Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2830/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-505/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı 25 fevral 2019-cu il tarixdə saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayon Dəllər-Cəyir kənd orta məktəbin yaxınlığında sinif yoldaşları ilə gizlənpaç oyanayarkən həmin məktəbin yaxınlığında olan 110/10 kvt-luq “Şampan” zavod yarımstansiyasından çıxan 10 kvt-lu Dəllər-Cəyir hava xəttində yerləşən ******* invertar kodlu yüksək gərginlikli tranformatorun içərisində gizlənmək məqsədilə transormatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunu yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyəsinin elektrik yaraları xəsarətləri almış və aldığı xəsarətlər nəticəsində sol qolu amputasiya edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xx xx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X2 və X6 Təchizatı və Satışı İdarəsinin Şəmkir X1 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən X3 AR CM-in 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə adları qeyd olunan şəxslər barəsində ittiham hökmü çıxarılmışdır. 2. "xxxx" ASC-nə qarşı qaldırılan mülki iddia tələbi də həmin hökmlə qismən, yəni 30.565 manat maddi, 25.000 manat mənəvi zərər məbləğində təmin edilmişdir. 3. “X4” MMC tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 410 nömrəli təklif sənədinə əsasən, İddiaçı amputasiya səviyyəsi sol çiyin dezartikulyasiya səviyyəsində müəyyən olunmuş, ona Almaniya istehsalı olan 89.090 manat (qeyd olunmuş q iymətə protez, protezin quraşdırılması, istifadə təliminin keçirilməsi və istifadə müddətində texniki xidmətin göstərilməsi daxildir) dəyərində Bebionic Hand 3 Bioniv Transradial protez tətbiq olunması təyin olunmuş, uyğun götürülmüş protez xəstə ilkin müayinə olunduqdan sonra xəstənin fərdi xüsusiyyətləri (güdülün quruluşu, amputasiya səviyyəsi, aktivlik dərəcəsi, fəsadlar, yanaşı xəstəliklər və s) nəzərə alınaraq təyin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı qanuni nümayəndəsi Nümayəndə (bundan sonra- iddiaçı) cavabdeh "xxxx" ASC qarşı maddi ziyanının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı protez qoyulması üçün cavabdehdən tələb edilən maddi ziyana görə 89.090 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla “X4” MMC tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 410 nömrəli təklif sənədinə istinad edilməklə qeyd olunmuşdur ki, hazırda İddiaçı 14 yaşı vardır və ona protez qoyulması zəruridir. Ona görə də, cavabdehdən 89.090 manat tutularaq ona ödənilməlidir.
6. Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(076)-924/2023 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına zərər vurulmuşdur. Maddi ziyanın cavabdeh tərəfindən 13 yaşa qədər olan hissəsi iddiaçıya ödənilmiş, lakin 13 yaşdan sonra yenidən protezləşdirmə üçün m addi ziyanın əvəzi ödənilməmişdir.
8. Məhkəmə İddiaçı əlillik dərəcəsi təyin edildiyindən protezləşdirmənin Dövlət Sosial Müdafiə Fondunun hesabına həyata keçirilməli olması ilə bağlı cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, cavabdehin törətdiyi əmələ görə cəzasını çəkməsi və maddi ziyanın hadisə olan vaxta olan münasibətdə ödəhilməsi onu heç də cinayət əməli ilə bağlı gələcəkdə yaranacaq maddi ziyanın ödənilməsindən kənarda qoya bilməz. Cavabdeh təşkilat cinayət əməli nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir. Çünki işin faktiki halları ilə sübut olunur ki, İddiaçı Elman oğlunun almış olduğu xəsarətlər nəticəsində hal-hazırkı vəziyyətə görə yenidən protezləşdirilmə həyata keçirilməsi zəruridir.
9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1 və 1118.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, əlilliyi olan şəxslərin reablitasiya vəsitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reablitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət hesabına həyata keçiri lir. Əlil olmuş şəxslərin dövlət hesabına reablitasiya vasitləri ilə təmin olunmaları üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən, məruzəçi), Mustafa Mustafayev və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı sağlamlığına ağır zərər vurulması, yəni sol qolun amputasiya olunması bilavasitə Cavabdeh ASC təqsirli (qanuna zidd) hərəkətləri nəticəsində baş vermişdir. Belə olan təqdirdə xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı “bebionic əlin, mexaniki dirsək oynağının, yumşaq içlik li karbon soket, silikon kosmetik əl örtüyü”nün qoyulması üçün çəkiləcək xərc cavabdeh tərəfindən ödənilməlidir.
14. Apellyasiya şikayətinin “maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə çıxarılması, əlilliyi olan şəxslərin reablitasiya vəsitələri ilə təmin edilməsinin müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət hesabına həyata keçirilməsi və əlil olmuş şəxslərin dövlət hesabına reabilitasiya vasitələri ilə təmin olunmaları üçün kifayət qədər hüquqi əsasların mövcud olması” dəlilinə hüquqi qiymət verən məhkəmə qeyd etmişdir ki, şikayətin həmin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
15. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qə tnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” PHŞ tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli rəyində qeyd olunmuşdur ki, yüksək texnologiyalı olmayan (modul tipli) yuxarı ətraf protezləri həm xüsusi, həm də ümumi səbəbdən əlilliyi olan şəxslərə dövlət vəsaiti hesabına hazırlanır.
16. Göründüyü kimi Azərbaycan Respublikasında yalnız yüksək texnologiyalı olmayan protezlər dövlət hesabına hazırlanır. xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı hazırlanmalı olan “Bebionic hand 3 bionik transradial” protez isə (tərkibi bir ədəd bebionic əl, bir ədəd mexanik dirsək oynağı və bir ədəd yumşaq içlikli karbon soket və silikon kosmetik əl örtüyündən ibarət) yüksək texnologiyalı olmaqla, ölkəmizə xaricdən idxal olunur. Bu da onu deməyə əsas verir ki, xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı zəruri ehtiyacını təmin edən yüksək texnologiyalı (hazırkı halda Almaniya istehsalı olan) bebionic əl, mexaniki dirsək oynağı, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyünün ölkə daxilində hazırlanmır.
17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1 və 1118.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və idd ianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti də apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3311/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən, məruzəçi), Mehparə Əhmədova və Aqil Abbasov) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)158/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
21. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yetkinlik yaşına çatmayan İddiaçı hal-hazırkı vəziyyətinə görə yenidən protezlə təmin olunmasının zəruriliyi, “bebionic əl, mexaniki dirsək oynağı, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyün”dən ibarət yüksək texnologiyalı həmin protezin ölkə xaricində, yəni Almaniyada istehsal olunması, bu səbəbdən də protezləşdirmənin Dövlət Sosial Müdafiə Fondunun hesabına həyata keçirilməsinin mümkünsüzlüyü nəzərə alınmaqla protezləşdirmə cavabdeh müəssisənin vəsaiti hesabına təmin olunmalıdır, cavabdeh təşkilat cinayət əməli nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir. İddiaçının yüksək texnologiyalı Almanya istehsalı olan yuxarı ətraf protezinə ehtiyacının olması qənaətinə gələn apellyasiya məhkəməsi “X4” MMC tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 410 nömrəli təklif sənədinə əsaslanmış, bu zaman həmin sahə üzrə ixtisaslaşmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin fəaliyyət göstərməsini, iddia ərizəsində qaldırılan məsələnin, o cümlədən reabilitasiya vasitəsinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, bu vasitənin ölkədə hazırlanması, yaxud da idxalının mümkünlüyü, reabilitasiya vasitəsinin istifadəsi, təminatı, hazırlanması, təmiri və ya dəyişdirilməsi müddətlərinin müəyyən olunmasının düzgün həlli üçün həmin Agentliyin verdiyi rəyin daha mötəbər ola biləcəyini nəzərə almamış, cavabdeh tərəfin bu barədə verdiyi vəsatəti də Agentliyin “Protezortopedik istehsalat və reabilitasiya mərkəzi” PHŞ-nin direktor müavininin 23 aprel 2024cü il tarixli məktubuna əsaslanmaqla təmin etməmişdir.
22. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbayc an Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 30.1, 30.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(104)-505/2025 saylı qətnaməsi ilə (hakimlər Rüfət Məcidov (sədrlik edən, məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(076)-924/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda İddiaçı (xx.xx.2009-cu il təvəlllüdlü) 16 yaşı tamam olmuş və İddiaçı böyümüş, nəticədə artıq ona qoyulmuş protez bədən ölçülərinə uyğun gəlmədiyindən, yəni protezləşdirilmənin aparılması zərurəti yaranmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi olan şəxslər (burada: "xxxx" ASC) zərərin qarşısıalınmaz qüvvə və ya zərərçəkənin qəsdi nəticəsində olmadığını sübuta yetirmədikcə mütləq (obyektiv) məsuliyyət daşıyır. Bu işdə transformator — te xniki xarakteri baxımından — açıq şəkildə yüksək təhlükə mənbəyidir. ASC bu obyekti nəzarətsiz vəziyyətdə saxlayaraq hüquqa zidd hərəkətsizlik nümayiş etdirmişdir. Transformatorun qapısı açıq olmuş, qoruyucu tədbirlər olmamışdır. (nə mühafizə çəpəri, nə də xəbərdarlıq lövhəsi). Belə vəziyyətdə delikt məsuliyyəti formalaşmışdır: zərərin (əməliyyat amputasiyası və protez ehtiyacı) baş verməsi, hadisə ilə zərər arasında səbəbnəticə əlaqəsinin olması və hüquqa zidd hərəkət sübuta yetirilmişdir.
27. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097 və 1108.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsə vurulan zərərin əvəzi onu vuran şəxs tərəfindən tam ödənilməlidir. Transformator elektrik cərəyanı ilə təchiz olunan yüksək təhlükə mənbəyi olmaqla, onun sahibi və ya istifadəyə cavabdeh olan hüquqi şəxs "xxxx" ASC yüksək təhlükə mənbəyinə nəzarət və təhlükəsizlik öhdəliyini yerinə yetirməmişdir və həmin mənbədən törəyən zərərə görə obyektiv qaydada məsuliyyət daşıyır. Delikt məsuliyyətinin formalaşması üçün tələb olunan hüquqa zidd əməl, zərərin olması və zərər ilə əməl arasında səbəb-nəticə əlaqəsi bu işdə tam şəkildə sübuta yetirilmişdir. ASC-nin məsuliyyəti üçün təqsirin olması şərt deyil – məsuliyyət yüksək təhlükə mənbəyi əsasında obyektiv xarakter daşıyır. İş materiallarından aydın olur ki, əvvəlki kompensasiya 13 yaşa qədər olan ehtiyaclara uyğun olaraq ödənilmiş, lakin İddiaçı fiziki inkişafı nəticəsində əvvəlki protez uyğunluğunu itirmiş və yenidən protezləşmə zərurəti yaranmışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, M ülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən, zərərçəkənin gələcəkdə sağlamlığının bərpası üçün çəkəcəyi zəruri xərclər də cavabdeh tərəfindən ödənilməlidir. Hüquq yalnız “baş vermiş hadisəyə” deyil, hadisənin fəsadlarına da cavabdehliyi əhatə edir. Zərərin dinamik, yəni zamanla dəyişən və inkişaf edən xarakteri, müasir hüquq nəzəriyyəsində proqressiv zərər (“growing damage”) anlayışı ilə tanınır. Belə ki, zərərin nəticəsi təkcə bir vaxt üçün deyil, zamanla inkişaf edərək davam edə bilər. Bu yanaşma həm yerli qanunvericilikdə, həm də AİHM təcrübəsində tətbiq edilir. AİHM-in “Keenan v. the United Kingdom” işində qeyd olunmuşdur ki, zərərin davamlı təzahürləri hüquqi baxımdan yeni qiymətləndirmə tələb edə bilər və əvvəlki ödəniş zərərin bütün nəticələrini əhatə etmir.
29. İddiaçı yüksək texnol ogiyalı Almanya istehsalı olan yuxarı ətraf protezinə ehtiyacının olmasını və bununla bağlı sübut qismində təqdim etdiyi “X4” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 410 nömrəli təklif sənədindən görünür ki, İddiaçı amputasiya səviyyəsi sol çiyin dezartikulyasiya səviyyəsində müəyyən olunmuş, ona Almaniya istehsalı olan 89.090 manat (qeyd olunmuş qiymətə protez, protezin quraşdırılması, istifadə təliminin keçirilməsi və istifadə müddətində texniki xidmətin göstərilməsi daxildir) dəyərində “Bebionic Hand 3 Bionik Transradial” protez tətbiq olunması təyin olunmuş, uyğun görülmüş protez xəstə ilkin müayinə olunduqdan sonra xəstənin fərdi xüsusiyyətləri (güdülün quruluşu, amputasiya səviyyəsi, aktivlik dərəcəsi, fəsadlar, yanaşı xəstəliklər və.) nəzərə alınaraq təyin olunmuşdur.
30. Cava bdeh "xxxx" ASC isə iddia tələbinə etiraz edərək, arqument olaraq protezləşmənin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanmalı olduğunu bildirmişdir.
31. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq iddia ərizəsində qaldırılan məsələnin, o cümlədən reabilitasiya vasitəsinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, bu vasitənin ölkədə hazırlanması, yaxud da idxalının mümkünlüyü, reabilitasiya vasitəsinin istifadəsi, təminatı, hazırlanması, təmiri və ya dəyişdirilməsi müddətlərinin müəyyən olunması üçün həmin sahə üzrə ixtisaslaşmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinə müvafiq sorğu ilə müraciət etmişdir.
32. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində ProtezOrtopedik İstehsalat və Reabilitasiya Mərkəzinin məhkəmə sorğusuna əsasən təqdim etdiyi 6 may 2025-ci il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən reabilitasiya vasitələri ilə təmin edilmə tibbi göstərişlər olduğu halda Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq həyata keçi rilir. Həmin Qərara müvafiq olaraq ətrafını müxtəlif səviyyədə itirmiş və xüsusi səbəbdən, habelə, terror hadisəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mərkəz tərəfindən dövlət vəsaiti hesabına yüksək texnologiyalı protezlərlə təmin olunması həyata keçirilir. Yuxarı ətrafları amputasiya olunmuş şəxslər üçün nəzərdə tutulmuş Bebionic Hand yüksək texnologiyalı yuxarı ətraf protezləri Mərkəz tərəfindən istehsal edilmir.Bebionic Hand 3 Bioniv Transradial reabilitasiya vasitəsinin Mərkəz tərəfindən hazırlanması həyata keçirilmədiyi üçün həmin protezlərin texniki xüsusiyyətlərini təsvir etmək və maliyyə xərclərini müəyyənləşdirərək satış qiyməti barədə rəsmi məlumat vermək mümkün deyildir. Bebionic Hand 3 Bioniv Transradial yuxarı ətraf protezlərinin əldə olunması ilə bağlı Mərkəzinin istehsalçı ölkələrin kampaniyaları ilə müqaviləsi olmadığına görə sözügedən vasitəsilə ilə bağlı istehsalı, maliyyə və təminat şərtləri barədə məlumatların Mərkəz tərəfindən təqdim olunması mümkün deyildir.
33. Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Protez-Ortopedik Mərkəzin bu iş üzrə məhkəmə sorğusuna verdiyi rəsmi cavabda açıq şəkildə qeyd etmişdir ki, “Bebionic Hand 3 Bionic Transradial” tipli yüksək texnologiyalı reabilitasiya vasitələri nə istehsal olunur, nə də Mərkəz tərəfindən dövlət vəsaiti hesabına təmin edilir. Bu, tələb olunan protezin dövlət təminatı çərçivəsinə daxil olmadığını təsdiqləyir. Yalnız, xüsusi səbəblərdən əlil olan şəxslərə dövlət tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunmasının həyata keçirilməsi qeyd edilmişdir. Azyaşlı uşaqda (iddiaçı) isə əlillik xüsusi deyil, ümumi səbəblərdən yaranmışdır.
34. Şəxsin əlilliyi ümumi (ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar) və xüsusi səbəblərdən (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar) müəyyən edilir.
35. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı cavabdehin əməkdaşlarının vəzifə fuksiyaları na səhlənkar yanaşması nəticəsində baş vermiş və bununla bağlı cavabdehlərin əməkdaşları cinayət məsuliyyətinə cəlb edilmişlər. Cavab məktubunda eyni zamanda qeyd edilmişdir ki, sözügedən protezin texniki göstəriciləri, istehsal xərcləri və satış qiyməti ilə bağlı da Mərkəzdə məlumat yoxdur. Bu fakt göstərir ki, protez yalnız texniki deyil, hüquqi baxımdan da dövlətin mövcud təminat sistemində mövcud deyildir və bu səbəbdən onun maliyyələşdirilməsi delikt hüququ çərçivəsində qiymətləndirilməlidir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, dövlət sosial təminat sistemi yalnız ümumi və bazal ehtiyacları qarşılamaq məqsədi daşıyır. Eyni zamanda, yuxarıda göstərilən qərara müvafiq olaraq ətrafını müxtəlif səviyyədə itirmiş və xüsusi səbəblərdən əlilliyi olan şəxslərə yalnız dövlət tərəfindən y üksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunur. Lakin, bu iş üzrə tələb olunan yüksək texnologiyalı reabilitasiya vasitəsi belə təminatın əhatə dairəsindən kənarda qalır. Bu baxımdan delikt məsuliyyəti tam şəkildə delikti törətmiş təşkilata aid edilməlidir. Belə olan halda İddiaçı münasibətdə cavabdehin mülki hüquqi məsuliyyəti delikt nəticəsində yaranmışdır ki, cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (yüksək gərginlikli elektrik enerjisindən) nəticəsində fiziki şəxsi sağlanmlığına dəyən zərərin əvəzi tam həcmdə zərərvuran tərəfindən ödənilməlidir.
37. Məhkəmə kollegiyası vurğulamışdır ki, beləliklə, cavabdeh "xxxx" ASC-nin istinad etdiyi arqument – yəni protezləşmənin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanmalı olduğu – hüquqi əsasdan məhrum dur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Protez-Ortopedik Mərkəz tərəfindən verilmiş rəsmi cavaba əsasən, “Bebionic Hand 3” markalı yüksək texnologiyalı protez dövlət tərəfindən nə istehsal olunur, nə də təmin edilir. Belə olan halda, iddiaçının həmin protezə olan ehtiyacı dövlət təminatı ilə ödənilmədiyindən, məsuliyyət tam olaraq delikti törətmiş cavabdeh təşkilatın – "xxxx" ASC-nin üzərinə düşür.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin aidiyyəti üzrə bu məsələyə dair konkret rəy bildirməməsi, həmin Agentliyin bu protez barədə texniki məlumata malik olmaması ilə izah olunmalıdır. Belə olan halda, iddiaçı tərəfindən təqdim edilmiş ixtisaslaşmış tibbi qurumun təklifi sübutların məcmusuna daxil edilərək alterna tivi olmayan texniki və maliyyə sənədi kimi hüquqi baxımdan yetərli və mötəbər hesab edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş 410 nömrəli təklif sənədi, müvafiq protezin markası, texniki parametrləri, istifadəyə yararlılığı, istehsal ölkəsi və qiyməti barədə bilavasitə və obyektiv məlumatlar ehtiva edir. Belə sənədlər tibbi və texniki xarakter daşıdığı üçün, onların hazırlanması üçün kommersiya təşkilatının müvafiq ixtisaslaşması kifayət edir və bu sənəd sübut kimi qəbul edilməsinə hər hansı hüquqi əngəl yoxdur. Lakin, cavabdeh tərəf qeyd olunan yüksək texnologiyalı protezin dövlət hesabına təmin edilməli olduğunu bildirir. Halbuki, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzin PHŞ-nin məhkənin sorğularına cavablarından müəyyən edildiyi kimi, yuxarı ətraf protezi mexaniki dirsək oynağı ilə 133.500 manat, elektron dirsək oynağı ilə 236.300 manat təşkil edir. Eyni zamanda iddia tərəfinin almaq istədiyi yuxarı ətrafları amputasiya olunmuş şəxslər üçün nəzərdə tutulmuş Bebionic Hand yüksək texnologiyalı yuxarı ətraf protezləri Mərkəz tərəfindən istehsal edilmir və dəyəri barədə mərkəzdə məlumat mövcud deyildir. Göründüyü kimi, Azərbaycan Respublikasında istehsal olunan yuxarı ətraf protezinin dəyəri iddia tərəfinin tələb etdyi dəyərdən azdır və cavabdeh ölkə daxilində istehsal olunan protezin alınması üçün daha böyük məbləğ sərf etməlidir.
40. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb olunan zərərin əvəzinin ödənilməsi, yalnız qanuni deyil, həm də ədalətli, proporsional və hüquq dövlətinin prinsiplərinə tam uyğun bir qərardır. Bunlardan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzin PHŞ-nin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanan müraciətində göstərilmişdir ki, yüksək texnologiyalı olmayan (modul tipli) yuxarı ətraf protezləri həm xüsusi, həm də ümumi səbəbd ən əlilliyi olan şəxslərə dövlət vəsaiti hesabına hazırlanır.
41. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı zərər vuran cavabdehdən yüksək texnologiyalı protezin dəyərini tələb etməkdə haqlıdır. Belə ki, dövlət vəsaiti hesabına hazırlanan modul tipli protezlərin funsionallığı yüksək texnologiya əsasında hazırlanmış protezlərdən daha aşağıdır. Eyni zamanda iddiaçının əlilliyi onun özünün təqsirli hərəkətləri və ya özünün hər hansı hərəkətləri ilə bağlı yaranmamışdır. İddiaçının əlilliyi cavabdehin əməkdaşlarının təqsirli və qanuna zidd hərəkətlərləri nəticəsində yaranmışdır ki, iddia tərəfi daha yaxşı olan yüksən texnologiyalı protezi tələb etməkdə haqlıdır. Eyni zamanda zərərçəkənin inkişaf dövründə olması onun həmyaşıdlarından geri qalmamasını tələb edir və onun yü ksən texnologiyalı protezlə təmin olunması cəmiyyətə inteqrasiyası baxımından da məqsədə müvafiqdir ki, onun üçün daha əlverişli olan protezi zərərvurandan tələb etmək zərərçəkənin hüququdur. Əks yanaşma bu cür halların baş verəcəyi təqdirdə zərərçəkənlərin daha üstün təminat almaq hüquqlarına müdaxilə təşkil etməklə yanaşı zərərvuranların mülki məsliyyətdən kənarda qalmalarına imkan yaratmış olar.
42. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin 1 və 3-cü hissələrinə, 60-cı maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 30.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya inst ansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
43. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayətinin bir sıra dəlilləri cavabdehin birinci kassasiya baxışında baxılan kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı cavabdehin əməkdaşlarının vəzifə fuksiyalarına səhlənkar yanaşması nəticəsində baş vermiş və bununla bağlı cavabdehlərin əməkdaşları cinayət məsuliyyətinə cəlb edilmişlər. Bu iş üzrə tələb olunan yüksək texnologiyalı reabilitas iya vasitəsi belə təminatın əhatə dairəsindən kənarda qalır. Bu baxımdan delikt məsuliyyəti tam şəkildə delikti törətmiş təşkilata aid edilməlidir. Belə olan halda İddiaçı münasibətdə cavabdehin mülki hüquqi məsuliyyəti delikt nəticəsində yaranmışdır ki, cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (yüksək gərginlikli elektrik enerjisindən) nəticəsində fiziki şəxsin sağlamlığına dəyən zərərin əvəzi tam həcmdə zərərvuran tərəfindən ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsassız hesab edərək qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi İddiaçı əlilliyinin ümumi səbəblərdən yaranması barədə qənaətə gəlsə də, zərəçəkənin əlilliyinin ümumi səbəblər ilə yəni, ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar hallardan heç biri ilə uyğun gəlmir. Həmçinin qeyd edilmiş bu hal məhkəmə tərəfindən iş üzrə hər hansı sübutlarla müəyyən edilməmişdir. Digər tərəfdən apellyasiya məhkəməsi zərərçəkmişə niyə iddia tələbində göstərdiyi “X4” MMC tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli təklif sənədində qeyd edilən məhz “Bebionic Hand 3 Bionic Transradial” tipli yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmalı olması barədə tələbinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə zərərçəkənə “Bebionic Hand 3 Bionic Transradial” tipli yüksək texnologiyalı reabilitasiya vasitəsi yox, dövlət təminat çərçivəsinə daxil olan digər növ reabilitasiya vasitələri ilə təmin edil məsinin tibbi baxımdan mümkünlüyünü araşdırmaq üçün iş üzrə müvafiq məhkəmə tibbi ekspertizası keçirilməli olduğu halda bunu etməmiş, məhz iddiaçının tələb etdiyi “Bebionic Hand 3 Bionic Transradial” tipli yüksək texnologiyalı reabilitasiya vasitəsi ilə təmin edilməli olması nöqteyi-nəzərindən məsələyə yanaşmışdır. Digər tərəfdən iddia tələbinin əsasını yekunda zərərçəkmişə onun gündəlik yaşam funksiyalarını yerinə yetirə biləcək yüksək texnologiyalı reabilitasiya vasitəsi ilə təmin etmək olduğunu nəzərə alsaq, iddiaçının bu ehtiyacının dövlət tərəfindən ödənilməsi hallarının məhkəmə tərəfindən araşdırılması ədalətli qətnamənin qəbul edilməsi ilə yanaşı, iddiaçının hüquqlarının pozulmasına yol açmayacaqdır. Məhkəmə tərəfindən MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə, qətnamənin qanuniliyinə və əsaslılığına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına dair 88, 217.1 və 217.3cü maddələrinin tələblərinə əməl edilməmiş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
46. Maddə 38 (hissə 1) Hər kəsin sosial təminat hüququ vardır.
47. Maddə 38 (hissə 3) Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallar da sosial təminat hüququna malikdir.
48. Maddə 60 ( hissə 1) Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
50. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
51. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
52. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
53. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
54. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
55. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
56. Maddə 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir.
57. Maddə 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Cavabdehin hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
66. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
67. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.
68. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi olan cavabdeh təşkilat zərərin qarşısıalınmaz qüvvə və ya zərərçəkənin qəsdi nəticəsində olmadığını sübuta yetirmədikcə mütləq (obyektiv) məsuliyyət daşıyır. Bu işdə transformator-texniki xarakter baxımından açıq şəkildə yüksək təhlükə mə nbəyidir, cavabdeh isə bu obyekti nəzarətsiz vəziyyətdə saxlayaraq hüquqa zidd hərəkətsizlik nümayiş etdirmişdir. Yəni, transformatorun qapısı açıq olmuş, qoruyucu tədbirlər olmamışdır. (nə mühafizə çəpəri, nə də xəbərdarlıq lövhəsi). Belə olan halda cavabdehin iddiaçıya qarşı mülki hüquqi məsuliyyəti yaranmışdır. Başqa sözlə zərər (sol qolun amputasiyası baş verib və protez ehtiyacı yaranıb) baş verib, hadisə ilə zərər arasında səbəbli əlaqə yaranıb və bütün bu hüquqa zidd hərəkətlər tam sübuta yetirilib.
69. Belə olan halda Mülki Məcəllənin 1096, 1097 və 1108.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsə vurulan zərərin əvəzi onu vuran şəxs tərəfindən tam ödənilməlidir. Burada cavabdehin məsuliyyəti üçün təqsirin olması şərt deyil, çünki məsuliyyət yüksək təhlük ə mənbəyi əsasında obyektiv xarakter daşıyır.
70. Hazırkı halda iddiaçıya əvvəlki kompensasiya məbləği 13 yaşına qədər olan ehtiyacına görə ödənilib, lakin hazırda iddiaçının fiziki inkişafı nəticəsində əvvəlki protez uyğunluğunu itirib və onun yenidən protezləşmə zərurəti yaranıb. Yəni, hazırda xx.xx.2009-cu il təvəlllüdlü iddiaçının 16 yaşı tamam olub və o, böyüyüb, nəticədə artıq ona qoyulmuş protez bədən ölçülərinə uyğun gəlmir, başqa sözlə protezləşdirmənin yenidən aparılması zərurəti yaranıb. Qanuni qüvvəyə minmiş Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmündə də iddiaçıya bu barədə hüquqları izah olunmuşdur.
71. Apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 1118.1-ci maddəsinin tələblərini əsas tutaraq qeyd etmişdir ki, zərərçəkənin gələcəkdə sağlamlığının bərpası üçün çəkəcəyi zəruri xərclər də cavabdeh ödəməlidir. Hüquq yalnız “baş vermiş hadisəyə” deyil, hadisənin fəsadlarına da cavabdehliyi əhatə edir. Zərərin dinamik, yəni zamanla dəyişən və inkişaf edən xarakteri, müasir hüquq nəzəriyyəsində proqressiv zərər (“growing damage”) anlayışı ilə tanınır.
72. Belə ki, zərərin nəticəsi təkcə bir vaxt üçün deyil, zamanla inkişaf edərək davam edə bilər. Bu yanaşma həm yerli qanunvericilikdə, həm də AİHM təcrübəsində tətbiq edilir. AİHM-in “Keenan v. the United Kingdom” işində qeyd olunmuşdur ki, zərərin davamlı təzahürləri hüquqi baxımdan yeni qiymətləndirmə tələb edə bilər və əvvəlki ödəniş zərərin bütün nəticələrini əhatə etmir.
73. Hazırda iddiaçı, yüksək texnologiyalı Almanya istehsalı olan yuxarı ətraf protezinə ehtiyacının olduğunu iddia edir və tələbinin əsası kimi istinad etdiyi halı təsdiq etmək üçün məhkəməyə “X4”nın xx.xx.2022-ci il tarixli təklif sənədini təqdim edib və həmin təklifdən görünür ki, iddiaçının amputasiya səviyyəsi sol çiyin dezartikulyasiyası səviyyəsindədir. Bu səbəbdən də iddiaçıya dəyəri 89.090 manat olan (qeyd olunmuş qiymətə protez, protezin quraşdırılması, istifadə təliminin keçirilməsi və istifadə müddətində texniki xidmətin göstərilməsi daxildir) Almaniya istehsallı “Bebionic Hand 3 Bionik Transradial” protez təklif olunmuşdur.
74. Cavabdeh isə iddia tələbinə etiraz edərək, protezləşmənin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanmalı olduğunu bildirmişdir.
75. Apellyasiya instansiyası məhkəməsi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin 06 may 2025-ci il tarixli məktubuna əsaslanaraq müəyyən etmişdir ki, “Bebionic Hand 3 Bionic Transradial” tipli yüksək texnologiyalı reabilitasiya vasitələri nə Mərkəz tərəfindən istehsal olunur, nə də Mərkəz tərəfindən dövlət vəsaiti hesabına təmin edilir. Bu, tələb olunan protezin dövlət təminatı çərçivəsinə daxil olmadığını təsdiqləyir. Yalnız, xüsusi səbəblərdən əlil olan şəxslər dövlət tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunur, iddiaçının əlilliyi isə xüsusi deyil, ümumi səbəblərdən yaranmışdır. Şəxsin əlilliyi ümumi (ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar) və x üsusi səbəblərdən (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar) müəyyən edilir.
76. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət sosial təminat sistemi yalnız ümumi və bazal ehtiyacları qarşılamaq məqsədi daşıyır. Eyni zamanda, yuxarıda göstərilən qərara müvafiq olaraq ətrafını müxtəlif səviyyədə itirmiş və xüsusi səbəblərdən əlilliyi olan şəxslərə yalnız dövlət tərəfindən yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunur. Lakin, bu iş üzrə tələb olunan yüksək texnologiyalı reabilita siya vasitəsi belə təminatın əhatə dairəsindən kənarda qalır. Bu baxımdan delikt məsuliyyəti tam şəkildə delikti törətmiş təşkilata aid edilməlidir. Belə olan halda iddiaçıya münasibətdə cavabdehin mülki hüquqi məsuliyyəti delikt nəticəsində yaranmışdır ki, cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (yüksək gərginlikli elektrik enerjisindən) nəticəsində fiziki şəxsi sağlanmlığına dəyən zərərin əvəzi tam həcmdə zərərvuran- cavabdeh tərəfindən ödənilməlidir.
77. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin istinad etdiyi arqument- yəni protezləşmənin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanmalı olduğu hüquqi əsasdan məhrumdur və Mərkəz tərəfindən verilmiş rəsmi cavaba əsasən, “Bebionic Hand 3” markalı yüksək texnologiyalı protez dövlət tərəfind ən nə istehsal olunur, nə də təmin edilir. Belə olan halda, iddiaçının həmin protezə olan ehtiyacı dövlət təminatı ilə ödənilmədiyindən, məsuliyyət tam olaraq delikti törətmiş cavabdehin üzərinə düşür.
78. Belə olan halda, iddiaçının təqdim etdiyi ixtisaslaşmış tibbi qurumun təklifi sübutların məcmusuna daxil edilərək alternativi olmayan texniki və maliyyə sənədi kimi hüquqi baxımdan yetərli və mötəbər hesab edilməlidir. İddiaçının təqdim etdiyi təklif sənədi, müvafiq protezin markası, texniki parametrləri, istifadəyə yararlılığı, istehsal ölkəsi və qiyməti barədə bilavasitə və obyektiv məlumatları ehtiva edir. Belə sənədlər tibbi və texniki xarakter daşıdığına görə, onların hazırlanması üçün kommersiya təşkilatının müvafiq ixtisaslaşması kifayət edir və bu sənəd sübut kimi qəbul edilməs inə hər hansı hüquqi əngəl yoxdur. Lakin, cavabdeh qeyd olunan yüksək texnologiyalı protezin dövlət hesabına təmin edilməli olduğunu göstərib, iddiaya etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia olunan protezin qiyməti ilə bağlı araşdırma apararaq müəyyən etmişdir ki, hazırda ölkədə yuxarı ətraf protezlərinin qiyməti mexaniki dirsək oynağı ilə 133.500 manat, elektron dirsək oynağı ilə isə 236.300 manat təşkil edir. Eyni zamanda iddiaçının almaq istədiyi “Bebionic Hand” yüksək texnologiyalı yuxarı ət raf protezləri Mərkəzdə istehsal olunmur və qiyməti barədə isə Mərkəzdə məlumat mövcud deyil.
80. Göründüyü kimi, ölkədə istehsal olunan yuxarı ətraf protezinin qiyməti, iddiaçının tələb etdyi protezin qiymətindən bahadır. Belə olan halda cavabdeh ölkədə satılan və ya istehsal olunan protezi satın alması üçün daha böyük məbləğ sərf etməlidir.
81. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb olunan zərərin əvəzinin ödənilməsi, yalnız qanuni deyil, həm də ədalətlidir, proporsional və hüquqi dövlətin prinsiplərinə tam uyğundur.
82. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı zərər vuran cavabdehdən yüksək texnologiy alı protezin dəyərini tələb etməkdə haqlıdır. Belə ki, dövlət vəsaiti hesabına hazırlanan modul tipli protezlərin funsionallığı yüksək texnologiya əsasında hazırlanmış protezlərdən daha aşağıdır. Eyni zamanda iddiaçının əlilliyi onun özünün təqsirli hərəkətləri və ya özünün hər hansı hərəkətləri ilə bağlı yaranmamışdır. İddiaçının əlilliyi cavabdehin əməkdaşlarının təqsirli və qanuna zidd hərəkətlərləri nəticəsində yaranmışdır ki, iddia tərəfi daha yaxşı olan yüksən texnologiyalı protezi tələb etməkdə haqlıdır. Eyni zamanda zərərçəkənin inkişaf dövründə olması onun həmyaşıdlarından geri qalmamasını tələb edir və onun yüksən texnologiyalı protezlə təmin olunması cəmiyyətə inteqrasiyası baxımından da məqsədə müvafiqdir ki, onun üçün daha əlverişli olan protezi zərərvurandan tələb etmək zərər çəkənin hüququdur. Əks yanaşma bu cür halların baş verəcəyi təqdirdə zərərçəkənlərin daha üstün təminat almaq hüquqlarına müdaxilə təşkil etməklə yanaşı zərərvuranların mülki məsliyyətdən kənarda qalmalarına imkan yaratmış olar.
83. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin digər dəlilləri ilə də razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kass asiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(104)-505/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.