Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2839/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-713/2023 saylı, 17 may 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 28592 manatın, əşyalardan iki ədəd nişaya dəymiş maddi ziyana görə 1140 manatın, mütəxəssisə ödənilmiş 300 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat pulun, notariat və digər xərclərə dair 500 manat pulun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 31162 manat pulun və mənəvi ziyanın əvəzində isə 20000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (Hakim A.İbadzadə) 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-713/2023 saylı 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikay ətinin təmin edilməməsi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)87/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehdan 2000 (iki min) manat mənəvi zərər tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-713/2023 saylı 18 aprel 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh yenidən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə əri zə və kassasiya şikayəti ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermiş, kassasiya şikayəti Ali Məhkəmənin hakiminin 16 iyun 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Kassasiya şikayəti araşdırılan zaman müəyyən edilmişdir ki, Cavabdeh kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, hazırki iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin xx.xx.2023cü il tarixli ərizənin geri qaytarılmasına dair qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 402-ci madd əsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4 -cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2839/2023 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəlləni n tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 402, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-713/2023 saylı, 17 may 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2839/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2839/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-2839/2023
19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver