Məhkəmə qərarları › İş №2(102)-2848/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2848/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2848/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın alqı-satqısı, əsassız varlanma, iddia müddəti, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələblərinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-377/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tar ixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində Sumqayıt Şəhər Bələdiyyəsinə məxsus 5 ha torpaq sahəsinin "xxxx" QSC-nin Bakı filialına subicarəyə vermək hüququ olmadan 99 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. 2. 26.11.2004-cü il tarixli, 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, həmin torpaq sahəsi "xxxx" QSC-nin Bakı filialına 25 il müddətinə icarəyə verilmişdir.

3. Cavabdeh (bundan sonra – cavabdeh) "xxxx" QSC-nin Bakı filialının direktorudur. Onunla İddiaçı (bundan sonra – iddiaçı) arasındakı xx.xx.2008-ci il tarixdə QSC-nin icarəsinə verilmiş 5 ha torpaq sahəsinin 600 kv.m hissəsinə dair şifahi razılaşmaya əsasən, torpaq sahəsi faktiki olaraq iddiaçıya verilmiş, iddiaçı isə qarşılığında 83.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür.

4. İddiaçı razılaşma üzrə ilk olaraq xx.xx.2008-ci il tarixdə 20.000 ABŞ dolları, sonrakı bir neçə ay ərzində isə müxtəlif vaxtlarda ödənişlər etməklə cavabdehə ümumilikdə 53.000 ABŞ dolları ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 53.000 ABŞ dollarının və əlavə olaraq Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 400 m2 torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş tikiliyə çəki lmiş xərclərin əvəzi olaraq 250.000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci ildə Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən 600 m2 torpaq sahəsini cavabdehdən 80.000 ABŞ dolarına almaq barədə razılığa gəlmişdir. İlkin olaraq cavabdehə 20.000 ABŞ dolları, sonra isə ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 53.000 ABŞ dolları vermişdir. Cavabdeh vəd etmişdir ki, satdığı torpaq sahəsi onun adına qərarla ayrılmış 5 ha torpaq sahəsinin daxilində yerləşir, həmin torpaq sahəsini tezliklə özəlləşdirəcək və razılaşdıqları kimi 600 m2 hissəsini rəsmi alqı-satqı müqaviləsi əsasında iddiaçının adına rəsmiləşdirəcək və iddiaçı bu rəsmiləşdirmədən sonra qalan məbləği ona verəcəkdir. Qeyd edil ən razılaşmadan sonra iddiaçı həmin torpaq sahəsində öz vəsaiti hesabına sexlər inşa etmişdir. Lakin 14 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh verdiyi sözü tutmamış, buna baxmayaraq, iddiaçıdan qalan məbləği tələb etmişdir. Məbləği verəcəyi halda sənədləşdirmə məsələsinin hansı yerdə qalacağını soruşduqda, cavabdeh icarə müqaviləsi bağlayaraq öz sahəsini özəlləşdirməsini iddiaçıya təklif etmişdir. Onun sənədləşdirmə işindən anlayışı olduğundan bu qaydada istifadəsində olan torpaq sahəsini sənədləşdirə bilməyəcəyini anlamışdır. Hər bir halda torpaq sahəsi ilkin torpaq ayırma sənədi əsasında özəlləşdirilməlidir ki, onlar notariat qaydasında müqaviləni rəsmiləşdirə bilsinlər. Bu səbəbdən cavabdehlə aralarında mübahisə yaranmışdır. Hazırda cavabdeh sexlərdə işləyən işçilərə təzyiq edə rək, onları mütəmadi təhdid edir. Tərəfindən polisə müraciət edilsə də, mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göründüyü kimi, iddiaçının hüquqları pozulmuş, cavabdeh isə pozulmuş hüquqların bərpası üçün hər hansı bir addım atmamış, vaxtilə faktiki alqı-satqı müqaviləsi ilə iddiaçıya satdığı torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş tikilini ələ keçirmək istəyir, həmin tikililərdən istifadəni mümkünsüz edir. Həmin tikilinin 14 il bundan əvvəl inşa edilməsinə, bu zaman ərzində saxlanılmasına və təmirinə çəkilmiş xərclər də nəzərə alınmalı və cavabdeh tərəfindən ona 250.000 manat ödənilməlidir. Sözügedən əmlakın dəqiq dəyərinin müəyyən olunması üçün ekspertiza təyin olunması barədə qərar qəbul edilməlidir.

7. Cavabdeh də öz növbəsində qa rşılıqlı iddia verərək, ilk iddianın rədd edilməsi, iddiaçıdan 127.200 manat əsas borcun və 4492,8 manat dəbbə pulunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddiada qeyd olunan məlumatlar doğruluğu əks etdirmir və bu tələbin heç bir qanuni əsası yoxdur. 2008-ci ilin may ayında "xxxx" QSC-nin Bakı filialının direktoru olaraq cavabdeh iddiaçı ilə güzəştli qiymətlə uzun müddətli, əvvəlcədən ödəmək şərti ilə 600 m2 sahəsi olan kommersiya obyektini icarəyə vermək haqqında razılaşmışdır. Həmin razılaşmaya əsasən iddiaçı əvvəlcədən 62.400 manat (80.000 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrdə Cəmiyyət tərəfindən təqdim olunmuş torpaq və tikinti sahələrinin icarə üzrə qiyməti 1 m2 üçün 3-5 manat t əşkil etmiş, lakin həmin razılaşma əsasında iddiaçı 1 m2 üçün 1 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 2008-ci il tarixdə razılaşdırılmış məbləğin cəmi 41.340 manat hissəsini ödəmiş, qalan 21.060 manatı ödəməmiş və əvəzində isə müxtəlif bəhanələr gətirərək həmin dövrdə bu məbləği ödəyə bilməyəcəyini bildirmişdir. İddiaçı həmin 600 m2 sahəni müxtəlif icarədarlara 1 m2 -ni 3-5 manata icarəyə verərək gəlir əldə etsə də, razılaşma əsasında yaranan borc öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı orta hesabla ayda 2000-2500 manat gəlir əldə etmiş, onun təyin etdiyi icarədarların icarə müqaviləsi cəmiyyətlə olduğundan mənfəət, torpaq və digər əmlak vergiləri şirkət tərəfindən ödənilmiş, bu da öz növbəsində Cəmiyyətin əlavə 500-550 manat xərc etməsinə səbəb idi, halbuk i həmin xərclərin ödənilməsini iddiaçı ilkin razılaşma əsasında özü ödəməyi öhdəsinə götürmüşdü. İddiaçının güzəştli şərtlərlə icarə əsasında ödədiyi 41.340 manat icarə haqqının müddəti 2014-cü ilin yanvar ayında bitmiş, kommersiya sahəsini geri qaytarmasını tələb etsələr də, iddiaçı müxtəlif bəhanələr gətirmiş və əməkdaşlara hədə-qorxu gələrək torpaq sahəsini təhvil verməkdən imtina etmişdir. Hazırda razılaşmaya əsasən iddiaçının xx.xx.2022-ci il tarixədək 57.200 manat icarə haqqı, dövlət və digər vergiləri nəzərə almaqla 70.000 manat olmaqla, ümumi 127200 manat borc öhdəliyi yaranmış, bununla yanaşı borc öhdəliyini yerinə yetirmədiyinə görə və bank uçot dərəcəsinin 7.8 əmsalında olmasını nəzərə alaraq illik 561,6 manat dəbbə və 8 il ödəniş olmadığını nəzərə alaraq 4492,8 manat dəbbə pulu da ödənilməlidir.

9. Bununla yanaşı, cavabdeh yazılı vəsatət verərək, iddia müddəti keçdiyindən ilk iddianın rədd edilməsini etmişdir.

10. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən sex binasının inşası zamanı tikintiquraşdırma işləri layihə əsasında sərf edilmiş tikinti materiallarının bazar qiyməti 129.537,799 manat təşkil edir

11. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, direktoru olduğu hüquqi şəxsə məxsus 5 ha ərazidən 6 sotunu icarəyə verdiyi, iddiaçı tərəfindən icarə haqqı ödənilmədiyi üçün ona icarəyə v erdiyi sahəni daş hasara aldığını, lakin iddiaçının yanında olan bir neçə şəxslə birlikdə həmin hasarı sökdüyünü və ona 300 manat ziyan vurduğunu bildirmişdir.

12. İddiaçı tərəfindən dəvət edilmiş şahid X8 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, cavabdehi isə şəxsən tanımasa da görmüşdür. Bir neçə il əvvəl işlərinin böyüməsi ilə bağlı anbar lazım olduğundan, iddiaçıdan 15x40 ölçüdə tikili inşa etməsini xahiş etmişdir. Həmin tikilidən sex kimi istifadə etməyi nəzərdə tutsa da, sonradan tikilinin sənədsiz olduğunu görüb anbar kimi istifadə etmişdir. İddiaçıdan bu yeri necə əldə etdiyini soruşmuşdur, o da cavabdehə pul verərək aldığını bildirmişdir. Tikilidən anbar kimi istifadə etdiyi üçün icarə haqqı kimi iddiaçıya əvvəllər 50 ABŞ dolları, 3 il sonra isə 100 ABŞ dolları ödəmişdir. Tikilidən 2009-cu ildən təxminən 2016-cı ilədək istifadə etmiş, 2016-cı ildən sonra isə artıq sexi bağladığı üçün anbar kimi istifadə etməyinə ehtiyac olmamışdır. İddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsinin olduğunu təzəlikcə eşitmişdir.

13. X3 ifadə verərək bildirmişdir ki, təxminən 10 il əvvəl iddiaçı moyka yeri düzəltdikdə, həmin yeri qreyderlə yaymışdır. O, ancaq moykanın yerini düzəltmiş, cavabdehi görməmişdir. Daim tikinti bazarında olmamış, fərdi qaydada fəaliyyət göstəmişdir. İddiaçı ilə arasında müqavilə olmamış, iddiaçının ona zəhmət haqqı olaraq ödədiyi məbləği təsdiq edən ödəniş qəbzi də olmamışdır.

14. X4 ifadəsində bildirmişdir ki, bazarda işləyir, həm iddiaçını, həm də cavabdehi tanıyır. İşlədiyi bazar tərəfdə iddiaçının yeməkxanası var. İddiaçı böyük məbləğdə pul ve rərək, cavabdehdən yer alacağını, həmin yerdə bokslar (qeyri-yaşayış sahəsi) tikdirəcəyini söyləmişdir. İddiaçının aldığı yer boş olmuş, sonradan həmin yeri düzəldərək bokslar tikmişdir.

15. X5 ifadəsində göstərmişdir ki, iddiaçının tanıyır. İddiaçı yararsız torpaq sahəsi almışdır. 2008-ci ildə briqadir kimi həmin sahədə eni 10 metr, uzunluğu 40 metr olmaqla obyektin tikintisinə başlamışlar, 2009-cu ildə tikintini başa vuraraq təhvil vermişdir. Briqadir kimi tikinti işləri zamanı iddiaçı onların yemək ehtiyacını və zəhmət haqlarını ödəmişdir. Tikinti işləri görərkən cavabdehi görməmiş, onunla hər hansı iş birliyi olmamışdır.

16. X7 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, cavabdeh və Aqşini isə tanımır. Sumqayıtda taxta bazarı deyilən ərazidə mübahisəli yer bataqlıq ərazi olduğundan şlakla doldurulmuş, 2008-2009-cu illərdə həmin yerdə eni 10 metr, uzunluğu 40 metr olmaqla obyekt tikilib iddiaçıya təhvil verilmişdir. Tikinti işlərinə onu iddiaçı cəlb etmiş, orada usta kimi çalışmış, usta kimi hörgü və suvaq işləri ilə məşğul olmuşdur. İddiaçı zəhmət haqlarını nağd şəkildə ödəmişdir.

17. X1 ifadəsində göstərmişdir ki, iddiaçını tanıyır, münasibəti yaxşıdır, cavabdehi isə tanımır, sadəcə adını eşitmişdir. İddiaçı ilə BTİ-də (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində) bir yerdə işləmişlər, mübahisəli yerin yerləşdiyi ərazinin yaxınlığında yeməkxana olmuş, onlar günorta, bəzən də axşam yeməyinə ora getmişlər. İddiaçı hazırki mübahisəli yeri cavabdehdə n alıb obyekt tikəcəyini bildirmiş, ona bunun lazımsız olduğunu söyləmişlər. Tikilinin yerləşdiyi yer, demək olar ki, bataqlıq olmuş, həmin tikilinin inşa edilməsində əsas məqsəd dondurma sexinin tikilməsi olmuşdur.

18. Cavabdeh tərəfindən dəvət edilmiş şahid X13 isə ifadə verərək bildirmişdir ki, cavabdehi tanıyır, iddiaçını isə görmüşdür, hər ikisi ilə münasibəti normaldır. 2003-2011-ci illərdə "xxxx" QSC-nin hüquqşünası vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində işləmiş, bir gün cavabdehin yanına gəlib ondan icarəyə yer verməsini istəmişdir. Hazırki mübahisəli tikili də 2003-cü ildən yarıtikili vəziyyətdə olmuş və tavanı qoyulandan sonra 2008 -ci ildə həmin tikili iddiaçıya güzəştli şərtlərlə 1 m2 - 0,80 manat olmaqla icarəyə verilmişdir. Digər icarədarlarla isə icarə haqqı üzrə 1 m2 2-5 manat arası təşkil edirdi. Cavabdehlə iddiaçı şifahi şəkildə razılığa gəlmiş, onlar arasında müqavilə bağlanmamışdır. Aralarındakı razılığa əsasən, iddiaçı torpaq sahəsini 80.000 ABŞ dolları məbləğinə almalı olmuş, lakin sonradan iddiaçı etiraz etmiş və nəticədə belə razılığa gəlmişlər ki, həmin məbləğ iddiaçının icarədarlardan alacağı icarə haqqı ilə əvəzləşdirilsin. İddiaçı icarədarlardan icarə haqqını özü almış, habelə onun ilk icarədarı Rəvan adlı şəxs olmuşdur. İddiaçı ilə müqavilə bağlanılmamasının səbəbi onun VÖEN-nin olmaması olmuşdur, çünki o dövlət qulluqçusu kimi çalışırdı. İddiaçı ilə güzəştli şərtlərlə razılaşmanın səbəbi isə həm in vaxt müəssisənin vəsaitinin olmaması olmuşdur. Bələdiyyə vergilərini cavabdeh vermiş, iddiaçının isə bələdiyyə vergiləri verib-verməməsi barədə məlumatlı deyildir. Kommunikasiya xətləri ümumi olmuş, elektrik enerjisini cavabdeh çəkmiş və ondan istifadə nəticəsində yazılan pulu cavabdeh ödəmişdir.

19. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Elmir Hüseynov) 2(060)-6989/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdehdən 53.000 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçının xeyrinə tutulması, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın bütövlükdə rədd olunması qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabde h 20062007-ci illərdə tanış olmuşlar. İddiaçı Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən kafeyə sahiblik etmiş, cavabdeh isə həmin ərazidə fəaliyyət göstərən "xxxx" QTSC-nin Bakı filialının rəhbəridir. Sumqayıt şəhər Bələdiyyəsi Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsini həmin ərazini subicarəyə vermək hüququ olmadan 99 il müddətinə "xxxx" QTSC-nin Bakı filialına icarəyə vermişdir. QTSC-nin rəhbəri qeyd edilən torpaq sahəsinə dair heç bir sərəncam vermək hüququ olmadan, yəni Sumqayıt Şəhər Bələdiyyəsi və ya "xxxx" QTSC-nin bakı filialı tərəfindən ona belə səlahiyyət verilmədən, ətrafdakılara özünü həmin torpaq sahəsinə dair sərəncam verə biləcəyi görüntüsü yaratmaqla, torpaq sahəsinin 600 m2 hissəsini sənədləşdirərək iddiaçıya 80.000 ABŞ dollarına satmağı sonuncu ilə razıl aşdıraraq, heç bir əsas olmadan ondan xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək ümumilikdə 53.000 ABŞ dolları vəsait almışdır. İddiaçı qalan 27.000 ABŞ dolları vəsaiti torpaq sahəsinə dair adına rəsmiləşdirərkən ödəyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı 2008-2009-cu illərdə müvafiq qurumlardan tikintiyə heç bir razılıq almadan, yalnız cavabdehin vədlərinə əsaslanaraq qeyd edilən 600 m2 torpaq sahəsi üzərində 400 m2 özbaşına tikili inşa etmişdir. Göründüyü kimi, cavabdeh heç bir əsası olmadan iddiaçıdan 53.000 ABŞ dolları almaqla əsassız varlanmışdır. Odur ki, ilk iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir.

21. Tikintiyə çəkilmiş 250.000 manat xərcin ödənilməsi tələbi isə rədd olunmalıdır, ona görə ki, iddiaçı həmin tikintini özbaşına tikinti kimi Sumqayıt Şəhər Bə lədiyyəsinin mülkiyyətində olan və "xxxx" QTSC-nin Bakı filialının icarəsində olan torpaq sahəsində inşa etmişdir ki, bunun nəticəsində də cavabdeh varlanmamışdır. Qanunvericiliyə əsasən cavabdeh iddiaçıdan xərclərin əvəzinin ödənilməsini yalnız işlərin aparılması prosesində sonuncunun varlandığı halda tələb edə bilər.

22. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən isə qeyd etmişdir ki, cavabdeh torpaq sahəsini və həmin vaxt artıq sahənin üzərində olan 400 m2 tikilini 1 m2 - 0,80 manat olmaqla iddiaçıya uzunmüddətli icarəyə verdiyini və bunun müqabilində ondan əvvəldən 53.000 ABŞ dolları aldığını bildirsə də, göstərdikləri ağlabatan hesab edilmir. Belə ki, mübahisəli torpaq sahəsinin üzərində tikililərin 2008-2009-cu illərdə məhz iddiaçı tərəfindən inşa edilməsi şahid ifadələri və digər sübut larla öz təsdiqini tapır. Cavabdeh tikilinin özü tərəfindən inşa edilməsinə dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda, hər ay 480 manat ödəmək əvəzinə bir dəfəyə böyük məbləğ hesab edilən (480 manata nisbətdə) 53.000 ABŞ dollarını cavabdehin depozit kimi qəbul etməsi və hər ay həmin məbləğdən 480 manat çıxılması da ağlabatan deyil. Bundan başqa, iddiaçıdan 53.000 ABŞ dolları alıb icarə müqaviləsi bağlamaq istəsə də, sonuncun VÖEN-i olmadığından bunu edə bilməmələri və artıq 53.000 ABŞ dollar tərəfindən israf edildiyi üçün mübahisəli sahədə olan tikilini iddiaçının istifadəsinə verərək sonuncunun həmin sahələri üçüncü şəxslərə ayda toplam olaraq 500-700 manat arası icarəyə verərək, həmin məbləğin cavabdehin iddiaçıya qaytarmalı olduğu 53000 ABŞ dollarından çıxılmasına da ir cavabdehin sonradan göstərdiklərinə də məhkəmə tənqidi yanaşmışdır, ona görə ki, cavabdeh istəyindən asılı olmayaraq mübahisəli torpaq sahəsini iddiaçıya icarəyə verə biməzdi, ona görə ki, torpaq sahəsi cavabdehin nə mülkiyyətində, nə də ki, sonradan ikinci əl icarəyə vermək hüququ ilə icarəsində olmamışdır. Odur ki, cavabdehin Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsinin 600 m2 hissəsinə heç bir hüququ olmadığından qarşılıqlı iddia rədd edilməlidir.

23. Məhkəmə cavabdehin ilk iddia üzrə iddia müddətinin tətbiq olunması barədə ərizəsini isə araşdıraraq hesab etmişdir ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 373cü maddəsi hazırkı halda tətbiq edilə bilməz, belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. İddiaçı ilə cavabdehin hazırkı mübahisəs i Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə tənzimlənir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 14.2.7, 19.1, 100.1, 107.1, 180, 385.1, 386.1,439.2, 439.4, 448.1, 700.1-700.3, 706.1-706.3, 712.1.1, 1090.2, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun tərəfindən inşa edilmiş tikilinin özbaşına tikili olmasını qeyd edir. Həmin tikili özbaşına tikint i hesab oluna bilməz. Belə ki, cavabdeh sözügedən tikilinin inşa edildiyi torpaq sahəsini özünün mülkiyyətində olan torpaq sahəsi kimi təqdim etmiş, torpaq sahəsində bu tikintinin aparılması üçün şərait yaratmışdır. Qeyd edilən tikilini dövlət və ya bələdiyyə torpağında inşa etsə idi, bunu özbaşına tikili hesab etmək olardı. Lakin müəyyən olunmuşdur ki, torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla cavabdehin idarəedicisi olduğu hüquqi şəxsin icarəsində olan torpaq sahəsidir və bu tikili və onlarla digər "özbaşına” tikililər birbaşa olaraq cavabdehin razılığı ilə inşa edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh bu tikintinin tikilməsi nəticəsində varlanmamışdır. Halbuki, cavabdehin razılığı ilə aparılmış tikintinin əldən çıxması nəticəsində tikintinin inşa edilməsinə çəkdiyi 129.5 37.799 manat vəsaiti itirmiş olur. Bununla da, faktiki olaraq cavabdehin istifadəsinə keçmiş tikilinin əldə edilməsi nəticəsində və ondan istifadə ilə cavabdeh varlanmış hesab edilir. Hər bir halda məhkəmə prosesi zamanı təqdim etdiyi maddi sübutlar, şahid ifadələri nəticəsində təsdiq olundu ki, uzun müddətdir ki, istifadə etdiyi mübahisəli qeyri-yaşayış binası onun vəsaiti hesabına inşa edilərək, uzun illərdir ki, mübahisəsiz istifadə olunub. Məhkəmə nədənsə torpağı əldə etmək üçün ödədiyi pulun qaytarılması tələbini təmin etsə də, həmin torpaq sahəsində inşa edilmiş və tikiliyə çəkilmiş xərclərin əvəzini tələb etmək hüququnun olmasını nəzərə almayıb. Açıq-aydındır ki, gələcəkdə sözügedən tikilidən istifadəsi mümkünsüz görünür, bu halda gələcəkdə cavabdehlə bu məsələ ilə bağlı mübahisənin yaranmaması məqsədilə məhkəmə həmin tikilinin əldən çıxmağını nəzərə almaqla iddia tələbini bu hissədə də təmin etməli idi. Məhkəmə prosesi zamanı belə bir hal təsdiqini tapmışdır ki, icarəçi mülkiyyətçinin razılığı olmadan torpaq sahəsini üçüncü şəxsin istifadəsinə verib. xx.xx.2022-ci il tarixdən iddiaçının istifadəsində olmuş tikilidə yerləşən sahələrin istifadəsinə görə icarədarlardan aylıq ödənişləri cavabdehin özü məcburi aldığını məhkəmədə etiraf etmişdir. Bu halda cavabdehin əsassız varlanmadığı qənaətinə gəlmək tamamilə əsassızdır. Cavabdeh hüquqi şəxsin adından deyil, bilavasitə fiziki şəxs qismində onun istifadəsində olmuş tikilidən hal-hazırda istifadə edir və ondan fayda götürür.

27. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv e dilməsini, ilk iddianın rədd edilməsi və iddiaçıdan 127.200 manat əsas borcun və 4492,8 manat dəbbə pulunun onun xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsindən və izahatından da göründüyü kimi, onun cavabdehə ödəmiş olduğu 53000 ABŞ dolları qeyd olunan 600 m2 torpaq sahəsinin alqı-satqı-müqaviləsi üçün deyil, istifadə etmiş olduğu həmin əmlakdan icarə müddətində icarə haqqı olaraq ödənilmiş, icarə əsasında ödədiyi 41340 manat icarə haqqının müddəti 2015-ci ilin yanvar ayında bitmişdir. İddiaçının məhkəmə iclasında şahid qismində dəvət etdiyi X11 öz izahatında həmin sahənin iddiaçı tərəfindən icarəyə götürülməsini təsdiqləsə də, məhkəmə buna hüquqi qiymət verməmiş, cavabdehin göstərdiklərinə isə tənqidi yanaşaraq, düzgün mövqe sərgiləməmişdir. Məhkəmə iddia müddətinin ötürülməsi barədə ərizəni rədd etsə də, bununla bağlı heç bir aydınlıq gətirməmiş, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il olduğu halda, 14 ildən sonra verilmiş iddia tələbini hüquqi əsası olmadan əsaslı hesab etmişdir. Məhkəmə cavabdehin heç bir əsası olmadan iddiaçıdan 53.000 ABŞ dolları almaqla əsassız varlandığı qənaətinə gəlsə də, bu fakt mülki işə əlavə edilmiş sübutlar və işin faktiki halları ilə sübuta yetirilməmiş, iddiaçı məhkəmədə vermiş olduğu izahatında cavabdehə ödəmiş olduğu 53000 ABŞ dollarını həmin əmlakdan gələn icarə haqqı ilə əvəzləşdirdiyini bildirsə də, həmin məbləğ borc öhədliyi kimi yenidən cavabdehin üzərinə qoyulmuş, şifahi ola raq bağlanmış icarə müqaviləsi isə ağlabatan hesab edilməyərək tənqidi yanaşılmışdır.

29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Z.Məmmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və F.Məmmədov) 2(105)-728/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti rədd, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 53000 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər iddiaçı tərəfindən ca vabdehə 53000 ABŞ dolları pulun verilməsini, tikilidən iddiaçının istifadə etdiyini və icarəyə verdiyini, həmin icarə haqlarını iddiaçının almasını mübahisələndirmirlər. Tərəflər hazırda aşağıdakı halları mübahisələndirirlər: aralarında torpaq sahəsinin alqı-satqı müqaviləsinin, yoxsa icarə müqaviləsinin bağlanması ilə bağlı razılığa gəlinməsi; tikilinin kim tərəfindən inşa edilməsi; 53.000 ABŞ dollarının iddiaçıya qaytarılmalı olub-olmaması; qarşılıqlı iddianın əsaslı olub-olmaması. İşdən görünür ki, iddiaçı cavabdehlə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq barədə razılığa gəldiklərini, cavabdeh isə onun əksini - onların icarə münasibətlərində olduqlarını bildirir. Tərəflər öz aralarında 2008-ci ildə razılaşdıqdan sonra iddiaçı elə həmin ildə 53.000 ABŞ dollarını hissə-hissə ödəmişdir. İddiaçı həmin məbləğin məhz alqı-satqı müqaviləsi ilə bağlı əvvəlcədən razılaşdırılmış məbləğin bir hissəsi olduğunu iddia edir. Cavabdeh isə iddia edir ki, həmin məbləğ icarə müqaviləsi bağlanması üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmişdir. Bunu cavabdehin nümayəndəsi məhkəmə iclaslarında onunla izah etmişdir ki, şəhərin abadlaşdırılması üçün icarədarlar xərclər çəkmiş, iddiaçı da həmin məbləği əvvəlcədən ödəmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərinə münasibətdə qeyd etmişdir ki, icarə müqaviləsinin əvvəlcədən həmin məbləğdə ödənilməsi inandırıcı və ağalabatan deyildir. Belə ki, iddiaçının ödədiyi məbləğ onun özünün dediyi kimi, baş tutacaq alqı-satqı müqaviləsi üçün danışılmış məbləğin əsas hissəsini təşkil etmişdir, iddiaçı tərəfindən həmin məbləğin icarə müqaviləsi üçün əvvəlcədən ödənildiyi, daha sonra depozit kimi məbləğdən hər ay 480 manatın çıxılması barədə cavabdehin dəlilləri əsassızdır. 2008-ci il ərzində cavabdeh iddiaçıdan 53.000 ABŞ dollarını heç bir əsas olmadan əldə etmiş, onun hesabına varlanmışdır.

32. Kollegiya cavabdehin əsassız varlanması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da hesab etmişdir ki, iddiaçıya tələb hüququ məlum olduğu vaxtdan iki illik müddətin keçməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, cavabdehlə razılığa gəldikdən sonra, 2-3 ay, yaxud da 2 il ərzində torpaq sahəsinə dair alqı-satqının baş tutacağını düşünmüşdür. Lakin bunu cavabdehdən tələb də etməmişdir, çünki həm özü icarədən pul qazanmış, h əm də həmin sahədə uzun müddət işlədiyinə görə başa düşmüşdür ki, cavabdeh onun adına rəsmiləşməni edə bilməyəcəkdir. Mübahisə isə ödənilməli olan məbləğin qalan hissəsinin cavabdeh tərəfindən tələb olunması ilə yaranmışdır. Belə ki, iddiaçı yalnız alqı-satqı baş tutarsa, cavabdehə qalan məbləği ödəyəcəyini bildirmiş, cavabdeh isə ona alqı-satqı müqaviləsinin bağlana bilməyəcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı bildirdiyi kimi elə həmin ildə, yaxud da 2 il ərzində alqı-satqı müqaviləsinin bağlanacağını güman etmiş, lakin bununla bağlı iddia ilə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

33. Beləliklə, cavabdehin iddiaçının hesabına əsassız varlandığı təsdiq olunsa da, iddiaçının tələb etmə hüququ ilə bağlı müddət ötürüldüyündən, iddia həmin hissədə rədd edilməlid ir. Hazıkı iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, hər iki tərəfin bu münasibətlərdə marağı olmuşdur, iddiaçı 20082022-ci illər ərzində obyektlərdən hər ay pul götürmüş, cavabdehə isə həmin məqsədlə 2008-ci ildə 53.000 dollar pul verilmişdir. Heç bir tərəf mövcud münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsində maraqlı olmamışdır. Belə ki, bununla bağlı tərəflər arasında qeyd edilən illər ərzində mübahisənin olduğu işdə olan sənədlərlə müəyyən olunmur. Cavabdehin iddiaçıya dəfələrlə müraciət edərək, onu müqavilə münasibətlərinə dəvət etməsi də heç bir mötəbər sübutla təsdiqlənmir.

35. K ollegiya tikintiyə çəkilmiş 250 000 manat xərcin Cavabdeh tələb olunması hissəsinə gəldikdə isə hesab etmişdir ki, İddiaçı həmin tikilini özbaşına tikinti kimi Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyətində olan və "xxxx" QTSCnin Bakı filialının icarəsində olan torpaq sahəsində inşa etmişdir ki, bunun nəticəsində də Cavabdeh varlanmamışdır.

36. Belə ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli Qərarına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha Sumqayıt şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsi "xxxx" QTSC-nin Bakı filialına 99 il müddətinə icarəyə verilmişdir. 26 noyabr 2004-cü il tarixli, 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha Sumqayıt şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsi " xxxx" QTSC-nin Bakı Filialına 25 il müddətinə icarəyə verilmişdir. Mülki Məcəllənin 712.1.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin.

37. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsinin 600 kv.m hissəsinə sərəncam hüququ olmadığından, onun cavabdeh İddiaçı icarə haqqı kimi tələb etdiyi 127200 manat əsas borc və 4492,8 manat dəbbə pulunun tutulmasına dair şikayətin dəlilləri əsassızdır və rədd edilməlidir.

38. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.2.7, 385.1, 386.1, 425. 1, 439.2, 439.4, 448.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095, 180.1, 180.2, 180.3, 180.4, 1090.2, 372.1, 372.2, 377.1, 375.2, 376, 377.1, 100.1, 107.1, 700.1, 700.2, 706.1, 706.2, 706.3, 712.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

39. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərmişdir ki, iddiaçının 14 il ərzində fasiləsiz istifadə etdiyi mübahisəli torpaq sahəsinə və orada inşa etdiyi tikiliyə də qanuni gözləntisi mövcuddur. Bu müddət ərzində ümid etmişdir ki, mübahisələndirilən torpaq sahəsini və onun üzərində inşa edilmiş tikilini öz adına rəsmiləşdirəcəkdir. Hazırda qanuni gözləntiyə malik olduğu hüquq gələcəkdə onların mübahisələndirilən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikiliyə mülkiyyət hüququnu istisna etmir. Avropa Məhkəməsinin presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmə isə Mülki Məcəlləsinin 158.2 və 158.4-cü maddələrinin tələblərini pozmuşdur.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər –Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Əhliman Xıdırov və Elşad Şamayev) 2(102)3364/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 05)-728/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsinin qismən, ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

42. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin ilk iddianın rədd edilməsi üzrə gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan əsaslı və qanuni sayıla bilməz. Belə ki, apelyasiya məhkəməsi 2008-ci il ərzində cavabdeh iddiaçıdan 53 min ABŞ dollarını heç bir əsas olmadan əldə edərək onun hesabına varlandığı qənaətinə gəlsə də, iddiaçı tərəfindən əsassız varlanma obyektinin qaytarılmasını tələb etmə hüququ ilə bağlı olan 2 illik iddia müddətinin ötürüldüyü qənaətinə gəlmiş və həmin müddətin ba şlanğıcını müəyyən edərək göstərmişdir ki, iddiaçı cavabdehlə razılığa gəldikdən sonra, 2-3 ay, yaxud da 2 il ərzində torpaq sahəsinə dair alqı-satqının baş tutacağını düşünmüşdür. Lakin bunu cavabdehdən tələb də etməmişdir. İddiaçı elə həmin ildə (2008-ci ildə), yaxud da 2 il ərzində alqı-satqı müqaviləsinin bağlanacağını güman etmiş, lakin bununla bağlı iddia ilə yalnız 14 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etməklə, iddia müddətini buraxmışdır.

43. Məhkəmə kollegiyası bildirmişdir ki, məhkəmə iddia müddətinin başlanğıcını müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, apellyasiya məhkəməsinin özünün məhkəmə qətnaməsində müəyyən etdiyi kimi, tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, hər iki tərəfin bu münasibətlərdə marağı olmuşdur, iddiaçı 2008-2022-ci illər ərzində o byektlərdən hər ay pul götürmüş, cavabdehə isə həmin məqsədlə 2008-ci ildə 53 min dollar pul verilmişdir. Heç bir tərəf mövcud münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsində maraqlı olmamışdır. Belə ki, bununla bağlı tərəflər arasında qeyd edilən illər ərzində mübahisənin olduğu işdə olan sənədlərlə müəyyən olunmur. Cavabdehin iddiaçıya dəfələrlə müraciət edərək, onu müqavilə münasibətlərinə dəvət etməsi də heç bir mötəbər sübutla təsdiqlənmir. Buna görə də, apellyasiya məhkəməsinin 2022-ci ilədək tərəflər arasında hər hansı mübahisə olmamasını müəyyən etdiyi halda, iddiaçının öz subyektiv hüququnun pozulmasını 2008 və ya 2010-cu ildən bilməli olması barədə mövqeyi ziddiyyətli olmuşdur.

44. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən aparılmış tikintilərə görə tələb edilən xərcin rəd d edilməsi hissəsi üzrə apellyasiya məhkəməsinin qənaətini anlaşılan hesab etməyərək, qeyd etmişdir ki, apellyasiya məhkəməsinin mövqeyindən aydın olmur ki, məhkəmə tikintinin özbaşına tikinti olmasına görə yoxsa, bu tikintinin cavabdehin deyil, Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyətində olan və "xxxx" QTSC-nin Bakı filialının icarəsində olan torpaq sahəsində inşa edildiyinə görə cavabdehin varlanmadığı qənaətinə gəlmişdir. Çünki işdən görünür ki, 400 kv.m sahəsi olan bu tikili özbaşına tikinti olsa da, icarə obyekti kimi fəaliyyət göstərməklə gəlir gətirir və həmin əmlaka faktiki sahiblik edən şəxsi varlandırır. Həmçinin özbaşına tikilinin altında yerləşən torpaq sahəsinin mülkiyyətçisinin və ya qanuni istifadəçisinin qanunla müəyyən edilmiş şərtlər daxilində həmin əmlaka mülkiyyət hüquq ları yarana bilər. Bu halda da, varlanan şəxs özbaşına tikilinin altında yerləşən torpaq sahəsinin mülkiyyətçisi və ya qanuni istifadəçisi ola bilər. Buna görə də, apellyasiya məhkəməsi həmin tikilinin kimin faktiki sahibliyində və istifadəsində olmasını müəyyən etməli və bundan sonra həmin tələbə hüquqi qiymət verməlidir.

45. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 144.2, 337.1, 337.3, 337.4, 337.5, 372.1, 372.2, 373.5, 375.2, 377.1, 1091.1, 1091.2, 1092.1, 1094, 1095-ci maddələrinə istinadla əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

46. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-377/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova ) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin 53.000 ABŞ dolları məbləğində vəsaitin tutulması hissəsində dəyişdirilmədən saxlanılması və qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, baxılan iş üzrə ilkin iddia tələbinin mübahisələndirilən hissədə qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. İşdən görünür ki, QTSC-nin rəhbəri torpaq sahəsinə dair heç bir sərəncam vermək hüququ olmadan, yəni Sumqayıt Şəhər Bələdiyyəsi və ya "xxxx" QTSC-nin Bakı filialı tərəfindən ona belə səlahiyyət verilmədən, ətrafdakılara özünü həmin torpaq sahəsinə dair sərəncam verə biləcəyi görüntüsü yarat maqla, torpaq sahəsinin 600 kv.m. hissəsini sənədləşdirərək ilkin iddiaçıya 80.000 ABŞ dollarına satmağı sonuncu ilə razılaşdıraraq, heç bir əsas olmadan ondan xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək ümumilikdə 53.000 ABŞ dolları vəsait almışdır. Bununla da cavabdeh heç bir əsası olmadan ilkin iddiaçıdan 53.000 ABŞ dolları almaqla əsassız varlanmışdır.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, hər iki tərəfin bu münasibətlərdə marağı olmuş, ilkin iddiaçı 2008-2022-ci illər ərzində obyektlərdən hər ay pul götürmüşdür. Lakin tərəflər arasında qeyd edilən illər ərzində mübahisənin olduğu, eləcə də cavabdehin iddiaçıya müraciət edərək, onu müqavilə münasibətlərinə dəvət etməsi də heç bir mötəbər sübutla təsdiqlənmi r. Ötən müddət ərzində (2008-2022-ci illər) tərəflər arasında mübahisənin olması və onların müqavilə münasibətlərinin olması öz təsdiqini tapmır.

49. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, baxmayaraq ki, ilkin iddiaçı 2008-2022-ci illər ərzində obyektdən istifadə etsə də, bu müddət ərzində onlar arasında mübahisə olmadığından o, subyektiv hüququnun pozulmasını 2022-ci ildən bilmiş və elə həmin ilin oktyabr ayından da məhkəməyə müraciət etmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ilkin iddiaçı Mülki Məcəllənin 1095- ci maddəsində nəzərdə tutulan 2 illik iddia müddətini ötürmədiyindən, ilkin iddia tələbini qismən təmin edərək, Cavabdeh 53.000 (əlli üç min) ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla ilkin İddiaçı xeyrinə tutulması barədə birinci insta nsiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

51. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi, ilk iddia üzrə iddiaçının iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsinin təmin edilməsi, bu mümkün deyilsə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qoyduğu məcburi göstərişlərə əməl etmədən qətnamə qəbul etdiyi kimi, İddiaçı bu iş üzrə Cavabdeh qarşı dey il, onun direktoru olduğu mübahisəli torpağın sahibi "xxxx" QSC-nin Bakı filialına qarşı iddia qaldırmalı olduğu halda, Cavabdeh qarşı (subyektiv hüququ olmadan) iddia qaldırmasına məhəl vermədən qətnamə qəbul edərək Cavabdeh məhkum edilməsinə səbəb olmuş, bununla onun mülkiyyət hüququnu, ədalətli məhkəmə araşdırması hüququnu, Azərbaycan Respublikası Konstitusiyasının 60,13, 29-cü və digər maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1-ci və digər normalarını, həmçinin digər qanunvericilik aktlarını, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini pozmuş, onları düzgün tətbiq etməmişdir.Qətnamə qanunvercilyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də qanuni və əsaslı deyildir.

53. Kassasiya ş ikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin məcburi tələblərinə əməl etməmişdir. Belə ki, Ali Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddətinin başlanğıcının düzgün təyin edilməsinin məcburi göstəriş kimi tələb etsə də apellyasiya instansiya məhkəməsi yenə də yanlışlığa yol verərək, bu səfər heç bir araşdırma aparmadan iddia müddətinin ötmədiyini qeyd etmişdir. Bu isə qanunvericiliyin tələbinə ziddir. Belə ki, İddiaçı tərəfindən təqdim edilmiş və Nümayəndə1 tərəfindən doğruluğu təsdiq edilmiş ödənişlə bağlı məlumat vərəqələrindən görünür ki, Ramazanov X6 Yasin Teymur oğluna ilk dəfə xx.xx.2008-ci il tarixdə 20.000 (iyirmi min) ABŞ dolları, daha sonra xx.xx.2008-ci il tarixdə 3.000 (üç min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 7.000 (yeddi min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 4.000 (dörd min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 9.000 (doqquz min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 10.000 (on min) ABŞ dolları olmaqla ümumilikdə 53.000 (əlli üç min) ABŞ dolları ödəniş etmişdir. İşdə olan sübutlardan məlum olur ki, Ramazanov həmin 53.000 ABŞ dollarının icarə haqqı kimi ödəmiş və həmin yerdə olan tikililəri icarəyə verərək özü də gəlir əldə etmişdir. Sonuncu ödənişi isə, xx.xx.2008ci ildə həyata keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

55. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

56. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

57. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

58. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

59. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

60. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağ a, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

61. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

62. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

63. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

64. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

65. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

66. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

67. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

68. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma hə yata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

69. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

70. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

71. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

79. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

81. Qanunun tələbinə görə, kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

85. Kassasiya şikay əti tərəflər arasında alqı-satqı ilə bağlı münasibətlərin deyil, icarə münasibətlərinin olmasını və ona ödənilmiş məbləğin icra haqqı məbləği olması və həmin məbləğin ödənilməsindən isə uzun müddət keçməsinə görə iddia müddətinin tətbiq olunmalı olması ilə əsaslandırılmışdır.

86. Kassasiya şikayətinin dəlilləri qəbul oluna bilməz. Belə ki, tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, hər iki tərəfin bu münasibətlərdə marağı olmuş, ilkin iddiaçı 2008-2022-ci illər ərzində obyektlərdən hər ay pul götürmüşdür. Lakin tərəflər arasında qeyd edilən illər ərzində mübahisənin olduğu, eləcə də cavabdehin iddiaçıya müraciət edərək, onu müqavilə münasibətlərinə dəvət etməsi də heç bir mötəbər sübutla təsdiqlənmir. Ötən müddət ərzində (2008-2022-ci illər) tərəflər arasında mübahisənin olması və onların müqavilə münasibətlərinin olması öz təsdiqini tapmır.

87. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, baxmayaraq ki, ilkin iddiaçı 2008-2022-ci illər ərzində obyektdən istifadə etsə də, bu müddət ərzində onlar arasında mübahisə olmadığından o, subyektiv hüququnun pozulmasını 2022-ci ildən bilmiş və elə həmin ilin oktyabr ayından da məhkəməyə müraciət etmişdir.

88. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2024-cü il tarixli, 2(105)-377/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar