Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2831/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin Fondunun cavabdeh X1 qarşı iş üzrə ləğvedicisi Əmanətlərin Sığortalanması QƏRARİ iş № 2(102)-2831/21 (Açar sözlər: kredit borcunun ödənilməsi, tələbin əsaslandığı müqavilənin olmaması) Bakı şəhəri, 02 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkil Vəkil iştira kı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6810/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1419,31 ABŞ dolları əsas, 537,84 ABŞ dolları faiz, 1285,03 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra 210,40 ABŞ dolları (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsas ən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz olmaqla, cəmi 3452,58 (üç min dörd yüz əlli iki ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27.08.2015ci il tarixli CEN**********7900000 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə, illik 25 faizlə 3000 ABŞ dolları məbləğində kredit verib.
3. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtın da ödəməmişdir.
4. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1 və 739.1-ci maddələrinə istinad etmişdir.
5. Xətai Rayon Məhkəməsinin 2(011)-2102/2020 nömrəli,19.06.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Şəhriyar Əliyev)
6. Birinci instansiya məhkəməsi tərəflər arasında hər hansı bir kredit müqaviləsinin olmasını, borcun müqavilə öhdəliklərinə görə yaranmasını, borc məbləğinin ödənilməsi barədə cavabdehin xəbərdar olunması hallarını müəyyən etməmişdir.
7. Məhkəmə, iddia tələbi üzrə əsas borc məbləğinə münasibətdə hesab edib ki, bu, sübutetmə yükü ilə bağlıdır və iddiaçı buna dair sübutetmə vəzifəsi daşıyır. Lakin iddiaçı cavabdehin müqavilə öhdəliklərinə, o cümlədən borcunun olmasını təsdiq edən hallara dair sübutları iş materiallarına əlavə etmədiyindən və belə hallar məhkəmə tərindən müəyyən olunmadığından, əsas borc məbləği üzrə iddia tələbi təmin edilə bilməz. Əsas tələb təmin edilmədiyindən, iddia tələbinin qalan hissədə də təmin edilməsi istisna edilir.
8. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən sübut qismində təqdim olunmuş maliyyə arayışına münasibətdə qeyd edib ki, maliyyə arayışı rəsmi maliyyə sənədi olmamaqla, iddiaçının iddia tələbi üzrə dəlillərinin birtərəfli qaydada yazılı ifadəsidir ki, bu da iddia tələbinin təmin edilməsi üçün yetərli deyil.
9. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəf cavabdehlə müqavilənin bağlanmasını və həmin müqavilə əsasında cavabdehə 3000 ABŞ dolları kreditin verilməsini sübut edə bilmədiy indən iddia tələbi təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.1, 385.1, 386.1, 739.2, 740.2-ci və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verib, iddianın tam təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə işi hərtərəfli araşdırmamış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6810/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-2102/2020 nömrəli, 19 iy un 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Emin Mehdiyev(sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Xəyal Sarıyev)
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edib ki mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olma dığına dair ehtimal ortaya çıxır.
15. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş üzrə Bank cavabdehə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, cavabdehin belə bir öhdəliyinin yaranmasına dair mötəbər sübut qismində tərəflər arasında bağlanılmış və tələb etdiyi borcun əsasında hesablandığı müqaviləni və borcun ödənilməsinə dair sənədi məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Ləğv Prosesində olan İddia çı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv Prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkil Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəl məmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəy yənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
22. Kassasiya şikayətində iddiaçı apelyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
24. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
25. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə bağlanmış 27.08.2015 -ci il tarixli kredit müqaviləsinə istinad etmişdir. Yəni, iddia tələbi müqavilədən doğan öhdəliyin icrası barədədir. Belə iddiaların da təmin olunmasının əsas və yeganə şərti müqavilənin olmasıdır.
26. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, cavabdehin bank qarşısında öhdəliyinin təsdiqi kimi iddiaçının istinad etdiyi 27.08.2015-ci il tarixli müqavilə yoxdur. Başqa sözlə, cavabdehin bank qarşısında öhdəliyi müəyyən edilməyib.
27. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etdiyi üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası qanunu nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası qeyd olunanlara ə sasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6810/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.