Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-283/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-283/21 (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3974/2019 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından C avabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Mənzil Tikinti Kooperativinə məxsus 18 mərtəbəli yaşayış evinin 3-cü bloku, (İİ korpus) 6-cı mərtəbə, ümumi sahəsi 161,4 kv.m. olan, 3 otaqlı, 157 nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, ona vurulmuş 20.000 manat məbləğində mənəvi zərərin Cavabdeh2 Mənzi l Tikinti Kooperativdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(005)-1741/2018) iddianın qismən təmin edilməsi, “xxxx” MTK ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən “xxxx" MTK məxsus 18 mərtəbəli yaşayış evinin 3-cü blok (2 korpus) 6-cı mərtəbədə yerləşən ümumi sahəsi 161,4 kv.m. olan 3 otaqlı 157 nömrəli mənzildən çıxarılması, ünvan 2 ünvanında yerləşən “xxxx” MTK məxsus 18 mərtəbəli yaşayış evinin 3-cü blok (2 korpus) 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 161,4 kv.m. olan 3 ot aqlı 157 nömrəli mənzil boşaldılaraq, İddiaçı istifadə və sahibliyinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər “xxxx” MTK və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov, iş № 2(103)3974/2019) cavabdehlər “Cavabdeh2" MTK və Cavabdeh1 tərəfindən ayrı-ayrılqıda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1741/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 mü nasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” MTK kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov, iş № 2(102)-5435/2019) cavabdeh “xxxx” MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Apelyasiya Məhkəməs i Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), R.Həsənov və V.Sadıqov, iş № 2(103)3974/2019) Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3974/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə əsasən kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəri geri qaytarılır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 nümayəndəsi (atası) Abdullayev Vəli Kamran oğlu (etibarnamə iş v. 207) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətini xx xxx 2019-cu il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. (iş v. 261) Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3974/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Apellyasiy a instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 ərizəsində kassasiya şikayəti verilmə müddətini üzrlü səbəbdən ötürdüyünü göstərsə də bu halı təsdiq edəcək heç bir sənədi ərizəyə əlavə etməmiş və ya məhkəmə iclasında məhkəmə kollegiyasına təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-ci il tarixli 2(103)-3974/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermə yi üçün buraxdığı müddət üzrlü hesab olunaraq bərpa edilməsini və Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq prosessual hüquqlarının pozulması ilə nəticələnən hissələrin aradan qaldırılıb, ədalətli, obyektiv və qanuni nəticə verməsi barədə qərar çıxarılmasını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər ş əxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi a pelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normalarının pozulduğuna istinad edərək, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəri geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ol an prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3974/2019 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3974/2019 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi