Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-283/2019 07.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-283/2019 şəhəri 07 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X2, X1 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli, 2(103)10051/2018 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Ş.Mirzəzadə) 11 iyun 2018-ci il tarix li 2(004)-3722/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 3596,65 manat əsas borc, 287,72 manat faiz borcu, cəmi 3884,37 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.N.İmanov) 25.09.2018-ci il tarixli, 2(103)-10051/2018 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi əldən çıxmış faydanın tutulması tələblərinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əma nətlərin Sığortalanması Fondu və onun vəkili Sadıqov Elçin Əli oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.09.2014-cü il tarixli, 06D saylı kredit müqaviləsi üzrə yaranmış 3596,65 manat əsas borc, 287,72 manat faiz borcu, əldən çıxmış faydaya görə 1942 manat olmaqla, cəmi 5826,37 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ləğv pr osesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və onun vəkili Sadıqov Elçin Əli oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitinin qaytarmaması nəticəsində iddiaçı həmin vəsaiti başqa şəxslərə eyni faizlə yəni kredit müqaviləsində göstərilmiş faizlə kredit verməklə 1942 manat məbləğində gəlir əldə etmək imkanından məhrum olduğuna görə əldən çıxmış fayda qismində 1942 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində iddiaçı qətnamənin tam ləğvini tələb etsə də, məzmunundan görünür ki, yalnız əldən çıxmış fayda tələbinin rədd edilməsi hissəsində mübahisələndirir. Odur ki, kollegiya apellyasiya instansiya məhkəməsinin qətnaməsini məhz bu mübahisələndirilən hissədə yoxlayır. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsini əldən çıxmış faydanın tutulması tələblərinin rədd edilməsi hissəsində dəyişiklik etmədən saxlayarkən haqlı olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.09.2014-cü il tarixli, 06D saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 18 % ödəmək şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 3596,65 manat, faiz borcu 287,72 manat təşkil edir. İddiaçının mövqeyinə görə cavabdeh krediti vaxtında ödəsə idi, bank həmin məbləği yenidən kreditə verərək, illik 18 faizlə qazanc əldə edərdi. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncu ödəniş 12.09.2016-cı il tarixdə həyata keçirilməli idi. İddiaçı bankın lisenziyası isə Azərbaycan Mərkəzi Bankının 25 yanvar 2016cı il tarixli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin vaxtında ödəmədiyi kredit məbləğini yenidən kreditə verilməsi qeyri-mümkün olmuşdur. Ona görə də, əldən çıxmış faydanın tələbi əsassızdır. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respub likası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli, 2(103)-10051/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-283/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-283/2019
07.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver