmin hissədə iddianı rədd edən məhkəmələrin mövqeyi belə olmuşdur ki, qüvvədə olan qanunvericilik normalarına əsasən ipoteka predmetinə tutma yönəldilməsi proseduru müəyyən edildiyindən və qanunla ipoteka ilə təmin edilmiş öhdəlik üzrə qətnamə könüllü icra edilmirsə, qətnamənin icrası tələbin ipoteka predmetinə yönəlməsi və icra məmuru tərəfindən ixtisaslaşdırılmış təşkilat vasitəsilə həyata keçirilir. Belə olan halda əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsinin hərrac keçirmək vəzifəsini daşımayan cavabdehin üzərinə qoyulması qanuni və əsaslı olmamışdır.
13. Bundan əlavə, ipoteka predmetini hərracda satmaq mümkün olmadıqda, ipoteka saxlayanın (Bankın) ipoteka predmetini satış dəyərindən 40% aşağı əldə etmək hüququ vardır və ipoteka saxlayan həmin hüquqdan 30 gün müddətində istifadə etməd ikdə ipotekaya xitam verilir. Bununla yanaşı, işin hallarına görə məhkəmə, bu xüsusata da qiymət verərək hesab etmişdir ki, iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etdiyi halda, onun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ da itirilmiş olur. İpoteka predmetinin hərracda satılmaması və ya onun ipoteka saxlayan tərəfindən əldə edilməsi – borc alan (cavabdeh) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz.
14. Məhkəmə mövqeyini Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 385, 425, 527, 528, 529 və 560-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bank apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas b orcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Bankın iddiaçı olduğu digər bir iş üzrə Ali Məhkəmənin Kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-555/2023 nömrəli Qərarında sərgilədiyi mövqeyə görə “.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə x itam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin hüquqi mövqeyinə istinadən hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsində məqsəd pul öhdəliyi üzrə borcun qaytarılmasına nail olmaq olduğundan ipoteka predmeti müvafiq qaydada ipoteka saxlayan tərəfindən əldə olunanadək, yaxud ipoteka predmetinin başqa şəxslərə satışından daxil olan vəsait ipoteka ilə təmin olunmuş öhdəlik üzrə borcun ödənilməsi üçün kreditora verilənədək həmin borcun qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi artmaqda davam edir. Qeyd etmək lazımdır ki, “İpo teka haqqında” Azərbaycan Respublikası Qanununun “İpoteka predmetinə tutmanın yönəldilməsi və ona xitam verilməsi” adlanan V fəslinin müddəalarından aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ipoteka saxlayan tərəfindən ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilməsi ilə başlayır və məntiqi ardıcıllıqla davam edərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi ilə, o cümlədən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilməklə başa çat ır. Bu baxımdan, borcverən bankla borcalan şəxs arasında mövcud olmuş kredit münasibətləri üzrə yaranmış əvvəlki məhkəmə mübahisəsinə qanuni qüvvəyə minmiş qətnamə ilə son qoyulsa da, əvvəlki mübahisə üzrə iddiaçının əsas borc, faiz borcu, cərimə borcu tam və ya qismən təmin olunsa da və tələb ipoteka predmetinə yönəldilsə də, borcverən bank ipoteka predmeti icra qaydasında satılanadək həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik 5% məbləğin ödənilməsini Mülki Məcəllənin 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməkdə haqlıdır.” Göründüyü kimi iddia tələbinin kifayət qədər hüquqi əsaslandırılmasına baxmayaraq, məhkəmə cavabdehdən əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsinin tələb edilməsininin qanuni və əsaslı olmamasına dair səhv nəticəyə gəlmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-544/2024 nömrəli mülki iş üzrə 3 aprel 2024cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) Bankın apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5% faiz dərəcəsi ilə hesablanmış 4763,62 ABŞ dolla rı məbləğində əldən çıxmış faydanın əvəzi və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzi olan 100,99 manat, apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun əvəzi olan 50,5 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq Bankın xeyrinə ödənilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında əvvəlki məhkəmə mübahisəsi kredit və ipoteka müqavilələri üzrə yaranmış borcun (əsas, faiz və penya) tutulması ilə bağlı olmuşdur. Hal-hazırda isə Bank cavabdehə qarşı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5% faiz dərəcəsi ilə hesablanmış 4763,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin ödənilməsi ilə bağlı olmuşdur.
19. Məhkəmə qeyd etmişdir ki, Bank ilə cavabdeh arasında kredit müqaviləsi üzrə borc münasibətləri olmuş, cavabdeh borcun ödənilməsini gecikdirmişdir. Odur ki, iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, illik 5% hesablanmaqla, faiz borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
20. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından gecikdirilmiş vaxt üçün illik 5% məbləğində cavabdehdən tutulmalı və tutulma məbləği əsas borc olan 18529,49 ABŞ dollarına xx.xx.2018-xx.xx.2023-cü il müddətinə 5% hesablanaraq, 4763,62 ABŞ dolları cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
21. Məhkəmə mövq eyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 447, 448 və 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə ilə bağlı Mülki Məcəllənin 445.7-ci maddəsinin maddi hüquq norması kimi çıxış etməsi tamamilə əsassız olmu şdur. Məhkəmə hazırkı mübahisə üzrə iddiaçının tələbini əsaslı saymaqla cavabdehdən faiz borcu tutmaqda düzgün hüquqi nəticəyə gəlməmiş, bu halı düzgün müəyyən etməmişdir.
24. İddiaçı tərəf iddia tələbində xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə 7422,09 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin ödənilməsini tələb etmişdir. Bütün məhkəmə instansiyalarında həmin hissədə iddia tələbi təmin edilməmişdir. Artıq iddiaçı bununla bağlı müraciət etmişdir və iddia o hissədə təmin olunmamışdır. İkinci dəfə bu məsələ ilə bağlı iddia tələbinin irəli sürülməsi tam qanunsuz və əsassız olmuşdur. Bundan əvvəl keçirilmiş və istinad olunan məhkəmə işləri üzrə iddiaçı cavabdehə qarşı oxşar tələblə müraciət etmiş və həmin hissədə iddianı rədd edən məhkə mələrin mövqeyi belə olmuşdur ki, əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsinin hərrac keçirmək vəzifəsini daşımayan cavabdehin üzərinə qoyulması qanuni və əsaslı deyildir.
25. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445 və 446-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 76, 77, 82, 88, 217 və 233cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
31. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəs ində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
34. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qay tarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı
35. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla və iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasısının əvvəlki qərarındakı göstərişlər nərəzə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər i ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübu t qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-544/2024 nömrəli iş üzrə 3 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.