Məhkəmə qərarları › İş №2(102)-2846/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2846/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2846/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov X2 İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-414/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 10 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Al i Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı LPO "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 12558.06 manat borc olmaqla- bundan 7374.39 manat əsas, 4744.05 manat faiz, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 439.62 manat faiz borcunun və iş üzrə ödənilmiş 127.68 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2(050)-3016/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 7374.39 manat əsas, 4744.05 manat faiz, AR MM-nin 445.7-ci ma ddəsinə görə gecikdirilmiş vaxt üçün 43.9 manat faiz borcu, cəmi 12162.34 manat pul tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 127.68 manat məbləğində pul vəsaitinin 126.49 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (C.Abdullayev)

3. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 may 2025-ci il tarixli, 2(106)414/2025 nömrəli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən, məruzəçi), Mirlətif Sadıqov və Aytən Novruzova) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tari xli, e-2(050)3016/2024 nömrəli qətnaməsi dəyişdirilərək, həmin məhkəmənin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3016/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş 4.744,05 manat faiz borcu dəyişdirilərək, 4.616,26 manat müəyyən edilmiş, Cavabdeh1 7.374,39 manat əsas borc, 4616,26 manat faiz borcu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43.9 manat faiz borcu, cəmi 12034.55 manatın tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi, qətnamənin mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Bundan sonra qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən kassasiya şikayəti, eyni zamanda müddətin bərpası barədə ərizə verilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir

6. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-414/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(104)-414/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 ərizəsi təmin edilməmişdir.

7. Müddətin bərpası barədə ərizə ilə əlaqədar iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-414/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsi 5 may 2025-ci il tarixdə Cavabdeh1 məxsus elektron kabinetə yerləşdirilmişdir.

8. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti 19 iyul 2025-ci il tarixdə elektron sistemə yerləşdirilmiş yəni, kassasiya şikayəti qanunvericiliklə nəzərd ə tutulmuş prosessual müddət bitdikdən 14 gün sonra verilmişdir.

9. Belə ki, cavabdeh müddətin bərpası barədə ərizədə müddətin ötürülməsinin üzürlü səbəbi kimi maddi vəziyyətinə görə vəkil tuta bilməməsini, ona görə də vaxtında kassasiya şikayəti verə bilməməsini göstərmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh maddi vəziyyətinə görə vaxtında kassasiya şikayəti verə bilmədiyini bildirsə də, bu hal müddətin üzürlü hesab edilməsi üçün əsas kimi qəbul edilməmişdir, çünki qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyindən, MPM-in tələblərinə əsasən prosessual müddət həmin vaxtdan hesablanmalıdır. Bu səbəbdən, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizədə göstəril ən hallar müddətin bərpası üçün əsaslı hesab edilə bilməz. Digər tərəfdən əgər cavabdehin maddi cəhətdən vəkil tutmaq imkanı olmayıbsa, MPM-in 67-1-ci maddəsinin tələbi baxımından dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə müraciət edə bilərdi.

11. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 67.1, 128.3, 129.1, 133.1, 402.2.3, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 12.Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 iyul 2025-ci il tarixli, 2(106)-414/2025 saylı qərardadının ləğv edilməsi və prosessual mü ddətin bərpası barədə ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 13.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 128, 129, 133-cü maddələrinin tələbləri pozulmuşdur. 14.Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə kassatorun məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Məhkəmə tərəfindən qanunvericilikdə nəzərdə tutulmamış çatdırılma üsulunu - EMİS-də şəxsi kabinetinə məlumat yerləşdirilməsinin rəsmi çatdırılma kimi qəbul edilməsi qanuni hesab edə bilməz. Kassasiya şikayətinə dair etirazın dəlilləri 15.Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 16.Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 17.Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 18.Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 19.Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 20.Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 21.Maddə 135.5. Bu Məcəllə nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 22.Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 23.Maddə 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qəra rdadlarından kassasiya şikayəti verilə bilər. 24.Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 25.Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 26.Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 27.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. 28.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 29.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 30.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 31.Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh X3 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 32.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 33.Belə ki, apellyasiya instansiyası məhkəməsi, prosessual müddətin bərpası barədə ərizənin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 may 2025-ci il tarixli, 2(104)-414/2025 saylı qətnaməsi 05 may 2025-ci il tarixdə Cavabdeh1 məxsus elektron kabinetə yerləşdirilmiş, onun tərəfindən verilmiş kassasiya şikayəti isə 19 iyul 2025-ci il tarixdə elektron sistemə yerləşdirilmişdir, yəni kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət bitdikdən 14 gün sonra verilmişdir. 34.Cavabdeh1 prosessual müddətin bərpası barədə ərizəsini müddətin ötürülməsinin üzürlü səbəbi kimi maddi vəz iyyətinə görə vəkil tuta bilməməsi və buna görə də vaxtında kassasiya şikayəti verə bilməməsi ilə əsaslandırsa da, apellyasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, bu hal müddətin üzürlü hesab edilməsi üçün əsas kimi qəbul edilə bilməz. 35.Belə ki, sözügedən qətnamə cavabdeh X1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyindən, MPM-in tələblərinə əsasən prosessual müddət həmin vaxtdan hesablanmalıdır. Bu səbəbdən də kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizədə göstərilən hallar müddətin bərpası üçün əsaslı hesab edilə bilməz. 36.Digər tərəfdən, əgər Cavabdeh1 vəkil tutmaq üçün maddi imkanı olmamışdırsa, MPM-in 67-1-ci maddəsinin tələbi baxımından onun dövlət büdcəsinin vəsaiti hesabına vəkill ə təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ olmuş və o, bu hüququndan istifadə etəməmişdir. 37.Yuxarıda qeyd olunan normaların mənasından da görünür ki, vaxtında şikayətin verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə məhkəmə aktı qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. 38.Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müv afiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 iyul 2025-ci il tarixli, 2(106)414/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar