Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2844/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin artırılması, uşağın xəstəliyinə görə əlavə xərc tələbi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi, uşağın xəstəliyinə görə əlavə xərclərə cəlb olunma və uşağın xəstəliyi üçün ödənilmiş pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-829/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsind ən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Sumqayıt qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 159 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, 31 mart 2021ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatana kimi ananın saxlanılması üçün 70 (yetmiş) manat Cavabdeh İddiaçı xeyrinə tutulması, idd ianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin artırılması ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişərək, birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, qızının xəstəliyi ilə əlaqədar olaraq ödədiyi 14.947 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi, qızının xəstəliyi ilə əlaqədar olaraq hər ay cavabdehdən 900 manat məbləğində pu lun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda o, 175 manat aliment alır. Həmin məbləğlə övladını saxlamaqda çətinlik çəkir. Belə ki, övladı autizm xəstəsidir, onun yemək xərcini və xəstəliyi ilə əlaqədar xərclərini qarşılamaqda çətinlik çəkir. Hər ay 900 manat xəstəliyi ilə əlaqədar pul ödəyir. Bu günə kimi uşağın xəstəliyi ilə əlaqədar olaraq 10.287 manat pul ödəmişdir. Həmçinin hazırda da o, uşağın xəstəliyi ilə əlaqədar olaraq hər ay 900 manat pul ödəyir. Hesab edir ki, alimentin məbləği artırılaraq 220 manat müəyyən olunmalıdır. Həmçinin uşağın xəstəliyi ilə əlaqədar olaraq ödədiyi 10.287 manat məbləğində pul və hər ay uşağın xəs təliyi ilə əlaqədar olaraq ödəməli olduğu 900 manat pul hər ay cavabdehdən alınıb ona verilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2023-cü il tarixli, 837/KEŞ saylı ekspert rəyi ilə qızının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onun “Ekspressiv reseptiv nitq pozuntusu (ASP xüsusiyyətlər)” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Rüqəyya Məmmədovanın düçar olduğu xəstəliklə əlaqədar onun mütəmadi müalicəyə ehtiyacı olduğu öz təsdiqini tapmışdır.
5. İddiaçının nümayəndəsi Vəkil1 əlavə olaraq qeyd etdi ki, uşaq autizm xəstəliyindən əziyyət çəkir, hər ay müalicəsi üçün 900 manat pul ödənilir. İddiaçı indiyə kimi uşağın xəs təliyi ilə əlaqədar 14.947 manat məbləğində pul xərcləyib. Cavabdeh isə bu günə kimi aliment və 30 manat maddi yardımdan başqa iddiaçıya heç bir əlavə maddi və mənəvi yardım göstərməyib. Uşağın digər xərclərini ana qarşılayır. Hər ay iddiaçı tərəfindən uşağın müalicəsi üçün kifayət qədər böyük məbləğdə pul xərclənir. Bununla bağlı qəbzlər iddia ərizəsinə əlavə edilib. Məhkəmənin nəzərinə çatdırır ki, uşaqda autizmin ilkin əlamətləri aşkar edilib və o, müalicə olunmayacağı halda bu xəstəlik daha da ağırlaşacaq. Onu da qeyd edir ki, cavabdeh uşağın onun yanında olarkən sağlam olduğunu bildirir, lakin uşaq həmin vaxt çox balaca idi və xəstəliyin əlamətləri həmin vaxt bilinə bilməzdi. Bundan başqa cavabdeh uşağı ilə görüşməyə cəhd etmir. Əgər o, uşağını görməyə cəhd etsə idi, uşağın xəstə ol masından məlumatlı olardı. Hazırda məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə də uşağın xəstələyinin və onun mütəmadi müalicəyə ehtiyacının olması öz təsdiqini tapmışdır. Belə olan halda iddia tələbi tam əsaslıdır. Hazırda cavabdehdən tələb olunan məbləğ artmışdır. Onun əlində daha 1000 manat xərc çəkilməsi ilə bağlı qəbzlər var. Sadəcə olaraq o, baxış mərhələsində iddia tələbinin həcmini artırmaq istəmir. Digər tərəfdən hesab edir ki, bunun bir sonu da olmayacaq. Belə ki, uşaq hər ay müalicə alır və hər ay cavabdehdən tələb etdikləri məbləğ çoxalır. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(060)-108/2023 saylı qətnaməsi ilə (sədrlik edən – G.Tanrıverdiyeva) iddia ərizəsinin qismən təmin edilməsi, alimentin miqdarı dəyişdirilərək, qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 4731 manat pul və xəstəliyi ilə əlaqədar olaraq hər ay 375 manat məbləğində əlavə xərc tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Bu səbəbdən məhkəmə hesab edib ki, xx.xx.2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək 235 manat məbləğində müəyyən edilməlidir.
8. Məhkəmə qızının xəstəliyi ilə əlaqədar çəkilmiş xərcin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edib ki, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. Bu hissədə məhkəmə hesab edib ki, iddiaçı qızının xəstəliyi ilə əlaqədar 9462 manat xərc çəkdiyini sübuta yetirə bilmişdir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, X1 "xxxx" MMC-də 2023-cü ildə müalicəsi ilə əlaqədar 8965 manat xərc çəkilmişdir. Həmçinin məhkəmə onu da qeyd edib ki, məhkəməyə əvvəlki illərə aid “Loqos” Psixoloji və X5 aid olduğu iddia edilən çoxsaylı qəbzlər təqdim edilsə də, həmin qəbzlər möhürlə təsdiq edilməmiş, qəbzlərin məz munundan ödənişin kim tərəfindən edilməsi və ödənişin əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə həmin xərcləri hesablayarkən yalnız "xxxx" MMC tərəfindən arayış verilməklə təsdiq olunan məbləğləri nəzərə almışdır. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, uşağın müxtəlif xəstəxanalarda analizlərdən keçirilməsi və həkim müayinələri üçün daha 497 (120+100+197+30+50) manat pul xərclənmişdir. Beləliklə uşağın müalicəsi üçün iddiaçı tərəfindən ümumilikdə 9462 (8965+497) manat pul xərclənmişdir. Uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edib ki, çəkilən xərcin yarısı – yəni 4731 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin cavabdehdən qızının xəstəliyi ilə əlaqədar hər ay 900 manat məbləğində maddi yar dımın tutulub iddiaçıya verilməsi hissəsində də iddianı qismən təmin edən məhkəmə qənaətini belə əsaslandırıb ki, məhkəmə qızının hər hansı xəstəlikdən əziyyət çəkməsini və onun daimi olaraq müalicəyə ehtiyacı olubolmamasını müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2” X4 xx.xx.2023-cü il tarixli, 837/KEŞ saylı rəyindən qeyd olunub ki, ekspertiza nəticəsində X1 adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi onun “Ekspressiv reseptiv nitq pozuntusu (ASP xüsusiyyətlər)” xəstəliyindən əziyyət çəkdiyi və Rüqəyya Məmmədovanın düçar olduğu xəstəliklə əlaqədar mütəmadi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Beləliklə qızının mütəmadi olaraq müalicəyə ehtiyacı olduğu öz təsdiqini tapdığından cavabdeh övladının müalicəsində iştirak etməyə cəlb edilməlidir. Məhkəmə övladının aylıq müalicə xərcini hesablayarkən onun müalicəsi üçün 2023-cü ildə yalnız mütəmadi olaraq çəkilmiş xərcləri ilin aylarının sayına bölməklə müəyyən etmişdir ki, R.Məmmədovanın müalicəsi üçün hər ay təxminən 750 (8965 manat/12 ay) manat pul tələb olunur. Bu səbəbdən məhkəmə bir daha uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edib ki, qızının xəstəliyi ilə əlaqədar olaraq gələcəkdə çəkiləcək xərclərlə bağlı hər ay cavabdehdən 375 manat məbləğində əlavə xərc tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75.4, 81, 100.2, 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qan ununun 19-cu maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına, “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minumumu haqqında” Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 103, 206, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelly asiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin qızının yetkinlik yaşına çatana kimi saxlanılması cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi hissəsində mübahisələndirmir. Həmin hissədə qərarla razıdır. Qətnaməni qızının xəstəliyi ilə əlaqədar 14.947 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində qismən təmin edilməsi barədə məhkəmənin mövqeyini əsassız hesab edir. Məhkəmə qızının aylıq müalicə xərcini hesablayarkən onun müalicəsi üçün 2023-cü ildə yalnız mütəmadi olaraq çəkilmiş xərcləri ilin aylarının sayına bölməklə müəyyən etmişdir ki, R.Məmmədovanın müalicəsi üçün hər ay təxminən 750 (8965 manat/12 ay) manat pul tələb olunur. Bu səbəbdən məhkəmə hesab edib ki, övladının xəstəliyi ilə əlaqədar olaraq gələcəkdə çəkiləcək xərclərlə bağlı hər ay cavabdehdən 375 manat məbləğində əlavə xərc tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinə əlavə edilən qəbzlərdən görünür ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı "xxxx" MMC-yə hər ay 900 manat pul ödəyir. Belə olan halda məhkəmə ən pis halda 450 manat pul tutmalı idi. Hazırkı vəziyyətdə isə məhkəmə 375 manat məbləğində pul tutmaqda haqlı olmamışdır. Göründüyü kimi məhkəmə təqdim edilmiş sənədləri nəzərə almamışdır. Uşağın xəstəliyi ilə əlaqədar olaraq çəkilmiş 14.947 manat məbləğində pula dair qəbzlər iş materillarına əlavə edilsə də, məhkəmə heç bir əsas olmadan iddia tələbini həmin hissədə qismən təmin etmişdir. Göstərilənlər ə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin olunan hissəsində dəyişdirərək, iddia tələbinin həmin hissələrdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən, iddia ərizəsində göstərilənlərə əsaslanmış, ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyətini deyil, məhz “Yaşayış minimumu haqqında” Qanunun normalarını əsas götürməklə alimentin miqdarını artırmışdır. Halbuki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, həmin məbləğin tam ödənilməsi vəzifəsinin əlavə sübutl ar olmadan valideynlərdən birinin (cavabdehin) üzərinə qoyulması yolverilməzdir. İddia ərizəsində iddiaçı guya cavabdehin uşağın saxlanılması üçün 175 manat alimentdən başqa ödəniş etmədiyini, uşağı ilə maraqlanmadığı barədə həqiqəti əks etdirməyən və heç bir dəlilə sübuta əsaslanmayan məlumatlar qeyd edilmişdir. Əksinə iddiaçı tərəf (ana) uşağı qərəzli olaraq bilərəkdən cavabdehə göstərmədiyi halda cavabdeh uşağına görə imkanı çatacaq səviyyədə alimentin miqdarını hər ay 200 manatdan ödəmiş və bu günə kimi də ödəməyə davam etmişdir. Nədənsə birinci instansiya məhkəməsi alimentin miqdarını artırarkən bu xüsusatı araşdırmamış, birtərəfli qaydada qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı cavabdehin əmək haqqısından daha yüksək gəlirlərə malik olmasına, əlavə qazanc yeri olmasına dair sü butlar təqdim etməmişdir. Cavabdeh hazırda “MURAD” LTD-də satış üzrə menecer vəzifəsində çalışır və əmək haqqısı sabit olmaqla 441.5 manatdır. Bu məbləğ ilə dolanmaq eləcə də hər ay 235 manat aliment ödəmək mümkün deyildir. Cavabdehin əlavə gəliri və qazancı yoxdur. Uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıdıqlarından, bütün xərclərin bir tərəfə həvalə edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Bundan əlavə alimentin miqdarının çox olması ilə əlaqədar vaxtlı-vaxtında ödənilməməsi uşağının mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Həmçinin məhkəmə yalnız cavabdehin işləyib-işləməməsi məsələsini araşdırsa da, iddiaçının işləyib-işləməsini, hər hansı gəlirə malik olmasını araşdırmamışdır. Bundan başqa qətnamənin cavabdehin övladının xəstəliyi ilə əlaqədar çəkilmiş xərcin - 4731 manatın cavabdehdən tutulması və gələcəkdə çəkiləcək xərclərlə bağlı hər ay cavabdehdən 375 manat məbləğində əlavə xərcin tutulması hissəsi ilə də razı deyil. Belə ki, uşağın autizm xəstəsi olması ilə bağlı məhkəmə kifayət qədər araşdırma aparmamış, bu kimi xəstə uşaqlarda müalicənin dövlət hesabına icbari tibbi sığorta üzrə ödənilməsinin nəzərdə tutulub-tutulmamasını, həmin xəstəliyin ağır xəstəliklər kateqoriyasına aid olubolmamasını araşdırmadan ekspert rəyinə istinad etməklə əsassız qətnamə qəbul etmişdir. Halbuki, məhkəmənin özünün də qətnamədə qeyd etdiyinə görə Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdu r. Göründüyü kimi birinci instansiya məhkəməsi tibbi ekspertiza təyin edərkən yalnız qızının hansı xəstəlikdən əziyyət çəkməsi və onun xəstəlikdən əziyyət çəkirsə daimi müalicəyə ehtiyacının olub-olmaması barədə ekspertlər qarşısında sualları qoysa da, Azərbaycan Respublikasi Ailə Məcəlləsinin 81-ci maddəsində göstərildiyi uşaqda xəstəliyinin dərəcəsi (ağır xəstə və şikəst olması) olub-olmaması ilə bağlı məsələni araşdırmadan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2” X4 xx.xx.2023-cü il tarixli rəyindən də görünür ki, ekspertiza nəticəsində qızının “Ekspressiv reseptiv nitq pozuntusu (ASP xüsusiyyətlər)” xəstəliyindən əziyyət çəkdiyi və onun düçar olduğu xəstəliklə əlaqədar mütəmadi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Nit q pozuntusu xəstəliyi özülüyündə ağır xəstəlik deyildir və sadəcə autizmin yüngül forması hesab edilir. Beləliklə 235 manat aliment+375 manat əlavə xərcləri və əlavə olaraq 4731 manat ödəmək məcburiyyətində qalmaq gələcəkdə cavabdehin çox böyük problemlərlə qarşı qarşıya qalmağına səbəb olacaqdır. Odur ki, göstərilən hallar məhkəmə kollegiyası tərəfindən araşdırılmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən uşağın xəstəliyi ilə əlaqədar bu günə qədər ona məlumat verilməmişdir. O, satış təmsilçisi işləyir və 400 manat əmək haqqı alır. Əvvəlki məhkəmə qətnaməsi ilə tutulan aliment hər ay 175 manat məbləğində müəyyən edilməsinə baxmayar aq, o, imkanı çatdığı qədər bu məbləği hər ay 200 manat məbləğində ödəmişdir. Bunu təsdiq edən qəbzlər məhkəməyə təqdim olunmuşdur. İddia tələbini digər hissələrdə ümumiyyətlə qəbul etmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-829/24 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), S.Qafari və A.Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti q ismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən qızının müalicəsi üçün alınmalı olan əlavə xərcin məbləği ilə bаğlı hissədə dəyişdirilmiş və həmin əlavə xərcin məbləği hər ay 150 manat məbləğində müəyyən edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürmə yə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
16. Məhkəmə kollegiyası qızının xəstəliyi ilə əlaqədar olaraq 14.947 manat məbləğində pulun tutulması ilə bağlı tələbinə dair qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən övladının xəstəliyi ilə əlaqədar yalnız 9462 manat xərc çəkildiyi sübuta yetirilmişdir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, övladının "xxxx" MMC-də 2023-cü ildə müalicəsi ilə əlaqədar 8965 (820+820+905+860+900+900+920+940+1000+900) manat xərc çəkilmişdir. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, uşağın müxtəlif xəstəxanalarda analizlərdən keçirilməsi və həkim müayinələri üçün daha 497 (120+100+197+30+50) manat pul xərclənmişdir. Beləliklə uşağın müalicəsi üçü n iddiaçı tərəfindən ümumilikdə 9462 (8965+497) manat pul xərclənmişdir.
17. Məhkəmə gəldiyi nəticəni BMT-in “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 27.2-ci, Ailə Məcəllənin 75.1, 81.1, 78.1, 78.2, 112.1-ci, MPM-in 14.2, 77, 88, 217.4, 372.2, 372.6, 372.7, 384.0.3, 402.1-ci, “Uşaq hüquqları haqqında” Qanunun 3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, qətnaməni apellyasiya şikayətinin təmin olunmayan hissələrində və cavabdehin apellyasiya şikayətinin təmin olunan hissələrində ləğv edərək, həmin hissələrdə işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayə ti verərək, qətnaməni ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırmışdır.
21. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
24. Maddə 34-cü, İV bəndi: Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
25. Maddə 75.4. Valideyn lər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
26. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
27. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
28. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşı lıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlilləri ndən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edib ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işə əvvəllər kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kolleg iyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-829/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.