Məhkəmə qərarları › İş №2(102)-2842/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2842/2021

10.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2842/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli iş üzrə 14 yanvar 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apel lyasiya instansiyası məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.440 manat pulun, çəkilmiş xərclərin və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi ümumilikdə 500 manat maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Astara Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, X5 saylı qətnaməsi ilə (hakim Z.İbrahimov) iddia qismən təmin edilmiş, Cavabdeh 4.440 manat və 30 manat dövlət rüsumu, ümumilikdə 4.470 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli, X5 saylı qətnaməsi ilə (hakimlər Q.B.Kərimov (sədrlik edən və məruzəçi), Z.B.Babayev və N.F.Mirzəyev) Cavabdeh tərəfind ən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

4. Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, eyni zamanda kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 14 yanvar 2021-ci il tarixli qərardadı ilə (hakimlər Q.B.Kərimov (sədrlik edən və məruzəçi), Z.B.Babayev və N.F.Mirzəyev) prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş vəsatət rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin X5 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. Apellyasi ya instansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, cavabdeh D.X3 Məhkəməsinin ona təkrar göndərilmiş 10 iyun 2020-ci il tarixli, 2(106)1134/2020 saylı qətnaməsindən kassasiya şikayətini 19 noyabr 2020-ci ilədək verməli olduğu halda, kassasiya şikayətini 29 dekabr 2020-ci il tarixdə poçt müəssisəsinə təqdim etmişdir. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin X5 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsi 19 iyun 2020-ci il Cavabdeh iş materiallarında olan ünvanına göndərilmiş və həmin qətnamə 30 iyun 2020-ci il tarixdə zərfin üzərinə, “onun Astara rayonu, Siyəkəran kəndində yaşamadığı və Bakı şəhərində yaşadığı” qeyd olunmaqla apellyasiya məhkəməsinə qaytarılmışdır.

7. İş materialları ilə Cavabdeh məhkəmə icraatı zamanı öz ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verm əsi müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 12 aprel 2016-cı il tarixli qətnaməsinin surəti Cavabdeh 30 iyun 2020-ci il tarixdə rəsmi çatdırılmış hesab edilməlidir.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh apellyasiya instansiya məhkəməsinin iş üzrə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti uşağının xəstə olması və ailə vəziyyəti ilə əlaqələndirmişdir. Lakin cavabdeh həmin halları təsdiq edən sənədləri kassasiya şikayətinə əlavə etməmiş və apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsinə dair vəsatətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qəbul edən zaman cavabdehin maddi vəziyyətini və hüquqi savadsızlığını nəzərə almamışdır. Cavabdehə qarşı çıxarılan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli, X5 saylı qətnaməsi əsassız və qanunsuz olaraq qəbul edildiyindən şikayət vermişdir. Mübahisə ilə bağlı kassasiya şikayəti verilməsi mütləqdir. Məhkəmə iclasları barədə vəsatətlərinə baxılan zaman məlumatlandırılmamış və cavabdehin iştirakı olmadan qərardad qəbul edilmişdir. b) Məhkəm ə icraatı iştirakçılarının izahatlar

11. Cavabdeh məktubla müraciət edərək məhkəmə iclasında vəkillə birgə iştirak etmək istədiyindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəsatətini təmin etməmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. Cavabdeh qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəbin nədən ibarət olduğunu göstərməmiş, üzürlü səbə b barədə sübutu təqdim etməmişdir. Cavabdehin vəkillə məhkəmə iclasında iştirak etməsi üçün kifayət qədər vaxtı olmuşdur.

12. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

13. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

14. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). 15.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 16.İş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133-cü maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab ed ərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə o rqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmi ş hesab edilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. 67.2-ci maddəsinə əsasən bu məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üşün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. 121.2-ci mаddəsinə əsаsən bu Məcəllənin 67-ci mаddəsində nəzərdə tutulmuş əsаslаrlа işdə iştirаk edən vəkil mаddi vəziyyətinə görə öz hesаbınа vəkil tutmаq imkаnı olmаyаn şəxslərə hüquqi yаrdımı məhkəmənin qərаrı ilə pulsuz, Azərbаycаn Respublikаsı d övlət büdcəsinin vəsаiti hesаbınа göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

19. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və az adlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir

20. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət ve rilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

21. Bu normadam göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

22. Müddətinin bərpa olunması barədə tələbin prosessual-hüqu qi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir.

23. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların d əf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

24. Baxılan iş üzrə apellyasiya instansiyası işin prosessual hallarını sadalanan prosessual mormalara uyğun araşdırmış, müəyyən etmişdir ki, məhkəmənin 10.06.2020-ci il tarixli qətnaməsini cavabdeh 18.09.2020-ci il tarixdə rəsmi qaydada əldə etsə də, kassasiya şikayəti verilməsi üç ün prosessual müddətin bərpası və dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunması barədə vəsatətlə apellyasiya instansiyası məhkəməsinə 29.12.2020-ci il tarixdə müraciət etmişdir. Cavabdeh ərizəsində qeyd olunan qətnamədən kassasiya şikayəti vermək üçün MPM-nin 405.0.1-ci maddəsində müəyyən edilmiş 2 aylıq müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133-cü maddəsinə istinad edərək cavabdehin prosessual müddətin bərpasına dair vəsatətini təmin etməyərək, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

25. M əhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X5 nömrəli iş üzrə 14 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar