Məhkəmə qərarları › İş №2(102)-2830/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2830/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2830/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1087/2022 nömrəli iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X2 və Cavabdeh 20 oktyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və iddiaçı nikaha daxil olduqdan sonra Eküçəsində yerləşən 49 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahdan iki uşaqları dünyaya gəlmişdir. Mübahisəli ev hazırda 3 nəfərin ümumi paylı mülkiyyətindədir: 1/3 hissə Şahmurad Aminovun (cavabdehin atasının əmisi), 1/3 hissə Zahid Əminovun (cavabdehin atasının əmisi oğlu), 1/3 hissə İddiaçı (cavabdehin bacısı). İddiaçı məxsus 1/3 payın əvvəlki mülkiyyətçisi onun atası (həm də cavabdehin atası) Velmurad Aminov olmuş, Velmurad Aminov 2009-cu ildə vəfat etmiş və onun payı vərəsəlik üzrə qızı İddiaçı keçmişdir. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Eküçəsi ndə yerləşən 49 saylı evə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 20 oktyabr 2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşaqları – Gülarə (xx.xx.2013-cü il təvəllüdlü) və Yusif (xx.xx.2016-cı il təvəllüdlü) anadan olmuşdur. Cavabdeh ona qarşı nikahın pozulması iddiası ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda iddia məhkəmənin icraatındadır. Məhkəmənin 09 iyun 2021-ci il tarixli iclasında onlara barışıq üçün 3 ay vaxt verilmişdir. Nikaha girdikləri gündən etibarən ərinin də mülkiyyət payı olan xüsusi mülkiyyətdəki Eküçəsində yerləşən 49 saylı evə gəlin kimi köçmüş, orada 2 uşağı doğulmuş və hazırda da orada yaşayır. Bu günə qədər də, artıq 10 ilə yaxındır ki, cavabdehlə və uşaqları ilə birlikdə qeyd edilən yaşayış evində yaşamaqla ümumi təsərrüfat aparırlar. Ona məxsus bütün əşyaları da oradadır. Dəfələrlə cavabdehə onun həmin mənzildən istifadə etməyinə maneçilik törətməməsi, hüququnu tanımağı və qeydiyyata alınmağı üçün razılıq verməsini tələb etsə də, buna məhəl qoyulmur. Başqa yaşayış yeri də mövcud deyildir. Həmin yaşayış sahəsinə istifadə hüququnun məhkəmə qaydasında tanınması, istifadəsinin qanuni şəkildə təsbit edilməsi bir çox hüquqlarının maneəsiz həyata keçirilməsi üçün vacibdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 sentyabr 2021-ci il tarixli, 2(008)-5425/2021 saylı qətnaməsi ilə (hakim Əşir Səmə dov) iddia tələbi təmin edilərək, Eküçəsində yerləşən 49 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə İddiaçı istifadə hüququnun tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı həmin fərdi yaşayış evinə Cavabdeh tərəfindən miras əmlak faktiki qəbul edildikdən sonra gəlin köçmüşdür. Belə ki, Velmurad Aminov 2009-cu il tarixdə vəfat etmiş, həmin dövrdən Cavabdeh miras əmlakı faktiki qəbul edərək orada yaşamış və 2012-ci ildə nikaha daxil olaraq ailəsi ilə birlikdə həmin ünvanda fasiləsiz yaşamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 217.2ci maddələri və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi nin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 21 yanvar 2022-ci il tarixli, 2(103)-1087/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(008)-5425/2021 qətnaməsinin ləğv edilməsi və iddia tələb inin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh heç vaxt evin mülkiyyətçisi olmayıb. Ona görə də Mənzil Məcəlləsinin 30-cu maddəsinin və Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımdan cavabdehə münasibətdə iddiaçının evə istifadə hüququ yarana bilməz. Birinci instansiya məhkəməsi cavabdehin atasına məxsus olmuş 1/3 hissəni atasının ölümündən (2009-cu ildən) sonra miras kimi faktiki olaraq qəbul etməklə evdə yaşadığını, iddiaçının isə cavabdehin (mirası qəbul etmiş şəxsin) ailə üzvü kimi 2012-ci ildən etibarən evdə yaşadığını qeyd etsə də, cavabdehin mirası qəbul etdiyini təsdiq edən sənəd yoxdur, cavabdehin atasına məxsus olmuş 1/3 hissə dövlət reyestrində cavabdehin bacısının mülkiyyəti kimi qeydə alınıb. Belə ol an halda iddia tələbi təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı halda mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsi tətbiq edilməklə iddia təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Əvvəla ona görə ki, işin müəyyən edilmiş hallarından mübahisəsiz şəkildə görünür ki, iddiaçı həmin evə 2012-ci il tarixdə köçməklə, cavabdehin atası X1 məxsus olmuş 1/3 hissə payı cavadehin bacısı İddiaçı Vəlimurad qızının xüsusi mülkiy yətinə qəbul etdiyi tarixdən (xx.xx.2021-ci il) ən azı 9 il əvvəl köçməklə, orada yaşamış və istifadə etmişdir, o cümlədən əri ilə ailə üzvü kimi yaşamış və təsərrüfat aparmışdır, hazırda da bütün əmlakları oradadır və orada iki uşaq doğmuşdur. Hazırda da həmin evdə uşaqları ilə birlikdə yaşayır. Yəni, ən azı evin 3/1 hissəsinə onun istifadə hüququnun olması şübhəsiz və mübahisəsizdir. Göründüyü kimi, istinad edilən maddi hüquq normasının tələbinə görə mübahisəli hüquq münasibəti yarandığı zaman iddiaçı cavabdehin ailə üzvü – arvadı olduğu üçün onun istifadə hüququ köçdüyü gündən yaranmışdı və həmin hüququn yaranması üçün qanunverici heç bir şərt (notarial razılaşma, reyestrdə qeyd və s.) qoymamışdır. İddiaçı həmin mənzilə mülkiyyətçi İddiaçı Vəlimurad qızının hüququ yaranana qədər (həmin hüququ DƏDRX-də xx.xx.2021-ci ildə qeydə alınıb) 2012-ci ildə köçüb və hüquq əldə edib. Belə olan halda, sonradan kiminsə mülkiyyət hüququ əldə etməsi onun hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməzdi. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassız olması ilə yanaşı, həm də işin halları və münasibətlərə uyğun əsaslandırılmamışdır. Göründüyü kimi, apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslandırılmamışdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və işin həqiqi halları ilə ziddiyyət təşkil edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasınd a keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyində n və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-cı maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cıı maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228,1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razıla şma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətində istifadə hüququnun tanınmasını tələb etdiyi evə 2012-ci ildə gəlin köçməsi, həmin zaman cavabdehin atasına məxsus 1/3 hissə payın cavabdehin bacısının xüsusi mülkiyyətində olmadığını, apelyasiya kollegiyasının maddi hüquq normasının tətbiqində səhvə yol verdiyini bildirsə də, kasasiya yoxlaması nəticəsində aşkar edilmişdir, həqiqətən də apelyasiya kollegiyasının vurğuladığı kimi cavabdehin hər hansı əmlakı miras əmlak kimi qəbul etməsinə dair iş materiallarında təsdiqedici sübut mövcud deyildir. Belə olan halda iddiaçının cavabdehə qarşı göstərilən tələblə müraciət etməsinin də hər hansı hüquqi əsasının mövcud olmasından da söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1087/2022 nömrəli iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar