Məhkəmə qərarları › İş №2(102)-2847/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2847/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2847/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, ekspert rəyi, zaminin birgə (müştərək) məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X2 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-786/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti (indiki adı ilə "xxxx" X5 Cəmiyyəti) 15 yanvar 2015-ci il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə əsasən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 13.998,09 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə də Cavabdeh2 Cavabdeh1 borcunun ödənilməsinə Bank qarşısında zamin durmuşdur. 2. “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə 16 mart 2015-ci il tarixli əlavəyə əsasən, həmin kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır.

3. Vergilər Nazirliyininin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiy yatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin adı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə dəyişilmişdir.

4. İddiaçı ASC tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 19 mart 2021-ci il tarixə 13.915,86 (on üç min doqquz yüz on beş ABŞ dolları 86 sent) ABŞ dolları əsas, 10.433,09 (on min dörd yüz otuz üç ABŞ dolları 09 sent) ABŞ dolları faiz, 1043,22 (bir min qırx üç ABŞ dolları 22 sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 235 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 25.627,17 (iyirmi beş min altı yüz iyirmi yeddi ABŞ dolları 17 sent) ABŞ dolları borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 (bundan sonra “cavabdeh” və ya “borclu”) və Cavabdeh2 (bundan sonra “cavabdeh” və ya “zamin”) müştərək qaydada iddiaçının xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.915,86 (on üç min doqquz yüz on beş ABŞ dolları 86 sent) ABŞ dolları əsas, 10.433,09 (on min dörd yüz otuz üç ABŞ dolları 09 sent) ABŞ dolları faiz və 1043,22 (bir min qırx üç ABŞ dolları 22 sent) ABŞ dolları cərimə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanm ış 235 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 25.627,17 (iyirmi beş min altı yüz iyirmi yeddi ABŞ dolları 17 sent) ABŞ dolları borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişlər. 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi müqavilə müddətinin sonuna – xx.xx.2017-ci tarixinədək əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etmişdir.

9. Məhkəmə mühasibatlıq ekspertizasının 24 sentyabr 2021-ci il tarixli, 9/5488 nömrəli rəyinə əsasən 15 yanvar 2015-ci il tarixli, 19-M-5-0-53-15 saylı kredit müqaviləsi və 16 mart 2015-ci il tarixli “Əlavə saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 16 dekabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə 11.525,49 ABŞ dolları əsas, 9.202,96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20.728,45 (iyirmi min yeddi yüz iyirmi səkkiz ABŞ dolları qırx beş sent) ABŞ dolları müəyyən olunur. Həmçinin hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 140,88 ABŞ dolları məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 140,88 ABŞ dolları məbləğində ödəniş nəzərə alınacağı təqdirdə cəmi 20.587,57 (20.728,45-140,88) ABŞ doll arı məbləğində borc qalacaqdır, o cümlədən əsas borc üzrə 11,384,61 ABŞ dolları, faiz borcu üzrə 9.202,96 ABŞ dolları.

10. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1346/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, 19-M-5-0-53-15 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11.384,61 (on bir min üç yüz səksən dörd ABŞ dolları 61 sent) ABŞ dolları əsas borc, 9.202,96 (doqquz min iki yüz iki ABŞ dolları 96 sent) ABŞ dolları faiz borcu, 150 (bir yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.737,57 (iyirmi min yeddi yüz otuz yeddi ABŞ dolları 57 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddianın qalan hissələrinin təmin edilməməsi qət edilmişdir. (hakim Vüsal Cəbrayılov)

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borclu kredit müqaviləsi əsasında Bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin borclu kredit müqaviləsi əsasında Bankdan kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsin i isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

12. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə razılaşaraq, əsas və faiz borcunun məbləğinin ekspert rəyinə əsasən müəyyən etmişdir.

13. Həmçinin dəbbə pulunu da əsas borcun məbləğinə münasibətdə qeyri-mütənasib sayan birinci instansiya məhkəməsi dəbbə pulunu azaltmışdır.

14. Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 235 ABŞ dolları məbləğində əldən çıxmış fayda qismində pulun tutulması barədə iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona ziyan vurulmasını sübut edə bilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticən i Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 423.2, 425.2, 430.1, 442, 445.2.1, 449.1, 470.1, 472.1, 472.2, 462.1, 467, 739.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh (zamin) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia verilmişdir. Bundan başqa, cavabdehin iştirakı təmin edilməmişdir ki, bunun da nəticəsində o, iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanından məhrum edilmişdir. Zamin kimi bo rcu qəbul etsə də, iddia müddəti keçmişdir.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-786/2024 nömrəli mülki iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov, Tofiq Heydərov)

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayəti həddində yoxlayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən borcunu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Apellyasiya instansiya məhkəməsi cavabdehin iddia müddətinin ötürülməsi barəd ə dəlillərini əsassız sayaraq göstərmişdir ki, iddia müddətinin ötürülməsi müəyyən edilməmişdir. Belə ki, 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsi 70 ay, 3 gün müddətinə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitir. xx.xx.2019-cu il tarixədək ümumilikdə ödənişlər də edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 373.2, 373.3, 385.1, 443.1, 445.2.1, 445.7, 472.1, 472.2, 739.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 d ekabr 2014-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (zamin) kassasiya şikayəti verərək (Vəkil), apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2015-cı il tarixli "Bank hesabı, kredit və zaminlik" müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə zaminin icazəsi və iştirakı olmadan aparılmış və həmin əlavədə müddətin artırılması zamin üçün əlverişsiz nəticəyə səbəb ola bilərdi. Məhkəmə bu hala nəzər yetirməmiş və qiymət verməmişdir. xx.xx.2015-ci il tarixli "Bank hesabı, kredit və zaminlik" müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə ilk dəfə apellyasiya instansiyasında iddiaçı tərəfindən təqdim edilm əsinə baxmayaraq, məhkəmə təqdim olunmuş sübutun birinci instansiya məhkəməsində nə səbəbdən təqdim olunmadığını və apellyasiya instansiyasında təqdim olunmasının əsaslı olduğunu araşdırmamışdır. Belə ki, həmin müqaviləyə əlavə olunmuş xx.xx.2015-ci il tarixli əlavədə zamin kimi Cavabdeh2 qeyd edilsə də, həmin imza ona məxsus olmamış və bu imzanın mövcudluğu və mənsubiyyəti məhkəmə tərəfindən araşdırılmamışdır. Başqa müqavilə və əlavə zamin tərəfindən imzalanmamışdır. Bununla da Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzin də kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, ya xud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozunt u düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində cavabdeh (zamin) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin məzmunu və dəlillərindən görünür ki, qətnamə iddianın zami nə qarşı təmin edilən hissəsində mübahisələndirilir. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni iddianın zaminə qarşı təmin edilən hissəsində yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin zaminə qarşı iddianın təmin edilən hissəsində gəldiyi nəticəni əsaslı hesab etmir.

30. İddia tələbi kredit və zaminlik müqaviləsi üzrə borcun tutulması barədədir.

31. Bank 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə istinadən kredit məbləğini əsas borcludan və zamindən tələb edir. Həmin müqavilə 24 ay m üddətinə bağlanıb. 16 mart 2015-ci il tarixli əlavəyə əsasən, həmin kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır.

32. Bank birinci instansiya məhkəməsinə həm 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsini, həm də həmin müqaviləyə 16 mart 2015-ci il tarixli əlavə sazişi sübut kimi təqdim etmişdir.

33. Prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM,14.2 və 217.4)

34. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

35. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir və bu müddətin keçməsi ilə zaminə qarşı tələbə xitam verildiyi üçün, buna görə ayrıca ərizə verilməsi də tələb edilmir.

36. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yaln ız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-cil tarixli Qərarı)

37. Nəzərə alınsa ki, “Bank hesabı, kredit və zaminlik” müqaviləsi 15 yanvar 2015-cı il tarixdə 24 ay müddətinə bağlanıb, eyni zamanda həmin müqavilənin müddəti 16 mart 2015-ci il tarixli əlavə sazişlə xx.xx.2017-ci il tarixədək uzadılıb, belə olan halda, iddianın verildiyi tarix və müqavilə şərtləri nəzərə alınmaqla zaminə münasibətdə müddətin ötübötməməsinə qiymət verilməli idi.

38. Birinci instansiya məhkəməsi isə təqdim edilmiş (işdə olan mövcud) sübutlar əsasında zaminə münasibətdə müddətin keçib-keçməməsinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinin kontekstində qiymət verməmişdir.

39. Cavabdeh apellyasiya şikayətində müddətin ötməsi barədə dəlil irəli sürmüşdür.

40. İşdən görünür ki, Bank apellyasiya baxışında 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinin 18 noyabr 2020-ci ilədək uzadılması barədə 18 noyabr 2015-ci il tarixli əlavə saziş təqdim etmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi də 18 noyabr 2015-ci il tarixli əlavə sazişlə müqavilə müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə, eləcə də xx.xx.2019-cu il tarixədək ümumilikdə ödənişlər edilməsinə istinadən zaminə münasibətdə də müddətin keçməməsinə istinad etmişdir.

42. Əvvəla, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasi ya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

44. Göründüyü kimi, qanunvericilik sübutların bir qayda olaraq birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsini müəyyən edib. Yeni sübutların apellyasiya məhkəməsi tərəfindən qəbul edilməsinə o halda imkan verilir ki, iddiaçı həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

45. Apellyasiya məhkəməsi isə prosessual qanunvericiliyin sübutların təqdim edilmə qaydası ilə bağlı tələblərini pozaraq, iddiaçı tərəfində n 18 noyabr 2015-ci il tarixli əlavə sazişin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini araşdırmadan həmin sazişi sübut kimi qəbul edərək ona istinad etmişdir.

46. Bundan başqa, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi yeni sübutu qəbul etsə də, cavabdehin məhkəmə iclasında iştirakını təmin edib, həmin sübutla bağlı onun dəlillərini öyrənməyib. Halbuki, bir halda ki, apellyasiya məhkəməsi yeni sübuta istinad edirdi, belə olan halda, iddiaçıdan həmin sübut barədə cavabdehə məlumat veribverməməsini öyrənməli, cavabdehin həmin sübutla bağlı dəlillərinin olub-olmamasına, bu sübuta qarşı müdafiəsini təşkil etməsinə ona şərait yaratmalı idi.

47. Bu həm də Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin normaya əsasən işdə iştirak ed ən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

48. Bu baxımdan, cavabdehin xx.xx.2015-ci il tarixli əlavə sazişin zaminin icazəsi və iştirakı olmadan aparılması, həmin əlavədə müddətin artırılmasının zamin üçün əlverişsiz nəticəyə səbəb ola bilməsi, həmin əlavənin ilk dəfə apellyasiya instansiyasında təqdim edilməsinə baxmayaraq, məhkəmənin təqdim olunmuş həmin sübutun birinci instansiya məhkəməsinə nə səbəbdən təqdim olunmadığını araşdırmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslıdır.

49. Qeyd edilən hallar məhkəmə kollegiyasına cavabdehin dəlillərini təkzib etməyə imkan vermir və məhkəmə kollegiyası bu dəlilləri yuxarıda göstərilən lərə əsasən əsaslı hesab edir.

50. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi zaminə qarşı iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, iddiaçı tərəfindən sübutun birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini araşdırmalı, zaminə münasibətdə müddətin keçib-keçməməsini işin hallarına uyğun olaraq Mülki Məcəllənin 477.0.4-cü maddəsi baxımından qiymətləndirməli və bundan çıxış edərək qanuni və əsaslı qərar qəbul etməlidir.

51. Yuxarıda göstərilənləri MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-786/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar