Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2834/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” ASC-yə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüququnun tanınması, sahibliyə verilməsi, müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması, ödənilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı V.V.Vnun vəkili Nümayəndə və cavabdeh və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-7486/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı V.V.V tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Yasamal Rayon Məhkəməsinin 03.03.2011-ci il tarixli 2(004)-707/2011 saylı qətnaməsinə əsasən iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 18.09.2007-ci il tarixli "xxxx” MMC ilə bağlanmış 337, 338, 340, 342, 343, 344, 345 nömrəli müqavilələrə əsasən alınmış 24, 25, 28, 31, 32, 35, 49 və 15.04.2008-ci il tarixli 353, 354 nömrəli müqavilələrə əsasən alınmış 42 və 45 saylı mənzillər üzrə paylara X9 mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07.11.2012-ci il tarixli 2(103)-2709/2012 saylı qətnaməsi ilə "xxxx” MMC və maraqlı şəxs YYY İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmışdır: X9 "xxxx” MMC-yə qarşı iddiası təmin edilməmiş, "xxxx” MMC-nin qarşılıqlı iddiası təmin edilərək, adları çəkilən mənzillərə dair 18.09.2007-ci il tarixli və 15.04.2008-ci il tarixli müqavilələr etibarsız hesab edilmişdir. Qətnamə 05.03.2013-cü il tarixdə icraya yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı 2007-ci ildə "xxxx” ASC-dən götürdüyü 500 000 manat kreditin təminatı kimi adları çəkilən mənzillərin girov kimi bankın kredit şöbəsinin müdiri X9 adına rəsmiləşdirildiyi, ona görə də mənzilərə dair bağlanmış mü qavilələrin etibarsız olduğu, mənzillərin “xxxx” MMC-yə qaytarılmalı olduğu müəyyən edilmişdir. İşə baxılarkən xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mənzillərin dəyərinin X20 tərəfindən ödənilməsinə dair kassa mədaxil orderi qəbzlərində onların tərtibatı tarixinə münasibətdə düzəlişlər edilmişdir. Həmçinin işə baxılarkən İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, 2007-ci ildə “xxxx” ASC ilə bağladığı500 000 manatlıq kredit müqaviləsinin təminatı kimi “xxxx” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533cü məhəllədə tikdiyi binada 24, 25, 28, 31, 32, 35, 49, 42 və 45 saylı mənzillər girov qoyularaq, bankın kredit şöbəsinin müdiri X9 adına müqavilə bağlanmışdır. Kredit ödə nişi ilə əlaqədar onun tərəfindən “xxxx” MMC-dən onun ayrı-ayrı vaxtlarda götürdüyü 417 000 manat və 67 000 manat məbləğində özünə aid pul vəsaiti tam olaraq banka ödənilmişdir. Sözü gedən 9 ədəd mənzil götürdüyü kreditin təminatı kimi girov qoyulmuşdur. İddiaçı Maraqlı şəxs1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, girov qoyduğu 9 mənzilin dəyəri qismində 1 517 655 manat məbləğində pul vəsaitinin ondan tutulmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 06.05.2013-cü il tarixli 2(004)-1792/2031 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədə qeyd edilmişdir ki, İddiaçı mənzillərin ona məxsus olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, təqdim olunan sənədlər surət olduğundan yazılı sübut kimi qəbul edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin 11.10. 2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 10.02.2014-cü il tarixli 2(102)-550/14 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat 1-ci iddia üzrə İddiaçı cavabdeh “xxxx” MMC-yə, maraqlı şəxslər AR Rabitə və Texnologiyaları Nazirliyinin “YYY” İstehsalat Birliyinə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx” MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixli müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair onun "xxxx” MMC ilə 18 sentyabr 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderləri bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə "xxxx” MMCnin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18 sentyabr 2007-ci il tarixdə “xxxx” MMC tərəfindən inşa olunan binada çox sayda mənzilləri pulu nağd şəkildə ödəməklə alqı-satqı müqavilələri əsasında almışdır. O, 03 oktyabr 2007-ci il tarixdə “xxxx” ASC-dən 500000 manat, 07 yanvar 2010-cu il tarixdə isə 236000 manat kredit almışdır. İkinci qeyd olunan kredit ilkin götürülən kreditdən kəsir qalan məbləğin tamamla nması üçün ayrılmışdır. Hər iki kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən kredit təminatlı olaraq verilmişdir. Təminat kimi 03 oktyabr 2007-ci il tarixli İ-885 saylı ipoteka müqaviləsi və 07 yanvar 2010-cu il tarixli İ-2134 saylı ipoteka müqaviləsi çıxış etmişdir. Dünyada iqtisadi böhran baş verdiyindən və kreditin ödəməyə çətinlik çəkdikdən “xxxx” ASC-yə girov qoyduğu 24,25,28,31,32,35,27,30,49 saylı mənzillərdən 27 və 30 saylı mənzillərini satmış, onların yerinə 42 və 45 saylı mənzillərini 15.04.2008-ci il tarixdə bağlandığı İ-885/A nömrəli ipoteka müqaviləsi və 15.04.2008-ci il tarixli 885 saylı kredit müqaviləsinə Əlavə Razılıq № 1 və 15.04.2008-ci il tarixli İ-885/A saylı İpoteka Müqaviləsinə 1 saylı Əlavəni “xxxx” ASC və “xxxx” MMC ilə bağlamışdır. Faktiki olaraq təminat qismində ona məxsus “xxxx» MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixdən müqavilə əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillər borcun ödənilməyəcəyi təqdirdə kreditin ödənilməsi üçün satılmaq məqsədi ilə, kredit ödəniləcəyi təqdirdə isə geri onun adına rəsmiləşdirilməsi üçün “xxxx” ASC-nın kredit şöbəsinin müdiri YYYin adına rəsmiləşdirilmişdir. Bu mənzillərin təminat kimi qoyulması faktı qeyd olunan kredit müqavilələrinin 6.1-ci maddəsində, Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2012-ci il tarixli qətnaməsinin müəyyən etdiyi hissəsində öz əksini tapmışdır. Onun adına olan mənzillərə dair bütün sənədlərin əslləri (alqı-satqı müqavilələri, kassa-mədaxil orderlər i, maliyyə arayışları və digərləri) “xxxx” ASC-yə və “xxxx” MMC-yə verilmişdir. Həmin mənzillər həmin tarixlər və nömrələr üzrəV.V.Vnin adına rəsmiləşdirilmiş və beləliklə,V.V.V mənzillərin alıcısı kimi müqavilələrə sahib olmuşdur. 28 dekabr 2012-ci il tarixdə “xxxx” ASC-nin ona məktubu ilə kreditin bağlandığı bildirilmişdir. O, öz mənzillərini geri qaytarmağı xahiş etdikdə isə, “xxxx” ASC mənzilləri almadığını, krediti girovsuz verdiklərini bildirmişdir. Sonra ona məlum olmuşdur ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 03.03.2011-ci il tarixli qətnaməsi iləV.V.Vnin “xxxx” MMC-yə qarşı iddiası təmin olunmuşdur. Onun mənzilinə dairV.V.Vnin mülkiyyət hüququ tanınmış və mənzillərin ona verilməsi qət olunmuşdur. 07.11.2012-ci il qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsi “xxxx” MMC-nin və Rabit ə və Texnologiyaları Nazirliyinin “Bakı Elektron Rabitəsi” İstehsalat Birliyinin apellyasiya şikayətləri və “xxxx” MMC-ninV.V.Vyə qarşı qarşılıqlı iddiası təmin edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 03.03.2012-ci ii tarixli qətnaməsi ləğv olunmuş,V.V.V ilə “xxxx” MMC arasında (onun 9 ədəd girov qoyduğu) mənzillərinə dair alqı-satqı müqavilələri etibarsız hesab olunmuşdur. Məhkəmə, şikayətçilər və qarşılıqlı iddiaçı qeyd etmişdirlər ki,V.V.V mənzillərin mülkiyyətçisi ola bilməz, ona görə ki, onların alınmasında iştirak etməmiş, pulu ödəməmişdir. Sadəcə, o, «xxxx”dan 0,5 millyon manat məbləğində kredit almışdır, kreditin təmini kimi mənzillərini «xxxx” ASC-yə vermiş,V.V.Vnin adına rəsmiləşdirilmişdir.V.V.V ilə “xxxx” MMC arasında bağlanmış mənzillərə dair alqı-satqı müqavilələri (əqdlər) onun «xxxx” ilə kredit müqaviləsini pərdələmək məqsədini daşıdığı üçün əhəmiyyətsiz və nəticədə etibarsız hesab olunmuşdur. Öz mülkiyyət hüququnu müdafiə edərək o, “xxxx” ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib girov goyduğu 9 mənzilin həqiqi dəyərinin məbləği 1.517.655 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.05.2013-cü il tarixli qətnaməsi ilə iş üzrə onun iddiası təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, o, mənzillərin alqı-satqı müqavilələrinin və kassa-mədaxil orderlərinin əsllərini təqdim etməmiş, ziyanın olması barədə sübut təqdim etməmişdir. O, 06.05.2013-ci il tarixli Bakı şəhər Yasamal rayon məhkəməsinin qətnaməsindən şikayət vermişdir və eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 07.11.2012-ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.07.2013-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, mənzillərə dair mülkiyyət hüququnun məsələsi baxılmamış müəyyən olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 11.10.2013-cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.05.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 0.02.2014-cü il tarixli 2(103)-550/14 saylı qərarı ilə onun kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 01.10.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 07.11.2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, onun «xxxx” ASC ilə kredit müqaviləsi, girov müqaviləsi, ipoteka müqavilələri, yalan əqdləri alqı-satqı müqavilələri əsasında əlaqələri mövcuddur. Yalan müqavilələr etibarsız sayıldıqdan sonra İddiaçı adına mənzillərə dair müqavilələr bərpa olunmalıdır və nəzərə alınsa ki, mübahisəli mənzillər faktiki olaraq İddiaçı tərəfindən “xxxx” ASC-yə girov qoyulmuşdur, həmin mənzillər “xxxx” ASC tərəfindən əsl sahibi ona qaytarılaraq və onun həmin mənzillərə dair mülkiyyət hüququ bərpa olunmalıdır. İddiaçı həmin mənzillərə dair 18 sentyabr 2007-ci il tarixli “xxxx” MMC ilə bağladığı alqı-satqı müqavilələri bərpa edilməklə onun mənzillərə dair mülkiyyət hüququ müəyyən olunmalıdır. Bu halda MPM-nin 217.3-cü maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlər nəzərə alınmalıdır. Mara qlı şəxs1 ASC-nin 13.12.2012-ci il tarixli onun hesabdan çıxarışına əsasən 03.10.2007-17.03. 2011-ci il əhatə dövrü üzrə o, 1 milyon 445 min 730 manat 44 qəpik ödəmişdir. Maraqlı şəxs1 ASC-nin 13.12.2012-ci il tarixli onun hesabdan çıxarışına əsasən, 18.03.2011-12.12.2012-ci il əhatə dövrü üzrə o, 172 min 482 manat ödəmişdir. Beləliklə, o, kreditin qaytarılmasına (əsas borc + faizlər +cərimələr) Maraqlı şəxs1 ASC-nin rəsmi sənədinə əsasən 03.10. 2007-ci il tarixdən 12.12.2012-ci il tarixədək 1 milyon 618 min 212 manat 44 qəpik pul ödəmişdir. 1 milyon 618 min 212 manat 44 qəpik məbləğdən borckreditin 500 min manat məbləğini çıxmaqla, mənzillərin dəyəri kimi 1 milyon 517 min 665 manat nəzərə alınmaqla, onun zərəri 2 milyon 635 min 867 manat 44 qəpik təşkil edir. Cavabdeh «xxxx» MMC-nin nümay əndəsi X10 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia tələbinin heç bir hüquqi əsası yoxdur, ona görə də əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Belə ki, 2007-ci ilin avqust ayında «xxxx» MMC-nin öz sahibkarlıq fəaliyyətini genişləndirməsi məqsədi ilə İddiaçı 800 000 manat məbləğində borc pul almış, borcun birdəfəlik qaytarılması şirkət üçün həddindən atıq çətin olduğu üçün hər iki tərəfin qarşılıqlı razılığına əsasən qərara alınmışdır ki, İddiaçı bankdan kredit götürsün, əsas borc məbləği, faizlərin, cərimələrin ödənilməsi, həmçinin İddiaçı verdiyi borcun müqabilində onun özünün mənfəət əldə etməsini təmin etmək üçün bankın bütün məsrəflərini və İddiaçı mənfəətini «xxxx» MMC ödəsin. Bununla da, İddiaçı həmin şərtlərlə razılaşaraq “xxxx” ASC-dən 03.10.2007-ci il də 500 000 və 07.01.2010-cu il tarixdə 236 000 manat məbləğində kredit götürmüş, kreditin bağlandığı 28.12.2012-ci il tarixədək bankın bütün əsas borc, faiz və cərimə borclarını «xxxx» MMC ödəmiş və həmin razılaşmada İddiaçı əlavə olaraq böyük məbləğdə qazanc əldə etmişdir. İddiaçı da kredit götürməkdə əsas məqsədi həm öz verdiyi borcun qaytarılması, həm də əlavə qazanc əldə etmək marağı olmuşdur. Bununla da, «xxxx» MMC İddiaçı aldığı borcun müqabilində 2 dəfədən çox ziyana düşərək 1 700 000 manatdan artıq məbləğdə pul vəsaitini banka ödəmişdir. Həmin pul vəsaitləri İddiaçı «FFF İnşaat Təmir-Tikinti» MMC-nin kassası vasitəsilə ödənilmiş, R. Ömərov qeyd edilən pulların çox hissəsini banka ödəmiş, bir hissəsini isə öz qazancı hesab edərək mənimsəmişdir. Kredit müddətinin uzanması isə «xxxx» MMC-ni böyük məbləğdə ziyana salmışdır. Qeyd edilən faktın sübutu kimi İddiaçı «xxxx» MMC-dən götürdüyü pul vəsaitlərinin təsdiqedici sənədlər-kassa məxaric sənədləri məhkəməyə təqdim edilmişdir. İddiaçıla «FFF İnşaat Təmir-Tikinti» MMC-nin əlaqələrinin kökündə borc münasibətləri vardır. İddiaçı şirkətə verdiyi borcu artıqlaması ilə almasına baxmayaraq, əlavə olaraq 9 ədəd mənzilin ona verilməsini, həmin mənzillərə mülkiyyət hüququnu bərpa edilməsini tələb edir. Bu isə onun iddiasının qanuni və əsaslı olmadığını, İddiaçı özünün səmimi olmamasını, məhkəməni araşdırmasını yanlış istiqamətə yönəltməklə aldatma yolu ilə əlavə daşınmaz əldə etmək niyyətində olmasını təsdiq edir. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 06.05.2013-cü il tar ixli qətnaməsi ilə onun hazırki iddia ərizəsində göstərdiyi 9 ədəd mənzilin dəyərinin - 1 517 655 manat məbləğində maddi ziyanın ödənilməsi tələbi məhkəmə tərəfindən təmin edilməmiş, məhkəmə qətnamədə alqı-satqı müqavilələrinin və kassa mədaxil orderlərinin əsillərinin təqdim edilməməsi və ziyanın olması barədə sübutların təqdim edilməməsinə görə iddianı rədd etmişdir. Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 06.05.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar üzrə məhkəmə araşdırması zamanı «xxxx» MMC 3-cü şəxs qismində iştirak etmişdir və iş üzrə müəyyən edilmiş həmin faktlar hazırki iş üzrə məcburi xarakter daşıyır. İddiaçı pul vəsaiti ödəyərək «xxxx» MMC-dən qeyd etdiyi 9 ədəd mənzili almamış, İddiaçı təqdim etdiyi kassa mədaxil orderlərinin kserosurəti onun 9 ədəd mənzil alma sı faktını sübuta yetirən hal kimi çıxış edə bilməz. Şərh edilənlərə əsasən İddiaçı iddiası əsaslı və qanuni olmadığı üçün onun iddia tələbi məhkəmə tərəfindən rədd edilməli, iddia təmin edilməməlidir. Bundan əlavə «xxxx» MMC tərəfindən İddiaçı borc qaydasında qaytarılmış 1 700 000 manatdan artıq pul vəsaitini İddiaçı almasına baxmayaraq, bundan sonra 9 ədəd mənzilin ona verilməsini tələb etməsi, həmin mənzillərə mülkiyyət hüququnun tanınmasını tələb etməsi onun aldatma və etibardan sui-istifadə yolu ilə xüsusilə külli miqdarda əmlak əldə etməsi niyyətini sübuta yetirir. Ona görə də, İddiaçı əməlinə hüquqi qiymət verilməli, onun hərəkətlərində cinayət əlamətlərinin olmasını nəzərə alaraq, barəsində məhkəmə tərəfindən xüsusi qərardadın çıxarılması və müvafiq materialların araşdırılması üçün Baş Prokurorluğuna göndərilməsi zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-892/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Mirzəzadə) iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, həqiqətən tərəflər arasında borc münasibətləri yaranmışdır. Belə ki, “xxxx” ASC-nin kredit şöbəsinin müdiri YYYin iddiası üzrə mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində qeyd etmişdir ki, “xxxx” ASC-dən 2007-ci ildə kredit götürmüş, kreditin ödənişi ilə əlaqədar cavabdehdən 417 000 manat və 67 000 manat pul almış və banka ödəmişdir. Göründüyü kimi iddiaçı banka olan borcunu ödəmək üçün cavabdehdən yüksək məbləğ də pul götürdüyünü etiraf etmişdir. Həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 2008 və 2009-cu illərə aid çoxsaylı məxaric xəzinə orderlərindən görünür ki, iddiaçı cavabdehdən 52 812 manat, 150 000 manat, 120 000 manat və s. məbləğlərdə “adler” adlı layihə üçün, “xxxx” ASC-yə kredit faizinin ödənilməsi üçün sistematik olaraq pul götürmüşdür. Cavabdehin iddiaçıya borcu olmasa idi, iddiaçıya cavabdehin kassasından yüksək məbləğlərdə pul verilməzdi. O ki qaldı, mənzillərin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinə, iddiaçı həmin sənədlərin kserosurətini təqdim etmiş, mülki işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir. Adları çəkilən sənədlər əsasında iddiaçının cavabdehdən həqiqətən 9 ədəd mənz il alması barədə qəti və birmənalı nəticəyə gəlmək mümkün deyildir. Həmçinin iddiaçının “xxxx” ASC-dən götürdüyü kreditin təminatı qismində bankın işçisi ilə həmin mənzillərin alqı-satqısına dair etibarsız əqdin bağlanması və YYYin adına da analoji kassa-mədaxil orderi qəbzlərinin verilməsi belə nəticə yaradır ki, iddiaçının təqdim etdiyi qəbzlər də onunla cavabdeh arasında yaranmış borc münasibətlərinin təminatı kimi verilmişdir (belə bir təminat olmadan yüksək məbləğdə borcun verilməsi ağlabatan deyildir). Bundan başqa, iddiaçının bankdan kredit götürdüyü tarix, kreditin qaytarılma müddəti, iddiaçının cavabdehin kassasından pulları götürdüyü tarixlər və iddiaçının təqdim etdiyi mədaxil orderi qəbzlərinin tarixlərinin eyni dövrə (2007-2009-cu illər) təsadüf etməsi bu qənaəti daha da artır ır. Bundan başqa, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.07.2018-ci il tarixli 14809 saylı ekspert rəyi ilə müəyyən olunur ki, YYYin adına olan qəbzlərdəki əlyazma mətnləri və imzalar, iddiaçının adına olan qəbzlərin kserosurətlərində əks olunmuş əlyazma mətnləri və imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. İstisna deyil ki, iddiaçı ilə cavabdeh arasında YYYlə bağlanmış analoji müqavilələr imzalanmışdır. Lakin bir şəxsin eyni şirkətdən, eyni binada, eyni tarixdə 9 ədəd mənzil satın alması ağlabatan deyildir. Həm də qeyd olunmalıdır ki, iddiaçının 9 ədəd mənzilin özünə məxsus olduğunu və banka şəxsən girov qoyduğunu sübut edə bilməməsi qüvvədə olan məhkəmə qərarı - Bakı Apellyasiya Məhkəməsinin 11.10.2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə müəyyən olunmuşdu r. Yəni mənzillərin iddiaçıya məxsus olmaması və iddiaçı tərəfindən banka girov qoyulmaması artıq məhkəmə qərarı ilə müəyyən edilmişdir. Beləliklə, iddiaçının cavabdehdən 9 ədəd mənzil alması sübut olunmur. Ona görə də iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 233.3-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 2(004)-892/2018 saylı, 05.10.2018-ci il tarixli qərardadı ilə (hakim Aytən Mirzəzadə) iddia tələbi ilə bağlı 2(004)-892/2018 saylı mülki iş üzrə cinayət əməllərinin əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardad çıxarılması və bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xəbər verilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan İ ddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 2-ci iddia üzrə İddiaçı cavabdehlər X12, X1, X11, X13, X2, X14, X3, Cavabdeh-yə, AR Rabitə və Texnologiyaları Nazirliyinin “YYY” İstehsalat Birliyinə və Maraqlı şəxs1 ASC-yə qarşı “mülkiyyət hüququnun müdafiəsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X21 ilə 111-cü məhəllədə yerləşən 16 mərtəbəli binada 24 və 25 saylı mənzillərə, cavabdeh X5 ilə həmin binanın 28 və 42 saylı mənzillərə, cavabdeh X16 ilə həmin binanın 31 saylı mənzilinə, cavabdeh X22 ilə həmin binanın 32 saylı mənzilinə, cavabdeh X7 ilə həmin binanın 35 saylı mənzili nə, cavabdeh X23 ilə həmin binanın 45 saylı mənzilinə cavabdeh X8 ilə həmin binanın 49 saylı mənzilinə dair cavabdeh “xxxx” və digər cavabdehlərlə bağlanmış olan əqdlərin etibarsız hesab edilməsi, ona məxsus "xxxx” MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixli müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair onun "xxxx” MMC ilə 18 sentyabr 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderləri bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə "xxxx” MMC-nin üzərinə öhdəlik qoyulması və ya onun tərəfindən mənzillərə görə ödənilmiş 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğindən borc – kreditin 500000 manat məbləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1 milyon 517 min 665 manat, nəticədə isə ona 2 milyon 635 min 867 manat 44 qəpiyin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia tələbini əsaslandırılması birinci iddia tələblərinin əsaslandırılması ilə eyni olmuşdur. İkinci iddia üzrə Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz və yeni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2790/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rəşad Cavadzadə) iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə mənzillərin dəyərinin onun tərəfindən cavabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinin kserosurətini təqdim etmiş, mülki işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir. Adları çəkilən sənədlər əsasında iddiaçının cavabdehdən həqiqətən 9 ədəd mənzil alması barədə qəti və birmənalı nəticəyə gəlmək mümkün deyildir. Göründüyü kimi, məhkəmə baxışı zamanı iddiaçı öz iddiasını sübut edən dəlilləri məhkəməyə təqdim etməmiş, sözügedən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərin öz mülkiyyətində olmas ını sübut edə bilməmişdir. İddiaçının 9 ədəd mənzilin özünə məxsus olduğunu və banka şəxsən girov qoyduğunu sübut edə bilməməsi qüvvədə olan məhkəmə qərarları - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.11,2012-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 11.10.2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə də müəyyən olunmuşdur. Yəni mənzillərin iddiaçıya məxsus olmaması və iddiaçı tərəfindən banka girov qoyulmaması artıq məhkəmə qərarı ilə müəyyən edilmişdir. İddiaçı isə “Cavabdeh" MMC və "Maraqlı şəxs1” ASC ilə yanaşı bir neçə şəxsi cavabdeh qismində işə cəlb etməklə, yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə, habelə tədqiq olunmuş sübutlara heç bir əlavə sübut təqdim etmədən yenidən məhkəməyə müraciət et mişdir. Beləliklə, iddiaçı öz tələbini nə əvvəlki məhkəmə aktlarında, nə də ki hal-hazırkı iş üzrə sübuta yetirə bilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. İddiaçı iddia tələbində qeyd etdiyi mənzillərin alınması ehtimal edildiyi vaxtdan 10 ildən artıq, eyni zamanda, tərəflər arasında əvvəllər eyni məzmunda olan məhkəmə mübahisələrindən 6 ildən artıq müddət keçdikdən sonra iddia verməklə iddia müddətini ötürmüşdür. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci ic raat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10511/2019 saylı, 30 avqust 2019-cu il tarixli qərardadı ilə 2(103)-1017/2019 və 2(103)-10511/2019 nömrəli mülki işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər – Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-1017/19 saylı, 19 noyabr 2019-cu il tarixli qərardadı ilə müəyyən tələblər eynilik təşkil etdiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsi İddiaçı məxsus "Cavabdeh” MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixdən müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəl i binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair İddiaçı "Cavabdeh” MMC ilə 18 sentyabr 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderlərinin bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə "Cavabdeh” MMC-nin üzərinə öhdəlik qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-1017/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, 1-ci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-892/2018 say lı, 05 oktyabr 2018-ci il tarixli və 2-ci iş üzrə 2(004)2790/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsinin «cavabdehlər X21, X6, X16, X22, X7, X23, X8, "Cavabdeh” MMC-yə və digər cavabdehlərlə bağlanmış olan əqdlərin etibarsız hesab edilməsi və həmin mənzillərin boşaldılması və ya İddiaçı tərəfindən mənzillərə görə ödənilmiş 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğdən borc- kreditin 500 min manat məbləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1milyon 517 min 665 manat nəticədə isə İddiaçı 2 milyon 635 min 867 manat 44 qəpik ödənilməsinin» rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 11.10.2013-cü il tarixli 2 (103)-4192/2013 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, sübut etmə yükü baxımından məhz iddiaçı iddiasında göstərdiyi mənzillərin ona məxsus olduğunu və həmin mənzilləri cavabdeh banka şəxsən özünün ipotekaya qoyduğunu sübut etməlidir. İddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirdiklərinə əsasən onun bu iddiasını əsaslı hesab etmək mümkün deyildir. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı işin halları baxımından da iddiaçı mənzillərin ona məxsus olması və mənzillərin öz əmlakı kimi öz adından ipotekaya qoyulmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hal lar sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələr əsaslı hesab edilməlidir. Bununla yanaşı iddiaçı həmçinin tələbinin qanuni əsasını Mülki Məcəllənin XİV fəslində təsbit olunmuş əqdlərin etibarsızlığına dair müddəalara uyğun olaraq da əsaslandıra bilməmişdir. Belə ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı mənzillərin ona məxsus olması və onun tərəfindən ipoteka ilə yüklü edilməsini təsdiq edən sübutlara malik deyil dir. Bu halda kollegiyanın qənaətinə görə iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamas ını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər – Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-1017/2019 saylı, 19 noyabr 2019cu il tarixli xüsusi qərardadı ilə hazırki mülki işlər üzrə cinayət əməllərinin əlamətlərinin aşkara çıxarılması barədə prokurora məlumat verilməsi, xüsusi qərardadın müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan İddiaçı kasasiya ş ikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin 19.11.2019-cu il tarixli, 2(103)-1017/2019 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zaur Əliyev sədrlik edən və məruzəçi, Gündüz Quliyev, İlqar Xələfov) 2(102)-2330/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.11.2019-cu il tarixli, 2(103)-1017/2019 saylı qətnaməsinin qismən, iddiaçının pul tələblərinə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyiş dirilmədən saxlanılması qərara alınmışdır. Kollegiya, pul tələbi istisna olmaqla, digər iddia tələblərinin həlli ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, kassasiya şikayətinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də həmin hissələrdə kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə, məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının pul tələblərinin lazımi qaydada araşdırılması təmin edilməmiş, bu tələbin rədd edilməsinə dair məhkəmə öz qənaətini qanunvericiliyin tələb etdiyi qaydada əsaslandırmamışdır. İş materiallarında olan mədaxil orderlərinin surətindən görünür ki, İddiaçı tərəfindən 15.09.2007-ci il tarixli, 1559 nömrəli qəbzlə 183.960 manat, 18.09.2007-ci il tarixli, 1557 nömrəli qəbzlə 172.395 manat, 18.09.2007-ci il tarixli, 1563 nömrəli qəbzlə 183.960 manat,...8.09.2007-ci il tarixli, 1558 nömrəli qəbzlə 172.395 manat,...09.2007-ci il tarixli, 1556 nömrəli qəbzlə 183.960 manat, 18.09.2007-ci il tarixli, 1561 nömrəli qəbzlə 161.820 manat, 18.09.2007-ci il tarixli, 1562 nömrəli qəbzlə 140.400 manat, 18.09.2007-ci il tarixli, 1560 nömrəli qəbzlə 140.400 manat, 18.09.2007-ci il tarixli, 1564 nömrəli qəbzlə 178.365 manat məbləğində pul vəsaitlərini “Qutqaşınlı” ünvanı ilə qeyd edilən müxtəlif nömrəli mənzillərin əsas pay ödənişi kimi “xxxx” MMC-yə ödəmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia t ələblərini bütövlükdə rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mənzillərin özünə məxsus olduğunu və şəxsən banka girov qoyduğunu sübut edə bilməmişdir. Kollegiya bildirir ki, iddiaçının qeyd edilən halları sübuta yetirə bilməməsi onunla “xxxx” MMC arasında mənzillərə dair müqavilə öhdəliyinin aşkar edilməməsinə dəlalət etsə də, bu hal pul tələblərinin rədd edilməsi üçün yetərli əsas deyil. Ona görə ki, pul tələbinin müqavilədən başqa digər əsaslarla irəli sürülməsi də mümkündür. Başqa sözlə, iddiaçının pul tələbləri müqavilə öhdəlikləri çərçivəsində haqlı sayılmadığı halda, həmin tələblərin qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, mülki hüquq pozuntusu və s.) çərçivəsində haqlı olub-olmaması araşdırılmalı və onlara müvafiq hüquqi qiymət verilməklə mübahisə bütövlü kdə həll edilməlidir. Çünki, mövcud faktiki hallar göstərilməklə irəli sürülmüş pul tələblərinin hüquqi əsas(lar)ının tapılması, yəni hüququn tətbiq edilməsi qanunvericilikdə müəyyən edilmiş hədlər çərçivəsində məhkəmənin vəzifəsidir. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Məhkəmə iddiaçının ərizəsində əks etdirdiyi hüquqi mövqedən aslı ola bilməz. İddianın mümkün hüquqi əsaslarını özü nəzərdən keçirməklə iddiaçının tələbinə uyğun gələn qanuni əsas(lar)ı tapmalı və məhkəməyə bildirilən faktiki halların həmin əsas(lar)ın dispozisiya şərtlərinə uyğun olubolmamasını yoxlamaqla mübahi səni həll etməlidir. Hazırkı işdə isə iddiaçının pul tələblərinin qanundan irəli gələn öhdəliklər çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bu məsələ ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənzillərin dəyərinin cavabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinin kserosurətlərini təqdim etmiş, işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu yanaşmanı pul tələblərinin rədd edilməsi üçün kifayətedici əsaslandırma hesab etmir. Ona görə ki, yuxarıda qeyd edilən pul məbləğlərinin ödənilməsinə dair orderlərdəki məlumatların mötəbərliliyinin yoxlanılması, vəsaitin “xxxx” MMC-nin mühasibatlığına mədaxil edilib-edilmədiyinə dair halların aydınlaşdırılması üçün tərəflərə lazımi şər ait yaradılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq qənaətə gəlinməlidir. O da nəzərə alınmalıdır ki, mövcud mübahisə ilə bağlı əvvəlki məhkəmə qərarlarında sözügedən orderlərin mötəbərliliyi ilə bağlı müəyyən edilmiş halların işin tərəfləri və tələbin predmeti baxımından preyudisial xarakterdə olubolmaması qanunvericiliyə uyğun qaydada qiymətləndirilməlidir. Yuxarıda qeyd edilən halların araşdırılması nəticəsində sözügedən mədaxil orderlərindəki pul məbləğlərinin ödənilməsi müəyyən edildiyi halda “xxxx” MMC-nin iddiaçı qarşısında hansı öhdəliyinin əmələ gəlməsi, bu öhdəliyin icra edilib-edilmədiyi, edilmədiyi halda iddiaçının pul tələblərinin təmin edilməsi üçün qanuni əsasların olub-olmaması və tələbin bu hissəsinin həlli üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmaqla əs aslandırılmış qətnamə qəbul edilməlidir. c) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Fuad Babayev) 2(103)-7486/2020 saylı, 24 noyabr 2020ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)2790/2019 saylı, 21.05.2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, 21.05.2019-cu il tarixli qətnaməsinin pul tələbinə dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir k i, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı mübahisəli mənzillərin dəyərinin cavabdehə ödənilməsi barədə məhkəməyə kassa mədaxil orderi qəbzlərinin kserosurətini təqdim etmişdir. Kollegiya tərəfindən həmin qəbzlərin əslinin təqdim olunması təklif edilsə də, iddiaçı həmin qəbzləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə əvvəlki məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisə li pul vəsaitinin Cavabdeh-yə ödənilməsi öz təsdiqini tapmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının subyektiv mövqeyini əks etdirir. İddiaçı (vəkili Nümayəndə) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini, onun cavabdeh “xxxx” MMC-yə və digərlərinə qarşı “mülkiyyət hüququnun müdafiəsi haqqında” pul tələbi hissəsində iddia ərizəsinin təmin edilməsi, onun tərəfindən “xxxx” MMC-yə ödədiyi111 məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 24 nömrəli mənzilə görə mədaxil orderinə 1559 qəbzi ilə ödənilmiş 183.960 manat, 25 nömrəli mənzilə görə mədaxil orderinə 1557 qəbz ilə ödənilmiş 172.395 manat, 28 nömrəli mənzilə görə mədaxil orderinə 1558 qəbz ilə ödənilmiş 172.395 manat, 31 nömrəli mənzilə görə mədaxil orderinə 1561 qəbz ilə ödənilmiş 161.820 manat, 32 nömrəli mənzilə görə mədaxil orderinə 1562 qəbz ilə ödənilmiş 140.400 manat, 35 nömrəli mənzilə görə mədaxil orderinə 1560 qəbz ilə ödənilmiş 140.400 manat, 49 nömrəli mənzilə görə mədaxil orderinə 1564 qəbz ilə ödənilmiş 178.365 manatın, mənzillərə dair bağlanmış 18.09.2007-ci il tarixli 337, 338, 342, 343, 344, 345 saylı müqavilələr və həmin ünvandakı 42 mənzilə görə ödənilmiş 183.965 manat, 45 saylı mənzilə görə ödənilmiş 183.965 manat və bu mənzillərə dair bağlanmış 15.04.2008-ci il tarixli 353, 354 saylı müqavilələrə əsasən cəmi 1 milyon 517 min 665 manat pul vəsaitinin ödənilmiş hesab edilməsi, ödənilmiş 1 milyon 517 min 665 manat pul vəsaiti nə onunun mülkiyyət hüququ tanınması və cavabdeh “xxxx” MMC-dən tutularaq birdəfəlik qaydada ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası əsassız və qanunsuz olaraq apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apelyasiya şikayətin dəliləri formal xarakter daşıyır və iddiaçının subyektiv mövqeyini əks etdirir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.07.2018-ci il tarixli 14809 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı adına olan, 9 ədəd mənzillərə dair pulun ödənilməsi barədə “xxxx” MMC tərəfindən veril miş və YYYin adına olan kassa-mədaxil orderlərin əlyazma mətnləri və imzalar “xxxx” MMC-nin vəzifəli şəxslərə məxsus və eyni şəxslər tərəfindən icra olunmuşdur. Eyni zamanda İddiaçı uzun müddət xəstəliyindən sonra 2018-ci ildə tapdığı 07.01.2010-cu il tarixli 2134 saylı Maraqlı şəxs1-ilə bağladığı kredit müqaviləsinə təminatı olan 9 ədəd mənzillərin 1-nömrəli İpoteka müqaviləsinin 1 nömrəli Əlavəsinin orijinal sənəd məhkəməyə təqdim olunmuşdur. Həmin sənəddə İddiaçı həmin mənzilərin sahibi kimi özünə məxsus olan bütün informativ rekvizitləri ilə qeyd olunur və imza etməklə iştirak edir. Yasamal Rayon Məhkəməsi əsassız olaraq, bir insanın yəni YYYin bir gündə bir binadan FFF-dən doqquz mənzilin alınmasını inanmayaraq, lakin FFF-nin həmin yad olan insandan (YYYdən) külli miqdarda pulun bor ca alınmasını nədən isə inanaraq işi alt üst etmişdir. Həmçinin məhkəmə iclasında xxxx MMC-nin nümayəndəsi dedikdə ki, YYYdən borc alıblar, hakim ondan soruşdu ki, YYYlə qohumluq əlaqəsi, dostluq münasibətləri varmı? Heç olmasa hər hansı kağız üzərində öhdəçilik, qəbz, iltizam, borc müqaviləsi varmı? Nümayəndə cavab verdi ki, yox. Onda məhkəmə niyə borc uydurmasına inandı? Hanı məhkəmənin bu iş üzrə klassik inamsızlığı? xxxx-nin nümayəndəsi təkid edirdi ki YYYin Maraqlı şəxs1la bağladığı müqavilələrin əslisi yoxdur. Kserosurətlər isə saxtadır.(Həmin anda o bilmirdi ki həmin sənədlər yaxın keçmişdə tapılmışdır). Mən YYYin Maraqlı şəxs1-la 2010-cu ildə bağladığı kredit müqaviləsinin, İpoteka müqaviləsinin və ona 1 saylı Əlavənin əslini təqdim etdikdə, hakim LLL-nin nümayənsindən soruşdu ki, “indi nə deyə bilərsiniz?” Bunlar əslidir. Hətta LLLorda mənzillərin mülkiyyətçisi qismində qeyd olunur. Nümayəndə cavab vermədi. “xxxx” MMC-nin nümayəndəsi məhkəməyə quya YYYin onlardan aldığı pullar barədə saxta kassa-mədaxil orderləri təqdim etdikdə, hakim ondan soruşdu ki, Adler proektinin mənzillərə nə aidiyəti var? İddiaçı adın 9 doqquz ədəd mənzillərə dair kassa-mədaxil orderlərinin ayriliqda hər birində mənzillərin ölçüsünü, nömrəsini, otaqların sayı, qiymətini, YYYin adini soyadını və diqər rəsmi məlumatları əks olunmaqla qeydiyyata alınmasını və YYYə həmin sənədlərin verilməsi nə ilə izah edə bilər? “xxxx” MMC-nin nümayəndəsi dedi ki, “bunu elə belə yazıblar”. Məhkəmə buna hüquqi qiymət verməmişdir. İşin materiallarında olan 2012-ci ildə iddiaçıV.V.Vnin (Maraqlı şəxs1-ın) cavabde h “xxxx” MMC ilə məhkəmə çəkişməsində iddiaçıV.V.Vnin Bakı apellyasiya məhkəməsinə “xxxx” MMC ilə barışdığı (razılığa qəldiyi) üçün sənədlərin əslinin qaytarılması barədə yazdığı ərizəsi hazırki iş üzrə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmə bu mənzillərlə bağlı 2013-cü il üzrə məhkəmə aktlarına istinadən qeyd etmişdir ki, o vaxtı məhkəmələr mənzillərlə bağlı mübahisəyə baxarkən YYYin ya sənədlərin əsillərini ya sənədləri təqdim edə bilmədiyindən sübut edə bilməmiş kimi qiymətləndirmişdirlər. Halbuki, hazırki iş üzrə LLLlazım olan sənədlərin tapıldığından məhkəməyə mötəbər sübutu kimi təqdim etmişdir. Bunlar YYYin mənzillərin alınmasına görə 18 sentyabr 2007-ci ildə LLL-yə ödədiyi 9 mənzillərə görə kassa-mədaxil orderlərin sürətlərini, 2008 və 2010-cu illərdə Maraqlı şəxs1 la bağlanılan Kredit, İpoteka müqavilələrin və ona 1 nömrəli Əlavənin əsillərdir. Hətta 2007-ci il tarixli YYYin adına olan mənzillərin ödənilməsinə dair FFFtərəfindən verilmiş kassa mədaxil orderlərin həqiqiliyi hazırki iş üzrə keçirilmiş xəttşünaslıq məhkəmə ekspertizası tərəfindən təsdiq olunmuşdur. Lakin, məhkəmə bu halı və təqdim olunmuş sənədlərə hüquqi qiymət verməmişdir. Halbuki, qanunla müəyyən olunmuş sübutlar diqər sübut növü ilə əvəz oluna bilməz. YYYin təqdim etdiyi və ekspertiza tərəfindən təsdiq etdiyi kassa-mədaxil orderlərin YYYin FFF-dan mənzillərin alınmasına qörə pulun ödəməsi, 2010-cu ildə İpoteka müqaviləsinə 1 nömrəli Əlavəsində onun mənzillərin sahibi qismində qeyd olunması, mənzillərin sayı, nömrələri, və əsas olan bu iş üçün məqam olan FFF-dan alındığı müqavilələr in nömrələrin qeydləri YYYin həmin mənzillərin FFF-dən alınması və pulun ödənilməsi sübutu başqa sübut ilə təkzib və əvəz olunmazdır. Məhkəmə buna da hüquqi qiymət verməmişdir. İş üzrə müəyyən olunmuşdur ki, YYYin etibarından sui-istifadə edərək aldadılma yolu ilə külli miqdarda əmlakını onun pulunu mənimsəyiblər. Məhkəmə buna qörə xüsusi qərardad çıxarmaqla fakt üzrə cinayət işin başalnması üçün işi prokurora qöndərməlidi. Lakin, məhkəmə başqa hallara işarə etməklə bu halı əsas tutmadı və bununla prosessual qanunu pozmuşdur. Məhkəmənin xxxx MMC-nin təqdim etdiyi saxta kassa mədaxil orderlərin əsasında həmin cavabdehin YYYin yerinə Maraqlı şəxs1a 2008-2009-cu illər üzrə borcun qaytarılması barədə dəlil də əsassızdır. Ona görə ki, 2012-ci ildə “xxxx” MMC Bakı apellyasiya Məhkəməsində 000ə q arşılıqlı iddianı irəli sürərkən YYYin onlardan aldığı 417 min manatın və 67 min manatın özündə olunması və Maraqlı şəxs1a girovda olan mənzillərə görə ödədiyi barədə ərizəni məhkəməyə təqdim etmişdirlər. LLLhəmin məhkəmə prosesinə cəlb olunmamış şəxs kimi iştirak etməmişdir. Əgər İddiaçı həmin dövr üzrə 2012-ci ilədək “xxxx” MMC-dən 1 milyon 700 min manatı almış olsaydı, onda həmin rəqəm YYYin Bakı apellyasiya məhkəməsinə göndərdiyi ərizəsində əksini tapardı. Həmçinin, Maraqlı şəxs1-ın 13.12.2012-ci il tarixli İddiaçı hesabdan çıxarışına əsasən, 03.10.2007-17.03.2011 əhatə dövr üzrə İddiaçı 1 milyon 445 min 730 manat 44 qəpik ödəmişdir. Maraqlı şəxs1-ın 13.12.2012-ci il tarixli İddiaçı hesabdan çıxarışına əsasən, 18.03.2011 -- 12.12.2012 -ci il əhatə dövr üzrə İddiaçı 172 min 482 manat öd əmişdir. Beləliklə, İddiaçı kreditin gaytarılmasına (əsas borc + faizlər +cərimələr) “ Maraqlı şəxs1ın rəsmi sənədinə əsasən 03.10.2007-ci il tarixdən 12.12.2012 -ci il tarixədək 1 million 618 min 212 manat 44 qəpik pul ödəmişdir. 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğdən borc- kreditin 500 min manat mədləqini çıxmağla, üstə qəl mənzillərin məbləğlərinin qiymətini 1 milyon 517 min 665 manat nəticədə isə İddiaçı zərəri 2 million 635 min 867 manat 44 qəpik təşkil edir. Göründüyü kimi, LLLkrediti 3 oktyabr 2007-ci ildə alır və 2012-ci ilin dekabr ayında kreditin qaytarılması barədə Maraqlı şəxs1m məktubu və YYYin adına olan kreditin ödənilməsi haqqında hesabından çıxarışı ilə bu faktı təsdiq edir. Ondan əlavə, xxxx MMC-nin guya YYYin onlardan pulun alınması ilə bağlı məhkəməyə təqdi m etdiyi saxta kassa-mədaxil qəbzlərində mənzillərə dair heç bir məlumatı əks etdirmir. Hazırki iş üzrə “xxxx” MMC-nin nümayəndəsi izahat verərkən qöstərmişdir ki, İddiaçı məxsus olan mənzillər qirovda olan zaman keçmişdə Azərbaycan Respublikası Rabitə və Texnologiyaları Naziri olan şəxs HHH tərəfindən “YYY” İstehsalat Birliyinə verilmiş və “Kapital Grup” şirkəti vasitəsilə satılmışdır. “xxxx” MMC-də mübahisəli mənzillərə aid sənədlər saxlanma müddətin bitməsindən mövcud deyil. Hazırki iş üzrə məhkəmə prosesinin qedişatında Maraqlı şəxs1ASC İddiaçı adına olan və krediti alarkən banka təhvil verilmiş mənzillərə dair alqı-satqı müqavilələrin, mənzillərə dair ödənişlərin kassa-mədaxil orderlərin qaytarmasından imtina etmişdir. Bunu sənədlərin saxlanma müddətin bitməsilə izah etmişdir. “YYY” İ B-nin nümayəndəsi izah etmişdir ki, mübahisəli bina onlara “xxxx” MMC tərəfindən təhvil verilmişdir. Binanın taleyindən onlarda məlumat yoxdur. Məhkəmə prosesi bir ilə yaxın davam edirdi. 16.01.2018-ci il tarixdə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasında bəyən etmişdir ki, bütün mənzilləri Rabitə Nazirliyi satmışdır, və bütün sənədlər həmin nazirlikdədir. Növbəti məhkəmə iclasında 01.02.2018-ci il tarixdə həmin nümayəndə bəyən etdi ki, İddiaçı tanımırlar, onunla heç bir iş qörməmişlər, pulu almamışlar, mənzilləri satmamışlar. Halbuki, əvvəllər İddiaçı Maraqlı şəxs1dan kreditin alınması, mənzillərin girov qoyulması, bankın işçisi YYYin adına rəsmilləşdirilməsi üçün, mənzillərə dair kassa-mədaxil orderlərin, alqı-satqı müqavilələrin, Maliyyə arayışların əsilləri “xxxx1’ MMC-yə İd diaçı tərəfindən təhvil verilmişdir. Hazırda isə İddiaçı həmin sənədlərin cavabdeh “xxxx” MMC-də olmasını qeyd edir və həmin sənədlərin bərpa olunmasını məhkəmədən xahiş edir. Həmin cavabdeh həmin sənədlərin məhkəmənin tələbinə baxmayaraq təqdim etmir. Beləliklə, məhkəmə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməyərək, digər sübutları nəzərə almayaraq və onlara əhəmiyyət verməyərək, qanununun, faktiki halların və sübutların mahiyyətini təhrif edərək, səhv qənaətə gəlmiş, əsassız olaraq qanunsuz qətnaməni qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx MMC-nin nümayəndəsi X10 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən pul məbləği hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissə üzrə ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 noyabr 2020-ci il tarixli qətnaməsi qismənmənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinə dair hissədə ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, k asasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə təkrar baxmış apelyasiya kollegiyası işə təkrarən baxarkən işə daha əvvəl baxmış və apelyasiya kollegiyasının qəbul etdiyi qətnaməni ləğv edib qəbul etdiyi qərarda apelyasiya kollegiyası üçün iddia tələbinin pul hissəsi ilə bağlı göstərişlər müəyyən etmiş kasasiya kollegiyasının göstərişlərinə əməl etməmiş, bu hissə üzrə hər hansı araşdırma aparmamış, özündən əvvəl işə baxmış apelyasiya kollegiyasının iddia tələbinin qeyd edilən hissəsi ilə mövqeyini təkrarlamaqla məhkəmə araşdırmasını tamamlanmış hesab etmişdir. Halbuki, kassasiya yoxlaması nəticəsində müəyyən edilir ki, işə əvvəl baxmış kasasiya kollegiyası iddiaçının qeyd edilən halları sübuta yetirə bilməməsinin onunla “xxxx” MMC arasında mənzillərə dair müqavilə öhdəliyinin aşka r edilməməsinə dəlalət etsə də, bu halın pul tələblərinin rədd edilməsi üçün yetərli əsas olmadığı qənaətinə gəlmişdir. Ona görə ki, pul tələbinin müqavilədən başqa digər əsaslarla irəli sürülməsi də mümkündür. Başqa sözlə, iddiaçının pul tələbləri müqavilə öhdəlikləri çərçivəsində haqlı sayılmadığı halda, həmin tələblərin qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, mülki hüquq pozuntusu və s.) çərçivəsində haqlı olub-olmaması araşdırılmalı və onlara müvafiq hüquqi qiymət verilməklə mübahisə bütövlükdə həll edilməlidir. Çünki, mövcud faktiki hallar göstərilməklə irəli sürülmüş pul tələblərinin hüquqi əsas(lar)ının tapılması, yəni hüququn tətbiq edilməsi qanunvericilikdə müəyyən edilmiş hədlər çərçivəsində məhkəmənin vəzifəsidir. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən bi ri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Məhkəmə iddiaçının ərizəsində əks etdirdiyi hüquqi mövqedən asılı ola bilməz. İddianın mümkün hüquqi əsaslarını özü nəzərdən keçirməklə iddiaçının tələbinə uyğun gələn qanuni əsas(lar)ı tapmalı və məhkəməyə bildirilən faktiki halların həmin əsas(lar)ın dispozisiya şərtlərinə uyğun olubolmamasını yoxlamaqla mübahisəni həll etməlidir. Hazırkı işdə isə iddiaçının pul tələblərinin qanundan irəli gələn öhdəliklər çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilməmişdir. Pul məbləğlərinin ödənilməsinə dair orderlərdəki məlumatların mötəbərliliyinin yoxlanılması, vəsaitin “xxxx” MMC-nin mühasi batlığına mədaxil edilib-edilmədiyinə dair halların aydınlaşdırılması üçün tərəflərə lazımi şərait yaradılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq qənaətə gəlinməlidir. O da nəzərə alınmalıdır ki, mövcud mübahisə ilə bağlı əvvəlki məhkəmə qərarlarında sözügedən orderlərin mötəbərliliyi ilə bağlı müəyyən edilmiş halların işin tərəfləri və tələbin predmeti baxımından preyudisial xarakterdə olub-olmaması qanunvericiliyə uyğun qaydada qiymətləndirilməlidir. Yuxarıda qeyd edilən halların araşdırılması nəticəsində sözügedən mədaxil orderlərindəki pul məbləğlərinin ödənilməsi müəyyən edildiyi halda “xxxx” MMC-nin iddiaçı qarşısında hansı öhdəliyinin əmələ gəlməsi, bu öhdəliyin icra edilib-edilmədiyi, edilmədiyi halda iddiaçının pul tələblərinin təmin edilməsi üçün qanuni əsasların olub-o lmaması və tələbin bu hissəsinin həlli üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmaqla əsaslandırılmış qətnamə qəbul edilməlidir. Göründüyü kimi, işə təkrar baxmış apelyasiya kollegiyası kasasiya kollegiyasının bu göstərişlərinin hər hansı birinə əməl etməmiş, işin qeyd edilən hissəsi üzrə hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini və ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətləri yaranmasını, “xxxx” ASC -nin kredit şöbəsinin müdiri YYYin iddiası üzrə mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçının ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində qeyd etmişdir ki, “xxxx” ASC-dən 2007-ci ildə kredit götürmüş, kreditin ödənişi ilə əlaqədar cavabdehdən 417 000 manat və 67 000 manat pul alaraq banka ödədiyini, həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 2008 və 2009-cu illərə aid çoxsaylı məxaric xəzinə orderlərinə əsasən iddiaçının cavabdehdən 52 812 manat, 150 000 manat, 120 000 manat və s. məbləğlərdə “adler” adlı layihə üçün, “xxxx” ASC-yə kredit faizinin ödənilməsi üçün sistematik olaraq pul götürdüyünü müəyyən etmiş və cavabdehin iddiaçıya borcu olmasa idi, iddiaçıya cavabdehin kassasından yüksək məbləğlərdə pul verilməyəcəyi qənaətinə gəlmişdir. Bu qətnamə də apell yasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Belə olan halda, işə təkrar baxılarkən hər iki tərəfin izahatlarında göstərdikləri nəzərə alınmaqla, onlar arasındaki həqiqi münasibətlərin nədən ibarət olduğu müəyyən edilməklə, iddianın hüquqi əsası müəyyən edilməli və işdə olan sübutlar və təqdim edilən əlavə sübutlar əsasında düzgün və əsaslandırılmış qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflə rin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabə rliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.11.2019-cu il tarixli, 2(103)-7486/2020 nömrəli qətnaməsi qismən-mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinə dair hissədə ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 24.11.2019-cu il tarixli, 2(103)-7486/2020 saylı qətnaməsi qismən-mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinə dair hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.