Məhkəmə qərarları › İş №2(102)-285/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-285/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-285/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh qızına iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi, sübutetmə yükü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-716/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2014-2018-ci illər ərzində Cavabdeh yaz ılı qəbzlər əsasında 100 manat, 300 manat, 2.100 manat, 2.800 manat və 800 manat olmaqla, cəmi 6.100 manat məbləğində pulu borc verdiyini, ondan 2.252 manatı geri qaytarsa da, qalan 3.848 manatın ödənilmədiyini bildirir.

2. Cavabdeh isə aldığı yekun borcun məbləğinə dair müxtləif məlumatlar verməklə, borcu qaytardığını ifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Behbudova (Qənbərova) Pərvanə Surxay qızından sonuncuya borc kimi verdiyi 4388 (dörd min üç yüz səksən səkkiz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2014-ci ildə 100 manat, xx.xx.2016-cı ild ə 300 manat, xx.xx.2017-ci ildə 2100 manat, xx.xx.2017-ci ildə 2800 manat, xx.xx.2018-ci ildə isə 800 manat borc pul vermişdir. Borcun qaytarılmasını dəfələrlə cavabdehdən tələb etmiş, lakin bu mümkün olmadığından Cavabdeh pensiya kartını ona vermişdir. Bu yolla 11 ay ərzində, hər ay 112 manat olmaqla 1232 manat borcundan ödənmişdir. Ancaq cavabdeh sonradan borcunu ödəməmək üçün kartı bağlatmışdır. Sonradan da edilmiş qismi ödənişlərlə ümumilikdə 1712 manat ona qaytarılmışdır. Ödənilməyən məbləğ isə 4388 manat təşkil edir.

5. İddiaçı, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli iclasında cavabdehin əlavə olaraq 540 manat qaytardığını bildirmişdir.

6. Cavabdeh isə birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, iddiaçıdan ayrı-ayrı vaxtlarda hissə-hissə 3800 manat borc götürmüş və həmin borcu tam ödəmişdir və hazırda iddiaçıya borcu yoxdur.

7. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1754/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3848 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, cavabdeh X2 4388 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda 540 manat qaytarmış, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdeh məhkəmyə iddiaçıya borcunun olmaması və ya qaytarılması barədə h eç bir sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Birinci instansiya məhkəmsinin qətnaməsindən cavabdeh Pərvanə Qəmbərova apellyasiya şikayəti vermişdir. Şikayətdə iddiaçıdan götürdüyü borc məbləğini 1.800 manat olaraq göstərmişdir.

10. Pərvanə Qəmbərova apellyasiya baxışında verdiyi izahatında bildirmişdir ki, iddiaçıdan borca ümumilikdə 2.800 manat pul almışdır. İddiaçıya olan borcunu tam şəkildə ödəmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərE.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) xx xxxx 2020-ci il tarixli, 2(107)-716/20 nömrəli qətnaməsi ilə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətn аməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, cavabdeh X1 800 manat borc pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli qəbzin məzmunundan cavabdehin iddiaçıdan 2800 manat borc pul alması deyil, göstərilən vaxtadək (xx.xx.2017-ci ilədək) iddiaçıdan borc aldığı ümumi puldan məhz onа borclu qaldığı 2800 manat pulun qaytarılması üçün pensiya kartını iddiaçıya verməsi (girov qoyması) göstərilmişdir ki, borcun əvəzi, həmin karta yüklənən pul vasitəsi ilə ödənilsin. Sonuncu qəbz isə cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda aldığı cəmi 2800 manat borc puldan kartlar vasitəsi ilə ödənilməmiş qalan 800 manata dair ya zılmış qəbzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnaməni ləğv edərkən səhv nəticəyə gəlmişdir. Həmin məhkəmənin fərqli şərh etdiyi, 2.800 manat borca dair qəbzdə fikir ümumi məbləğdən, deyil cavabdehin bir dəfəyə götürmüş olduğu pul məbləğindən gedir. Cavabdeh bir dəfə üçün iddiaçıdan almış olduğu məbləği qeyd edib. Məhkəmə isə digər borc qəbzlərindən həmin qəbzi təcrid etmiş, ona başqa məzmunla yanaşaraq həmin məbləği ümumi borcdan ayırmışdır. Bu halda belə ondan götür ülən pul məbləğlərinin cəmi qeyd olunan 2800 manatı təşkil etmir. Qətnamə ilə heç bir halda razı deyil, bu qətnamə onun əmlakı ilə bağlı qanunla qorunan hüquqlarını tam olaraq pozur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc ve rən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin ar aşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Hazırkı iş üzrə iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Borc müqaviləsinə görə borc verən, müvafiq pul məbləğinin (və ya digər əvəz edilən əşyaların) mülkiyyətini borc alana keçirməyi, sonuncu isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öhdəsinə götürür (§ 17).

26. Tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin olması (iddiaçının cavabdehə müxtəlif vaxtlarda borc pul verməsi) işin mübahisəsiz halıdır. Bununla belə borcun məbləği, qaytarılmayan hissə ilə bağlı hallar mübahisəlidir. Çünki, cavabdeh aldığı borcun məbləğinə dair müxtəlif fikirlər ifadə etmiş, eyni zamanda borcu tam ödədiyini bildirmişdir (§ 6, 9, 10).

27. Belə olan halda, cavabdehə hansı məbləğdə borcun verildiyini sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Çünki, hər kəs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§19).

28. İş materiallarından görünür ki, iddiaçı, cavabdehə verdiyi pul məbləğlərinə dair beş ədəd yazılı qəbzə istinad edir (§ 4). Cavabdehin imzası ilə təsdiqlənmiş bu qəbzlərdə 100, 300, 2100, 2800 və 800 manat borc pulun alınması qeyd olunmuşdur.

29. Cavabdeh tərəfindən həmin yazılı sənədlərin mötəbərliyi birinci instansiya məhkəməsində və ya apellyasiya şikayətində mübahisələndirilməmişdir.

30. Buna baxmayaraq, apellyasiya məhkəməsi 2.800 manat borca dair xx.xx.2017-ci il və 800 manat borca dair xx.xx.2018-ci il tarixli qəbzləri fərqli şəkildə təfsir edərək bildirmişdir ki, birinci qəbz cavabdehin iddiaçıdan 2800 manat borc p ul alması deyil, göstərilən vaxtadək borc aldığı ümumi puldan borclu qaldığı 2800 manatın qaytarılması üçün pensiya kartını iddiaçıya verməsi barədədir. Digər qəbz isə cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda aldığı cəmi 2800 manat borc puldan kartlar vasitəsi ilə ödənilməmiş qalan 800 manata dair yazılmış sənəddir.

31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, sözügedən qəbzlərin bu cür təfsir edilməsi maddi və prosessual hüquq normalarına uyğun deyil.

32. Əvvəla, məhkəmənin təqdim edilmiş sənədləri göstərilən qaydada təfsir etməsi üçün qəbzlərin məzmunu mübahisəli olmalıdır. Hazırkı işdə isə cavabdeh imzaladığı qəbzlərdəki məlumatların tərəflərin həqiqi münasibətlərinə uyğun olmadığını, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli qəbzlərin məzmununun fərqli şəkildə təfsir edilməli olduğunu bildirməmiş, bu xüsusatlarla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (§ 18).

33. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mülki prosesdə məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarı).

34. İkincisi, xx.xx.2017-ci il tarixli qəbzdə “2.800 manat” qaytarılmalı olan yekun borc məbləği kimi qeyd edilməmiş, “2800 manat aldığım borc pula görə öz pensiya kartımı girov qoydum” sözləri yazılmışdır. Eyni zamanda həmin tarixədək borc götürülmüş məbləğlərin cəmi 2.800 manat deyil, 2.500 manat təşkil edir (100+300+2.100). Hətta bu qəbz həmin tarixədək götürülmüş borcun ümumi məbləğinin etirafı sənədi kimi qəbul edilsə belə (xəyali olaraq), ondan sonra - xx.xx.2018-də cavabdehin əlavə olaraq 800 manat borc alması haqqında qəbz mövcuddur (nəzərə alınmalıdır ki, həmin qəbzdə q alıq borca dair heç bir qeyd aparılmadan, cavabdehin iddiaçıdan 800 manat borc alması açıqca göstərilmişdir). Belə olan halda, bu məbləğlərin cəmi olan 3.600 manatdan qaytarılmış 2.252 manat çıxıldıqda ödənilməmiş məbləğ 1.348 manat təşkil edir ki, bu da apellyasiya məhkəməsinin cavabdehdən tutduğu məbləğdən artıqdır.

35. Göstərilənlərə əsasən, Kollegiya bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qeyd edilən qəbzləri qalıq borc məbləğlərinin etirafı kimi qiymətləndirməsi mülahizələrə söykənməklə, cavabdehin etirazına və işin müəyyən edilmiş faktiki hallarına əsaslanmır. Halbuki, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir (§ 20).

36. Beləliklə, mübahisənin düzgün həlli üçün iş üzrə t əqdim edilmiş sübutlar obyektiv şəkildə qiymətləndirilməli, cavabdehin etirazı üzrə mübahisəli halların dairəsi dəqiqliklə müəyyən olunmalı, etirazın dəlilləri, o cümlədən cavabdehin aldığı borcun məbləğinə dair fərqli məlumatlar verməsinin səbəbi aydınlaşdırılmalı, yazılı qəbzlərdəki pul məbləğlərinin cavabdehə verildiyini təkzib edən mötəbər və kifayətdici sübutlar aşkar edilmədiyi halda, geri qaytarıldığı etiraf olunan məbləğ çıxılmaqla, qalıq borcun ödənildiyini sübuta yetirmək yükünün cavabdehin üzərinə düşməsi nəzərə alınmalıdır.

37. Bu məqsədlə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi məhkəməsinə göndərilməlidir. üçün iş apellyasiya instansiyası

38. Göstərilənlə rə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-716/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar