Məhkəmə qərarları › İş №2(102)-2839/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2839/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2839/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X39 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi 05.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5452/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar X39 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 5 noyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı q əbul etdi. İşin halları 1. 27 iyul 2010-cu il tarixdə X15 rəsmi nikah əsasında Cavabdeh ilə ailə qurmuş və onların birgə nikahından 21 oktyabr 2012-ci il tarixdə X, 23 iyun 2014-cü il tarixdə X və 02 sentyabr 2018-ci il tarixdə X adlı 3 uşaqları doğulmuşdur.

2. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə X15 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və uşaqlar anaları Cavabdeh yanında saxlanılmışdır. 3. 04.02.2020-ci il və xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarlara əsasən İddiaçı2 və X7 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 4. 02.12.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli “Materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə” Qərarlarına əsasən, İddiaçı2 və X7 şikayət ərizələri əsasında toplanmış material üzrə baş vermiş hadisədə Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olmadığından müvafiq qərar qəbul olunması üçün toplanmış materialın Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. 5. 25.12.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən, Cavabdeh və İddiaçı2 qarşılıqlı şikayətləri üzrə toplanmış material üzrə onların əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

6. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)232/2021 saylı qətnaməsi ilə ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həm in ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015ci il tarixli müqavilələrin; Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 və 52 saylı mənzillərinə dair İddiaçı2 ilə X26 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli və 07 avqust 2020-ci il tarixli, ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X21 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, 841-842 məhəllə, 5 saylı evin 51 saylı mənzilinə dair verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, 841-842-ci məhəllə, 5 saylı evin 52 saylı mənzilinə dair verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllə, 5 saylı evin, 51 və 52 saylı mənzillərində; Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X10 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manat pulun (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manat məbləğinə pulda 2/1 hissədə Cavabdeh İrizvan qızının, 1/2 hissədə X7 paylarının müəyyən edilməsi, Abdullayev Rafail X1, X16 və X11 qarşı “mənzildən çıxarılma” barədə iddiasının rədd olunması qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021 -ci il tarixli, 2(103)8080/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005 )-231/2021 saylı qətnaməsindən İddiaçı2 və X15 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, habelə X21 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri, Nərimanov Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)231/2021 saylı qətnaməsinin Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, 841842 məhəllə, 5 saylı evin, 51 və 52 saylı mənzillərinə dair İddiaçı2 ilə X26 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli və 07 avqust 2020-ci il tarixli, ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X21 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, 841-842 məhəllə, 5 saylı evin 51 saylı mənzilinə dair verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, 841-842 məhəllə, 5 saylı evin 52 saylı mənzilinə dair verilmiş xx.xx.2020-ci il tarixli verilmiş Çıxarışın ləğv edilməsi, habelə Abdullayev Rafail X1, X16 və X11 qarşı “mənzildən çıxarılma” barədə iddiasının təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, 841-842 məhəllə, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərinə dair İddiaçı2 ilə X26 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli və 07 avqust 2020-ci il tarixli, ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X21 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, 841-842-ci məhəllə, 5 saylı evin 51 saylı mənzilinə dair verilmiş xx.xx.2020-ci il tarixli verilmiş Çıxarışın və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küç əsi, 841-842-ci məhəllə, 5 saylı evin 52 saylı mənzilinə dair verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi hissələrində rədd edilməsi, habelə X X1, X16, X11 qarşı “mənzildən çıxarılma” tələbinin təmin edilməsi, İddiaçı2, X15 və Cavabdeh X24 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 841-842-ci məhəllə, 5 saylı evin 51 və 52 saylı mənzillərindən məcburi qaydada çıxarılmaları qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 2103/2022 saylı qərarı ilə Allahverdiyeva Xumar İrzivan qızının kassasiya şikayəti təmin edilməmiş, X15 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021 -ci il tarixli qətnaməsi qismən“Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllə, 5 saylı evin, 51 və 52 saylı mənzillərində ½ hissədə X7 və ½ hissədə Cavabdeh payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 9. xx.xx.2022-ci il tarixli Akta əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 8080/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq İddiaçı2, X15 və Cavabdeh X34 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllə, 5 saylı evin 51 və 52 saylı mənzillərindən məcburi qaydada çıxarılmalıdır. Borclular İddiaçı2 və X2 olaraq mənzili boşaltmışlar. Borclu mənzildə tələbkara məxsus olan 1 ədəd döş stolu, 5 ədəd oturacaq stolu, 1 ədəd qırıq oturacaq stolu, 1 ədəd trenajor, divara yerləşdirilmiş şkaflar,1 ədəd Samsung DVD, yaşıl, ağ rəngdə kuxna mebeli, 4 ədəd divara yapışdırılmış çilçıraq, 1 ədəd televizor altı, 1 ədəd mətbəx döş stolu, 4 ədəd mətbəx oturacağı, 1 ədəd 2 nəfərlik yataq dəsti, 2 ədəd tumba, 1ədəd güzgülü şkaf, 2ədəd divar lampası, 1ədəd divar şkafı, kondisioner, 1ədəd şkaf, 1 ədəd 2 nəfərlik matrassız krovat, 1 ədəd uşaq krovatı, 4 ədəd divar lampası, 4 ədəd divar çilçırağı, təknəfərlik krovat, 2 ədəd tumba, 1 ədəd ətçəkən var. 10. "xxxx" MMC-nin N-001 saylı arayışına əsasən ünvan 2 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binası "X” MMC-nə məxsusdur. Həmin binanın birinci giriş 12-ci mərtəbədə yerləşən 51 və 52 saylı yaşayış sahəsinin 2021-ci ilin iyun ayından 2022-ci ilin noyabr ayı daxil olmaqla 1.608 manat kommunal borcu vardır. 11. "xxxx" MMC-nin N-63 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binası "xxxx" MMC-nə məxsusdur. Həmin binanın birinci giriş 12-ci mərtəbəsində yerləşən 51 və 52 saylı yaşayış sahəsinin 2020 ilin avqust ayından 2021-ci ilin iyun ayına qədər olan müddətdə komunal borcu 900 manat təşkil edir.

12. Dövlət Reyerstrindən elektron çıxarışlara əsasən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllə, 5 saylı evin 51 və 52 saylı mənzilləri X34 məxsusdur. 13. xx.xx.2022-ci il tarixli Akta əsasən Cavabdeh uşaqları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu,G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllə, 5 saylı evin 51 və 52 saylı mənzillərindən çıxarılarkən mənzillərdə ol an əşyaların ona məxsus olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar X26 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 58.260 manat dəyərində olan müxtəlif ev əşyalarının, vurulmuş ziyanın, kommunal borcların Cavabdeh tutularaq X24 verilməsi; cəmi 14.143,50 manat dəyərində əmlakların (müxtəlif geyimlər, ev əşyalarının və sair) isə İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı X26 iddia tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək belə əsaslandırmışdır ki, o, mübahisəli mənzili alan zaman əşyaları ilə bir yerdə almış və mənzildəki əşyalara görə əlavə olaraq İddiaçı2 15.000 manat pul vermiş və bu barədə aralarında xx.xx.2020-ci il tarixində razılaşma sənədi imzalanmışdır. Həmçinin o, mənzilə baxış keçirib bəyənərkən Rusiyada olan qohumlarına göstərmək məqsədilə mənzilin və oradakı əşyaların videosunu telefon ilə çəkmişdir. Məhkəmənin qətnaməsinə əsasən İddiaçı2 və X16 mənzili könüllü tərk etsə də, Cavabdeh bundan imtina etmişdir. Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində məhkəmə qətnaməsi icra edilərək Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildən çıxarılmamışdan bir gün öncə, yəni xx.xx.2022-ci il tarixdə ona məxsus olan əmlakları mənzildən aparmışdır.

16. İddiaçı2 isə iddia tələbini onunla əsaslandırmışdır ki, o oğlu üçün mübahisəli mənzilləri almışdır. Gəlini olan Cavabdeh həmin mənzilə bir ədəd divan, bir ədəd şkaf, 4 nəfərlik mətbəx stol-stulu cehiz şəklində gətirmiş və qeyd olunan həmin cehiz əş yaları keyfiyyətli olmadığı üçün həmin mənzil 2013-cü ildə satılarkən həmin əşyalar mənzildə saxlanılmışdır. Cavabdeh mübahisəli mənzildə şəxsi geyim əşyalardan başqa digər heç bir cehiz əşyaları olmamışdır. Bu faktları toy zamanı çəkilmiş videolar və onun əri olan X16 da təsdiq edə bilər. Cavabdeh cehiz dediyi bu əmlakları haradan, nə vaxt, hansı qiymətə alması, mənzildə yerləşdirməsi barədə hər hansı sübutları təqdim edə bilməmişdir. Cavabdeh həmin mənzilə onun razılığı əsasında köçmüş və heç bir əmlakı cehiz olaraq gətirməmişdir və o, gizlin şəkildə ona məxsus olan ümumi dəyəri 20.840 manat (mütəxəssis rəyinə və iddia tələbinə əsasən 14.143 manat) olan müxtəlif əmlaklarını, həmçinin X8 geyim əşyalarını evdən aparmışdır. Bundan başqa, Cavabdeh iddia etdiyi kimi mübahisəli əmlaklar ona mə xsusdursa, o zaman onları niyə məhz gizlin şəkildə aparması sual doğurur.

17. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, tələb edilən əşyaların bəzisi onunla keçmiş əri X16 ilə birgə nikahları dövründə əldə edilmiş, bəzisi isə onun cehiz əşyaları olduğu üçün iddiaçılar onun xəbəri olmadan həmin əşyaların satılması ilə bağlı saziş bağlaya bilməzdi. Həmin razılaşma onun maraqlarına toxunmaqla həqiqəti əks etdirmir və alğı-satqı müqaviləsi bağlandıqdan uzun müddət sonra tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Çünki, Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsində olan mənzildən çıxarmaya dair icra işinə əlavə edilmiş razılaşma sənədi ilə hazırki iddia ərizəsinə əlavə edilmiş sənəd arasında həm yazılışda, həm də guya təhvil verilmiş əşyaların siyahısında fərqlər var dır. Razılaşma sənədlərinin hər ikisinin sonunda əlyazma ilə yazılmış qeyd eyni şəxs tərəfindən yazılsa da, fərqli tarixlərdə yazılmışdır, lakin tarix kimi xx.xx.2020-ci il göstərilmişdir. Belə fərqlilik həmin razılaşmanın həqiqi olmadığını, sonradan tərtib edildiyini bir daha təsdiq edir. Belə bir razılaşmanın mövcudluğundan İcra şöbəsində icra işinin gedişi zamanı məlumatı olmuşdur. Həmin icra işində mənzildə qalmış əşyaların siyahısı ilə iddiaya əlavə olunmuş razılaşma sənədi arasında ciddi fərq vardır. İddiaçı2 İcra Şöbəsində mənzildə qalmış əşyaların siyahısını məhdud çərçivədə qeyd edibsə, iddia tələbində onu daha da genişləndirməməli idi. Odur ki, iddiaçılar məhkəməyə hazırda yanlış məlumat və sənədlər təqdim etməklə məhkəməni çaşdırmağa çalışırlar. Əgər həmin razılaşma sənədi həq iqi olsa belə, yenə İddiaçı2 həmin əşyaların onun tərəfindən alındığını sübut edə bilmədiyi üçün, X26 həmin əşyaların pulunu ondan tələb etməyə subyektiv hüququ yoxdur. Kommunal borclara münasibətdə isə qeyd etmişdir ki, onunla nə "xxxx" MMC, nə də "xxxx" MMC arasında hər hansı müqavilə imzalanmamışdır və imzalansaydı belə, bu pulu ödəmə tələbini həmin MMC-lər irəli sürə bilərdi, yəni X21 bu tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də bununla əlaqədar iddiaçılar hər hansı saziş bağlaya bilməzdi. X5 tələb etdiyi əşyalara münasibətdə bir məqam da odur ki, o, həmin əşyaların 15.000 manat ödəməklə İddiaçı2 aldığını bildirsə də, iddia tələbində 58.260 manat tələb etmiş, lakin bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş, hətta sübut təqdim etsə belə, həmin əşy aların məhz İddiaçı2 məxsus olması öz təsdiqini tapmır. Bundan əlavə iddiaçılar arasında bağlanmış alğı-satqı müqaviləsində iddia ərizəsində ondan tələb olunan əşyaların X24 15.000 manata satılması barədə hər hansı bir bənd mövcud deyil. Həmçinin xx.xx.2020-ci il tarixli razılaşma sənədi X26 tərəfindən deyil, onun etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmışdır. Halbuki xx.xx.2021-ci il tarixli etibarnamədə X26 tərəfindən atasının adına hər hansı razılaşma sənədini imzalamağa dair səlahiyyət verilməmişdir. Odur ki, həmin razılaşma sazişinin özü kökündən etibarsızdır. İddiaçı2 tələb etdiyi ev əşyalarına münasibətdə onun ümumiyyətlə subyektiv hüququ yoxdur. Həmçinin İddiaçı2 əvvəl Polisə şikayətində göstərdiyi əşyaların qiymətlərini indiki iddia tələbində daha artıq deməsi onun yalan da nışmasını göstərir.

18. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və ərizəsini ilk iddiaya qarşı etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

19. X19rşılıqlı iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, qarşı tərəf nədənsə iki ədəd razılaşma sənədinin olduğunu iddia etsə də, həmin sənəd bir ədəd olmaqla xx.xx.2020-ci il tarixdə tərtib olunmuşdur. Həmin razılaşmanın alt hissəsində əlyazma şəklində edilmiş artırmaların onun məzmununa aidiyyəti yoxdur, həmin artırmanın tarixi yoxdur. Razılaşmanın surətindən yeni surət çıxarılarkən pozuntu və izlər texniki səbəblər olduğundan bu iddia əsassızdır. Həmçinin ev satın alınarkən kondisioner isitmə sistemi daxil ev satılmışdır. Belə ki, evdə quraşdırılmış bu sistemi bütövlükdə mənzildən ayrı təsvir etmək mümkün deyil. Lakin cavabdeh bu şeyləri söküb aparmaqla onun mülkiyyətinə qərəzli şəkildə ziyan vurmuşdur, çünki cavabdeh bilirmişdir ki, mənzil ona əşyalarla bir yerdə satılıb. Digər tərəfdən, Bakı şəhəri, Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə satılmış mübahisəli mənzilin ümumi dəyərinin 50 faizinin cavabdehə verilməsi qət olunmasına baxmayaraq o, evlə birlikdə satılmış əmlakları gizlin formada evdən apararaq ona ziyan vurmuşdur.

20. Bakı şəhəri Xətai Rayon məhkəməsinin e-2(011)-565/2023 nömrəli iş üzrə 9 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) ilkin iddia qismən təmin edi lərək, 7.770 manat məbliğində pulun cavabdehdən tutularaq X22 ödənilməsi, qalan hissədə ilk iddianın təmin edilməməsi, habelə qarşılıqlı iddianın təmin edilərək iddiaçılar arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma sənədinin etibarsız hesab edilməsi qət edilmişdir.

21. Məhkəmə X21 ev əşyalarının dəyərinin cavabdehdən alınaraq ona verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin əşyalar cavabdeh və X8 birgə nikahı dövründə alınmışdır və cavabdehin istifadəsində olmuşdur. İddiaçı2 özünə məxsus olmayan əşyalara dair sərəncam vermək hüququ olmadan, həmin əşyaları X24 satması qanunsuz olmuşdur. Həmçinin X26 həmin əşyalara münasibətdə vicdanlı alıcı olmamışdır. Belə ki, Mülki Məcəllənin 182.1 və 182.2-ci maddələrindən görünür ki, vicdanlılıq faktı əşya verilənə qədər mövcud o lmalıdır, lakin qeyd edilən mübahisəli əşyalar X24 satılsa da, faktiki olaraq onun istifadəsinə verilməmişdir. Eyni zamanda, həmin əşyaların onu satmağa subyektiv hüququ olmayan şəxs tərəfindən mülkiyyətçinin iradəsinə zidd şəkildə onun razılığı olmadan satılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, bu hissədə iddia əsassız olduğu üçün təmin edilməməlidir.

22. Məhkəmə ilk iddianın mənzilin təmir-bərpa işlərinə çəkilmiş 5.000 manat, 16 sentyabr 2022-ci il tarixdək hesablanmış 2.508 manat kommunal borcun və xx.xx.2022-ci il tarixədək istifadə olunmuş su xidmətinə görə 262 manat pulun cavabdehdən alınaraq X24 ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzildən məcburi qaydada çıxarıldığı vaxtadək kommunal xidmətlərə görə yaranmış borc həmin evdə yaş ayan və kommunal xidmətlərdən faydalanan şəxs kimi ödənilməli idi. Lakin, cavabdeh göstərilən müddətlər üzrə kommunal xidmət haqlarını ödəməmişdir. Digər tərəfdən, cavabdeh mənzili boşaldarkən və mənzildə olan bir sıra əşyaları apararkən mənzilə ziyan dəymişdir. Həmin ziyanın məbləği cavabdeh tərəf mübahisələndirilməmişdir. Ona görə də iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir.

23. Məhkəmə X21 kirayə haqqı iddiasına münasibətdə qeyd etmişdir ki, mübahisəli mənzilin cavabdeh tərəfindən kirayəyə verilib-verilmədiyi, verildiyi halda əldə edilmiş kirayə haqları ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edilmədiyi və iddia sübuta yetirilmədiyi üçün rədd edilməlidir.

24. Məhkəmə İddiaçı2 tələblərinə münasibətdə qeyd etmişdir ki, həmin əşyalar ona məxsus olmadığına görə, onun həmin əşyaları geri qaytarılmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Odur ki, iddia bu hissə də təmin edilməməlidir.

25. Məhkəmə cavabdehin qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma sənədi imzalanan zaman ilk növbədə əqdin subyektiv tərkibinə aid edilən şərtə əməl edilməmişdir. Belə ki, İddiaçı2 özünün sahibliyində və istifadəsində olmayan, eyni zamanda qanunsuz olaraq sərəncam vermək hüququna malik olmadığı əşyaların satılması barədə X23 razılığa gəlmişdir. Ona görə də qarşılıqlı iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.

26. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 157.1, 157.2, 182, 337, 1091.1, 1092, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, habel ə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. X26 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Şikayətini iddia ərizəsinə və cavabdehin qarşılıqlı iddia ərizəsinə qarşı təqdim etdiyi etiraz ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birgə mülkiyyət hüququnda mülkiyyətçilər in ümumiliyinə son qoyulmasının bir əsası da mülkiyyətçilərdən birinin payının ayrılmasıdır ki, cavabdehin iddia tələbi ilə mübahisəli mənzilin satışından əldə olunan pulun yarısının ona verilməsi qət edilmişdir. Belə ki, cavabdeh mənzilə quraşdırılmış sistemi və mənzilə aid olan digər əmlakları aparmaqla əsassız varlanmış və ona zərər vurmuşdur. Həmçinin cavabdehin xx.xx.2020-cil tarixli razılaşma sənədindən də xəbəri olmuşdur. Bundan başqa məhkəmə qətnaməsində iddia ərizəsinə əlavə olaraq əmlak kirayə haqqı kimi əldən çıxmış fayda ilə əlaqədar tələb icraata qəbul edilmədiyi halda, qətnamədə nədənsə bu məsələyə texniki səhv nəticəsində münasibət bildirilmişdir. Bu da qətnamədə yol verilən texniki səhvdir. Mübahisələndirilən əmlakların böyük əksəriyyətinin vicdanlı alıcıya satılmış mənzilə bağlı olan əşyalar olması və digər əmlakların isə şəxsi əmlaklar olması faktları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. X13 xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Məhkəmə X7 ərizəsi apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində onun gəlirinin olmadığı sübut olunmuşdur, həmçinin cavabdeh də heç bir yerdə işləmirdi. Belə ki, qeyd olunan əmlaklar anasının və bacısının həyat yoldaşının vəsaiti hesabına alındığı üçün birgə əmlak hesab oluna bilməz. Bundan başqa o, gözdən əlildir və 3 dəfə gözündən əməliyyat olunmuşdur. Əvvəlki məhkəmə aktları ilə xx.xx.2015-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı2 arasında qeyd olunan mənzillərin alğı-satqısına dair bağlanmış müqavilə etibarsız hesab edilməsinə baxmayaraq, onun qeyd olunan mənzil üzərində hüquqları sonrakı hüquqverici sənədlər əsasında qüvvədə saxlanılmışdır. Belə ki, qeyd olunan mənzillər dövlət reyestrindən MMC-nin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçirildikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə MMC öz xüsusi mülkiyyətində olan mənzilləri notarial qaydada bağlanmış alğı-satqı müqavilələri əsasında İddiaçı2 satmışdır. Bu müqavilələrdə məhkəmənin etibarsız hesab etdiyi xx.xx.2015-ci il tarixli müqaviləyə istinad faktı mövcud deyil. Məhkəmə aktı ilə satılmış mənzilə dair digər əqdlər etibarsız hesab edilməmişdir. Bu notarial qaydada bağlanmış müqavilələr və çıxarışlar hazırkı vaxta qədər hüquqi qüvvədədir. Bu müqavilələr mübahisələndirilməmişdir. Məhkəmə mülki iş üzrə ekspert rəyinə, xx.xx. 2023-cü il tarixli qətnamə ilə müəyyən edilmiş hallara, habelə birgə əmlak olması faktına dair dəlil olmadan nəticəyə gəlmişdir.

29. İddiaçı2 apellyasiya şikayətini X21 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandıraraq, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, əgər məhkəmə cavabdeh tərəfindən gizlin şəkildə aparılmış əmlakları ər-arvadın birgə əmlakı hesab edirsə, onda bu birgə əmlakı, yaxud onun dəyərini tərəf iki dəfə əldə edə bilməz. Çünki birgə mülkiyyət hüququnda mülkiyyətçilərin ümumiliyinə son qoyulmasının bir əsası da mülkiyyətçilərdən birinin payının ayrılmasıdır. Bu əmlakların ər-arvadın birgə əmlakı olmamasını təsdiqləyən bir məqam da odur ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində İddiaçı2 da cavabdeh kimi göstərilməsidir. Həmçinin, Bakı şəhəri, Nərimanov Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə sübut olunmuşdur ki, 2008-ci ildə mübahisəli mənzil İddiaçı2 məxsus olmuşdur. Məhkəmənin mübahisələndirilən əmlakları cavabdeh ilə X7 birgə əmlakı hesab etməsi əsassızdır. Həmin məhkəmədə baxılmış xx.xx.2021-ci il tarixli qətnamə üzrə X26 tərəfindən təqdim olunmuş etirazda qeyd olunmuşdur ki, mənzili əşyaları ilə birlikdə almışdır. Cavabdeh isə buna heç bir cavab verməmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən bu halları nəzərə almamışdır.

30. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilk iddianın təmin edilən hissəsində ləğv edilməsi və ilk iddianın həmin hissə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti cavabdehin ilk iddiaya qarşı təqdim etdiyi etiraz ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli mənzillərin təmir-bərpa işlərinə maksimum 1.000 manat xərc çıxa bilərdi. Divardakı adi cızığa və zədələnməyə görə 5.000 manat xərc çıxması real deyil. X12 262 manat su pulu tələb etsə də, iddia ərizəsinə əlavə etdiyi sonuncu qəbzdən görünür ki, borc əslində 220,30 manatdır. Odur ki bu pulun da ondan tələb edilməsi əsassızdır. Çünki, X26 borcun 262 manat olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, sözügedən mənzillərdə yaşadığı dövrdə heç kəs ondan su pulunun ödənilməsini tələb etməmişdir, əgər "xxxx" ASC bunu tələb etsəydi o da vaxtında ödəyərd i. Ona görə də X21 kommunal borca dair ona qarşı iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Cavabdehin nümayəndəsinin xx.xx.2023-cü il tarixdə təqdim etdiyi yazılı vəsatətdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olmuş və cavabdehin razılığı olmadan keçmiş ərinin anasının adına keçirilmişdir. Yəni, bu da o, deməkdir ki, qüvvədə olan məhkəmə qətnaməsinə görə həmin mənzilin birgə nikah dövründə əldə edilməsi bir daha mübahisələndirilə bilməz. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının 86-cı bəndindən qeyd edilmişdir ki, iddiaçı (bu iş üzrə cavabdeh) gələcəkdə mənzilin satılmasına görə cavabdehlərə qarşı iddia verdiyi hald a mənzillərin dəyəri ilə bağlı dəlillər yoxlanıla bilər. Ona görə də cavabdeh tərəfindən bu iddia qaldırılmış və apellyasiya instansiyası məhkəməsində tam təmin olunaraq 211.000 manat pul vəsaitinin X9 alınaraq ona ödənilməsi qət edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5452/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- F.Abdıyev sədrlik edən, məruzəçi, F.Qasımov və X.Sarıyev) X26, İddiaçı2 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-565/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “ilk iddianın Cavabdeh X21 xeyrinə 5.000 manat məbləğində pulun, İddiaçı2 xeyrinə 7.770 (yeddi min yeddi yüz yetmiş) manat məbləğində pulun tutulması, kirayə haqqının tutulmasının rədd olunması”, habelə “qarşılıqlı iddianın təmin edilməsi” hissəsində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə çıxarılmış, ilk iddialar “Cavabdeh X21 xeyrinə 5.000 manat məbləğində pulun, İddiaçı2 xeyrinə 7.770 manat məbləğində pulun tutulması hissəsində rədd edilmiş, Cavabdeh X39 və İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, eyni zamanda qətnaməyə Cavabdeh X21 xeyrinə tutulan “sudan istifadəyə görə yaranmış borcun məbləği” hissəsində dəyişdirilmiş, sudan istifadəyə görə yaranmış borcun əvəzi olaraq Cavabdeh 220,30 manat məbləğində pul vəsaitinin tutularaq X24 ödənilməsi və qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsin in yazılı razılaşma sənədinə əsasən İddiaçı2 X24 satdığı əşyaların ona məxsus olmaması, sonuncunun vicdanlı alıcı sayılmaması qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, həmin əşyaların onun mülkiyyətində olan mənzildə yerləşməsi onların məhz İddiaçı2 məxsus olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, sözügedən mənzillərin X15 ilə cavabdehin birgə nikahları dövründə əldə etdikləri əmlaklar olması, tərəflər arasında olan digər məhkəmə işləri üzrə aparılmış araşdırmalar nəticəsində öz təsdiqini tapmış və hazırda həmin məhkəmə aktları qanuni qüvvəsini almışdır.

34. Belə ki, İddiaçı2 nəinki hazırda mübahisələndirilən əşyaların ona məxsus olmasını sübut edə bilməmiş, ümumiyyətlə istifadəsin və sahibliyində olmayan əşyaları X24 satmağı və həmin mənzillərlə birlikdə orada olan əşyaları ona təhvi l verməyi öz öhdəliyinə götürmüşdür və cavabdehin buna nəinki razılığı, onun bu barədə heç məlumatı olmamışdır.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi kirayə haqqı ilə bağlı ilk iddia tələbinin icraata götürülüb-götürülməməsi məsələsinə hər hansı münasibət bildirilməmişdir. Buna baxmayaraq həmin tələbə də hüquqi qiymət vermişdir. Halbuki iddiaçı digər tələblər kimi bu tələbi də işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər irəli sürə bilərdi və bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi də müəyyən edilmir. Bununla belə birinci instansiya məhkəməsi qeyd edilən tələbə hüquqi qiymət verməklə əslində mülki prosessual pozuntuya yol vermişdir. Bu da öz növbəsində qətnamənin həmin hissədə ləğv edilməsini və bu tələb üzrə nəticənin, ümumiy yətlə, qətnamədən xaric edilməsini şərtləndir.

36. Məhkəmə kollegiyası yazılı razılaşma sazişinin etibarsız hesab olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisələndirilən əşyaların İddiaçı2 məxsus olmasının sübuta yetirilməməsi iddiaçılar arasında bağlanmış razılaşma sazişinin etibarsızlığına səbəb ola bilməz. Belə ki, həmin saziş cavabdehin hər hansı marağına toxunmur və sazişdə göstərilən əşyaların ondan alınması üçün hər hansı hüquqi əsas yaratmır. Sazişdə göstərilən əşyaların X24 satılması və təhvil verilməsi öhdəliyini bilavasitə İddiaçı2 daşıyır. Onun bu sazişdə göstərilən əşyaların məhz mənzildə olan əşyalar olması mövqeyindən çıxış etməsi, habelə həmin əşyaların ona məxsus olmaması, onu sazişə uyğun olaraq eyni əşyaları X24 sat ması və təhvil verilməsi öhdəliyindən azad etmir.

37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, sözügedən mənzillər X21 mülkiyyətinə keçdiyi vaxtdan cavabdehin həmin mənzillərdən çıxan tarixədək mənzillərə göstərilən kommunal xidmətlərin dəyəri məhz 2.508 manat, mənzillərə göstərilən su təchizatı ilə bağlı xidmətə görə isə həmin dövr üçün yaranmış borc məbləği 220,30 manat təşkil etməsi mülki iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Bu da öz növbəsində həmin məbləğlərin cavabdehdən tutulmasını şərtləndirməklə qətnamənin su təchizatına görə tutulan pulun məbləği hissəsində dəyişdirilməsinə, bu məbləğlərin İddiaçı2 xeyrinə tutulması hissəsində isə rədd edilməsi üçün əsas yaratmışdır, çünki sonuncunun belə bir tələbi o lmamışdır.

38. Məhkəmə kollegiyası cavabdehdən mənzillərə vurulmuş maddi zərərin əvəzi olaraq ondan X21 xeyrinə 5.000 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin mənzillərə konkret olaraq hansı zərərin vurulması aydın deyil. Belə ki, mülki iş materiallarında olan "xxxx" MMC-nin rəyinin isə mötəbərliliyi baxımından cavabdehdən hər hansı məbləğdə zərərin tutulması üçün əsas yaratmır. Lakin, məhkəmə kollegiyasının bu mövqeyi X26 tərəfindən sözügedən mənzillərə və orada olan əşyalara vurulmuş zərəri aradan qaldırdıqdan sonra onun bu işə çəkilmiş xərci təsdiq edən sənədləri təqdim etməklə və həmin zərərin məhz cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində vurulduğunu sübuta yetirməklə ay rıca icraatda ona qarşı real olaraq qarşılanmış zərərin əvəzinin tutulması tələbini irəli sürmək hüququnu istisna etmir.

39. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 182.1, 182.2, 225.1, 337.1, 337.3, 337.4, 1091.1, 1091.2, 1096, 1097.1-ci maddələrinə, habelə MPM-in 14.2, 53, 77.1, 82.3, 217.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinin dəlilləri

40. İddiaçılar X39 (Vəkil1) və İddiaçı2 (Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddiaya münasibətdə ləğv edilməsi və mülki işin ilkin iddiaya münasibətdə olan hissədə yenidən baxılması üçün həmin məhkəməyə qa ytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

41. Kassasiya şikayətləri apellyasiya şikayətləri ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən əmlakların böyük əksəriyyətlərinin vicdanlı alıcıya satılmış mənzilə dair və mənzil ilə bağlı olan əşyalar olması faktı və digər əmlakların isə şəxsi əmlaklar olması düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası vicdanlı alıcı kimi X21 sözügedən mənzillərlə birlikdə satın aldığı əmlakları (dəyəri 58.260 manat) onun tələb etdiyi 15.715 manat dəyərində əmlakları baxımından məsələyə səhv yanaşmışdır. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən eyni tərəflərə münasibətdə özlərinin qərarlarını belə nəzərə almamaqla səhv nəticəyə gəlmişlər. Məhkəmə kollegi yası tam təmirli mənzil kimi həm payları bərabər tanınmış, həm də cavabdehin xeyrinə onun ev ilə sıx bağlı olan əmlakları aparmasına haqq qazandırmışdır. Nəticədə məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çə kdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

45. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

46. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

47. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

48. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edi lən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

49. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən ilk iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şik ayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

58. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

59. İddiaçılar eyni məzmunlu kassasiya şikayətlərinində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozdu ğunu, ilk iddianın tam təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

60. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, 27 iyul 2010-cu il tarixdə X15 rəsmi nikah əsasında Cavabdeh ilə ailə qurmuş və 2016-cı il tarixdə onlar arasında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Sonradan onlar yenidən nikaha daxil olmuş və Bakı şəhəri, Xətai Rayon məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. X15 ilə Cavabdeh birgə nikahından 25 oktyabr 2012-ci il tarixdə X17, xx.xx.2014-ü il tarixdə X18 və xx.xx.2018-ci il tarixdə X 20 adlı uşaqları doğulmuş və nikah pozulduqdan sonra uşaqlar Cavabdeh yanında saxlanılmışdır. Onlar birgə nikahda olduqları dövrdə 09 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən X15 dəyərini ödəməklə "xxxx" MMC-dən iki ədəd mənzil almış, sonra onun ərizəsinə əsasən mənzillərə görə onun tərəfindən ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərə dair 21 dekabr 2015-ci il tarixdə onun anası İddiaçı2 ilə "xxxx" MMC arasında “Mənzillərin tikintisinə və satışına dair” iki ədəd müqavilə bağlanmış və sonuncu tərəfindən İddiaçı2 mənzillərə görə borcunun olmaması barədə maliyyə arayışları verilmişdir. Sonradan mənzillərə dair İddiaçı2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

61. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq həmçin in müəyyən etmişdir ki, İddiaçı2 07 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllə, 5 saylı evin 51 və 52 mənzillərini X28 satmış və sonuncunun 51 saylı mənzilə dair 07 avqust 2020-ci il və 52 saylı mənzilə dair 11 avqust 2020-ci il tarixdə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

62. Apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında uzun müddət davam etmiş məhkəmə çəkişmələrinə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad edərək, müəyyən etmişdir ki, sözügedən mənzillərdə həmişə X15 ilə Cavabdeh, uşaqları ilə birlikdə yaşamışlır. Belə ki, həmin mənzillərin alqı-satqısı, habelə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tərəflər arasında uzun müddət məhkəmə mübahisələri olmuş və nəticədə bu mə nzillər X15 ilə Cavabdeh birgə nikahı dövründə əldə etdikləri əmlak olduğu müəyyən edilsə də, X38 vicdanlı əldə edən hesab edilmiş və bu səbəbdən 07 avqust 2020-ci il tarixli müqavilələrin etibarlı olması təsdiq olunmaqla, Cavabdeh həmin mənzillərdən çıxarılması qət edilmişdir. Cavabdeh qeyd edilən mülki iş üzrə verilmiş icra sənədinin icrası qaydasında sözügedən mənzilləri 16 sentyabr 2022-ci il tarixdə tərk etmişdir.

63. Göründyü kimi, sözügedən mənzillərə dair alqı-satqı müqavilələrinin bağlanmasından bir gün əvvəl, yəni 06 avqust 2020-ci il tarixdə İddiaçı2 ilə X38 arasında sadə yazılı formada bağlanmış razılaşma sazişinə əsasən, onlar konkret əşyaları göstərməklə və onların qiymətini 15.000 manat müəyyən etməklə razılaşmışdılar ki, həmin əşyalar da X28 təhvil veriləcəkdir. Razılaşmaya əsasən həmin əşyaların dəyəri mənzilin razılaşdırılmış qiymətinə daxil deyil (sazişə əlyazma ilə əlavə edilmişdir).

64. Hazırda İddiaçı2 həmin mənzillərdə olan bir sıra əşyaların ona məxsus olduğunu, lakin mənzilləri tərk edərkən Cavabdeh tərəfindən həmin əşyaların mənzildən qanunsuz aparıldığını iddia edir və onların bazar və likvid dəyərini göstərməklə, ümumilikdə 15.715 manat dəyərində əşyanın sonuncudan alınaraq, ona verilməsini iddia edir.

65. X38 isə İddiaçı2 ilə aralarında bağlanmış razılaşma sazişinə istinadən həmin sazişə əsasən ona məxsus olmaqla mənzildə yerləşən əşyaların mənzilləri tərk edən zaman qanunsuz olaraq Cavabdeh tərəfindən aparıldığını iddia edir və onların bazar və likvid dəyərini göstərməklə, ümumilikdə 50.490 manat dəyərində əşyanın sonuncudan alınaraq, ona ver ilməsini tələb edir. Bundan başqa, mülkiyyətçi olduğu dövrdən Cavabdeh mənzilləri tərk etdiyi 16 sentyabr 2022-ci il tarixədək göstərilən kommunal xidmətin dəyərinin 2.508 manat təşkil etdiyini və suyun təchiz edilməsi ilə bağlı 262 manat məbləğində pulun ödənildiyini, habelə mənzilləri tərk edən zaman bir sıra əşyaların (çıxarılma, qopardılmaqla, sökülməklə) mənzilin təmirinə zərər vurulmaqla aparıldığını və nəticədə mənzillərin təmirinə 5.000 manat məbləğində zərərin vurulduğunu göstərib, həmin məbləğlərin də cavabdehdən tutulmasını iddia edir.

66. Apellyasiya instansiyası məhkəməsi, X38 və İddiaçı2 ilk iddia ərizəsi və apellyasiya şikayətləri üzrə irəli sürdükləri tələb və dəlillərini araşdıraraq qeyd etmişdir ki, onların hazırkı ilk iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdı r.

67. Bu baxımdan, İddiaçı2 öz mövqeyini, o cümlədən ilk iddia üzrə tələb edilən əşyaların ona məxsus olduğunu sübut etməli idi. Lakin, həmin əşyaların (belə olan halda məhkəmə onların hər birinin mövcudluğuna ümumiyyətlə qiymət verilməsinə hər hansı zərurət görmür) ona məxsus olmasını, o cümlədən onun vəsaiti hesabına alınmasını təsdiq edən nəinki sübutları (bu halı təsdiq edən sənədlər, ödənişlər və sair), ümumi məlumat belə (alınma vaxtı, yeri və sair) təqdim edə bilmir. Ümumiyyətlə bu əşyaların nə vaxtsa onun istifadəsində olması belə müəyyən edilmir. Həmin əşyaların onun mülkiyyətində olan mənzildə yerləşməsi isə onların məhz İddiaçı2 məxsus olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, sözügedən mənzillərin Cavabdeh ilə X6 birgə nikah dövründə əldə etdikləri əmlaklar olması tərəflə r arasında olan digər məhkəmə işi üzrə aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmışdır. Bununla belə, yuxarıda göstərilən, o cümlədən həmin mənzillərin bu şəxslərə məxsus olması və mənzildə olan bütün əşyaların onların daimi istifadəsində olması İddiaçı2 tərəfindən tələb edilən (tələb etdiyi bir sıra əşyalar açıq və aydın şəkildə ona məxsus deyil. Belə ki, tələbdə Xəqani Haqverdiyeva məxsus olduğu göstərilir), habelə onun tərəfindən X28 razılaşma sazişinə əsasən satılan əşyaların ona deyil, məhz bu şəxslərə məxsus olmasını təsdiq edir. Bu baxımdan İddiaçı2 hüquqi nəticə etibarı ilə nəinki ona məxsus olmayan, ümumiyyətlə istifadəsində və sahibliyində olmayan əşyaların X24 satmağı və mənzillərlə birlikdə ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Buna isə Cavabdeh nəinki razılığı, üm umiyyətlə onun bu barədə heç məlumatı olmamışdır.

68. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən əşyalar X24 satılsa da, faktiki olaraq onun istifadəsinə verilməmişdir. Belə olan halda, X26 göstərilən əşyalara münasibətdə ümumiyyətlə vicdanlı alıcı kimi tanına bilməz. Birinci instansiya məhkəməsi də məhz bu halların mövcudluğunu nəzərə alaraq, bu hissədə mübahisəyə düzgün hüquqi qiymət verərək, İddiaçı2 və X21 “əşyaların qaytarılması barədə” tələblərini təmin etməməkdə haqlı olmuşdur.

69. Apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıraq qeyd etmişdir ki, X26 mülki işin məhkəmə iclasında baxılmasına təyin edildikdən sonra, yəni 13 fevral 2023-cü il tarixdə iddi a tələbinin həcmini artıraraq, Cavabdeh 25 ay müddət üçün hər ay 450 manat olmaqla, 11.250 manat məbləğində kirayə haqqı da tələb etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında ərizə elan edilərək, işin materiallarına əlavə edilmiş və bu barədə məhkəmə iclas protokolunda qeyd edilmişdir. Lakin onun icraata götürülübgötürülməməsi məsələsinə hər hansı münasibət bildirilməmişdir. Buna baxmayaraq, həmin tələbə də hüquqi qiymət verilmişdir. Halbuki, iddiaçı digər tələblər kimi bu tələbi də işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər irəli sürə bilərdi və bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi də müəyyən edilmir. Bununla belə, birinci instansiya məhkəməsi qeyd edilən tələbə də hüquqi qiymət verməklə mülki prosessual pozuntuya yol v ermişdir. Bu da öz növbəsində qətnamənin həmin hissədə ləğv edilməsi və bu tələb üzrə nəticənin ümumiyyətlə qətnamədən xaric edilməsini şərtləndirir.

70. Apellyasiya instansiyası məhkəməsi, həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, sözügedən mənzillər X21 mülkiyyətinə keçdiyi vaxtdan onun həmin mənzillərdən çıxaldığı vaxtadək göstərilən kommunal xidmətlərin dəyəri məhz 2.508 manat, mənzillərə göstərilən su təchizatı ilə bağlı xidmətə görə isə həmin dövr üçün yaranmış borc məbləği 220,30 manat təşkil edir. Bu hal mülki iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Bu da öz növbəsində həmin məbləğlərin Cavabdeh tutulmasını şərtləndirməklə, qətnamənin su təchizatına görə tutulan pulun məbləği hissəsində dəyişdirilməsinə, bu məbləğlərin X3 xeyrinə tutulması hissəsində isə rədd edilməsi üçün əsas yaradır. Belə ki, X3 belə bir tələbi olmamışdır.

71. Apellyasiya instansiyası məhkəməsi, cavabdehdən mənzillərə vurulmuş maddi zərərin əvəzi kimi ondan X21 xeyrinə 5.000 manat pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin mənzillərə konkret olaraq hansı zərərin vurulması aydın deyil. Mülki iş materiallarında olan "xxxx" MMC-nin rəyi mötəbərlilik baxımından cavabdehdən hər hansı məbləğdə zərərin tutulması üçün əsas yaratmır. Həmin rəydə göstərilən 5.000 manat zərərin hansı qaydada hesablanması açıqlanmamış, zərərlə nəticələnən hərəkətlər ayrıayrılıqda təsbit edilməmiş, zərər çəkmiş əşyaların hər hansı biri təsvir edilməmiş, zərərin növü, həcmi göstəril məmişdır. Mütəxəssisin bu qənaətinin əsası olaraq, cəmi 5 cümlə qeyd edilmişdir ki, bu da mövcud vəziyyətdə cavabdehdən hər hansı məbləğdə zərərin tutulmasını istisna edir və qətnamənin bu hissədə ləğv edilərək, iddianın rədd edilməsini şərtləndirir. Lakin, apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, məhkəmə kollegiyasının bu mövqeyi X26 tərəfindən sözügedən mənzillərə və orada olan əşyalara vurulmuş real zərər aradan qaldırıldıqdan sonra, onun bu işə çəkilmiş xərci təsdiq edən sənədləri (ödəniş qəbzlərini və sair) təqdim etməklə və həmin zərərin məhz cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində vurulduğunu sübut etməklə, ayrıca icraatda cavabdehə qarşı real olaraq qarşılanmış real zərərin məbləğinin əvəzinin tutulması tələbini irəli sürmək hüququnu istisna et mir.

72. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçıların eyni məzmunlu kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı mübahisələndirilən hissələrdə qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iddiaçıların kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

73. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçılar X26 və İddiaçı2 ayrı-ayrılıqd a verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-5452/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar