Məhkəmə qərarları › İş №2(102)-2837/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2837/2025

24.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2837/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prosessual müddətin ötürülməsi, müddətin bərpa olunması barədə vəsatətin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğluna və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)482/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qərardadından Cavabdeh2 tərə findən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X3 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən vurulmuş zərərə görə Cavabdeh2 15000 manat, Cavabdeh1 10000 manat və Cavabdeh3 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1866/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim - E.Rüstəmov) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 3000 manat və Cavabdeh1 4000 manat məbləğində pulun tutularaq iddiaçı X1 ödənilməsi və id dianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı X3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1866/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda işə baxılmanın apellyasiya mərhələsində iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək apellyasiya şikayətini tərtib edən zaman kifayət qədər savadının olmadığı üçün müəyyən nöqsanlara yol verdiyini bildirmiş, bunun nəzərə alınaraq cavabdehlərdən əlavə 4000 manat mənəvi ziyana görə pul tutulmasını, ümumilikdə Cavabdeh2 7000 manat, Cavabdeh1 8000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1866/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Qətnamədən digər Cavabdeh2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1866/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ona aid olan hissədə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-482/2025 saylı, 17 aprel 2025-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, iddiaçı Zeynalova (Hüseynova) Aygün Ehtibar qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin Cavabdeh2 mənəvi zərərə görə tutulan pulun məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh2 mənəvi zərərə görə cəmi 8.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X1 ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə rüsumun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-482/2025 saylı, 08 may 2025-ci il tarixli qərardadı ilə qətnamədə yanlışl ıq aradan qaldırılaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-482/2025 saylı, 17 aprel 2025-ci il tarixli qətnaməsinin nəticə hissəsində “Cavabdeh2 mənəvi zərərə görə cəmi 8.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilsin.” ifadəsi “Cavabdeh2 mənəvi zərərə görə cəmi 7.000 (yeddi min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilsin.” kimi oxunulması qərara alınmışdır.

8. Daha sonra Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə həmin qətnamədən elektron qaydada verdiyi kassasiya şikayəti, habelə ötürülən şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur.

9. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli 2(103)-482/2025 saylı qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən Cavabdeh2 8.000 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. 08 may 2025-cil tarixli 2(103)482/2025 saylı qərardad qəbul edən məhkəmə qətnamədə Cavabdeh2 8.000 manat tutulması hissəsinin 7.000 manat tutulması kimi oxunmasını qət etmişdir. Həmin qərardad xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Elektron kabinetdə xx.xx.2025-ci il tarixli qətnamə 2(103)-482/2025 nömrəsi ilə yerləşdirilmişdir. Həmin nömrə ilə digər məhkəmə aktı xx.xx.2025-ci il tarixdə elektron kabinetdə yerləşdirilmişdir. Lakin reallıqda məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə elektron kabinetdə 2(103)-482/2025 nömrəsi ilə yerləşdirilən məhkəmə aktı qətnamə deyil qərardaddır. Məlumatın yerləşdirildiyi qrafada eyni nö mrə ilə məhkəmə aktının imzalanaraq proses iştirakçılarına qeydinin olması cavabdeh tərəfdə çaşqınlıq yaratmış, məhz qətnamənin xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirildiyini güman edərək kassasiya şikayətinin verilməsi üçün müddətin olduğu düşünülmüşdür. Hesab etmişdir ki, bu hal şəxsin kassasiya şikayəti vermək hüququndan məhrum olmasına əsas ola bilməz və məhkəmə şikayətin verilmə müddətinin buraxılmasını üzrlü hesab edərək müddəti bərpa edə bilər.

10. Bakı Apellyasiya Məhkəməsinin 7 aprel 2025-ci il tarixli qərardadı ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Fərrux Qasımov) Cavabdeh2 tərəfindən verilmiş müddətin bərpası barədə ərizə təmin edilməmiş və kassasiya şikayəti isə geri qaytarılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin m övqeyi ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-482/2025 saylı, 17 aprel 2025-ci il tarixli qətnaməsi Cavabdeh2 nümayəndə və vəkili Nümayəndə elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, qətnamədən kassasiya şikayəti isə Cavabdeh2 nümayəndə və vəkili Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi mübahisələndirilən qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilən 2 aylıq müddət xx.xx.2025-ci il tarixdə bitsə də cavabdeh tərəfindən kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə təqdim edilərək müddət ötürülmüşdür.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yanlışlığın aradan qaldırılması ilə bağlı məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadının səhv salınması, qərardadın nömrəsi nin qətnamənin nömrəsi ilə eyni olması səbəbindən qətnamə zənn edilməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, mübahisələndirilən məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə, bundan sonra yanlışlığın aradan qaldırılması ilə bağlı məhkəmə iclasının bildirişi xx.xx.2025-ci il tarixdə, qətnamədə yanlışlığın aradan qaldırılması ilə bağlı qərardad isə xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsinin və vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə qətnamənin sistemə yerləşdirilməsi ilə bağlı cavabdeh tərəfə elektron qaydada məlumat verildikdən sonra xx.xx.2025-ci il tarixdə sistemə yerləşdirilmiş qərardadla səhv salınması ağlabatan deyil, cavabdeh tərəfin subyektiv mülahizəsinə əsaslanır. Çünki, məhkəmə öz təşəbbüsü ilə yanlışlığın düzəldilməsinə məhkəm ə iclasında baxılması ilə bağlı tərəflərin elektron kabinetinə bildiriş yerləşdirmişdir. Yəni tərəflər qətnamənin elektron kabinetə yerləşdirilməsindən və bundan sonra qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi ilə bağlı iclasın keçiriləcəyindən məlumatlı olmuşdurlar. Bundan əlavə, yanlışlığın düzəldilməsi barədə qərardad elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Hətta o qərardadın yerləşdiyi vaxtdan belə 2 aylıq müddət ötürülmüşdür.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəbl ər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hazırkı işin halları baxımından cavabdeh tərəfin ərizədə göstərdiyi hallar kassasiya şikayətinin vaxtında verilməsinə əngəl olan obyektiv səbəb kimi qəbul edilə bilməz.

14. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-482/2025 saylı, 17 aprel 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə əsassız olduğundan təmin edilməməli və qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

15. Kollegiya qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya şikayəti vəkil tərəfindən tərtib edilir. Vəkilin əsas vəzifəsi fiziki və hüquqi şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir.

16. Kollegiya qeyd etmişdir ki, vəkil peşəkar hüquqşunas olduğundan kassasiya şikayəti verilərkən qanunvericiliyin imperativ tələblərini nəzərə almalı, nöqsanlara yol verildiyi təqdirdə isə həmin nöqsanları qısa müddət ərzində aradan qaldırmalıdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 10-1.8, 128.1, 133.1, 135.5, 135.6, 405.0. 1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-482/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kabinetə həm qətnamə həm də qərardad eyni nömrə altında yerləşdiyindən tərəfdə çaşqınlıq yaratmış və bu səbəbdən müddətin ötürülmədiyi düşünülmüşdür. Qətnamədə yanlışlıqların aradan qaldırılması barədə olan qərardad elektron kabinetə xx.xx.2025 tarixdə yerləşdirilmişdir. Qətnamə xx.xx.2025-ci tarixdə elektron kabinetə yerləşdiyi halda xx.xx.2025 tarixdə toxunul duğuna dair çıxarış şikayətə əlavə edilmişdir. xx.xx.2025 tarixdə elektron kabinetə yerləşdirilmiş qətnamə həmin günlərdə oxunulduğu halda xx.xx.2025 tarixdə elektron kabinetə yerləşdirilmiş qərardad xx.xx.2025 tarixdə oxunulmuşdur. xx.xx.2025 tarixdə elektron kabinetə yerləşdirilmiş qətnamə həmin günlərdə oxunulduğu halda xx.xx.2025 tarixdə elektron kabinetə yerləşdirilmiş qərardad xx.xx.2025 tarixdə oxunulmuşdur.

20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 382-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz ünvanlanaraq, bildirmişdir ki, Cavabdeh2 Ali Məhkəməyə müddəti buraxılmış, əsassız kassa siya şikayəti verməklə pulun ödənilməsini yayınmaq istəmişdir. Bakı Apellyasiya Məhkəməsində vaxtı uzatmaq üçün 2024-cü ilin dekabr ayında özünü təqsirsiz hesab edərək, ekspertizanın keçirilməsini hakimdən xahiş etmiş, onlar da təmin etmək qərara gəlmişlər. Ekspertin cavabından sonra da məlum olmuşdur ki, Cavabdeh2 borclu hesab olunmuşdur. Yenə də ödəniş etməkdən vaxt udmaq üçün çirkin əməllərindən geri qalmamışdır. İddiaçı etiraz ərizəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-482/2025 saylı qətnaməsinin qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Kollegiya hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən ötürülmüş müddətin bərpası barədə irəli sürülmüş əsaslar məhkəmə tərəfindən düzgün qiymətləndirilmiş, hər hansı prosessual pozuntuya yol verilməmişdir.

31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilir ki, hər bir şəxsin məhkəməyə müraciət etmək, o cümlədən məhkəmə aktlarından şikayət vermək hüququnun (məhkəməyə əlçatımlılıq) təmin edilməsi “ədalətli məhkəmə araşdırması hüququ”nun elementlərindən biri olsa da, bu hüquqların qanunla müəyyən edilmiş prosessual müddətlər daxilində həyata keçirilməsi də hüquqi müəyyənlik və işlərə ağlabatan müddətlərdə baxılması prinsiplərinin təmin edilməsi məqsə di daşıyır.

32. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, prosessual müddətin ötürülməsinin səbəbi o zaman üzürlü hesab edilə bilər ki, işdə iştirak edən şəxs həmin halların baş verməsi səbəbindən özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmək imkanından məhrum olur. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır ki, hazırkı halda cavabdehin ərizədə qeyd etdiyi hal (elektron kabinetə yerləşdirilmiş sənədləri səhv salmaq) müddətin bərpa edilməsi üçün üzürlü səbəb hesab edilə bilməz.

33. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində icraat zamanı baş vermiş və nəticədə ərizəçinin məhkəməyə müraciət etməsinə mane olmuş prosessual səhvləri müəyyən etməklə ərizəçinin bu cür səhvlərlə bağlı həddən artıq yükə məruz qalıbqalmadığ ı ilə bağlı qərarlar verərkən mütənasiblik məsələsini müəyyən etmişdir. Sözügedən prosessual səhvlər yalnız bir tərəfdən, yəni ərizəçi, yaxud müvafiq orqan, xüsusən də məhkəmə tərəfindən yol verildikdə, Avropa Məhkəməsi normal olaraq yükü bu səhvə yol verənin üzərində saxlamışdır. ( Laskowska v. Poland, № 77765/01, §§ 60-61, 13 mart 2007-ci il; yuxarıda qeyd edilən Jovanović, § 46 in fine; Šimecki v. Croatia, № 15253/10, §§ 46-47, 30 aprel 2014-cü il; yuxarıda qeyd edilən Egić, § 57; və Sefer Yılmaz and Meryem Yılmaz v. Turkey, № 611/12, §§ 72-73, 17 noyabr 2015-ci il).

34. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bitmə tarixi ilə bağlı səhv cavabdeh tərəfin (tərəfin özünün və ya vəkilinin) diqqətsizliyi nəticəsində baş verdiyindən bu səhvin mənfi nəticələrinin yükünü cavabdeh özü daşımalıdır.

35. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin olunmadan saxlanılmalıdır.

36. Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-482/2025 nömrəli, 24 iyul 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar