Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-285/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-***/2019 şəhəri 17 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli, 2(103)***/2018 nömrəli qətnaməsindən iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanət lərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim E.Nuriyev) 31.05.2018-ci il tarixli, 2(007)-1343/2018 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi”tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, İ.Vəliyev, E.Həsənov) 11.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv Prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli, 2(007)-1343/2018 nömrə li qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə 02.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 15.03.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş 2.000.000 (iki milyon) manat əsas, 320.000 (üç yüz iyirmi min) manat faiz, 2 68977.78 (iki yüz altmış səkkiz min doqquz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat dəbbə pulu olmaqla, cəmi 2588977.78 (iki milyon beş yüz səksən səkkiz min doqquz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmas ını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi şikayəti araşdırarkən obyektiv yanaşmamış, birtərəfli mövqe tutaraq, işin tam və hərtərəfli araşdırılmasına mane olmaqla səhv nəticəyə gəlmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh atası X1 Şurasının sədri vəzifəsinə bərpa ediləndən sonra 05.11.2015 ci il tarixində ****** saylı Qərar qəbul edib. Həmin qərarda qeyd edilib ki, X3 müraciətinə baxılaraq 15.03.2013 cü il tarixli X4 adına rəsmiləşdirilən 8.000.000 manat, 15.03.2013 ci il tarixində Cavabdeh adına rəsmiləşdirilən 2.000.000 manat, 19.07.20 15 cil tarixində X4 adına rəsmiləşdirilən 2.050.000 manat kredit müqavilələri üzrə kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması təmin edilmiş, girovlar ipoteka yüklülüyündən azad edilmişdir və sözügedən kredit müqavilələri üzrə X3 banka ödədiyi 400.000 manatdan artıq pul vəsaiti ərizəçiyə geri qaytarılmışdır. Bu səbəbdən, yəni kredit üzrə borcun balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması təmin edilməsini əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilib. Həmçinin qətnamədə qeyd edilib ki, LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01.03.2017 ci tarixində qəbul etdiyi 01 saylı qərar məhkəmə qaydasında təsdiq edilməyib. Məlumat üçün bildiririk ki, LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığor talanması Fondunun 01.03.2017 ci tarixdə qəbul edilən qərarda qeyd edilib ki, ****** saylı 05.11.2015 ci il tarixli X6 ləğv edilsin. Lakin bildirilmişdir ki, ləğvedicinin qərarının məhkəmə qaydasında təsdiq edilməsi mümkünsüz hesab edilmişdir və həm birinci, həm apellyasiya həm də kasassiya instansiyalarının məhkəmələrinin qərarlarında qeyd edilmişdir ki, ləğvedicinin bu qərarı məhkəmə nəzarəti qaydasında baxılan məsələlərə aid deyil. Bu səbəbdən sözügedən ərizənin məhkəmə qaydasında baxılması mümkünsüz hesab edilmişdir. Birinci instansiya məhkəməsi bu qərarları əsas gətirərək hesab edir ki mübahisləndirilən kredit müqavilələri üzrə kredit borcu balansdan kənar hesabdadır. Lakin proses zamanı nümayəndələri dəfələrlə bildirmişdir ki, ləğvedicinin bu qərarının məhkəmə qaydasında təsdiq edili b edilməməsindən asılı olmayaraq qanunvericiliyin tələblərinə görə balansadankənar hesaba köçürülən pul vəsaiti 5 il müddətinə təqibi aparılır və iddia tələbini təşkil edən kredit müqavilələri üzrə kredit borcu 2017 ci il tarixindən balansa qaytarılıb. Lakin məhkəmə araşdırılması zamanı nə məhkəmə mühasibatlıq ekspertizası təyin edilib, nə də digər hər hansı bir araşdırılma aparılıb. Hesab edir ki, mübahisələndirilən kredit məbləğinin balansda olub olmamasını müəyyən etmək üçün mütləq qaydada məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi. Bundan əlavə, müşahidə şurasının sədrinin özünün və birinci dərəcəli qohumlarının, yəni qardaşının və oğlunun xeyrinə hər hansı bir qərar qəbul etmək səlahiyyəti yoxdur. X2 05.11.2015-ci il tarixli, ****** saylı Qərarı ilə banka külli miqdarda ziya n vurmuş və şəxsi mənafelərini üstün tutaraq özünün və oğlunun adına olan külli miqdarda kredit borclarını balansdankənar hesaba köçürmüşdür.Azərbaycan respublikası Mərkəzi Bankın 18.12.2013-cü il tarixdə təsdiq etdiyi ****** saylı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydalarına əsasən balansdankənara köçürülən pul vəsaitlərinin uçotu 5 il müddətinə aparılır və bu müddət ərzində həmin vəsait balansa qaytarıla bilər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 15 mart 2013-cü il tarixli Nİ-185/013 nömrəli kredit müqaviləsinə əsasən,İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 8 faiz ödəmək şərtilə 2.000.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli ****** saylı qərarı ilə 1) E.Əliyevin və Cavabdeh adına rəsmiləşdirilmiş kreditin ödənişi məqsədilə ondan qeyri-qanuni alınmış 460.000 manat məbləğində vəsait kredit məbləğinin üzərinə bərpa olunması, 2) 15.03.2013-cü il tarixdə E.M.Əliyevin adına rəsmiləşdirilmiş 8.000.000 manat, 15.03.2013-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş 2.000.000 manat və 19.07.2015-ci il tarixdə E.M.Əliyevin adına rəsmiləşdirilmiş 2.050.000 manat məbləğində kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılmasının təmin edilməsi; 3) Qərarın ikinci bəndində qeyd olunan kreditlər üzrə bağlanmış ipoteka müqavilələrinin ləğv edilməsi və əm lakların müvafiq qaydada yüklülükdən azad edilməsi; 4) X10 tapşırılmışdır ki, qərarın ikinci bəndində qeyd olunmuş kreditlərin rəsmiləşdirilməsi zamanı yol verilmiş qanun pozuntularının araşdırılması, kreditin qaytarılması mənbəyinin müəyyən edilməsi və qaytarılmasının təmin edilməsi; 5) Araşdırmaların nəticəsinin məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət olunması üçün Müşahidə Şurasının müzakirəsinə çıxarılması; 6) B1 ərizəsinin nəzərə alınması, ondan qeyri-qanuni alınmış 460.000 manat məbləğində vəsaitin B.Əliyevin cari hesabına bərpa olunması qərara alınmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli 01 nömrəli qərarı iləİddiaçı ASC-nin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tar ixli ****** saylı qərarı «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 24 və 25-ci maddələrinə zidd olduğundan ləğv edilməsi və qərarın ləğvediciyə nəzarəti həyata keçirən məhkəmə orqanına təsdiq olunması üçün təqdim edilməsi qərara alınmışdır. Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin Müşahidə Şurasının 05.11.2015-ci il tarixli ****** qərarı ləğv olunmuşdur. 1 Saylı Bakı İnzibati İqtisadi Məhkəməsi həmin işə baxarkən 04 fevral 2016-cı il tarixli qərardadla İddiaçıASC iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, 20 aprel 2017-ci tarixli qərardadla İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli ****** qərarının ləğv olunması haqqında 01 mart 2017-ci il tarixli 01 nömrəli qərarının məhkəmə qaydasında təsdiq olunması barədə ərizəsi mümkün sayılmamışdır. 1 Saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin bu barədə 2-1(81)-1541/2016 saylı iş üzrə 20 aprel 2017-ci il tarixli qərardadından Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1373 saylı iş üzrə qəbul etdiyi 12 iyun 2017-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmamışdır. Əmanətlərin Sığortalanması Fondunun və onun vəkili T.Əmənovun həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 21(102)-1655/2017 saylı iş üzrə qəbul etdiyi 15 sentyabr 2017-ci il tarixli qərarı ilə rədd edilmişdir. Ləğv Prosesində ola n İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin Müşahidə Şürasının 05 noyabr 2015-ci il tarixli ****** qərarı ləğv olunsa da, həmin qərar məhkəmə qaydasında tanınmamış və təsdiq edilməmişdir. Belə olan halda İddiaçı ASC-nin Müşahidə Şürasının 05 noyabr 2015-ci il tarixli ****** qərarı hal-hazırda qüvvədədir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, apellyasiya şikayətinin dəlillərini, sübutları tam və hərtərəfli araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının v ə əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, iş materialları ilə də müəyyən olunur ki, Cavabdeh atası X1 Şurasının sədri vəzifəsinə bərpa ediləndən sonra 05.11.2015 ci il tarixində ****** saylı Qərar qəbul edib. Həmin qərarda qeyd edilib ki, X3 müraciətinə baxılaraq 15.03.2013 cü il tarixli X4 adına rəsmiləşdirilən 8.000.000 manat, 15.03.2013 ci il tarixində Cavabdeh adına rəsmiləşdirilən 2.000.000 manat, 19.07.2015 cil tarixində X4 adına rəsmiləşdirilən 2.050.000 manat kre dit müqavilələri üzrə kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması təmin edilmiş, girovlar ipoteka yüklülüyündən azad edilmişdir və sözügedən kredit müqavilələri üzrə X3 banka ödədiyi 400.000 manatdan artıq pul vəsaiti ərizəçiyə geri qaytarılmışdır. 15 mart 2013-cü il tarixli Nİ-185/013 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 8 faiz ödəmək şərtilə 2.000.000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması, balansdankənar hesaba köçürülən pul vəsaitinin balansa qaytarılması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmiş, həmçinin əlavə araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci ma ddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsasənmaddivəprosessua lhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolu nmamasıapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünə sasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olun an faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhediləngö stərişlərhəminişəyenidənbaxanməhkəməüçünməcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qə rarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X9rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli 2(103)-***/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndəril sin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-285/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-285/2019
17.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver