Məhkəmə qərarları › İş №2(102)-2840/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2840/2025

29.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2840/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X38, X44, X29, X30 və X20 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşayış binasıda quraşdırılmış liftlərdə kart sisteminin və parklanma yerlərinə quraşdırılmış maneələrin aradan qaldırılması, liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMMC-yə qarşı “çoxmənzilli yaşayış binasının ərazis inə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına və həmin binanın yaşadığı blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 15 may tarixli 2(103)-1694/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilən kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X38, X29, X30, X45 və X44 faktiki olaraq Cavabdeh MMMC tərəfindən idarə edilən ünvan 1 ünvanında yerləşən binada mənzil mülkiyyətçiləridir. İddiaçı məxsus mənzil binanın A blokunda, Zaman Calalova məxsus mənzil B bl okunda, Behrud Nəcəfova məxsus mənzil C1 blokunda, Əliağa Babayevə məxsus mənzil C2 blokunda, Məhərrəm Rəcəbova məxsus mənzil D1 blokunda, İlham İsmayılova məxsus mənzil isə D2 blokunda yerləşir.

2. Cavabdeh MMMC mənzil mülkiyyətçilərindən bəzilərinin kommunal xidmət haqlarını ödəməməsi səbəbindən həmin mülkiyyətçilərin ümumi əmlakın saxlanmasında iştirak etmədiklərinə istinad edərək, məcburiyyət tədbiri kimi bəzi liftlərə kart sistemi tətbiq edib (bəzilərinə isə tətbiq etməyə cəhd etsə də, narazılıq səbəbindən sistem quraşdırılmayıb), kommunal ödənişləri ödəməyən mülkiyyətçilərin kartlarını deaktiv edib, həmçinin binanın həyətinə və binaya məxsus parklanma yerlərinə girişdə şlaqbaumlar quraşdırıb. 3. "xxxx" MMC-nin direktoru, Cavabdeh MMMC-nin İdarə heyətinin sədri, MMMC-nin santexniki, e lektrik montyoru və gözətçisi tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, lift xidməti sistemi üzrə Cavabdeh MMMC-yə təhvil verilmiş 13 dəst “Otis” markalı liftlərindən 2 ədəd lift işlək vəziyyətdə deyildir.

4. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 2 ünvanında yaşayan vətəndaş Zöhrab Məmmədliyə və başqalarına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Xətai prospekti 38 nömrəli binanın qarşısında yüngül konstruksiyadan quraşdırılmış qurğu ləğv edilmiş, MMC rəhbərliyinə sakinlərə narahatlıq yaradan hallara yol verilməməsinin zəruriliyi barədə xəbərdarlıq edilmişdir.

5. Cavabdeh MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2 023-cü il tarixli qiyabi səsverməsinin nəticələrinə dair protokolunda 256 sahə mülkiyyətçisinə bildiriş göndərilməsi, 217 sahə mülkiyyətçisinin iştirak etməsi qeyd edilmişdir. “Binanın saxlanması üçün müəyyən edilmiş ödənişlərin vaxtında və tam yığılması ilə əlaqədar bütün qanuni tədbirlər görülsün, o cümlədən binanın kommunikasiya və avadanlıqlarından fərdi istifadə etməyə yönəlmiş texnologiyaların tətbiqi İdarə Heyətinə tapşırılsın” məzmununda olan 9-cu bəndin qarşısında 214 səs lehinə, 0 səs əleyhinə, 3 səs bitərəf qeydləri aparılmış və bu barədə müsbət qərar qəbul edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-580/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokunda yerləş ən liftlərdən və binaya məxsus parklanma yerlərindən ərizəçi İddiaçı istifadəsinə maneələrin yaradılması Cavabdeh MMMC-yə qadağan edilmişdir.

7. Cavabdeh MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsverməsinin nəticələrinə dair protokolunda 20969 (ümumi səs sayı) sahə mülkiyyətçisinə bildiriş göndərilməsi, 16592 (səs sayı) sahə mülkiyyətçisinin iştirak etməsi qeyd edilmişdir. Həmçinin “... ahıllar və həyətdə oynayan uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə binanın həyətində avtomobillərin park edilməsi qadağan edilsin və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumlardan istifadə edilsin...” məzmununda olan 8ci bəndin qarşısında 16343,3 səs lehinə (98,99 %), 167,20 səs əleyhinə (1,01 %), 0 səs bitərəf qeydləri aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına və həmin binanın yaşadığı blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, təmiri, kommunal xidmətlərin göstərilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə "x xxx" MMMC təsis edilmişdir. Daha sonra həmin cəmiyyətin adı Cavabdeh MMMC-yə dəyişdirilmişdir. Cavabdeh MMMC-nin idarə heyətinə 7 nəfər mülkiyyətçi (X13, X39, X51, X21, X40, X14, X70, X12, X41, X31, X15, X52 və X53) ümumi yığıncaq keçirmədən özlərini seçərək, X8 isə idarə heyətinin sədri təyin etmişlər. İddiaçı və binanın digər sakinləri idarə heyətinin sədri, üzvləri və komissiya üzvlərinin seçilməsində iştirak etməmiş və ümumi yığıncağa çağırılmamışlar. Hətta bəzi sakinlərin idarə heyətinə üzv seçilmələrinə dair özlərinin məlumatı yoxdur. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə guya keçirilən ümumi yığıncaqlardan iddiaçı və binanın digər sakinlərinin xəbəri olmamış, bildirişlər onlara göndərilməmiş və onlar iştirak etməmişlər. Həmin idarə heyətinin fəaliyyətsizl iyi nəticəsində 300-dən çox ailəni su ilə təmin edən hovuz antisanitar vəziyyətdə, lil-palçıqlı olduğundan mənzillərə çirkab, qumlu su verilir, binanın 2 lifti işləmir, biri banka icarəyə verilib, digəri isə ofis üçün dəmir qapı ilə bağlanmış, ümumiyyətlə liftlərə texniki xidmət göstərilmir, həyətdə heç bir abadlaşdırma, yaşıllıq işləri aparılmır, ərazinin mühafizəsi formal xidmətə çevrilmiş, avtodayanacaq yarımçıq tikili şəklində insanların həyatına real təhlükə mənbəyi olmuş, avtomobil yolunun asfalt örtüyü üzərində çuxurlar olmaqla yanaşı, səliqəsiz vəziyyətdədir. Qanunsuz olaraq liftlərə kommunal xidmətlərini ödəməyən sakinlərə təzyiq etmək üçün kart sistemi tətbiq edilmiş, həyətdə yerləşən avtomobil dayanacağı, bank işçilərinə xidmət edir, sakinlər üçün isə şlaqbaum qoyulmaqla kommuna l xidmətlərdən əlavə hər ay qanunsuz olaraq 80-100 manat məbləğində pul tələb edilir. Sakinlərin mənzillərinə dair çıxarışlarının alınması üçün zəruri sənədlərin verilməsinə görə 510 manat məbləğində pul tələb edilir. Bir sözlə, MMMC hazırda sakinlərin maraqlarını təmin etmək əvəzinə qanunsuz sahibkarlıq fəaliyyəti göstərir. Bu dövr ərzində sakinlərdən külli miqdarda pul vəsaiti toplanılsa da, binanın saxlanılması üçün heç bir tədbir görülməmiş, heç bir problem aradan qaldırılmamışdır. Bundan başqa, bu müddət ərzində cəmiyyətdə heç bir dəfə də keçirilməsi qanunla nəzərdə tutulan təftiş keçirilməmiş, pul vəsaitlərinin hesabatı mülkiyyətçilərə təqdim edilməmişdir. İdarə Heyətinin sədri X13 öz vəzifəsindən sui-istifadə edir, öhdəliklərinin icrasından isə yayınır, şəxsi ambisiyalarından və kom mersiya maraqlarından çıxış edərək, sakinləri kütləvi şəkildə təhqir və təhdid etməkdən, təhqiredici məktub yazmaqla sakinlərə aid məhkəmə aktlarını həmin məktuba qoşub digər bütün sakinlərə göndərməkdən, hətta sakinləri milli ayrı-seçkiliyə təhrik etməkdən belə çəkinmir. Haqlarını tələb edən sakinlər isə Cəmiyyətin rəhbərliyi tərəfindən şər-böhtan atılmaqla polisə verilirlər. Bununla yanaşı, kommunal ödənişlər mühasibatlıq tərəfindən deyil, santexnik, fəhlə tərəfindən yığılır. Bütün bunlar nəzərə alınaraq, qanunvericiliyə uyğun qaydada 16 oktyabr 2023-cü il tarixdə 171 mənzil mülkiyyətçilərindən (ümumi sahə mülkiyyətçilərinin 51 faizindən artıq sayda) ibarət ümumi yığıncaq keçirilmiş və yeni idarə heyətinin seçilməsi qərarı qəbul edilmişdir. Nəticədə İddiaçı İdarə Heyətinin sədri, X5 mü avini, X42, X30, X7, X29, X23, X54 və X2 Heyətinin üzvləri, X3 Komissiyasının sədri, X32 və X9 Komissiyasının üzvləri, X4 Komissiyasının sədri, X62 və X1 Komissyiasının üzvləri seçilmişlər. Ümumi yığıncaqda hər bir mənzil mülkiyyətçisi şəxsən canlı səsvermədə iştirak etmiş və yekdilliklə göstərilən qərarı vermişlər. Bununla bağlı iddiaçı tərəfindən Ədliyyə Nazirliyinə müraciət olunmuş və uzun çəkən prosesdən sonra sənədlər geri qaytarılmaqla izah edilmişdir ki, müraciət ərizəsinə möhür vurulmalıdır. X43 MMMC-nin ali orqanı olan ümumi yığıncağın, İdarə Heyətinin dəyişdirilməsi haqqında qanuni qərarını özbaşına rədd edərək, qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi zəruri olan sənədləri imzalamaqdan və möhürlə təsdiq etməkdən qəti imtina etmişdir. Gülnarə Cəbrayılovanın qanunsuz hər əkətləri və özbaşınalığı nəticəsində sənədlər möhürlə təsdiq olunmadığı üçün mülkiyyətçilərin səs çoxluğu ilə yeni seçilmiş idarə heyəti Ədliyyə Nazirliyi tərəfindən qeydə alına bilmir. Cavabdeh MMMC-yə məxsus möhür, maddi-texniki vasitələr, maliyyə, mühasibatlıq və digər hüquqi sənədlərin cavabdeh MMMC-nin sabiq İdarə Heyətinin sədri X6 alınaraq MMMC-nin ali orqanı olan Ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş İdarə Heyətinin sədrinə, yəni iddiaçıya verilməsi ilə bağlı artıq məhkəməyə müraciət edilmişdir. Hazırkı tələb onunla bağlıdır ki, cavabdeh MMMC tərəfindən qanunsuz olaraq liftlərə kart sistemi quraşdırılır və sakinlərin lift kartları bloklaşdırılır. Bunun səbəbi isə kommunal borcları ödəməyən sakinlərə lift kartını bloklaşdırmaqla təzyiqin göstərilməsidir. Halb uki, təhlükəsizliyin qorunması məqsədilə sakinlər öz təşəbbüsləri ilə hər bir blokun girişinə domofon quraşdırmış və buna görə də sakinlər tərəfindən həmin şirkətə aylıq xidmət haqqı ödənilir. Bundan başqa, qanunsuz olaraq mənzil mülkiyyətçilərinin avtomobili üçün nəzərdə tutulmuş və ümumi əmlak hesab edilən sahəyə qanunsuz olaraq şlaqbaumlar yerləşdirilmiş, sakinlərdən avtomobil parklanmasına görə əsassız və qanunsuz olaraq, kommunal xidmətlərdən əlavə parkingə görə vəsait tələb edilir. Cavabdeh MMMC tərəfindən iddiaçının və binanın digər sakinlərinin hüquqlarının məhdudlaşmasına səbəb olan hərəkətlərin qarşısının alınması üçün tədbirlər görülməlidir. İddiaçının və binanın digər sakinlərinin mənzillərinin üst mərtəbələrdə yerləşməsi, eyni zamanda onların yanına qonaqların gəlib-getməsi və s. səbəbindən liftdən istifadənin zəruriliyi, eyni zamanda avtomobillərinin saxlanılması üçün nəzərdə tutulmuş parklanma yerinin birgə mülkiyyət olması nəzərə alınmaqla, konstitusion və fundamental mülkiyyət hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə ərizə təmin edilməli, mənzillərə maneəsiz giriş-çıxış bərpa olunmalı, lift kartlarının bloklaşdırılması və kart sisteminin tətbiq edilməsi, eyni zamanda parklanma yerinə quraşdırılmış şlaqbaum və ödənişin tələb edilməsi dayandırılmalıdır. Eyni zamanda, artıq uzun müddətdir ki, binanın C1 və D2 bloklarında illərlə nasaz vəziyyətdə olan liftlər mövcuddur. Bununla bağlı bina sakinləri olaraq dəfələrlə, cavabdehə müraciət etsələr də, cavabdeh pul vəsaitinin olmamasını bəhanə gətirir. Halbuki, iddiaçı və binanın digər sakinləri pul vəsaitl əri ilə bağlı da dəfərlərlə hesabtların təqdim olunmasını tələb etsələr də, müraciətləri cavabsız qalır. Belə olan halda, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sistemi və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumlar Cavabdeh MMMC-nin vəsaiti hesabına sökülərək, əvvəlki vəziyyətə qaytarılmalı, eyni zamanda, binanın D2 və C1 bloklarına liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X38, X44, X29, X30 və X45 cavabdeh MMMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bak ı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına və həmin binanın hər bir blokunda yerləşən liftlərdən istifadəyə maneçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi və həmin binanın D2 və C1 bloklarına liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdeh Nəsimi-45 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbi iddiaçının tələbi ilə eyni dəlillərlə əsaslandırılmışdır.

12. Birinci instansiya məhkəməsi tərəfindən binaya yerli baxış keçirilmiş, yerli baxış zamanı müəyyən edilmişdir ki, binanın həyətinə və altında yerləşən parklanma yerinə giriş-çıxışlarda şlaqbaumlar yerləşdirilib. Həm yerli baxış zamanı, həm də məhkəmə araşdırmaları dövründə tərəflərin izahatları və iş materialları əsasında məhkəmə tərəfindən, həmçinin İddiaçı mənzilinin yerləşdiyi A blokunda liftlərdən istifadəyə maneçilik törədən kart sisteminin olmaması, Calalov Zamana məxsus mənzilin yerləşdiyi B blokunda kart sistemi olsa da, işlək olmaması, Nəcəfov Behbudun mənzilinin yerləşdiyi C1 blokunda yük liftinin işləməməsi və digər liftə kart sisteminin tətbiq edilməsi (qapağı qırılsa da, sistem işləkdir), Babayev Əliağaya məxsus mənzilin olduğu C2 blokunda liftə kart sisteminin tətbiq edilməsi, Rəcəbov Məhərrəmin mənzili olan D1 blokundakı liftlərdə kart sisteminin quraşdırılmasına cəhd edilməsinə baxmayaraq, quraşdırılmaması, İsmayılov İlhamın mənzilinin y erləşdiyi D2 blokunda olan yük liftinin işləməməsi və digər liftə isə kart sisteminin tətbiq edilməməsi müəyyən edilmişdir.

13. Binanın yanında olan yarıtikili parklanma yeri həm iddiaçının, həm də üçüncü şəxslərin iddia ərizələrində mübahisələndirilsə də, cavabdeh tərəf həmin tikilinin başqa şəxsin mülkiyyətində olduğuna dair sənədlər təqdim etdiyindən, sözügedən parklanma yerinin binanın ümumi mülkiyyətində olmadığı müəyyən edilmişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(006)-2113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMMC-yə qarşı iddia ərizəsinin qismən təmin edilməsi, - Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə İddiaçı avtomobillə gir iş-çıxışına və bina ərazisində avtomobilinin saxlanılmasına maneçiliyin törədilməsinin cavabdeh MMMC-yə qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin Cavabdeh MMMC-dən alınaraq iddiaçıya verilməsi, qalan hissəsinin iddiaçıya aid edilməsi; - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X17, X25, X10, X11 və X20 iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə X17, X25, X10, X11 və X20 avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi, - X17 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku) və X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162, M7, m1) yerləşdiyi (D2 bloku) bloklarda yük liftlərinin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdeh MMMC-nin üzərinə qoyulması, - X25 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 203 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 166, M9, m2) yerləşdiyi (B bloku), X17 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku), X20 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 316 nömrəli mənzilin (Yeni qaydalar la Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 170, M15, m2) yerləşdiyi (C2 bloku) bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsinin (tətbiq olunan kart sisteminin bloklaşdırılması və s.) cavabdeh MMMC-yə qadağan edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının qalan hissələrdə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin cavabdeh MMMC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X26, X34, X18, X19 və X35 verilməsi, qalan hissəsinin üçüncü şəxslərə aid edilməsi qət edilmişdir (hakim-Günay Abidova).

15. Məhkəmə iddiaçının “binanın ərazisinə bina sakinlərinin avtomobillə girişçıxışına, bina ərazisində avtomobillərinin saxlanılmasına maneçilik törədilməsinin cavabdeh MMMC- yə qadağan edilməsi” tələbi ilə bağlı hesab etmişdir ki, mənzil mülkiyyətçisi kimi iddiaçı mənzilinin yerləşdiyi binanın ümumi ərazisinə aid olan həyətə və parklanma yerinə avtomobillə giriş-çıxış etmək, bina ərazisində avtomobil saxlamaq hüququna malikdir. Buna görə də iddiaçı özünə münasibətdə belə bir tələblə çıxış etməkdə haqlıdır. Binanın idarə edilməsini həyata keçirən cavabdeh MMMC binanın parklanma yerlərinə və həyətinə giriş-çıxışlarda şlaqbaumların kommunal borclarını ödəməyən mənzil mülkiyyətçiləri üçün məcburiyyət tədbiri kimi quraşdırıldığını bildirsə də, məhkəmə hesab etmişdir ki, borclarını ödəməyən şəxslərə münasibətdə belə tədbirlər əvəzinə qanuni tədbirlər həyata keçirməlidir. Məsələn, həmin şəxslərdən borcun tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edil məsi və ya artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin məcburi icra edilməsinin tələb edilməsi və s.

16. Məhkəmə araşdırmaları dövründə - hazırkı baxış iclasında cavabdeh MMMC, həmçinin, Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş məktuba istinadən binanın həyətində parklanmanın qadağan edilməsinə dair qiyabi səsvermə qərarını məhkəməyə təqdim etsə də, məhkəmə hesab etmişdir ki, nə həmin məktub, nə də necə keçirilməsi, səslərin necə hesablanması və s. məlum olmayan qiyabi səsvermə nəticəsində qəbul edilmiş qərar binada mənzili olan mülkiyyətçinin həmin binanın ümumi mülkiyyəti sayılan həyətinə avtomobillə giriş-çıxışına və ümumi mülkiyyətdə olan ərazidə avtomobil saxlamasına qadağa qoymaq üçün tutarlı əsaslar deyildir. Çünki mənzil mülkiyyətçisi olan iddiaçı ümumi mülkiyyətdə olan bina ərazisindən avtomobillə və ya avtomobilsiz maneəsiz istifadə etmək hüququna malikdir. Bunu yanğın təhlükəsizliyi, həyətdə oynayan uşaqların, oturan ahılların təhlükəsizliyi və s. ilə əsaslandıran MMMC nəzərə almalıdır ki, qanunla mənzil mülkiyyətçilərinə məxsus olan bu hüququ məhdudlaşdırmaq əvəzinə, başqa şəxslərin binanın həyətinə maşınla girməsinə şərait yaratmaması kifayətdir. Çünki mənzil mülkiyyətçisinin binanın yanğın təhlükəsizliyinə, bina sakinlərinin təhlükəsizliyinə və s. kimi təhlükəsizlik tədbirlərinə xələl gətirəcək hərəkətlərə yol verməsi (yanğınsöndürən maşına şərait yaratmamaq, bina sakinlərinin toplaşdığı, uşaqların oynadığı yerlərdə maşın saxlamaq və s.) heç də ağlabatan deyildir.

17. Bundan əlavə, istinad edilən qərarın məhz hazırkı məhkəmə baxışı iclasında m əhkəməyə təqdim edilməsi (sonuncu hazırlıq iclasından sonra hazırlanması nəzərə alındıqda) həmin qərarın mötəbər hesab edilməməsi üçün əlavə zəmin yaradır. Lakin qeyd edilməlidir ki, iddiaçı bu tələbini bina sakinlərinə münasibətdə, yəni onların adından irəli sürsə də, onun bina sakinləri adından belə bir tələblə çıxış etməyə səlahiyyətinin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsi qismən – yalnız iddiaçının özünə münasibətdə təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə iddiaçının avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobilinin saxlanılmasına maneçiliyin törədilməsi cavabdeh MMMC-yə qadağan edilməli, bu tələb qalan hissədə təmin edil məməlidir.

18. İddiaçının “binanın yaşadığı blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi” tələbi ilə bağlı isə məhkəmə qeyd edib ki, iddiaçının yaşadığı müəyyən edilən A blokunda liftlərdən istifadəyə hər hansı maneçilik törədilməsi, liftdə kart sisteminin olması və s. bu kimi hallar müəyyən edilmir. Tərəflər buna cəhd edildiyini, lakin sakinlərin, xüsusən iddiaçının narazılığı səbəbindən həmin bloka kart sistemi quraşdırılmadığını mübahisələndirmirlər. İddiaçı da gələcəkdə belə hərəkətlər olarsa, preventiv tədbir kimi bu tələbi irəli sürmüşdür. Lakin məhkəmə hesab etmişdir ki, hazırda iddiaçının tələbində göstərdiyi hal mövcud olmadığından, yəni iddiaçının yaşadığı blokda liftlərdən istifadəyə maneçilik törədilməsi müəyyən edilmədiyin dən, tələbin bu hissəsinin təmin edilməsinə zərurət yoxdur. Buna görə də məhkəmə hesab edib ki, iddiaçının tələbinin bu hissəsi təmin edilməməlidir.

19. Üçüncü şəxslərin iddia tələbinin “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına, bina ərazisində avtomobillərinin saxlanılmasına maneçilik törədilməsinin cavabdeh MMMC-yə qadağan edilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edib ki, bu tələblər üzrə tərəflərin dəlilləri və işin faktiki halları eynilik təşkil etdiyindən, məhkəmə yuxarıda ifadə etdiyi mövqeyini təkrarlayaraq bu tələbin qismən təmin edilməsi qənaətinə gəlir. Qeyd edilənlərə istinadən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisi nə üçüncü şəxslərin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi Cavabdeh MMMC-yə qadağan edilməli, bu tələb qalan hissədə təmin edilməməlidir.

20. Məhkəmə üçüncü şəxslərin “binanın hər bir blokunda yerləşən liftlərdən istifadəyə maneçilik törədilməsinin cavabdeh MMMC-yə qadağan edilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı Calalov Zamana məxsus mənzilin yerləşdiyi B, Nəcəfov Behbudun mənzilinin yerləşdiyi C1 və Babayev Əliağaya məxsus mənzilin olduğu C2 bloklarında olan liftlərə kart sistemlərinin quraşdırılması müəyyən edildiyindən, lift də binanın həyəti və parklanma yeri kimi ümumi mülkiyyət hesab edildiyindən, məhkəmə hesab edib ki, tələbin bu hissəsinin qismən, yəni X25 mülkiyyətində olan ünvan 1 ünv anında yerləşən 203 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 166, M9, m2) yerləşdiyi (B bloku), X17 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku), X20 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 316 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 170, M15, m2) yerləşdiyi (C2 bloku) bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsinin (tətbiq olunan kart sisteminin bloklaşdırılması və s.) cavabdeh “MMMC-yə qadağan edilməsi formasında təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi məqsədə müvafiqdir. Çünki digər liftlərə kart sisteminin tətbiq edilməsi müəyyən edilməmiş, bəzi liftlər ə kart sisteminin quraşdırılmağa cəhd edilməsi, lakin çoxsaylı narazılığa görə bunun baş tutmaması qeyd edilmişdir. Məhkəmə yuxarıda göstərdiyi kimi, bu faktı tələbin təmin edilməsi üçün tutarlı əsas saymır.

21. Məhkəmə üçüncü şəxslərin “binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdeh Nəsimi-45 MMC-nin üzərinə qoyulması” tələbi ilə bağlı qeyd etmişdir ki, həmin bloklarda olan yük liftlərinin işləməməsi hazırkı iş üzrə tərəflərin mübahisələndirmədiyi haldır. Cavabdeh MMMC sakinlərdən yığılan kommunal ödənişlərdən başqa heç bir vəsaitinin olmadığını bildirsə də, məhkəmə hesab etmişdir ki, mənzil qanunvericiliyinə əsasən, işləməyən liftlərin təmirini təmin etmək öhdəliyi MMMCnin üzərindədir. Cavabdehin təqdim etdiyi qiyabi səsvermənin nəticəsinə dair son qərarda da liftlərin saz vəziyyətə gətirilməsi üçün tədbir görülməsi (kredit götürülməsi barədə qərar qəbul edilməsi) MMMC-nin bu öhdəliyini qəbul etməsinə dəlalət edir.

22. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz həmin bloklarda yaşayan üçüncü şəxslərin iddiaları bu hissədə təmin edilməli, onların tələbi təmin edildiyindən, prosessual qənaət prinsipinə əsasən, digər üçüncü şəxslərin bu barədə tələbi isə təmin edilməməlidir. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, X17 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku) və X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162, M7, m1) yerləşdiyi (D2 bloku) bloklarda yük liftlərinin saz vəziyyətə gətirilməsi öhdəliyi cavabdeh MMMC-nin üzərinə qoyulmalıdır.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.135.2, 43, 141.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 227.1, 229.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Qətnamədən narazı qalan cavabdeh MMMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayətində göstərilmişdir ki, həmin şəxslərin binanın ərazis inə avtomobillə giriş-çıxış etməsinə MMMC tərəfindən heç bir məhdudiyyət qoyulmamış, onların sadəcə ümumi mülkiyyətdə olan ərazidə avtomobil saxlanmasına məhdudiyyət qoyulmuşdur ki, bu da onların kommunal borcları ödəməməsi səbəbindən deyil, binanın yanğın təhlükəsizliyinə, bina sakinlərinin təhlükəsizliyinə görə edilmiş bir hərəkətdir. Çünki bu zaman yanğın söndürən maşınlar binanın həyətinə daxil ola bilmirlər. Məhkəmə isə qərarında bu səbəbləri ağlabatan hesab etməmişdir. Əgər bu səbəblər ağlabatan deyilsə, niyə Fövqəladə Hallar Nazirliyi maşınların yolu bağlamasına görə MMMC-ni 2500 manat məbləğində cərimə edib? Mənzil qanunvericiliyinə əsasən xərclərin istiqamətlərinin müəyyənləşdirilməsi, mailiyyə planı hazırlamaq və onu təsdiq etmək ümumi yığıncağın səlahiyyətinə aiddir. Mənzil mülk iyyətçiləri pul toplayırlar və onu özlərinin müəyyənləşdirdikləri xərclərin ödənilməsi üçün istifadə edirlər. Onlar əgər yığılan pul vəsaitini C1 və D2 bloklarındakı liftləri saz vəziyyətə gətirilməsinə məsrəf etsələr digər məsələləri həll etməyə vəsait qalmayacaq. Əsaslı təmir üçün qanunvericilk müəyyən edir ki, fond yaradılmalıdır və bu fonda pul yığılmalıdır. Pul isə mülkiyyətçilərdən toplanmalıdır. İdarə heyətinin sədri əsaslı təmir üçün xərci öz hesabına ödəməli deyil. Cavabdeh MMMCnin ümumi yığıncağının qərarları Mənzil Məcəlləsinin 44-47 və 126.9-cu maddələrinin tələblərinə tam uyğun olaraq keçirilmiş, həmin qərarlar cəmiyyətin üzvlərinin imzaları ilə təsdiq edilmişdir. Məhkəmə MMMC-nin ümumi yığıncağın buna dair qərarı olmadan sahə mülkiyyətçilərindən yığılan vəsaiti hansısa işlərə sərf etmək hüququna malik deyildir. Binanın saxlanması üçün sahə mülkiyyətçilərindən nə qədər pul yığılması həmin pulların konkret olaraq hara xərclənməsini ümumi yığıncaqda səsvermə yolu ilə çoxluq müəyyən etməlidir. Əgər cəmiyyətin üzvlərinin çoxu buna səs versə, pul vəsaitləri liftlərin əsaslı təmirinə xərclənəcəkdir. Belə olduğu təqdirdə çoxluğun qərarı ilə təsdiq edilməli olan bir qərar barəsində bir neçə nəfərin tələbi əsasında qərar verilməsi qanuni hesab edilə bilməz. Hansısa əsaslı təmir işinin görülməsi üçün bina mülkiyyətçiləri əlavə vəsait toplamalı və bu hesaba həmin işlər icra olunmalıdır. Belə olan halda binada olan sahə mülkiyyətçilərinə bu vəsaiti yığmağa nə mane olur. İstənilən halda bu işlər sahə mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilməlidir.

29. Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyası (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixi, 2(103)-1694/2025 nömrəli qətnamə ilə cavabdeh MMMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər - G.Axundova (sədrlik edən və məruzəçi), X.Mərdanova və S.Bəhrəmzadə).

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd edib ki, binada mənzili olan mülkiyyətçinin həmin binanın ümumi mülkiyyəti sayılan həyətinə avtomobillə giriş-çıxışına və ümumi mülkiyyətdə olan ərazidə avtomobil saxlamasına cavabdeh tərəfindən qadağa qoyulması qanunsuz olmuşdur.

46. Belə ki, cavabdeh bina sakinlərinin binanın həyətindən avtomobili saxlamasına etirazını onunla əsaslandırır ki, bununla bağlı FHN-nin müvafiq məktubu vardır. Lakin yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Bu hüququn sadəcə qeyd edilən məktub əsas götürülməklə məhdudlaşdırılması qanuna ziddir.

31. Cavabdeh sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair protokola istinad edib. İşə baxan məhkəmə isə qeyd edilən səsvermənin necə keçirilməsi, səslərin necə hesablanması barədə sənədlərin təqdim ed ilməməsi əsası ilə onu mötəbər sübut kimi qiymətləndirməmişdir. Cavabdeh tərəfindən sonuncu məhkəmə iclasında xx.xx.2024-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair protokol təqdim edilmiş, lakin qiyabi səsverməyə dair qərarlar həmin protokola əlavə edilməmişdir (İİİ cild, səh 38). Nəzərə alsaq ki, mülki iş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş 2023-cü ildə keçirilmiş qiyabi səsverməyə dair qərarlar sakinlərin ayrı ayrılıqda imzasını əks etdirmiş şəkildə təqdim edilsə də (bax İ və İİ cildə) xx.xx.2024-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair protokola mötəbərliyi təsdiq edilən sübutlar əlavə edilməmişdir.

32. Kollegiya hesab edib ki, işə baxan məhkəmə də, əsaslı olaraq qeyd edilən protokolu mötəbər sübut kimi qiymətləndirib nəzərə almamışdır.

33. O cümlədən ca vabdehin istinad etdiyi xx.xx.2024-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair protokolda binanın həyətində avtomobillərin park edilməsinin qadağan edilməsi və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumdan istifadə edilməsi qeyd edilmişdir.

34. Halbuki, birinci instansiya məhkəməsində işə baxan hakim tərəfindən 16 sentyabr 2024-cü il tarixdə mübahisə predmeti olan binaya yerli baxış keçirilmişdir. Yerli baxış zamanı binanın dayanacağında şlaqbaum mövcud olduğu qeyd edilmişdir (i.v.118,İİ cild)

35. Mülki iş materiallarında olan 2023-cü ilin qiyabi səsverməsinə dair qərarda saxlanma xərcləri, əmək haqqı, üzvlük məsələləri, həyətin abadlaşdırılması, liftlərin əsaslı təmiri və sair məsələlər barədə qərar qəbul edilmişdir (İİ cild, i.v.1-100).

36. Göründüyü kimi çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər ümumiyyətlə səsə qoyulmamış və nəticədə bununla bağlı qərar qəbul edilməmişdir.

37. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili binanın həyətində 25 maşının park edilməsi üçün yer olduğunu bildirmişdir.

38. Kollegiya hesab edib ki, nə qədər ki, ümumi yığıncağın çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri və məhdudiyyətlərlə bağlı qərarı yoxdur və həyətdə ən azı cavabdehin etiraf etdiyi kimi 25 avtomobilin saxlanılması üçün yer mövcuddur, həmin mümkün yerlərdə sakinlərin avtomobillərini saxlamasının qarşısının alınması qanunsuzdur.

39. O cümlədən, iş materiallarında olan fotoşəkillərdən aydın şəkildə görünür ki, binanın həyətində maşınların saxlanıl ması (əlbəttə ki, müəyyən sayda) yolun hər hansı yanğınsöndürən maşının keçməsinə maneə törədəcək şəkildə daralmasına səbəb olmur.

40. Liftlərdən istifadəyə maneəçilik törədilməsinin cavabdeh MMMC-yə qadağan edilməsi ilə bağlı hissədə də məhkəmənin mövqeyini əsaslı hesab edən kollegiya qeyd edib ki, iş materiallarının araşdırılması ilə Calalov Zamana məxsus mənzilin yerləşdiyi B, Nəcəfov Behbudun mənzilinin yerləşdiyi C1 və Babayev Əliağaya məxsus mənzilin olduğu C2 bloklarında olan liftlərə kart sistemlərinin quraşdırılması müəyyən edildiyindən, lift də binanın həyəti və parklanma yeri kimi ümumi mülkiyyət hesab edildiyindən, X25 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 203 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 166, M9, m2) yerləşdiyi (B bloku ), X17 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku), X20 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 316 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 170, M15, m2) yerləşdiyi (C2 bloku) bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsinin (tətbiq olunan kart sisteminin bloklaşdırılması və s.) Cavabdeh MMMC-yə qadağan edilməsi qanuvericiliyin tələblərinə müfaviq hesab edilməlidir.

41. Məhkəmə kollegiyası liftlərin təmiri ilə bağlı cavabdehin kommunal ödənişlərdən başqa heç bir vəsaitinin olmaması və bu vəsaitin kifayət etməməsi ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edib ki, hətta 2023-cü ildə keçirilmiş q iyabi səsvermənin nəticəsində liftlərin əsaslı təmiri də qərara alınmışdır. Cavabdeh bunun üçün bütün lazımı tədbirlər görməlidir.

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4., 227.1., 229.1.-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsi 35.1, 35.2.-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Qətnamədən narazı qalan cavabdeh MMMC (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)1694/2025 saylı iş üzrə, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edərək işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gön dərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, iş materiallarında ümumi yığıncağın qərarını əks etdirən protokol mövcuddur və həmin protokolun əssassız olmasına, onun mötəbər olmamasına dəlalət edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə məhkəmə araşdırması zamanı bu protokolun mötəbərliyi ilə bağlı əlavə sənəd tələb etməmişdir. Bu səbəbdən də məhkəmənin gəldiyi nəticə əsassızdır. Məhkəmə özü birbaşa göstərir ki, torpaqdan istifadə və ona dair hər hansı bir məhdudiyyət tətbiq edilməsi ümumi yığıncağın səlahiyyətlərinə aiddir və ümumi yığıncaq da bu barədə qərar qəbul edib. Məhkəmənin heç bir irad bildirməməsinə baxmayaraq, qiyabi səsvermə keçiri lən zaman hər bir sakinin imzaladığı sənədlər də məhkəməyə təqdim edilmişdir. Əgər məhkəmə təqdim edilmiş sübutu mötəbər sübut hesab etmirdisə, bu barədə qarşı tərəfə bildirməli idi və onun mötəbərliyə dair əlavə sübutların təqdim edilməsini qarşı tərəfdən tələb edə bilərdi.

45. Qətnamənin 51–52-ci bəndlərində xx.xx.2024-cü il tarixli qiyabi səsvermə protokolunda binanın həyətində parklamanın qadağan edilməsi və şlaqbaumdan istifadə edilməsi qeyd edilsə də, birinci instansiya məhkəməsi hələ xx.xx.2024-cü ildə yerli baxış zamanı həyətə şlaqbaumun quraşdırıldığını qeydə almışdı. Həmin protokol məhkəmə qərar çıxarmazdan əvvəl təqdim edilmiş və ümumi yığıncağın qəbul etdiyi və qüvvədə olan qərarı əks etdirirdi. Buna görə iddianın bu hissəsinin təmin edilməməsi lazım idi.

46. Orada şlaqbaumun o lması parklanmaya qadağan edilməsinin sübutu deyildr. Kənar maşınların daxil olmasını qadağan etmək üçün bu şlaqbaumlar quraşdırılmışdır. Məhkəmə qətnamənin 54-cü bəndində qeyd edib ki, cavabdehin nümayəndəsi və vəkili binanın həyətində 25 maşının park edilməsi üçün yer olduğunu bildirmişdir. Bəli, cavabdeh bu faktı təsdiq edib. Lakin həmin avtomobillər binanın həyətində saxlanılan zaman burada yanğınsöndürmə maşınlarının hərəkət etməsi, manevr etməsi qeyrimümkün olur. Gecə vaxtı isə ümumiyyətlə həyətdə çox sıx şəkildə avtomobillər park edilir və bu isə yanğınsöndürmə maşınlarının həyətə daxil olması, lazımi yerdə dayanıb yanğının söndürülməsi üçün işlərin aparılmasını qeyri-mümkün edir. Bina 20 mərtəbəli binadır və əgər gecə vaxtı yanğın baş verərsə, həyətdə olan maşınların oradan çıxarıl ması və yanğınsöndürmə maşınlarının həyətə daxil olması üçün sakinlərin tapılması yəni, hansı maşının kimə aid olmasını müəyyən etmək, yuxarı mərtəbələrdən həmin şəxslərin çağırılması və onların maşınları həyətdən çıxarması xaosun yaranmasına və yanğının qarşısının vaxtında alınmasının qeyri-mümkün olmasına və beləliklə də binada yaşayan sakinlərin, onların ailə üzvlərinin həyatının, sağlamlığının və əmlakının ciddi təhlükə qarşısında qalmasına səbəb olacaqdır və yalnız bu səbəbdən, həmçinin həyətdə uşaqların rahat oynaması, ahılların dolaşması üçün təhlükəsiz şəraitin mövcud olması səbəbilə bu tədbirlərin görülməsi barəsində ümumi yığıncağın yəni, binada olan mənzil mülkiyyətçiləri səs çoxluğu ilə qərar qəbul etmişdir.

47. Həmçinin məhkəmə özü qeyd edir ki, ümumi yığıncağın 28 dekabr 20 23-cü ildə qəbul edilmiş qərarı var və həmin qərarı hər bir sahə mülkiyyətçisi imzalayıb, səs çoxluğu mövcuddur və burada qərarın səs çoxluğu ilə qəbul edilib-edilməməsi ilə bağlı hər hansı bir mübahisə mövcud deyildir. Beləliklə, məhkəmə məhz həmin qərarı mötəbər sübut hesab edir. Lakin həmin qərarın 9-cu bəndində də müəyyən edilmişdir ki, binanın saxlanması üçün müəyyən edilmiş ödənişlərin vaxtında və tam yığılması ilə əlaqədar bütün qanuni tədbirlər görülsün, o cümlədən də binanın kommunikasiya və avadanlıqlarından fərdi istifadə etməyə yönəlmiş texnologiyaların tətbiqi idarə heyətinə tapşırılsın. Beləliklə 28 dekabr 2023-cü ildə binada olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə liftlərə onlardan fərdi qaydada istifadə etməyə, yəni pulu ödəməyən şəxslər tərəfindən liftlə rə istifadəni məhdudlaşdıran texnoloji avadanlıqların quraşdırılması barəsində qərar qəbul edilib. Buna baxmayaraq məhkəmə bu qərarın mötəbərliyini qəbul etsə də, bunu nəzərə almamış, əsassız olaraq bu cür qərarı qanunsuz hesab etmişdir. Bu isə qanun pozuntusudur.

48. Məhkəmə qətnamənin 56-cı bəndində qeyd edib ki, 2023-cü ildə keçirilmiş qiyabi səsvermənin nəticəsində liftlərin əsaslı təmiri də qərara alınmışdır. Bu səbəbdən də, bunu əsas götürməklə məhkəmə iddianın həmin hissədə təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bu qanunsuz və əsassızdır. Belə ki, məhkəmə həmin qərarın 8-ci bəndində göstərilən məsələni nəzərə almamışdır. Orada qeyd edilib ki, özlərinin topladığı ianələr hesabına və bundan əlavə hər ay yığılan binanın saxlanma haqqları hesabına ayda 3000 manat və möhlətli faizsiz hissə-hissə ödəniş edilməsi şərtilə binanın həyətinin və girişlərinin abadlaşdırılması, həyətdə söhbətgahların, uşaqlar üçün oyun və idman qurğularının quraşdırlması, liftlərin əsaslı təmir edilməsi, kamera sisteminin quraşdırılması işlərinin icrası üçün təchizatçı şirkətlərlə müqavilə bağlanması İdarə Heyətinə tapşırılsın. Göründüyü kimi təchizatçı şirkətlərlə möhlətli ödəniş barəsində müqavilə bağlanması, razılıq əldə edilməsi şərti ilə yəni ayda cəmi 3000 manat ödənilməsi şərti ilə möhlət alınması və bu cür möhlətli şərtlərlə müqavilə bağlaması şərti ilə təmir işləri, o cümlədən də liftlərin əsaslı təmir edilməsinin həyata keçirilməsi qərara alınmışdır. Lakin məhkəmə yanlış olaraq qərarı kobud surətdə səhv şərh edərək elə nəticəyə gəlib ki, g uya ümumi yığıncaq liftlərin təmir edilməsi ilə bağlı qərar qəbul edib. Məhkəmədə bu barədə dəfələrlə bildirilib ki, bu işlərin görülməsi üçün MMMC-nin əlavə vəsaiti yoxdur və bunun üçün sakinlərdən əlavə vəsait yığılmalıdır və yaxud hansısa şirkətlərlə danışılıb onlardan uzunmüddətli möhlət şərti ilə həmin təmir işləri görülməlidir. Lakin məhkəmənin qətnaməsi qüvvəyə mindikdən sonra məhkəmə icraçıları bu qərarın icrasını tələb edəcəklər. Hansı ki, müəssisənin liftin təmiri üçün tələb olunan 40.000 manatdan artıq məbləğin hissə-hissə ödənilməsi ilə bağlı lifti təmir edən şirkətlərlə heç bir müqaviləsi yoxdur. Eyni zamanda bu şirkətlər ilə güzəştli şərtlərlə yəni ödənişlərin hissə-hissə ödənilməsi şərtlilə liftlərin təmir edilməsi ilə bağlı müqavilə bağlamaq mümkün olmamışdır. Ola bilsin ki, bu heç mümkün olmayacaqdır da. Məhkəmənin qətnaməsi qüvvəyə mindikdən sonra belə çıxır ki, müəssisə bu işi mütləq görməlidir. Bu işlərin görülməsi üçün vəsait yoxdur. Beləliklə də gələcəkdə icrası qeyrimümkün olan qanunsuz məhkəmə qərarı qüvvəyə minə bilər, bu isə yol verilməzdir. Hətta 29 oktyabr 2024-cü ildə keçirilmiş ümumi yığıncağın qərarının 7-ci bəndindən göründüyü kimi ümumi yığıncaq yəni, binanı idarə etmək səlahiyyəti olan ali idarə etmə orqanı qərar qəbul edib ki, həmin liftlərin təmir edilməsi üçün kredit götürülsün. Bunun üçün isə yenə də hansısa kredit təşkilatlarının, maliyyə təşkilatlarının sözügedən krediti verməyə razılaşması tələb olunur. Bu qərarlar o səbəbdən qəbul olunub ki, İdarə Heyətinə lifti təmir etmək üçün həmin xidmətlərı göstərən şirkətlərlə danışıq aparılma sı, onlardan möhlətli şəkildə hissəhissə ödənişlər edilməsi şərti ilə liftləri təmir etmək üçün müqavilələrin bağlanması, yaxud da liftlərin təmir edilməsi üçün tələb olunan vəsaitin maliyyələşdirilməsi üçün banklardan kredit götürülməsi səlahiyyəti verilsin. İdarə heyətinə bunun üçün səlahiyyət verilib ki, həmin müqavilələri bağlasın. Lakin bank və ya kredit təşkilatlarının bu vəsaitləri verib-verməməsi və yaxud lifti təmir edən şirkətlərin möhlətlə ödəniş edilməsi şərtilə müqavilə bağlayıb-bağlamayacağı İdarə Heyətinin, MMMC-nin iradəsindən asılı deyildir. Bu qərarlara istinad etməklə müəssisənin üzərinə bu işlərin yerinə yetirilməsini öhdəlik kimi qoymaq birmənalı olaraq qanunsuz və əsassızdır.

49. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.2.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə istinad edilmişdir.

50. Həmçinin cavabdeh MMMC (onun vəkili Vəkil) kassasiya şikayətinə əlavə ərizəsi ilə məhkəməyə müraiət edərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1694/2025 saylı iş üzrə, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edərək, yeni qərar qəbul edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

53. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

54. Maddə 229.1. Yaşayış binasının tərkib hissələrinin fərdi mülkiyyətçilərinin toplusu yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin hüquqi şəxs olmayan yığıncağını təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

55. Maddə 2.1 Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

56. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.

57. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan s onra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.

58. Maddə 35.1 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil o lmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

59. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

60. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.

61. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir:... 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək;... 62. 43.2.5. Bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.

63. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.

64. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər.

65. Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır.

66. Maddə 131.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəsaitləri aşağıdakılardan ibarətdir: 131.2.1. mütləq ödənişlərdən, cəmiyyət üzvlərinin giriş və digər haqlarından; 131.2.2. cəmiyyətin məqsədlərinə nail olunması və onun vəzifələrinin yerinə yetirilməsinə yönəlmiş cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirlərdən; 131.2.3. çoxmənzilli binanın ümumi əmlakının istismarı, cari və əsaslı təmirin aparılması, ayrı-ayrı kommunal xidmətlərin göstərilməsi üçün ayrılan subsidiyalardan, digər subsidiyalardan; 131.2.4. digər daxilolmalardan.

67. Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

68. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

71. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

72. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyy ən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkə n apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

76. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

78. Qanunun tələbinə görə, kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

79. Hazırkı kassasiya şikayəti cavabdeh MMMC tərəflərindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, qətnamə apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

81. Belə ki, tərəflər arasında yaranan münasibətlər çoxmənzilli binanın idarə edilməsi ilə bağlı olmaqla, Mənzil Məcəlləsinin 6.0.8-ci maddəsi baxımından mənzil münasibətləridir. Buna görə də tərəflər arasında yaranmış mübahisə Mənzil Məcəlləsinin Vİ fəslinin və çoxmənzilli binanın idarə edilməsi qaydalarını tənzimləyən XV fəslinin müddəaları əsasında həll edilməlidir.

82. Baxılan məsələ ilə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edilməlidir ki, çoxmənzilli binanın idarə edilməsi dedikdə, sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istif adə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməklə bağlı fəaliyyət başa düşülür.

83. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır (Mənzil Məcəlləsinin 43.1-ci maddəsi).

84. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən binanın idarə edilməsi üsullarından biri - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən idarə edilməsidir (Mənzil Məcəlləsinin 141.2.2-ci maddəsi).

85. İddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin “yaşayış binasının ərazisinə avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobilinin saxlanılmasına maneçiliyin törədilməsinin cavabdeh MMMC-yə qadağan edilməsi” barədə tələbi də mənzil münasibətləri ilə əhatə olunur.

86. Çünki Mülki Məcəllənin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

87. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

88. Mənzil Məcəlləsinin 43.2.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlərdən biri çoxmənzil li binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etməkdir.

89. Baxılan işdən də görünür ki, MMMC tərəfindən binanın həyətinə girişə məhdudiyyətlər tətbiq edilib. Bu halda həmin məhdudiyyətlərin aradan qaldırılması barədə tələb üzrə araşdırma ilk növbədə bu barədə ümumi yığıncağın qərarının olub-olmamasının müəyyən edilməsindən, daha sonra qərarın əsaslı və qanuniliyinə qiymət verlməsindən ibarət olmalıdır.

90. İş materiallarından görünür ki, MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsverməsinin nəticələrinə dair protokolda binanın həyətində avtomobillərin park edilməsinin qadağan edilməsi və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumlardan istifadə edilməsi barəd ə qərar qəbul edilməsi əksini tapmışdır.

91. Cavabdeh bu tədbirin tətbiqinin zəruriliyini onunla izah edir ki, həyətə girişin məhdudlaşdırılması binanın yanğın təhlükəsizliyinə, bina sakinlərinin təhlükəsizliyinə görə görülmüş bir tədbirdir. Çünki bu zaman yanğın söndürən maşınlar binanın həyətinə daxil ola bilmirlər. Fövqəladə Hallar Nazirliyi, həyətdə avtomobillərin saxlanmasının qadağan edilməsi barədə məktub göndərmiş, habelə maşınların yolu bağlamasına görə MMMC-ni 2500 manat məbləğində cərimə etmişdir.

92. Cavabdeh bu barədə sübut kimi Fövqəladə Hallar Nazirliyi X69 Xidməti 2-ci ərazi X69 İdarəsi tərəfindən MMMC-yə göndərilən xx.xx.2024-cü il tarixli məktubu təqdim etmişdir.

93. Məlumdur ki, MMMC ümumi əmlaka sahiblik etmir, yalnız idarə etmə funksiyasını həyata keçirir. İdarəedəni n səlahiyyəti ümumi yığıncağın qərarı ilə məhdudlaşır, mülkiyyətçilərin hüquqlarını məhdudlaşdıran tədbirlər yalnız qanunla və ya yığıncağın qərarı ilə qəbul edilə bilər bu tədbirlər məqsədli, proporsional və zəruri olmalıdır.

94. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi qaydaları”nın ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələblərindən biri ondan ibarətdir ki, binalara, qurğulara, açıq anbarlara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın invertarları saxlanılan yerlərə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin, girişlərin tutulmasına qəti yol verilməməlidir (3.3-cü bənd).

95. Bu baxımdan şlaqbaumun quraşdırılması təhlükəsizlik, həyətdə səliqə, avtodayanma yerlərinin tənzimlənməsi və s. kimi ictimai m araq dairəsində olan məqsədlərlə görülmüş idarəetmə tədbiridir və qanunla qadağan olunmur.

96. Göründüyü kimi cavabdehin həyətə girişin məhdudlaşdırılması ilə bağlı qərarı açıq aydın əsassız deyildi.

97. Baxılan iddialar üzrə araşdırmanın “məhdudiyyətlərin tətbiq olunması barədə qərarın olub-olmamasının müəyyən edilməsindən başlanması” ona görə zəruridir ki, MMMC tərəfindən idarəetmə fəaliyyəti ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarlar əsasında həyata keçirilir. Başqa sözlə MMMC-nin fəaliyyəti ümumi yağıncağın qərarının icrasından ibarətdir və sözügedən məhdudiyyətlərin aradan qaldırılması barədə tələblər də qərarın mübahisələndirilməsindən (etibarsız sayılmasından və ya ləvindən) keçir.

98. Lakin baxılan işdən görünür ki, MMMC-nin qərarı mübahisələndirilməmiş, məhkəmə tələb olmadığ ı halda təqdim olunan qərarın qanuniliyini təftiş edərək qeyd etmişdir ki, «cavabdeh MMMC, həmçinin, Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş məktuba istinadən binanın həyətində parklanmanın qadağan edilməsinə dair qiyabi səsvermə qərarını məhkəməyə təqdim etsə də, məhkəmə hesab edir ki, nə həmin məktub, nə də necə keçirilməsi, səslərin necə hesablanması və s. məlum olmayan qiyabi səsvermə nəticəsində qəbul edilmiş qərar binada mənzili olan mülkiyyətçinin həmin binanın ümumi mülkiyyəti sayılan həyətinə avtomobillə giriş-çıxışına və ümumi mülkiyyətdə olan ərazidə avtomobil saxlamasına qadağa qoymaq üçün tutarlı əsaslar deyildir.... Bundan əlavə, istinad edilən qərarın məhz hazırkı məhkəmə baxışı iclasında məhkəməyə təqdim edilməsi (sonuncu hazırlıq iclasından sonra hazırlanması nə zərə alındıqda) həmin qərarın mötəbər hesab edilməməsi üçün əlavə zəmin yaradır».

99. Məhkəmə kollegiya qeyd edir ki, ümumi yığıncağın qərarının “tutarlı əsas olmadığı” barədə məhkəmənin gəldiyi nəticənin, bu qərarın ləğvi yaxud etibarsızlığını ehtiva etdiyini müəyyən etmək olmur. Belə anlaşılır ki, məhkəmə sözügedən qərarı legitim qüvvəyə malik olmayan sənəd hesab etmişdir. Lakin hər bir halda məhdidiyyətlərin tətbiq olunması üçün qərarın tutarlı olmaması əsasında gəlinən nəticə, iki baxımdan əsaslı sayıla bilməz. Birincisi, Fövqəladə Hallar Nazirliyi X69 Xidməti 2-ci ərazi X69 İdarəsi tərəfindən MMMC-yə göndərilən xx.xx.2024-cü il tarixli məktubda aydın şəkildə göstərilir ki, «İdarənin əməkdaşları tərəfindən reyd keçirilərək xüsusi təyinatlı yanğınsöndürmə texnikasının yaşayış binalarına, yanğın su mənbələrinə sərbəst yan alması üçün şəraitin olmasına, binaların avtomobil dayanacaqlarında avtomobillərin sayının normaya uyğun saxlanmasına, yanğın avtomatika sistemlərinə, yanğın su kranlarına, təxliyyə yolları və keçidlərin vəziyyətinə baxış keçirilmişdir.... Yanğın avtomobillərinin yaşayış binalarının ərazisinə, su mənbələrinə sərbəst yaxınlaşa bilməməsi yanğınların söndürülməsi və təxliyə işini çətinləşdirərək insanların həyat və sağlamlıqlarının təhlükə qarşısında qalmasına səbəb olacaqdır. Toxunulan məsələnin ciddiliyini nəzərə alaraq, yanğın təhlükəsizliyi sahəsində qanunvericilikdə və normativ-hüquqi aktlarda irəli sürülən tələbləri diqqətinizə çatdıraraq, bu tələblərin icrasına ciddi şəkildə əməl edilməsi və daima nəzarətdə saxlanılması üçün zəruri tədbirlər görülmə si xahiş edilir.... – Binanın ümumi istifadədə olan həyətyanı sahəsində minik və yük avtomobillərinin saxlanması qadağan edilməlidir....»

100. MMMC üçün bu məktubun hüquqi qüvvəsi ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X69 Xidməti haqqında Əsasnamə”nin 8.10-cu maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək Xidmətin vəzifələrindən biridir.

101. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə görə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasın a son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə inzibatə tənbeh nəzərdə tutulmuşdur.

102. Bundan başqa, Mənzil Məcəlləsinin 46.1-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakı) keçirilmədən qiyabi səsvermə - səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər.

103. Göründüyü kimi MMMC-nin qər arı qiyabi səsvermə yolu ilə həyata keçirilə bilər. Məhkəmə MMMC-nin qərarını legitim saymadığı (tutarlı saymadığı) halda, cavabdehin həyətə girişin məhdudlaşdırılması barədə hərəkətlərini yanğın təhlükəsizliyi qaydalarının tələbləri işığında təhlil etməklə, binanın layihə sənədlərində həyətdə avtomobillərin saxlanması üçün yer nəzərdə tutulub tutulmadığını, tutulubsa hansı ölçüdə olmasını, yanğın halları üçün nəzərdə tutulan su anbarının və digər qurğuların həyətin (binanın) hansı hssəsində yerləşdiyini, avtomobil sıxlığını, bu vəziyyətdə yanğınsöndürmə xidmətinin manevr imkanlarının nə dərəcədə məhdudlaşması və s. kimi əhəmiyyətli halları araşdırmaqla nəticəyə gəlməli idi.

27. İkincisi, ümumi yığıncağın qərarının birinci instansiya məhkəməsində gec təqdim edilməsi əsası ilə qərarın mötəb ər hesab edilməməsi, əhəmiyyətli sübutun nəzərə alınmamasına səbəb olan prosessual yanaşmadır.

28. Məhkəmə kollegiyası “X25, X17 və X20 mülkiyyətində olan mənzillərin yerləşdiyi bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsinin (tətbiq olunan kart sisteminin bloklaşdırılması və s.) cavabdeh MMMC-yə qadağan edilməsi” barədə gəlinən nəticə ilə də razılaşmayaraq qeyd edir ki, həmin üçüncü şəxslərin tələbi “liftlərdən istifadəyə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi” kimi ifadə edilmişdir. Bu barədə tələb onunla əsaslandırılmışdır ki, «Qanunsuz olaraq liftlərə kommunal xidmətlərini ödəməyən sakinlərə təzyiq etmək üçün kart sistemi tətbiq edilmişdir.... Hazırki tələb onunla bağlıdır ki, Cavabdeh MMMC tərəfindən qanunsuz olaraq liftlərə kart sistemi quraşdırılır və sakin lərin lift kartları bloklaşdırılır. Bunun səbəbi isə kommunal borcları ödəməyən sakinlərə lift kartını bloklaşdırmaqla təzyiqin göstərilməsidir.... mənzillərə maneəsiz giriş-çıxış bərpa olunmalı, lift kartlarının bloklaşdırılması və kart sisteminin tətbiq edilməsi, eyni zamanda parklanma yerinə quraşdırılmış şlaqbaum və ödənişin tələb edilməsi dayandırılmalıdır.»

29. İş materiallarından görünür ki, iddiaçılar liftlərdən istifadə etməsinə maneə törədilməsini ümumi sözlərlə əsaslandırmış, konkret faktlara istinad edilməmişdir. Məhkəmə tərəfindən də üçüncü şəxslərin liftdən istifadə etməsinə maneə törətməsi konkret faktlarla təsbit edilməmişdir. Məhkəmənin iddianı “bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsinin (tətbiq olunan kart sisteminin bloklaşdırılması və s.) cavabdeh MMMC- yə qadağan edilməsi” məzmunda təmin etməsi onu ehtiva edir ki, liftlərdə kart sistemindən istifadə edilməsi ilə məhkəmə razılaşır, sadəcə liftlərdən kartları bloklamaqla və ya başqa üsulla maneə törədilməsinin qadağan olunmasını məqsədəuyğun hesab etmişdir.

30. Lakin kartların bloklanması və başqa şəkildə maneənin törədilməsi, başqa sözlə hüquqlarının pozulması müəyyən olunmur. Məhkəmə iddianı bu hissədə təmin etməklə, cavabdeh tərəfindən gələcəkdə ehtimal edilən hərərətləri qadağan etmişdir.

31. Bu hal prosessual qanunvericiliyə uyğun sayıla bilməz. Belə ki, MPM-in 2.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktla rından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

32. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərs ə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

34. Yük liftlərin saz vəziyyətə gətirilməsi barədə nəticəyə gələrkən də məhkəmə bu tələblə bağlı işin hallarını tam və hərtərəfli araşdırmamışdır.

35. Belə ki, Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.

36. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçi lərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.

37. Bu baxımdan yük liftlərinin saz vəziyyətə gətirilməsi təkcə cavabdehin istəyindən deyil, büdcəsi binanın sahə mülkiyyətçilərinin ödənişlərindən formalaşan maliyyə vəziyyətindən asılıdır. MMMC-nin binanı idarə etməklə bağlı gördüyü işlər yığılmış vəsaitlərdən maliyyələşdirilir. Məlumdur ki, binanın idarə edilməsi həm gündəlik işlərin icrasını, həm də cari tədbirlətin keçirilməsini ehtiva edir və yığılan vəsait bölüşdürülərkən, ilk növbədə binanın idarə edilməsi ilə bağlı gündəlik və təxirəsalınmaz xarakterli, daha vacib işlərə vəsait ayrılması tələb olunur. Həmçinin məlumdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qət naməsinin icra edilməsi konkret müddətlərlə məhdudlaşdırılır. Liftlərin saz vəziyyətə gətirilməsi barədə qətnamə icra edilərkən MMMCnin maliyyə vəsaiti buna imkan vermədiyi halda əlavə hüquqi tənzimləmə (qətnamənin icrasına möhlət verilməsi və s. kimi) tələb olunacaqdır. Cavabdebin liftləri saz vəziyyətə gətirilməsi vəzifəri mübahisə doğurmasa da, bu öhdəliyin icrası birbaşa MMMC-nin büdcəsindən (büdcə yükü və görülməli olan işlərin həcmi) asılı olduğuna görə, gəlinən nəticə də işin hallarının bu baxımdan tam və hərtərəfli araşdırmasını tələb edir. Bu isə, məhkəmə araşdırmasının lüzumsuz artmasına gətirib çıxarır.

38. Odur ki, məhkəmə bu tələbin təmin olunmasının başqa formulasını (məsələn, binada quraşdırılmış yük liftlərinin saz vəziyyətə gətirilməsi məqsədilə zəruri tədbirlərin görülməs i, bu məqsədlə mülkiyyətçilərin ümumi yığıncağının çağırılması, liftlərin təmiri üçün tələb olunan smeta və maliyyə vəsaitlərinin yığılması və mülkiyyətçilərə təqdim edilməsi, mülkiyyətçilər tərəfindən tələb olunan vəsait toplandıqdan sonra təmir işlərinin təşkil olunması və s. məzmunlu) tərəflərlə müzakirə edib araşdırması daha məqsədəuyğun idi.

39. Lakin işə baxmış məhkəmə kollegiyası işin hallarını bu baxımdan araşdırmamışdır.

40. Məlumdur ki, məhkəmə qətnaməsi hüquqi müəyyənlik xassəsinə malik olmalıdır. Çünki hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqa mlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

41. Hüquqi müəyyənlik prinsipinə uyğun qətnamə aşağıdakı meyarlara cavab verməlidir: Qətnamə qanuna uyğun və əsaslandırılmış olmalıdır; Qətmamə aydın və birmənalı olmalı, tərəflərin hüquq və vəzifələri dəqiq göstərilməli, məhkəmənin gəldiyi nəticə haqqında şübhə yeri qalmamalıdır; Mübahisə yekunlanmış olmalı, mübahisəyə tam aydınlıq gətiriməli və mübahisələndirilən münasibətlər sabitlik qazanmalı, sonradan eyni predmeti əhatə edən id dialara əsas verməməlidir; Qətnamə icra ediləbilən olmalı, məzmunu icra mərhələsində prosedur (texniki) və hüquqi çətinlik yaratmamalıdır. Bu prinsip pozulduğu halda qərarın icrası çətinləşir, eyni predmet üzrə təkrar iddialar yaranır, hüquqi münasibətlərin sabitliyi pozulur, vətəndaşların məhkəməyə inamı azalır.

42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

43. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun o laraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 15 may tarixli 2(103)1694/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar