Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2837/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili X10, cavabdehin vəkili X7 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7874/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.03.2012-ci il tarixli AZ-İİ № 861141 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X26 13.03.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 665 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X13, anası X14r. Abşeron Rayon Məhkəməsinin 1(012)-344/2019 saylı 02.07.2019-cu il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ ndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, təqsirləndirilən şəxs Cavabdeh1 18.02.2019-cu il tarixdə saat 09 radələrində BC dərəcəli sürücülük vəsiqəsi və Cavabdeh2 MMC-yə məxsus yol sürücülük vəsiqəsi əsasında idarə etdiyi Shacman SX markalı, XXX dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu Güzdək qəsəbəsi daxilində keçən mərkəzi yolda Güzdək qəsəbəsində yerləşən orta məktəbin qarşısından Güzdək qəsəbəsi istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci his səsinin tələblərinə əsasən, piyada keçidinə nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı və ya svetofor vasitəsilə nizamlanmırsa sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı, piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda qanunun bu tələblərinə əməl etməyərək həmin piyada keçidi ilə yolu soldan sağa doğru keçməkdə olan 2012-ci il təvəllüdlü azyaşlı piyada X21 avtomobilin qarşı sağ hissəsi ilə vuraraq yol-hərəkət qaydalarını pozmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Nihad Səfərlinin sol bud sümüyünün kondiluslardan keçən oynaq daxili, sol qamış sümüyünün yuxarı 1/3-in və incik sümüyünün başının yerdəyişən, qəlpəli açıq sınıqları, sol aşağı ətrafın arxa səthində budun orta 1/3-dən başlayaraq axill vətərinə qədər geniş əzilmiş-cırılmış-didilmiş yarası, yumşaq toxumaların bütün yara boyunca defektli, yaradan venoz qanaxma, yumşaq toxumaların nekrozu, budun arxa qrup əzələləri və üçbaşlı əzələlərin əzilmişcırılmış-didilməsi, sıxılma sindiromu, travmatik şok 3cü dərəcə ilə müşayət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti almasına səbəb olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-377/2019 saylı 04.09.2019-cu il tarixli qərarından müəyyən olunur ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Soltanova (Səfərova) Simuzər Vəli qızı tərəfindən verilmiş apel yasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin 1(012)-344/2019 saylı 02.07.2019-cu il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə təyin edilmiş cəza hissəsində dəyişdirilərək Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müdətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. 2012-ci il buraxılışlı Shacman SX yük markalı ** JU *** qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətindədir. Cavabdeh2 MMC-nin 16.08.2019-cu il tarixli 70 saylı əmrindən müəyyən olunur ki, Cavabdeh1 16.08.2019-cu il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Atəşgah Sığorta Şirkəti ASC-nin icbari sığorta müqaviləsinə dair məlumatından müəyyən olunur ki, **-JU-*** dövlət qeydiyyat nişanlı Shacman SX yük markalı nəqliyyat vasitəsi 10.07.2018-ci il tarixdən 09.07.2019-cu il tarixə olan dövr ərzində Atəşgah Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. 11.07.2019-cu il tarixli 069031 saylı sığorta aktından müəyyən olunur ki, Atəşgah Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə 17.07.2018-ci il tarixdən 17.07.2019-cu il tarixə qədər sığortalanmış ** JU ***6 dövlət qeydiyyat nişanlı Shacman SX yük markalı avtomobillə 18.02.2019-cu il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsində törədil ən yol nəqliyyat hadisəsinə görə MTE və PAB-ın ekspert rəyinə əsasən 1500 manat X11 hesabına köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X17 Publik Hüquqi şəxsin 10.02.2020-ci il tarixli 596/KEŞ saylı məhkəmə-tibb ekspert rəyindən müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X18 almış olduğu “Sol aşağı ətrafın geniş sahəli cırılmış yarası. Sol bud baldır sümüklərinin sınığı” xəsarətləri ilə əlaqədar onun üzərində “X30”də “Sol bud və baldır sümüklərinin İlizarov aparatı ilə osteosintezi”, “X35”da isə “Sol dizaltı nahiyədə kelloid çapığının ləğvi, dəri plastikası, dizin bükücü əzələ kontrakturasının ləğvi” və “Sol aşağı ətraf bud, baldır və pəncə sümüklərinin İlizarov aparatında fiksasiyası. Sol qamış sümüyünün prok simal nahiyədə osteotomiyası və fiksasiyası” cərrahiyyə əməliyyatları icra edilmişdir. 2.3.4.5. X18 adına tərtib edilmiş tibbi sənədlədə göstərilənlərə, məhkəmə-tibbi müayinəsinə əsasən, onda “Sol diz oynağının bükücü əzələ kontrakturası, dizaltı nahiyənin iri ölçülü sərt kelloid çapığı. Sol pəncənin ekvinus deformasiyası. Sol aşağı ətraf əzələlərinin atrofiyası. Sol qamış sümüyünün antikurvasiya deformasiyası 30-40 dərəcə, sol oturaq sinirinin zədələnməsi mənşəli. Paralitik pəncə. Cərrahi əməliyyatdan sonrakı vəziyyətin olduğu müəyyən edildi. Bununla əlaqədar onun müalicəyə ehtiyacı vardır və müalicəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində aparılması mümkündür. Rəydən daha sonra müəyyən olunur ki, Kliniki Tibbi X3 adına tərtib olunmuş C10 59 saylı xəstəlik tarixindən görünür ki, o, 18.02.2019-cu il tarixdə saat 1015 -də təcili tibbi yardım maşını ilə həddindən artıq ağır vəziyyətdə sol aşağı ətraf şınada fıksə olunmuş halda birbaşa şok əleyhinə palataya daxil olmuşdur. Valideynlərinin deməsinə görə uşağın ayaqları üzərindən ağır yük maşını keçmişdir. Ümumi vəziyyəti ağırdır. Dəri və görünən selikli qişaları avazıyıb. Tənəffüsü səthidir, tezləşib. Hər iki tərəfdə xırıltılar eşidilir. Periferiyada nəbz yoxdur. Yalnız yuxu arteriyası üzərində hiss olunur. Baxış zamanı sol aşağı ətrafın arxa səthində budun orta 1/3-dən başlayaraq axill vətərinə qədər geniş əzilmişcırılmış-didilmiş yara vardır. Yumşaq toxumaların bütün yara boyunca defekti müəyyən olunur. Yaradan venoz qanaxma davam edir. Dizaltı çuxurda bud sümüyünün proksima l fraqmenti yara səthindədir. Bu sahədə yumşaq toxumaların kənari nekrozu vardır. Budun arxa qrup əzələləri və üçbaşlı əzələ cırılıb didilmişdir. D-Z: “Sol aşağı ətrafın geniş sahəli cırılmış yarası. Sol bud baldır sümüklərinin sınığı”. Təcili olaraq şok əleyhinə tədbirlər olunmuş, rentgenoqrafiya və USM olundu. Sol aşağı ətrafın R-qrafiyalarında sol bud sümüyünün aşağı 1/3-nin açıq, yerdəyişən sınığı, qamış və incik sümüklərinin yuxarı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı aşkar edilmişdir. Yara boyunca damar-sinir dəstəsinin təvtişi sıxılma sindiromuna xarakter dəyişikliklər qeyd olunur. Sağ baldır nahiyəsi dərin sıyrıntılarla örtülərək geniş yayılmış dərialtı hematoma vardır. Hər iki pəncədə pulsasiya hiss olunur. Huşu dərin tormozlanma tipində pozulub. Göz bəbəkləri bərabər olub, D=S, işığa reaksiyası canlıdır. Sifətin sağ yarısında dərialtı hematoma və sıyrıntılar var. D-Z: “Sol bud və hər iki baldır sümüklərinin açıq qəlpəli yerdəyişən sınığı. Sol aşağı ətrafın arxa səthinin geniş əzilmiş-cırılmış-didilmiş yarası. Sağ baldırın yumşaq toxumalarının əzilməsi. Sıxılma sindromu. Travmatik şok İİİ dərəcə”. Xəstə təcili əməliyyat otağına verildi. 18.02.2019-cu il tarixdə Əməliyyat: “Sol bud və baldır sümüklərinin İlizarov aparatı ilə osteosintezi”. Xəstə əməliyyata verilən kimi intubasiya edilmiş, şok əleyhinə tədbirlər davam etdirilmişdir. Yara antiseptiklərlə çox ciddi sanasiya edildi. Sol bud və baldırın arxa hissəsində geniş yumşaq toxuma (dəri, əzələ) defekti qeyd edildi. Təftiş zamanı dizaltı arteriyanın trombozu qeyd edilir. Arteriyanın sağlam hissələrinə sıxıcılar qoyuldu. Zədələnmiş hissə kəsildi. Vena ilə arteriya uc-uca anastamoz qoyuldu. Puls bərpa olundu. Betadinlə aseptik sarğı qoyuldu. 20- 27.02.2019cu il tarixdə xəstənin vəziyyəti stabildir. Şikayəti yarada olan ağrılardandır. Yara İİ gedişli sağalır. Müalicə davam edir. 01-31.03.2019-cu il tarixdə xəstənin vəziyyəti stabildir. Şikayəti aşağı ətraflarda olan ağrılardandır. Yara təmizlənib sarğı edildi. 01-30.04.2019-cu il tarixdə xəstənin vəziyyəti stabildir. Tnormal. Yara nahiyəsi qranulasion toxuma ilə örtülüdür. 02-30.05.2019-cu il tarixdə xəstənin ümumi vəziyyəti stabildir. Şikayəti barmaqlarda hərəkət məhdudluğunun olmasındandır. 03-24.06.2019-cu il tarixdə xəstənin ümumi vəziyyəti stabildir. Şikayəti xüsusi yoxdur. Sol ayaqda hərəkət məhduddur. 26.06.2019-cu il tarixdə xəstə müalicə və müşahidəyə evə yazılır. Kliniki diaqnoz: “Sol bud və hər iki baldır sümüklərinin açıq qəlpəli yerdəyişən sınığı. Sol aşağı ətrafın arxa hissəsinin geniş əzilmiş-didilmiş yarası. Sağ baldırın yumşaq toxumalarının əzilməsi. Sıxılma sindromu. Travmatik şok İİİ dərəcə. Sol dizaltı arteriyanın trombozu”. Rəydən daha sonra müəyyən olunur ki, Baku City X2 adına tərtib olunmuş 953/0439293 saylı xəstəlik tarixindən görünür ki, o, 18.10.2019-cu il tarixdə sol dizaltı nahiyəsində sərt çapığın olması, dizin aça bilməməsindən ayağın yerə basa bilməməsi, pəncəsində deformasiyanın olmasından, dabanın yerə çatmaması, baldırın yuxarı 1/3 hissəsində deformasiya şikayətləri ilə daxil olmuşdur. Müayinədə sol dizaltı nahiyədə sərt çapıq toxumanın olması qeyd edilmişdir. Diz tam açılmır, kontraktura izlənilir. Sol pəncəsində dekvinus deformasiya, sol aşağı ətraf əzələlərində hipotrofiya izlənilir. Rentgenoloji müayinədə sol qamış sümüyünün yuxarı 1/3 hissəsində deformasiya izlənilir. D-Z: “Sol diz oynağının bükücü kontrakturası, dizaltı nahiyənin iri ölçülü sərt kelloid çapığı. Sol pəncənin ekvinus deformasiyası. Sol aşağı ətraf əzələlərinin hipotrofiyası”. Bu səbəblə 18.10.2019-cu il tarixdə ümumi anesteziya altında “Sol dizaltı nahiyədə kelloid çapığının ləğvi, dəri plastikası, dizin bükücü kontrakturasmm ləğvi” cərrahiyyə əməliyyatı icra edildi. Əməliyyat: ümumi anesteziya altında aparıldı. Dizaltı nahiyədə iri ölçülü kelloid çapıq hissə-hissə kəsilib götürüldü, hemostaz yaradıldı. Dəri defekti “z” vari kəsilərək plastikası icra edildi. Dizaltı nahiyədə bükücü kontraktura açıldı. Aseptik s arğı qoyuldu. Sol aşağı ətraf gips sarğısı ilə fıksə edildi. 19.10.2019-cu il tarixdə kafi vəziyyətdə evə ambulator müalicəyə yazılmışdır. D-Z: “Sol diz oynağının bükücü kontrakturası, dizaltı nahiyənin iri ölçülü sərt kelloid çapığı. Sol pəncənin ekvinus deformasiyası. Sol aşağı ətraf əzələlərinin hipotrofiyası”. Baku City X2 adına tərtib olunmuş 1170/0529127 saylı xəstəlik tarixindən görünür ki, o, 11.12.2019-cu il tarixdə sol aşağı ətrafın qısalığı, sol dizaltı nahiyədə sərt çapığın olması, dizin aça bilməməsindən ayağın yerə basa bilməməsi, pəncəsində deformasiyanın olmasından, dabanın yerə çatmaması, baldırın yuxarı 1/3 hissəsində deformasiya şikayəti ilə daxil olmuşdur. Müayinədə sol dizaltı nahiyədə sərt çapıq toxumanın olması qeyd edilmişdir. Diz tam açılmır, kontraktura izlənilir. Sol qamış sümüyünün antikurvasion deformasiyası, sol pəncəsində dekvinus deformasiya, sol aşağı ətraf əzələlərində hipotrofıya izlənilir. Rentgenoloji müayinədə sol qamış sümüyünün yuxarı 1/3 hissəsində deformasiya izlənilir. Bu səbəblə 11.12.2019-cu il tarixdə Əməliyyat: Ümumi anesteziya altında “Sol aşağı ətraf bud, baldır və pəncə sümüklərinin İlizarov aparatında fıksasiyası. Sol qamış sümüyünün proksimal nahiyədə osteotomiyası və fıksasiyası”. Ümumi anesteziya altında sol aşağı ətraf antiseptiklərlə təmizləndi. Rentgen skopiya altında sol bud sümüyündən 2 ədəd 6 mm-lik yivli mil vuruldu. Metal balka ilə hiksasiya edildi. Sol baldırın metaepifızar nahiyyədə 1 ədəd 3 mm-lik metal mil vuruldu və ilizarov yarımhəlqəsində fıksasiya edildi. Sol qamış sümüyündən orta və aşağı 1/3 nahiyəsində millər vurulduqdan sonra fıksasiya edildi. Proksimal nahiyədə əlavə metal sanc mili vuruldu və fıksasiya edildi. Bundan əlavə sol daban sümüyündən metal mil keçirildi və İlizarov həlqəsində fıksasiya edildi. Sol qamış sümüyünün proksimal nahiyədə dəri kəsiyindən sol qamış sümüyün osteotomiya edildi. Proksimal yarımhəlqə ilə orta yarımhəlqə şamir sterzhenlərlə birləşdirildi. R-skopiya nazarəti altında sol baldır sümüyünün ostetimiyası göründü. Əməliyyatdan sonrakı diaqnoz: “Hər iki baldır sümüklərinin varus deformasiyası”. 14.12.2019-cu il tarixdə kafi vəziyyətdə evə ambulator müalicəyə yazıldı. D-Z: “Sol diz oynağının bükücü kontrakturası, dizaltı nahiyənin iri ölçülü sərt kelloid çapığı. Sol pəncənin ekvinus deformasiyası. Sol aşağı ətraf əzələlərinin atrofiyası. Sol qamış sümüyünün anti kurvasiya deformasiyası 30-40 dərəcə. Sol oturaq sinirinin zədələnməsi mənşəli. Paralitik pəncə. Cərrahi əməliyyatdan sonrakı vəziyyət”. Rəydən daha sonra müəyyən olunur ki, 15.01.2020-ci il tarixdə X18 məhkəmə-tibbi müayinəsi keçirilmiş, deməsinə görə, 18.02.2019-cu il tarixdə yolda yük maşını tərəfindən nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Almış olduğu xəsarətlə əlaqədar KTM-ə gətirilmiş, orada 4 ay 20 gün stasionarda qalmış, 2 dəfə cərrahiyyə əməliyyat icra olunmuş, sol aşağı ətrafa İlizarov aparatı qoyulmuşdur. Daha sonra evə buraxılmış və 20 gün müddətdə Medera Hospitalda fizioterapiya aparılmışdır. 18.10.2019-cu il və 11.12.2019-cu il tarixdə 2 dəfə yenidən City Hospitalda cərrahiyyə əməliyyatı icra olunmuşdur. Lakin aparılmış cərrahiyyə əməliyyatlardan sonra ayaqda hissiyyat bərpa olunmamışdır. Bununla əlaqədar ayaqda olan İlizarov aparatı çıxarıldıqdan soma Türkiyədə cərrahiyyə əməliyyatı olunmalı olduğu bildirilmişdir. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Məhkəmə-tibbi müayinəsi zamanı halhazırda sol aşağı ətrafın bud nahiyəsində olan ağrılardan, hissiyyatın olmamasından, hərəkət edə bilməməkdən, ayağın qısa olmasındandır. Hazırda sol aşağı ətraf İlizarov aparatmdadır. Müayinə zamanı sol aşağı ətrafda hissiyyat yoxdur. Doç Dr. Akın Uğraş tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, xəstə Nihad X1caq diz əməliyyatının xərci 22000 ABŞ dolları təşkil edir. X32 01.10.2019-cu il tarixli 108648 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 8 manat ödənilmişdir. X32 04.10.2019-cu il tarixli 109234 saylı ödəni ş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 8 manat ödənilmişdir. X32 02.10.2019-cu il tarixli 108834 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 8 manat ödənilmişdir. 24.06.2019-cu il tarixli xidmət çek siyahısından müəyyən olunur ki, X19 müalicəsi üçün 1200 manat ödənilmişdir. X32 01.10.2019-cu il tarixli 108670 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 6 manat ödənilmişdir. MedEra Hospitalın 8521 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün 27 manat ödənilmişdir. X32 19.08.2019-cu il tarixli 101423 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 105 manat ödənilmişdir. X32 19.08.2019-cu il tarixli 101385 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 19.08. 2019-cu il tarixli 101422 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 30.09.2019-cu il tarixli 61112 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 15 manat ödənilmişdir. X32 30.09.2019-cu il tarixli 108281 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 8 manat ödənilmişdir. 19.08.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X33 30 manat ödəniş edilmişdir. 09.09.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X33 110 manat ödəniş edilmişdir. 04.10.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X33 8 manat ödəniş edilmişdir. Azərbaycan Tibb Universitetinin X9 01.06.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün klinikaya 68,44 manat ödənilmişdir. 30.09.2019 -cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X33 6 manat ödəniş edilmişdir. X32 03.10.2019-cu il tarixli 109054 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 8 manat ödənilmişdir. X32 21.10.2019-cu il tarixli 111794 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 7 manat ödənilmişdir. X32 23.10.2019-cu il tarixli 112244 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 6 manat ödənilmişdir. X32 21.10.2019-cu il tarixli 111796 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 1500 manat ödənilmişdir. X32 18.10.2019-cu il tarixli 111391 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 3500 manat ödənilmişdir. X32 07.11.2019-cu il tarixli 114591 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 10 manat ödənilmişdir. 19.10.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Dokta MMC-yə 44,30 manat ödəniş edilmişdir. X32 07.11.2019-cu il tarixli 62496 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 140 manat ödənilmişdir. HB Güven klinikin 16.05.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün HB Güven klinikaya 59 manat ödənilmişdir. X32 05.05.2020-ci il tarixli 12955 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. Medicom orthopedy MMC-nin ******* saylı qaimə fakturasından müəyyən olunur ki, X19 müalicəsi üçün Medicom orthopedy MMC-yə 40 manat ödənilmişdir. HB Güven klinikin 16.05.2020-ci il tarixli qəbzindən müəyyən olunur ki, HB Güven klinikaya 59 manat ödənilmişdir. İddiaçı məhkəməyə t əqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Ortopetik mal satışı müəssisəsinə 50 manat ödəniş edilmişdir. HB Güven klinikin 16.05.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı HB Güven klinikaya 59 manat ödəmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Buta Farm MMC-yə 30,20 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi Rehabilitation Centerin ödəniş qəbzindən müəyyən olunur ki, həmin mərkəzə 340 manat ödənilmişdir. Bakı Sağlamlıq Mərkəzinin 21.04.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün Bakı Sağlamlıq Mərkəzinə 50 manat ödənilmişdir. X32 29.11.2019-cu il tarixli 6994 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 29.10.2019-cu il tarixli 113118 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 6 manat ödənilmişdir. X32 16.05.2020-ci il tarixli 14804 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 60 manat ödənilmişdir. Bakı Sağlamlıq Mərkəzinin 22.04.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün Bakı Sağlamlıq Mərkəzinə 800 manat ödənilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Dokta MMCyə 8 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Dokta MMCyə 4,60 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Dokta MMCyə 13 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Dokta MMCyə 1,50 manat ödəniş edilmişdir. İddia çı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Dokta MMCyə 6,35 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Buta Farm MMC-yə 44,50 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Zeytun Pharmaceuticals MMC-yə 84,60 manat ödəniş edilmişdir. X32 27.11.2019-cu il tarixli 6568 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 30.11.2019-cu il tarixli 7160 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 18.03.2020-ci il tarixli 68744 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 18.03.2020-ci il tarixli 68745 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 6 manat ödənilmişdir. X32 18.03.2020-ci il tarixli 9340 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 135 manat ödənilmişdir. X32 30.03.2020-ci il tarixli 94228 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 5 manat ödənilmişdir. X32 19.03.2020-ci il tarixli 9512 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 128,79 manat ödənilmişdir. X32 20.11.2019-cu il tarixli 64054 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 10 manat ödənilmişdir. Bakı Sağlamlıq Mərkəzinin 07.02.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün Bakı Sağlamlıq Mərkəzinə 60 manat ödənilmişdir. Bakı Sağlamlıq Mərkəzinin müalicə həkimi A.Anasdasiadisin arayışdan müəyyən olunur ki, Bakı Sağlamlıq X4 neyror eablitasiyaya qəbul etməyə razıdır. Xəstənin sol aşağı ətrafı sümüklərinin bərpası üçün 6 dəfə əməliyyat keçirilmiş, hal-hazırda xəstə Bakı Sağlamlıq Mərkəzində müalicə alır. Tam ayağın funksioanl bərpası və fiziki yerişi üçün minimum 20 gün, 12 kurs müalicə almalıdır. Minimal reabilitasiya kursu 12 ay 20 gün təşkil edir. Bütün kursun məbləği 17100 manat, mikrocərrahiyyə korreksiyası 10000 manat təşkil edir. X32 07.12.2019-cu il tarixli 8228 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 100 manat ödənilmişdir. X32 11.12.2019-cu il tarixli 8962 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 3900 manat ödənilmişdir. X32 03.02.2020-ci il tarixli 1998 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 150 manat ödənilmişdir. X32 11.12.2019-cu il tarixli 9002 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 105 manat ödənilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, 135 manat ödəniş edilmişdir. X32 18.03.2020-ci il tarixli 9333 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 25 manat ödənilmişdir. X32 20.11.2019-cu il tarixli 64101 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 20 manat ödənilmişdir. X32 25.11.2019-cu il tarixli 6130 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 23.11.2019-cu il tarixli 5924 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 21.11.2019-cu il tarixli 64281 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 22.11.2019-cu il tarixli 64452 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 26.11.2019-cu il tarixli 6360 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 28.11.2019-cu il tarixli 6787 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 30 manat ödənilmişdir. X32 13.12.2019-cu il tarixli 126588 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün X33 1000 manat ödənilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, City Hospitala 150 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Dokta MMCyə 5 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, X37 MMC-yə 42,40 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Orthopedic Centre 250 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyyən olunur ki, Ortopetik mal satışı müəssisəsinə 30 manat ödəniş edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən müəyynə olunur ki, bir qutu Lagnnel sinirleri üçün Bərpa mərkəzinə 340 manat ödəmişdir. Bakı sağlamlıq mərkəzinin 08.07.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün 30 manat ödənilmişdir. Bakı sağlamlıq mərkəzinin 21.07.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün 60 manat ödənilmişdir. Bakı sağlamlıq mərkəzinin 15.07.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün 240 manat ödənil mişdir. Bakı sağlamlıq mərkəzinin 09.07.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, X19 müalicəsi üçün 270 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurmuş olduqları ziyana görə çəkilməli olan əməliyyat xərcləri üçün 27100 manat, xəstəxanalara xərclədiyi 8174 manat, çəkilmiş əməliyyat xərcləri üçün 11476 manat, mənəvi ziyana görə 10000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 56780 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 rayonu Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evində valideyinləri ilə birlikdə yaşayır. Abşer on rayonu Güzdək qəsəbəsində yerləşən kənd orta məktəbinin 1-ci sinfində oxuyur. Cavabdeh1 18.02.2019-cu il tarixdə saat 09 radələrində BC dərəcəli sürücülük vəsiqəsi və Cavabdeh2 MMC-yə məxsus yol sürücülük vəsiqəsi əsasında idarə etdiyi Shacman SX markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu Güzdək qəsəbəsi daxilindən keçən mərkəzi yolda Güzdək qəsəbəsində yerləşən orta məktəbin qarşısından Güzdək qəsəbəsi istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən piyada keçidi ilə yolu soldan sağa doğru keçməkdə olan onun oğlu 2012-ci il təvəllüdlü azyaşlı piyada X21 avtomobilin qarşı sağ hissəsi ilə vuraraq yol-hərəkət qaydalarını pozmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan N.E.Səfərlinin sol bud sümüyünün kondiluslardan keçən oynaqdaxili, sol qamış s ümüyünün yuxarı 1/3-in və incik sümüyünün başının yerdəyişən, qəlpəli açıq sınıqları, sol aşağı ətrafın arxa səthində budun orta 1/3-dən başlayaraq axill vətərinə qədər geniş əzilmiş-cırılmış-didilmiş yarası, yumşaq toxumaların bütün yara boyunca defektli, yaradan venoz qanaxma, yumşaq toxumaların nekrozu, budun arxa qrup əzələləri və üçbaşlı əzələlərin əzilmiş-cırılmış-didilməsi, sıxılma sindiromu, travmatik şok 3-cü dərəcə ilə müşayət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti almasına səbəb olmuşdur. Hadisədən sonra o, oğlunu X30 xəstəxanasına aparmış, xəstəxanada həkimlər oğluna tibbi yardım göstərmiş, hal-hazırda da oğlu ayaq üstündə dayana bilmir, onun müalicəsi davam etdirilir və əməliyyat olunmalıdır. X12 Park Hastane sində 22000 ABŞ dollarına başa gələcəkdir. Abşeron Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işi materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsi QİŞ-si tərəfindən 03.07.2012-ci il tarixdə verilmiş AB seriyalı 93498 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Shacman SX markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh2 MMC-yə məxsusdur. Həmin MMC tərəfindən 01.02.2019-cu il tarixdə verilm iş BOC seriyalı 001230 №-li yük avtonəqliyyatı üçün yol vərəqinə əsasən həmin yük avtomobili 01.02.2019-cu il tarixdən 28.02.2019-cu il tarixədək idarə edilməsi üçün Cavabdeh1 verilmişdir. Hadisədən sonra maddi ziyana görə Cavabdeh1 valideynləri ona 4000 manat, sığorta şirkəti isə 1500 manat ödəmişdir. Lakin bu məbləğ hadisə nəticəsində ağır xəsarət alan oğlunun müalicə olunması üçün yetərli deyildir. Övladının ağır xəsarətlər alması ilə bağlı o, mənəvi istirablar və sarsıntılar da keçirmişdir. Belə ki, hadisə onun gözü qarşısında baş vermiş, artıq uzun müddətdir o, övladının sağlması üçün tibb müəssisələrində övladı ilə birlikdə əziyyət çəkir. Hadisədən sonra oğlu yeriyə bilmir. Bakı Sağlamlıq Mərkəzi onun oğlunu neyroreablitasiyaya qəbul etməyə razıdır. Oğlunun həmin mərkəzdə minimal rea bilitasiya kursu 12 ay 20 gün təşkil edir. Bütün kursun məbləği 17100 manat, mikrocərrahiyyə korreksiyası isə 10000 manat təşkil edir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(001)-663/2020) iddia tələbinin qismən təmin olunması, Cavabdeh2 MMC-dən maddi ziyana görə 37769,24 manat, mənəvi zərərə görə 3000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 40799,24 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 MMC-də sürücü işləmiş Cavabdeh1 törətdiyi cinayət əməli nəticəsində İddiaçı oğlu 13.03.2012-ci il təvəllüdlü X26 ağır dərəcəli bədən xəsarətləri almış, cavabdehlər tərəfindən hadisədən sonra vurulmuş maddi ziyana görə İddiaçı 5500 manat ödəniş edilmişdir. B irinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, X8 diz oynağının bükücü əzələ kontrakturası, dizaltı nahiyənin iri ölçülü sərt kelloid çapığı, sol pəncənin ekvinus deformasiyası, sol aşağı ətraf əzələlərinin atrofiyası, sol qamış sümüyünün antikurvasiya deformasiyası 30-40 dərəcə, sol oturaq sinirinin zədələnməsi mənşəli, paralitik pəncə cərrahi əməliyyatdan sonrakı vəiyyətin olduğu müəyyən edilir. Bununla əlaqədar onun müalicəyə ehtiyacı vardır və müalicəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssələrində aparılması mümkündür. İddiaçı övladının müalicəsi üçün 16169,24 manat sərf etmiş, azyaşlının müalicəsinin davam etdirilməsi üçün 27100 manat tələb olunur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, baş vermiş cinayət əməli nət icəsində vurulmuş maddi ziyana görə iddiaçıya 5500 manat ödənildiyindən, məhkəmə araşdırması zaman iddiaçının vurulmuş maddi ziyana görə çəkdiyi və çəkməli olduğu xərcə görə cəmi 43269,24 manat vəsait tələb olunduğundan iddia ərizəsi vurulmuş maddi ziyan tələbinə dair hissədə qismən, yəni 37769,24 (43269,24-5500=37769,24) manat hissəsində təmin edilməlidir. Birinci instansiya məhkəməsi mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətlərin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını, Cavabdeh1 törətdiyi cinayət əməlinin subyektiv cəhətini, yəni cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini nəzərə alıb mənəvi ziyana görə 3000 manatın tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-7874/2020) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-663/2020 saylı, 06 avqust 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən hadisədə Cavabdeh1 təqsiri qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 işə götürəni olan Cavabdeh2 MMC-dən maddi ziyanın əvəzini tutmuşdur. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, baş vermiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə iddiaçıya 5500 manat ödənildiyindən, birinci instansiya məhkəməsi cavabdehdən 37769,24 (43269,24-5500=37769,24) manat tutmaqda haqlı olmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının uşağının yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması, onun uzun müddət kənar yardım olmadan yeriyə bilməməsi səbəbindən iddiaçının sarsıntı keçirməsi nəticəsinə gəlmək mümkündür. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etir azın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 MMC (vəkil X15) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7874/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaya cavab verməli olan şəxslərə münasibətdə heç bir araşdırma aparmamış və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət edib etməməsini araşdırmamışdır. Məhkəmə dəymiş zərərin məbləği ilə bağlı nəticəsi düzgün olmamışdır. Məhkəmə mənəvi zərər tutarkən maddi hüquq normalarının tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7874/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X15 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə d ə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7874/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı vəkili X16 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də,Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7874/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya insta nsiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 MMC kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şə raitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1120.1.-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaş lıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiy ası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırda kassasiya şikayətində göstərilən dəlillərini araşdırmış və aşağıdakı nəticəyə gəlmişdir: «… birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 işə götürəni olan Cavabdeh2 MMC-dən maddi ziyanın əvəzini tutmuşdur.» İşin halları ilə müəyyən olunur ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə əsasən işçinin əmək funksiyasını yerinə yetirərkən vurduğu zərərə məsuliyyəti işəgötürən daşıyır. Məhkəmə həmin nəticəyə gələrək isə zərərin ödənilməsinə məsuliyyəti işəgötürənən daşımasını qeyd etmiş, iddia tələbini qalan hissədə təmin etməmişdir. İddianın qalan hissəsinin təmin olunmaması həm irəli sürülmüş şəxəslərə münasibətdə, həm də tutulması qət olunmayan zərər məbləğinin aid qalan hissə ilə bağlıdır. Bu halda məhkəmələrin hər hansı prosessual hüquq normalarının pozuntusuna yol verməsi müəyyən edilmir. Apellyasiya instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, «.. Cavabdeh2 MMC-də sürücü işləmiş Cavabdeh1 törətdiyi cinayət əməli nəticəsində İddiaçı oğlu 13.03.2012-ci il təvəllüdlü X26 ağır dərəcəli bədən xəsarətləri almış, cavabdehlər tərəfindən hadisədən sonra vurulmuş maddi ziyana görə İddiaçı 5500 manat ödəniş edilmişdir. Daha sonra müəyyən olunmuşdur ki, X8 diz oynağının bükücü əzələ kontrakturası, dizaltı nahiyənin iri ölçülü sərt kelloid çapığı, sol pəncənin ekvinus deformasiyası, sol aşağı ətraf əzələlərinin atrofiyası, sol qamış sümüyünün antikurvasiya deformasiyası 30-40 dərəcə, sol oturaq sinirinin zədələnməsi mənşəli, paralitik pəncə cərrahi əməliyyatdan sonrakı vəiyyətin olduğu m üəyyən edilir. Bununla əlaqədar onun müalicəyə ehtiyacı vardır və müalicəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssələrində aparılması mümkündür. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı övladının müalicəsi üçün 16169,24 manat sərf etmiş, azyaşlının müalicəsinin davam etdirilməsi üçün 27100 manat tələb olunur., … baş vermiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə iddiaçıya 5500 manat ödənildiyindən, birinci instansiya məhkəməsi cavabdehdən 37769,24 (43269,24-5500=37769,24) manat tutmaqda haqlı olmuşdur.» «… iddiaçının uşağının yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması, onun uzun müddət kənar yardım olmadan yeriyə bilməməsi səbəbindən iddiaçının sarsıntı keçirməsi nəticəsinə gəlmək mümkündür.» Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işi n aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunma malıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7874/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2837/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2837/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver