Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2837/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı (hüquqi varisi X3) Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı (Binəqədi rayonu Binəqədi Bələdiyyəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X5 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1664/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. ünvan 1 ünvanında yerləşən sahəsi 987,94 kv.m. olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqları və 0,04021 ha torpaq sahəsinə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
3. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən sahəsi 67,7 kv.m. olan qeyri-yaşayış binasına dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2001-ci il tarixli qeydə alınmışdır.
4. İcarəçi Cavabdeh ilə icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 kv.m torpaq sahəsini illik icarə haqqı 25 manat olmaqla sahibkarlıq məqsədi ilə 99 il müddətinə icarəçinin istifadəsinə verilmişdir.
5. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən, iş materiallarına əsasən Binəqədi rayonu 6-cı mkr, S.Məmmədov küçəsi, “Anar” şadlıq evinin yanında yerləşən 35 kv.m torpaq sahəsinə dair Cavabdeh ilə Binəqədi rayon Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 avqust 2006-cı il tarixli 639a nömrəli müqavilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli, 09/ M-1266 saylı təklif məktubuna əsasən Bələdiyyənin xx.xx.2022-ci il tarixli 62 saylı qərarla ümumi iclasda müzakirə olunaraq etibarsız hesab edilmişdir. Nəticədə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İlkin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 987,94 kv.m., 2 mərtəbəli qeyriyaşayış binasına mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, obyektə bitişik qanunsuz tikililərin sökülməsi, divarlarda olan kommunikasiya xətlərinin kənarlaşdırılması, obyektin ehtiyat giriş-çıxış qapılarına olan yanğın təhlükəsizliyi üçün maneələrin aradan qaldırılması, ümumi istifadədə olan ərazinin boşa ldılmasının cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İlkin iddiaçı tələbini belə əsaslandırmışdır ki, onun obyekti iaşə obyekti kimi fəaliyyət göstərir. Obyektin yanında “Pencə Kəş kafe” və “Təndir Evi” adlı digər obyektin sahibi olan cavabdeh onun obyektinin ikinci ehtiyat çıxış qapısını zəbt etmiş, işçilərin giriş-çıxışına maneələr yaratmış, əlavə qanunsuz tikinti apararaq kommunikasiya xətlərini ona məxsus obyektə birləşdirmiş, yanğın təhlükəsizlik qaydalarını kobud şəkildə pozmuşdur. Dəfələrlə həmin obyektin sahibi olan cavabdehə və icarədarı X6 maneələrin aradan qaldırılması barədə xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra o şikayət ərizəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, aparılan araşdırma n əticəsində “Pencə Kəş kafe və Təndir Evi”nin icarədarı X1 Təhlükəsizliyi haqqında Qanunun təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyətinə dair 01-2001 bənd 5.15.6 bəndlərinin icrasının pozulması faktına görə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.
8. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən obyekti ilə iddiaçının obyekti arasında olan iddiaçıya məxsus qapının sökülməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması, iddiaçı tərəfindən onun mülkiyyətinə qanunsuz müdaxilələrin qadağan edilməsi, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pulun ödənilməsinin təmin edilməsi barədə qətnamə qə bul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu 6 mkr, S.Məmmədova küçəsində yerləşən obyekt 1995-ci ildən onun istifadəsindədir. O, xx.xx.2001-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı qonşuluqla bağlı tikinti norma və qaydalarına riayət etmədən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ara məsafələrini nəzərə almadan tikililər inşa etdirmişdir. İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinə hasar çəkdirən zaman qapının ona məxsus obyekt tərəfdən qoyulmasını xahiş etmiş və o, narazı olsa da, iddiaçı qonşuluq münasibətlərini irəli sürərək, heç bir problemin olmayacağını bildirmişdir. Aradan bir müddət keçəndən sonra iddiaçı tərəfindən onun mülkiyyətində olan əraziyə qanunsuz müdaxilələr olunmağa başlanmışdır. İddiaçı dəfələrlə haqsız olaraq heç bir aidiyyəti olmayan dövlət orqanlarına onun barəsində əsassız şikayətlər vermişdir. Hesab edir ki, obyektlər arasında heç bir maneə yoxdur, ona məxsus olan əraziyə giriş-çıxış onun tərəfindən məhdudlaşdırılmamışdır. O, ürək xəstəsi və İİ qrup əlildir, iddiaçının haqsız şikayətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2053/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, 10/996 saylı rəyindən müəyyən olunmuşdur ki, mübahisəli ünvanında yerləşən cavabdeh tərəfindən inşa olunm uş qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan tikilidən kənarda yerləşdiyindən, həmin tikililər iddiaçının istifadəsində olan tikililərə mane olmur. Lakin, ümumi istifadədə olan sahə tərəflərin texniki pasportunda göstərilən sahədən kənarda yerləşdiyi, həmin tikililər arasında olan məsafə cavabdehin istifadəsində olduğundan və taxta qapı ilə bağlandığından iddiaçının mülkiyyətində olan tikilinin həmin sahədən xidmət olunmasına maneə olur. Mübahisəli ünvanda yerləşən cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən iddiaçının mülkiyyətində olan tikiliyə tərəf açılan ehtiyat giriş-çıxış qapısının texniki pasportda nəzərdə tutulduğunu və ümumi istifadədə olan sahəyə açıldığını nəzərə alaraq, həmin qapı iddiaçının mülkiyyətindən istifadəsinə faktiki olaraq maneələr yaratmır. Cava bdehin sökülməsini tələb etdiyi qapı mübahisəli ünvanda yerləşən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən tikilinin sərhədindən kənarda yerləşir və digər vətəndaşın mülkiyyətindədir. 11. 21.12.2020-ci il tarixdə vəfat etmiş ilkin İddiaçı vərəsəsi olan (əri) X3 ilə əvəz edilmişdir.
12. Məhkəmə iclasında iddiaçının hüquqi varisi X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh ümumi istifadədə olan torpaq sahəsində taxta qapı quraşdırmaqla ona mülkiyyətində olan qeyri-yaşayış sahəsinə, yəni həmin ərazidə yerləşən pəncərələrə, quraşdırılan kondisionerə, qeyri-yaşayış sahəsinin divarına xidmət etməyə maneələr yaradır. Bundan başqa, cavabdeh həmin ərazidə özbaşına tikililər inşa edərək müxtəlif insanların həm in əraziyə gəlib-getmələrinə, qanunsuz hərəkətlərlə məşğul olmalarına şərait yaradır. Qarşılıqlı iddia ərizəsində qeyd edilən qapının ona heç bir aidiyyəti yoxdur və həmin qapı onun tərəfindən bağlanmamışdır. Bu səbəbdən, qarşılıqlı iddia tamamilə əsassızdır.
13. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsində inşa etdiyi tikililər iddiaçıya heç bir maneələr yaratmır, həmin tikililər iddiaçının qeyri-yaşayış sahəsindən kənarda yerləşir. Torpaq sahəsində quraşdırdığı taxta qapı isə həmin sahəyə kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədi d aşıyır. İddiaçı istədiyi vaxt ona müraciət edib öz obyektinə xidmət etmək üçün həmin sahədən istifadə edə bilər. Bununla bağlı iddiaçı tərəfə o, dəfələrlə barışıq sazişi bağlamağı da təklif etmişdir.
14. Məhkəmə iclasında 3-cü şəxs Binəqədi Bələdiyyəsinin nümayəndəsi X12 izahatında göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamına əsasən Binəqədi rayonu üzrə 295,73 hektar torpaq sahəsi Binəqədi Bələdiyyəsinə ayrılmışdır. Lakin DƏDRX tərəfindən Binəqədi Bələdiyyəsinə ayrılan 295,73 hektar torpaq sahəsinə dair hüquqlar DƏDR-də qeydə alınmamış, bu barədə Binəqədi Bələdiyyəsinə xəritə verilməmişdir. İcarəçi Cavabdeh ilə icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəy ə verilməsinə dair müqaviləyə əsasən, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 m2 torpaq sahəsini hər m2 2 manat olmaqla 99 il müddətinə icarəçinin istifadəsinə sahibkarlıq fəaliyyəti göstərmək üçün vermişdir. Cavabdeh tərəfindən icarə haqqı ödənilir. İcarə müqavilələri 10 ildən sonra saxlanması üçün arxivə təhvil verildiyi üçün həmin müqavilənin əsli Binəqədi rayonu Binəqədi Bələdiyyəsində saxlanmamışdır. Torpaq sahəsi cavabdehin istifadəsinə verildiyindən iddiaçının ona qarşı taxta qapının açılması və sair tələblər irəli sürməyə subyektiv hüququ yoxdur.
15. Cavabdeh tərəfindən təqdim olunmuş X14 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən mülkiyyətçi İddiaçı istifadəsinə manelər yarada bilən, həmin qeyriyaşayış binasına bitişik tikililər inşa edilməmiş və kommunikasiya xətləri çəkilməmişdir. Cavabdeh tərəfindən bağlanan qapı ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən mülkiyyətçi İddiaçı istifadəsinə faktiki olaraq maneə yaratmır. İddiaçı Cavabdeh tərəfindən bağlanması iddia edilən qapı xx.xx.2006-cı il tarixli 639a saylı torpaq icarə müqaviləsinə əsasən istifadəsinə verilən torpaq sahəsində yerləşir. İddiaçı və Cavabdeh məxsus qeyriyaşayış sahələrinin arasında yerləşən İddiaçı tərəfindən bağlanması iddia edilən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki sənədlərində nəzərdə tutulmamışdır. ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus qeyriyaşayış sahəsinin çıxarış və texniki pasportunda göstər ilən tikililərdən əlavə özbaşına tikili inşa edilmişdir. İddiaçı tərəfindən inşa edilən özbaşına tikililər ünvan 5 ünvanında yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışına, fəaliyyətinə maneə yaradır.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli yerli baxış protokoluna əsasən, tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsində yalnız cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırılmışdır. Torpaq sahəsinin əks istiqamətində yerləşən cavabdehin sökülməsini tələb etdiyi qapı bağlı olduğundan həmin istiqamətdən də Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1C-də yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsi üçün keçid mümkün deyildir. Cavabdeh tərəfindən inşa edilən özbaşına tikililər kənarda yerləşməklə, ünvan 4 ünvanında ümumi sahəsi 987,94 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasına bitişik olmadığından həmin qeyri-yaşayış sahəsindən istifadəyə manelər yaratmır. ünvan 4 ünvanında ümumi sahəsi 987,94 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasının divarına cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilməmiş, həmin sahəyə kənar əşyalar yığılmamışdır. Cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan vurulmamışdır.
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-53/2022 nömrəli iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) ilkin iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələri aradan qald ıraraq inşa etdiyi taxta qapını açması vəzifəsinin həvalə edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı hüquqi varisi X2 qarşı qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə qonşuluqda olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi arasında olan torpaq sahəsinə girişdə hər hansı bir hüquqi əsası olmadan taxta qapı qoyub bağlamaqla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasına ilkin iddiaçı tərəfindən xidmət göstərilməsinə manelər yaratması öz təsdiqini tapdığından ilkin iddia ərizəsi bu hissədə əsaslıdır.
19. Məhkəmə eyni zamanda hesab etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş özbaş ına tikililər iddiaçının maraqlarına toxunmadığından, qeyri-yaşayış sahəsinin divarına cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilmədiyindən, torpaq sahəsinə iddiaçıya maneələr yaratması mümkün olan kənar əşyalar yığılmadığından ilk iddia ərizəsi qalan hissədə təmin edilə bilməz.
20. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan mütəxəssis rəyinə münasibətdə qeyd etmişdir ki, mütəxəssis rəyi iş üzrə məhkəməyə təqdim olunan ekspert rəyləri ilə ziddiyyət təşkil etdiyindən, məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı, yalnız cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapının iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə maneələr yaratması öz təsdiqini tapdığından məhkəmə həmin rəyi mötəbər sübut növü olaraq qəb ul etmir.
21. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı sübutları tədqiq edib qeyd etmişdir ki, cavabdeh istinad etdiyi hallara dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı onun açılmasını tələb etdiyi qapının ilkin iddiaçıya aidiyyəti olmadığı, iddiaçı tərəfindən onun obyektinə müdaxilələrin olmadığı, ona maddi və mənəvi ziyan vurulmadığı öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbləri əsassızdır.
22. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 170.1, 170.2, 180.1, 180.2, 180.4-cü və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək qətnamənin «Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən qeyri-yaşa yış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsi» hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin tətbiq etdiyi maddi hüquq normalarının tərəflər arasındakı mübahisəyə heç bir adiyyatı yoxdur. Yəni tətbiq edilən maddi hüquq norması torpaq sahələri qonşu olan mülkiyyətçilərinin bir-birilərinə hörmət etməsindən və qanunsuz təsirlərdən çəkinməyi nəzərdə tutur. Tərəflər arasındakı mübahisə isə cavabdehin onun obyektinə bilavasitə manəcilik yaratdığı iddia olunur. Yəni, 2-ci ehtiyat çıxış qapısının zəbt etməsi, işçilərin giriş-ç ıxışına maneələr yaratması, komunikasiya xəttlərinin ona məxsus obyektə birləşdirilməsi. Göründüyü kimi iddia olunan tələblərlə məhkəmənin tətbiq etdiyi maddi hüquq norması arasında hər hansı bir əlaqə yoxdur. Məhkəmə qətnamənin təsviri və əsaslandırıcı hissəsində tərəflərə məxsus qeyri-yaşayış sahələri arasında eni 2,75 kv/m olan sahəsi 35 kv/m olan torpaq sahəsinin xx.xx.2006-cı il tarixli 639 saylı icarə müqaviləsinə əsasən 99 il müddətinə Binəqədi Bələdiyyəsi tərəfindən Cavabdeh icarəyə verildiyi göstərilir. İcarəyə götürən Cavabdeh isə icarə müqaviləsi üzrə nəzərdə tutulmuş qaydada həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin torpaq sahəsini isə taxta materiallarından hasara almış və taxta qapı qoymuşdur. Torpaq sahəsinin isə hasara alınması qanunla qadağan olunmayıb. İ ş üzrə cavabdehin icarə müqaviləsi qüvvədə olduğu və mübahisələndirilmədiyi bir halda məhkəmənin icarəyə götürülmüş sahəni kənar müdaxilələrdən mühafizə etmək və sahibkar kimi kafenin fəaliyyətini təmin etmək məqsədilə qoyulmuş taxta qapının sökülməsi qərarına gəlməsi tam qanunsuzdur. Məhkəmə, qapının sökülməsi qərarına gəlməzdən əvvəl həmin torpaq sahəsinin hüquqi statusunu müəyyən edməli, ümumi istifadədə olub-olmamasına hüquqi qiymət verilməli idi. Məhkəmə, iddiaçının Cavabdeh qarşı belə bir iddia irəli sürməyə subyektiv hüququnun olmamasını nəzərə olmamışdır. Məhkəmə, qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh tərəfindən icarəyə götürülmüş torpaq sahəsinə daxil olmaq üçün qoyduğu qapının iddiaçının qeyri-yaşayış binasına xidmət göstərilməsinə maneələr yaradır qənaətinə gələrkən, ha nsı maneələrin olması, nədə ifadə olunmasını göstərməmiş və əsaslandırılmamışdır. Hansı ki, iddiaçının özünə məxsus qeyri-yaşayış binasına mübahisə edilən sahədən gündəlik, həftəlik və ya aylıq xidmət göstərilməsi üçün ( kondisionerdən başqa) hər hansı bir avadanlığı, qurğusu, giriş-çıxışı və s. yoxdur. Belə olan halda hansı xidmət göstərilməsinə maneçilikdən söhbət gedir məlum deyil. Bundan əlavə iddiaçıya mülkiyyətində olan qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada xx.xx.2013cü ildə qeydiyyata alınaraq çıxarış verilib. Cavabdehə isə qeyriyaşayış sahəsi xx.xx.2001ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilib. Binəqədi Bələdiyyəsi ilə Cavabdeh icarə müqaviləsini xx.xx.2006-cı il tarixdə bağlayıb. Göründüyü kimi, ilk iddiaçı çıxarışı xx.xx.2013-cü il tarixdə aldığı halda ca vabdeh icarə müqaviləsini ondan 7 il əvvəl bağlayıb. Yəni, iddiaçı həmin ərazinin taxta materialı ilə hasara alındığını və taxta qapı qoyulduğunu bilirdi.
25. Eyni zamanda qətnamədən ilkin iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti ilkin iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh məhkəməyə xx.xx.2006-cı il tarixli Binəqədi rayon Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinin surətini təqdim edərək bildirmişdir ki, iddia predmetinə aid olan torpaq sahəsi həmin müqavilə əsasında ona icarəyə verilmiş, lakin həmin müqavilənin əslinin və ya notarial təsdiq edilmiş surətinin, eyni zaman da müqavilənin nömrəsinin olmaması həmin icarə müqaviləsinin saxta olması barədə kifayət qədər şübhələr yaradır. Bələdiyyə tərəfindən cavabdehə icarə verilmiş torpaq sahəsinin kimə məxsus olmasını aydınlaşdırmaq üçün iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə edilmiş və xx.xx.2022-ci il tarixli məktubla müraciət cavablandırılmışdır. Məktunbdan görünür ki, Bakı şəhəri, H.Babaşov küçəsi ilə S.Məmmədova küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində aid ərazidə yerləşməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-ci il tarixli icarə müqaviləsinin saxtalığını və 3-cü şəxs qismində işə cəlb edilmiş Binəqədi Bələdiyyəsinin vəzifəli şəxslərinin səlahiyyət həddini aşmaları və s halların araşdırılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması barədə vəsatət verilsə də, təmin edilməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya məhkəməsi) 2(103)-4346/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) iddiaçının hüquqi varisinin apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə ilkin iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçın ın hazırkı tələblə çıxış etmək üçün tərəflərə məxsus qeyri-yaşayış sahələri arasında yerləşən 2,75 metr torpaq sahəsinə hər hansı hüququ olmalıdır. Cavabdeh tərəfindən quraşdırılmış taxta qapı xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən icarəçinin istifadəsinə vermiş torpaq sahəsində yerləşdiyindən iddiaçının cavabdehə qarşı maneələrin aradan qaldırılması tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən də irəli sürülmüş tələb həmin hissədə də təmin edilməməlidir.
29. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, icarəçi Cavabdeh icarəyəverən Binəq ədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləsi ümumiyyətlə mübahisələndirilməyib və hazırda qüvvədədir. Həmin müqavilənin əslinin və ya notarial qaydada təsdiq olunan surətinin təqdim olunması o halda zəruri olardı ki, müqavilə tərəflərdən hər hansı biri tərəfindən mübahisələndirilmiş olsun. İş materillarında müəyyən edilir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin həmin müqavilənin mövcudluğunu qəbul etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi qalan mübahisələndirilən hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
31. İlkin iddiaçı kassasiya şikayəti verər ək qətnamənin tam ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində yerli baxış zamanı aydın olmuşdur ki, tərəflərin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsindən yalnız cavabdeh tərəfindən açılıbbağlanması mümkün olan taxta qapı quraşdırılmışdır. İddiaçıya məxsus iaşə obyektinin cavabdehə məxsus obyektə olan hissəsinə sərbəst daxil olmaq, obyektin həmin hissəsində fasad işlərinin aparılması, pəncərələrin yenilənməsi, kondisionerə xidmət göstərilməsi mümkünsüzdür. Həmçinin, Binəqədi bələdiyyəsinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məlumatda 35 kv.m. torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə dair xx.xx.2006-cı il ta rixli icarə müqaviləsi üzrə bələdiyyə tərəfindən qərar qəbul edilmədiyi bildirilmişdir. Bununla bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Binəqədi Bələdiyyəsinin adından bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunamüvafiq tədbirlər görməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyəyə təklif verilmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra-ali məhkəmə) 2(102)-5754/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov - məruzəçi, Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) iddiaçının hüquqi varisi X3nun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4346/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddia tələbinin “Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən qeyriyaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsinin” rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
34. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yalnız izahat vermiş bələdiyyənin nümayəndəsinin izahatına istinad etməklə cavabdehlə bələdiyyə arasında bağlanmış müqavilənin mövcud olması, müqavilədə tərəflərin qarşılıqlı iradə ifadəsinin olması və müqavilənin qüvvədə olmasına əsaslanmaqla mübahisə edilən taxta qapının məhz bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşməsi nəticəsinə gəlmişdir. Bu baxımdan isə ilk iddiaçının həmin tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olmamasını qeyd etmişdir. Halbuki apellyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni bağlanması tələb olunan taxta qapının yerləşdiyi torpaq sahəsinin dövlət və bələdiyyə mülkiyətində olmasını, bələdiyyə mülkiyyətində olması nəticəsinə gəlmişdirsə torpaq sahəsinə bələdiyyənin mülkiyyətinin qeydə alınıb-alınmamasını, təqdim olunmuş bələdiyyə qərarının mübahisəsi gedən torpaq sahəsinə aidliyini müəyyən etməmişdir.
35. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 170.1, 170.2, 180.1, 180.2-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. Ape llyasiya Məhkəməsinin 2(103)-1664/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva sədrlik edən, məruzəçi, Məmməd Məmmədov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (“Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən qeyriyaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsi”) dəyişdirilmədən saxlanılmışdır.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən sahəsi 987,94 kv.m. olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqları və 0,04021 ha torpaq sahəsinə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən sahəsi 67,7 kv.m. olan qeyri-yaşayış binasına dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2001-ci il tarixli qeydə alınmışdır.
38. Tərəflərə məxsus qeyri-yaşayış sahələri arasında olan torpaq sahəsinə girişdə qoyulmuş taxta qapının ilkin iddia üzrə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) məxsus əmlaka xidmət göstərilməsinə maneələr yaradıb-yaratmadığını, bağlanması tələb olunan taxta qapının yerləşdiyi torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyətində olubolmamasını müəyyən etmək məqsədilə məhkəmə tərəfindən ekspertizalar təyin edilmiş, aidiyyəti qurumlara müvafiq sorğular göndərilmiş, yerli baxış keçirilmişdir.
39. İşdə olan ekspert rəyl əri ilə tərəflərə məxsus qeyri-yaşayış sahələrinin arasında olan 2,75 metr enində olan sahənin girişində cavabdeh tərəfindən taxta qapı quraşdırıldığından və həmin sahə cavabdeh tərəfindən istifadə olunduğundan, həmin hissədə iddiaçıya məxsus qeyri-yaşayış binasına xidmət olunmasına maneə yaradıldığı, iş materiallarında olan sxemdə miqyas və koordinat olmadığından mübahisəli taxta qapının xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilən sahədə yerləşib-yerləşməməsinin müəyyən edilməsi mümkün olmadığı müəyyən edilmişdir.
40. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli **********71 saylı məktubu ilə Bakı şəhəri H.Ba başov küçəsi ilə S.Məmmədova küçəsinin kəsişməsində yerləşən (koordinatları x400138, y-4475528) torpaq sahəsinin dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir.
41. Məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsində yalnız Cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapının quraşdırıldığı, həmin istiqamətdən də Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1C-də yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsi üçün keçidin mümkün olmadığı müəyyən olunmuşdur.
42. Bələdiyyənin nümayəndəsinin izahatı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamına əsasən Binəqədi rayonu üzrə 295,73 hektar torpaq sahəsinin Binəqədi Bələdiyy əsinə ayrıldığı, lakin DƏDRX tərəfindən Binəqədi Bələdiyyəsinə ayrılan 295,73 hektar torpaq sahəsinə dair hüquqlar DƏDRX-də qeydə alınmadığı, bu barədə Binəqədi Bələdiyyəsinə xəritə verilmədiyi müəyyən edilmişdir.
43. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, iş materiallarına əsasən Binəqədi rayonu 6-cı mkr, S.Məmmədov küçəsi, “Anar” şadlıq evinin yanında yerləşən 35 kv.m torpaq sahəsinə dair Cavabdeh ilə Binəqədi rayon Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 avqust 2006-cı il tarixli 639a nömrəli müqavilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli, 09/M-1266 saylı təklif məktubuna əsasən Bələdiyyənin xx.xx.2022-ci il tarixli 62 saylı q ərarla ümumi iclasda müzakirə olunaraq etibarsız hesab edilmişdir. Nəticədə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq, tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırılmasının ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə maneələr yaradılması, ilkin iddianın bu hissədə təmin edilməsi qənaətinə gəlmişdir.
45. Hazırkı iddia tələbinin qanuni əsasını da Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi).
46. Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmad ığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Belə ki, özbaşına tikinti hesab edilən əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür.
47. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bağlanması tələb olunan taxta qapının yerləşdiyi torpaq sahəsinin ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) mülkiyətində və ya qanuni sahibliyində olması, torpaq sahəsinin bələdiyyənin mülkiyyəti kimi qeydə alınması halları müəyyən edilmədiyindən, mübahisəli taxta qapının cavabdeh tərəfindən özbaşına quraşdırılması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, bununla da onun pozulmuş hüququn bərpa edilməsini məhkəmədə tələb etmək üzrə subyektiv hüquqa malik olduğundan birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq edilmişdir, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 saylı iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının cavabdeh tərəfindən təqdim edilmiş icarə müqaviləsinin saxta olması və s. halları üzrə xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüqu qi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin və ya üçüncü çəxsin əməkdaşları hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Qeyd edilməlidir ki, hazırki məsələyə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il ta rixli qərarı ilə müvafiq istintaq orqanı tərəfindən münasibət bildirilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 29.3.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, iş üzrə təqdim olunmuş sənədlərin, sübutların, verilən izahatları, hər tərəfli və obyektiv araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş, nəticədə prosessual və maddi hüquq materiallarının tələblərini pozmaqla, tətbiq edilməməli maddi hüquq normalarını tətbiq etmiş, tətbiq olunmalı maddi hüquq normalarını tətbiq etməmiş nəticədə qanunsuz və əsassız qətnamə qə bul etmişdir. Kassator hesab etmişdir ki, Mülki Məcəllənin 170.1, 170.2, 180.1, 180.2, 180.4-cü maddələri tətbiq edilməli deyildir. Məhkəmənin tətbiq etdiyi bu maddi hüquq normalarının tərəflər arasındakı mübahisəyə heç bir adiyyatı yoxdur. Belə ki, ilkin iddia üzrə iddianın predmeti mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçiliyin aradan qaldırılma: Obyektə bitişik qanunsuz tikililərin sökülməsi, divarlarda olan komunikasiya xətlərinin kənarlaşdırılması, obyektin ehtiyyat giriş-çıxış qapılarına olan, yanğın təhlükəsizliyi üçün maneələrin aradan qaldırılması, ümumi istifadədə olan ərazinin boşaldılmasının cavabdehə həvalə edilməsi barədə tələb olduğunu nəzərə alsaq aydın olur ki, qeyd edilən maddi hüquq normasının mübahisəyə heç bir aiddiyyatı yoxdur. Göründüyü kimi iddia olunan tələb lərlə məhkəmənin tətbiq etdiyi maddi hüquq norması arasında hər hansı bir əlagə yoxdur. Buda Mülki Prosessual Məcəllənin 385-1.1-ci maddəsinə əsasən qətnamənin ləğv edilməsi üçün əsasdır.
51. Məhkəmə, iddiaçı tərəfindən irəli sürülən tələblər üzrə cavabdeh tərəfindən (M.M,Hüseynov) onun mülkiyyət hüququnun həyata keçirilməsinə hər hansı bir maneəçilik törətməsini subuta yetirə bilməmişdir. İddianın 5-ci tələbi üzrə tam qanunsuz nəticəyə gəlmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının tələblərindən biridə ümumi istifadədə olan ərazinin boşaldılması tələbidir. Əgər həmin sahə ümumi istifadədə olsaydı Bələdiyyə heç bir halda icarə müqaviləsi bağlaya bilməzdi. Məhkəmə isə həmin hissəyə hüquqi qiymət verməmiş iddia predmetindən kənara çıxaraq tələb olunmayan qapının sökülməsinə qərar vermiş dir. Məhkəmə, qapının sökülməsi qərarına gəlməzdən əvvəl həmin torpaq sahəsinin hüquqi statusunu müəyyən edməli, ümumi istifadədə olubolmamasına hüquqi qiymət verilməli idi.
52. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri icra etməmişdir. Mübahisənin predmeti üzrə faktiki araşdırılmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
54. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
55. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
56. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bil ər.
57. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
58. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 6
6. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, açılması qət edilən taxta qapının yerləşdiyi torpaq sahəsinə Cavabdeh qanuni əsaslarla sahiblik etdiyi təsdiq olunmur. Belə ki, Binəqədi rayonu 6-cı mkr, S.Məmmədov küçəsi, “Anar” şadlıq evinin yanında yerləşən 35 kv.m torpaq sahəsinə dair Cavabdeh ilə Binəqə di rayon Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 avqust 2006-cı il tarixli 639a nömrəli müqavilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli, 09/M-1266 saylı təklif məktubuna əsasən Bələdiyyənin xx.xx.2022-ci il tarixli 62 saylı qərarla ümumi iclasda müzakirə olunaraq etibarsız hesab edilmişdir. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********71 saylı məktubu ilə Bakı şəhəri H.Babaşov küçəsi ilə S.Məmmədova küçəsinin kəsişməsində yerləşən (koordinatları x400138, y-4475528) torpaq sahəsinin dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda yerli baxış zamanı tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələri nin arasında olan torpaq sahəsində yalnız Cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapının quraşdırıldığı, həmin istiqamətdən də Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1C-də yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsi üçün keçidin mümkün olmadığı təsbit olunmuşdur (§ 40,41,43).
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
69. Belə olan halda, ilkin iddianın təmin edilmiş hissəsi mülkiyyətin müdafiəsi və özbaşına tikilinin sökülməsi tələblərini nəzərdə tutan, yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğundur (§ 54-58).
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
71. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1664/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.