Məhkəmə qərarları › İş №2(102)-2836/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2836/2023

18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2836/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-51/2023 nömrəli iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 3 ay sınaq müddəti tətbiq edilməklə əmək müqaviləsi bağlanmışdır.

2. Həmin əmək müqaviləsi əsasında cavabdeh, iddiaçı təşkilata mağaza müdiri vəzifəsinə işə qəbul olunmuş və iddiaçı ilə cavabdeh arasında eyni tarixdə Tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır.

3. Cavabdehin mağaza müdiri kimi iddiaçıda işlədiyi “Grandmart” mağazalarında inventarizasiya yoxlaması aparılmış, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Grandmart” mağazasında inventarizasiya yoxlamasının nəticəsi olaraq tərtib edilmiş xx.xx.2021-ci il tarixli Təhvil-təslim haqqında tam sayım aktı ilə 8.707,8 manat fərq müəyyən edilmişdir. 4. 06 mart 2021-ci il tarixdə cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏ MƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8.707,18 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Şəki Rayon Məhkəməsinin 2(075)-1529/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-51/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnamə si ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia rədd edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiya qeyd edir ki, cavabdeh öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlasad a, iddiaçı tərəf cavabdehə nə qədər mal təhvil verməsi, cavabdehin verilən maldan nə qədərinin qaytarması, nə qədər ziyan vurmasını sübut edə bilməmişdir. Cavabdehin öz-özlüyündə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlaması, çatışmayan mallara görə cavabdehin məsuliyyət daşıması yetərli deyildir. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bili r ki, iddiaçının yeganə dəlili üzləşmə aktıdır. Apelyator isə şikayətində qeyd edir ki, "xxxx" marketində işə düzəlməsi üçün işdən çıxmaq istəmiş, lakin əmək kitabçasını vermək üçün aktı imzalamaq şərt kimi qoyulmuşdur. İş materialının 189-cu səhifəsindəki arayışdan görünür ki, Cavabdeh həqiqətən "xxxx" Supermarket MMC-də menecerinin köməkçisi vəzifəsi üzrə işəqəbul mərhələsindən uğurla keçərək 5 mart 2021-ci il tarixində sənədləri təqdim etmiş və 11 mart 2021-ci il tarixində onunla əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi işin faktiki halları ilə şikayətin dəlilləri üst-üstə düşür.... Mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 dekabr 2 022-ci il tarixdə vəsatət göndərilərək lazımı sənədlər tələb edilmiş, kollegiya tərəfindən isə həmin vəsatəti 9 yanvar 2023-cü il tarixdə İddiaçı MMC-yə göndərilmişdir. Həmin vəsatətdə qeyd edilmişdir ki, Cavabdeh fəaliyəti üzrə aylıq və illik invertarizasiya aktları, təhvil- təslim aktları, malların alışına və anbara təhvil verilməsinə dair qaimə fakturalar və digər qəbul sənədləri, malların satışına dair sənədlər (qaimə faktura, kassa sənədləri və s), digər bütün mühasibat sənədləri. İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli X3 tərtib edilməsində istinad edilmiş mühasibat sənədlərinin təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda kollegiya tərəfindən iddiaçı tərəfə Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbləri izah edilmişdir. Mülki Proses sual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 13 fevral 2022-ci il tarixldə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat göndərərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 9/9004 saylı vəsatətdə göstərilən mühasibatlıq sənədlərinin əvəzinə iş materiallarında olan sənədlər və əlavə olaraq cədvəllər göndərilmişdir. Lakin 9/9004 saylı vəsatətdə göstərilən mühasibatlıq sənədləri halhazıradək təqdim edilməmişdir.... Göründüyü kimi iddiaçı tərəf vəsatətdə qeyd edilən sənədləri təqdim etməməklə iddiaçı olaraq üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Kollegiyanın qənaətinə görə yuxarıda qeyd edilən üzləşmə aktı iddianın təmin edilməsi üçün yetərli deyildir.”

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci, 191-ci maddəsinin 2-ci bəndləri, 199, 200-cü maddənin 1-ci, 20 2-ci maddəsinin 1-ci, 203-cü maddəsinin 1-ci, 205-ci maddəsinin 1 və 2ci bəndlərinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh iddiaçının işçisi olduğu dövrdə sözügedən üzləşmə aktları tərtib edilmiş və cavabdeh həmin əksiklikləri qəbul edərək aktı imza etmişdir. Cavabdeh tərəfindən tam maddi məsuliyyət daşıdığı dövrdə iddiaçıya ziyan vurulması müəyyən edilmiş və cavabdeh həmin aşkar edilmiş ziyan məbləği ilə razılaşmış və tərəflər arasında xx.xx.2021-ci il tarixdə “Təhvil-təslim haqqında tam sayı m” aktı imzalanmışdır. “Təhvil-təslim haqqında tam sayım” aktında qeyd olunan əksikliklər (dəymiş ziyan) cavabdeh tərəfindən imzası ilə təsdiq edildiyindən dəymiş ziyanın məbləği mübahisələndirilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri onun birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin dəlillərinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdı rması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; Maddə

192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; Maddə

194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsi ndən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; Maddə

199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə

202. Ziyanın məbləğinin müəyyən edilməsi

1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edili r; Maddə

203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hal ları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) t örədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

24. Məhkəmə kollegiyası bildirir ki, əmək qanunvericiliyinin tələblərinə görə, işəgötürən ona vurulan zərərin ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş zərərlə işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş zərərin həqiqi miqdarını araşdırır. İşçinin tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlaması təkbaşına çatışmayan mallara görə işçinin məsuliyyət daşıması üçün yetərli deyil. Konkret işçidə hansısa sərvətin faktik surətdə əksik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Zərərin ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəə-maddi sərvətlərin yoxlanmasını aparmağa borcludur, işçi isə onun aparılmasını tələb etmək hüququna malikdir. Araşdırmanın (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Zərərin vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlə (yoxlama aktı ilə), əmlakın əksik gəlməsi invertarlaşdırma akt ı ilə təsdiqlənməlidir. Zərərin yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması işəgötürəni bu zərərə görə işçinin üzərinə maddi məsuliyyət qoymaq imkanından məhrum edir.

25. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmam asını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.

26. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-51/2023 nömrəli iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar