Məhkəmə qərarları › İş №2(102)-283/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-283/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-283/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Kateqoriya və açar sözlər: Alimentin artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5274/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7729/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun əsaslandırılaraq bildirmişdir ki, cavabdehlə birgə n ikahından xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Nikah pozulan zaman uşaq onun himayəsinə verilmişdir. Məhkəmə qətnaməsi ilə əvvəlcə alimentin məbləği 150 manat olaraq müəyyən edilmişdir. Daha sonra isə mediasiya prosesi ilə aliment məbləği 250 manat təyin edilmişdir. Hazırda məhkəməyə müraciət etməkdə məqsədi uşağın saxlanılması üçün 250 manatın yetərli olmamasıdır. Uşağın sosial, ailə və məişət xərcləri, həmçinin təhsil xərcləri 250 manatla qarşılanmır.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və ya mülahizə təqdim etməmişdir. 5. “AZEMİS” Elektron Məhkəmə sistemində olan məlumatlara görə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC-də aparıcı mütəxəssis vəzifəsində çalışır və əmək haqqısı 2841,14 manat təşkil edir.

6. Ba kı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-2443/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddianın təmin edilməsi, Bakı Şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7729/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, dəyişdirilmiş alimentin tutulmasının bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə işdə olan sübutlara məc mu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq, iddia təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7729/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə min diyi tarixdən hesablanmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Ailə Məcəlləsinin 76.1.1, 112.1-ci maddələrinə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə, Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14- cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrinə istinadla əsasland ırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2443/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya həmişə məhkəmə qətnaməsində nə göstərilməsindən asılı olmayaraq artıq ödənişlər edilmişdir. 2023-cü ildən isə aralarında olan razılığa əsasən onun tərəfindən iddiaçının hesabına hər ay 600 manat ödənilmişdir. Kapital banka sorğu verilərsə iddiaçının hesabına aylıq onun tərəfindən 600 manatın ödənilməsi müəyyən edilə bilər. 600 manat bir uşağın saxlanılması üçün kifayətdir, ondan artığı isə iddiaçının maraqlarına xidmət edəcəkdir. Bir halda k i, uşaqların saxlanılması üçün dövlətin müəyyən etdiyi məbləğ 235 manat müəyyən edilmişdir. Cavabdeh ailə həyatı qurmuşdur və onun da xərcləri artmışdır. Məhkəmə cavabdehin məhkəmədə iştirakını tam olaraq təmin etməmiş, onda olan sübutların təqdim edilməsinə şərait yaratmamışdır. Məhkəmə cavabdehin işləməsini və aldığı maaşı müəyyən etmiş, ancaq onun ödədiyi məbləği və yeni ailə qurduğunu nəzərə almamışdır. Cavabdeh tam olaraq maddi təminat ilə öz övladını təmin edir, ona 2023-cü ildən başlayaraq 600 manat vəsaiti iddiaçıya məxsus hesaba köçürür. İddiaçı isə uşağın maraqlarına onun xərclərinə deyil, öz təminatı üçün əmək haqqından ¼ hissə almağa çalışır. Məhkəmə uşağın Azərbaycan Respublikasının qanunvericiliyiilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən kənara çıxmışdır.

11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz etmiş və bildirmişdir ki, cavabdehlə 2015-ci ildə nikahı pozulmuş, alimenti əvvəl 150 manat sonra mediyasiya prosesində 250 manat olmuşdur. Özü işdən çıxıb və işsizdir. Alimentin artırılmasını cavabdehdən xahiş etsə də, cəmi 3 ay 600 manat ödəmişdir. Cavabdeh 2700 manatdan çox maaş alır, əlavə gəliri də var.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5274/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyi şdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

14. Kollegiya hesab edib ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Çünki məhkəmənin 2(103)-7729/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X2 üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulması müəyyənləşdirilərkən, həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur.

15. Kollegiya “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsini qanunauyğun hesab etmişdir.

16. Cavabdehin yenidən ailə qurması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak etmək vəzifəsindən azad etmir.

17. Məhkəmə kollegiyası cavabdehin məhkə mədə iştirakının təmin edilməməsi barədə dəlilləri ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvan 1 ünvanında yerləşən mənzilinə məhkəmə bildiriş, həmçinin (055) *** ** ** nömrəli mobil telefonuna sms bildirişi göndərilmişdir.

18. Məhkəmə kollegiyası cavabdehin könüllü olaraq 600 manat ödədiyi barədə dəlili ilə bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh könüllü olaraq övladlarının saxlanılması üçün daha artıq məbləğdə ödəniş etmək ixtiyarına malikdir. Bir uşağın saxlanılması üçün əmək haqqı və (və ya) gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qanunun tələbinə uyğundur.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1,76.1,76.2,78.1,78.2,112.1-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil Nümayəndə ) kassasiya şikayəti verərək, qətnamənin ləvğ edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

24. Maddə 34.4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

25. Maddə 75.1.Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

26. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

27. Maddə 76.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

28. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaş ına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissə si kimi müəyyən edilə bilər.

29. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

30. Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirild iyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya in stansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

45. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, cavabdehin apelyasiya şikayətinin dəlillərini təşkil edir və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qər arın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdı rılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5274/2024 nömrəli, 16 sentya br 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar