Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-283/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)- 283/2024 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun” Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 04)-277/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 (ləğv edicisi “Əmanətlərin Sığortalanması Fondu” bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh) arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 1801/Q saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə illik 30 % dərəcəsi ilə 24 ay müddətinə ödəniş qrafikinə uyğun qaytarmaq şərti ilə 9600 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 7669.51 manat əsas borc, 4083.80 manat faiz borcu, 5008.19 manat cərimə borc, cəmi 16761.50 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, həmin borcun tutulmasını tələb edir.
4. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-1602/2017 nömrəli, 29 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim Akif Eyvazov) iddia qismən təmin edilərək, cavabdehdən 7669.51manat əsas, 3176.32 manat faiz, cəmi 10854.83 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulmasını tələb etməkdə haqlıdır. Bank tərəfindən verilmiş ərizədə cavabdeh 7669.51manat əsas, 4083 manat faiz borcu, 5008.19 manat dəbbə pulu, cəmi 16761.50 manat borcun tutulması göstərilsədə, məhkəmə prosesində təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin banka xx.xx.2016-cı il tarixinə 7669.51 manat əsas borc, 3176.32 manat faiz borcu, cəmi 10854.83 manat borcu qalmışdır.
6. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2, 77. 1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun bankla və kreditlə əlaqəsi olmamışdır. X1 xahişi ilə bankla bağlanmış kredit və girov müqaviləsinə imza etmişdir. Hansı səbəbdənsə bank Ruslan H üseynovun adına kredit vermirdi, pul isə ona təcili lazım idi. Ruslan Hüseynovun xahişi ilə kredit müqaviləsinə imza etmişdir. Həmçinin kredit müqaviləsinə ona görə imza etmişdir ki, Vidadi adlı şəxsin və bank əməkdaşının deməsinə görə Vidadinin girov qoyduğu qızılzinət əşyalarının dəyəri kredit götürülmüş məbləğdən artıq idi. O da düşünmüşdür ki, kredit müqaviləsi üzrə borc ödənilməsə, borc girova yönəldiləcək. Ruslan Hüseynov bank əməkdaşı ilə birlikdə onu aldatmışdır. Kredit müqaviləsini imzaladıqdan sonra kredit borcu ilə maraqlanmamış, ödəniş olmadığı halda isə bank buna etiraz etməmiş və hazırkı iddianı 2017-ci ildə qaldırmışdır. Eləcə də bank kredit müqaviləsi üzrə yaranmış borcu girov predmeti olan qızıl-zinət əşyalarına yönəltmək əvəzinə girov predmetini girov qoyana geri qaytarmı şdır. Girovu götürəndə Vidadi adlı şəxsin ailə üzvləri də orada olmuşdur. Belə ki, onu banka çağırmışlar və bildirmişlər ki, girov predmetini, o, imza edib bankdan təhvil almalıdır. O da öv növbəsində sənədlərə imza edib və girov predmeti olan qızıl-zinət əşyaları bankdan götürülmüşdür. Həmçinin birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxmışdır.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı1-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 10 yanvar 2 023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, X1 xahişi ilə girov müqaviləsinə imza etmişdir, kredit müqaviləsi onunla bağlanmamış və kredit müqaviləsinə imza etməmişdir.
10. Birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən həmin halları mübahisələndirə bilməmişdir, eləcə də məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Məhkəmənin qəbul etdiyi qətnamədən icra idarəsində məlumatı olmuşdur. Ona görə də iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.
11. İddiaçı tərəfindən apellyasiya baxışında təqdim edilmiş 23 yanvar 2017-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı1-nin Gəncə filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 180 1/Q saylı kredit müqaviləsi üzrə borcalanın arayış verilən tarixə 7669.51 manat əsas, 3176.32 manat faiz, 151.26 manat illik beş faiz borcu olmaqla, ümumilikdə borcu 10997.09 manat vardır.
12. Cavabdehin həmin dəlilinin araşdırılması məqsədilə kollegiya tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli 4/495 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı1-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 1801/Q nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin kserosurətində və 1801/Q nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə olan ödəniş cədvəlinin kserosurətində “Borcalan” qrafalarındakı imzalar – Cavabdeh1 tərəfindən icra olunmuşdur.
13. Gəncə Apelly asiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-277/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Həsənov (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və bank hesabı müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. İddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2014-cü il tarixli “kredit müqaviləsi” dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir.
15. Məhkəmə bununla bağlı hesab etmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərə və 28 aprel 2023-cü il tarixli 4/495 nömrəli ekspert rəyinə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan xx.xx.2014-cü il tarixli, 1801/Q nömrəli kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir.
16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “onun bankla əlaqəsi olmamış, X1 xahişi ilə bankla bağlanmış kredit və girov müqaviləsinə imza etmiş, həmçinin kredit müqaviləsinə ona görə imza etmişdir ki, Vidadi adlı şəxsin deməsinə görə onun girov qoyduğu qızıl-zinət əşyalarının dəyəri kredit götürüləcək məbləğdən artıqdır. O da düşünmüşdür ki, kredit müqaviləsi üzrə borc ödənilməsə, borc girova yönəldiləcək” dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, göstərilən dəlillər əsassızdır. Belə ki, iş materiallarına nəzər saldıqda cavabdehə verilən kredit məbləğinin təminatı olaraq hər hansı girov müqviləsinin bağlanması müəyyən olunmur. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin “bankın vəzifəli şəxslərinin hərəkətlərində saxtakarlığa yol verilməsi və həmin şəxslərin barəsində xüsusi qərardad çıxarılması” barədə dəlilləri də, əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamışdır. Həmçinin cavabdeh həmin dəlillərini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Digər tərəfdən cavabdeh 10 yanvar 2023-cü il tarixdə keçirilmiş kollegiyanın iclasında şikayətinin dəlillərindən fərqli olaraq izahatında göstərmişdir ki, X1 xahişi ilə girov müqaviləsinə imza etmiş, kredit müqaviləsi onunla bağlanmamış və kredit müqaviləsinə imza etməmişdir.
17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2, 385, 386.1, 390.1, 425.1, 442, 448.1, 449, 739, 742.1,-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 217, 218.1 372.1, 372.6, 372.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəl lənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillləri ilə eyni məzmunda əsaslandırılmışdır.
20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 442, 448.1, 449-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
24. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Fa izdən faiz ödənilməsi yolverilməzdir.
25. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
26. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
27. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq o laraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul ed ilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırki kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinə hüquqi qiymət vermiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.
38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, borc məbləğinin onun tərəfindən deyil, digər şəxs tərəfindən əldə olunması və məhz onun tərəfindən geri qaytarılmalı olmasına istinad etsə də bu dəlilləri əsassız olmuş və apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiya şikayətinin dəlillərinə mövcud sübutlara, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən hüquqi qiymət vermişdir.
39. Hazırda cavabdeh kassasiya şikayətində isə göstərir ki, borc tam olaraq ödənilmiş və buna görə əşyalar girovdan azad edilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh belə dəlillə işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə bildirməmiş, digər tərəfdən isə həmin məhkəmələr qət olunan həddə borcun qaytarılmamasını artıq müəyyən etmişlər, bunun əksini təsdiq edən sübutlar isə mövcud olmamışdır.
40. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(104)-277/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.