Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-284/2018 15.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-284/2018 şəhəri 15 yanvar 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli 2(107)1667/2017 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki rayon Məhkəməsinin (hakim K.Süleymanov) 15.05.2017-ci il tarixli 2(075)3153/2017 nöm rəli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı-nin xeyrinə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 1.318,90 manat əsas kredit borcu, 173,73 manat faiz və 105,51 manat cərimə olmaqla, cəmi 1.598,14 manat borcun, ödənilmiş 20 manat dövlət rüsumunun müştərək qaydada tutulması, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 10 manat dövlət rüsumunun müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 02.08.2017-ci il tarixli 2(107)-1667/2017 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki rayon Məhkəməsinin 15.05.2017-ci il tarixli 2(075)-3153/2017 nö mrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh2 03.10.2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.08.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verməsi üçün onun dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 18.10.2017-ci il tarixli 2(107)-1667/2017 nömrəli qərardadı ilə Cavabdeh2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.08.2017-ci il tarixli 2(107)1667/2017 nömrəli qətnaməsindən kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi rədd edilmişdir. Cavabdeh2 iş üzrə Şəki Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onu dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin etməkdən imtina edərkən, maddi imkanının olmamasını nəzərə almamış, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli qərardadının ləğv edilməsini, onun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.08.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin İddiaçı-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 18.10.2017-ci il tarixli qərardadı ilə Cavabdeh2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.08.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsini təmin etməkdən imtina edərkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Azərbaycan Res publikası MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Azərbaycan Respublikası MPM-in 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Göründüyü kimi, qanunverici tərəfin maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanının olmadığı müəyyən edildiyi halda, onun dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini nəzərdə tutur. Lakin cavabdeh maddi imkanının olmamasının təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmaması qənaətinə gəlmək üçün yetərincə əsaslar yoxdur. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi cavabdehin ərizəsini rədd edərkən haqlı olmuşdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin et mədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli 2(107)-1667/2017 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-284/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-284/2018
15.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver