Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2850/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Məmmədzadə Ayaz Eyvaz oğlunun, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı “İddiaçıı” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2017-ci il tarixli 2(103)-10639/ 2017 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçıı» ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «İddiaçıı» ASC-nin xeyrinə 28.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 1400 ABŞ dolları məbləğində faiz borcu, 360 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 30.260 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh məxsus olan «TOYOTA PRADO» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı, JTEBX3FJ80KO98622 ban №-li, mühərrik-098622, ağ mirvari rəngli, universal tipli minik avtomobilinə yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh «İddiaçıı» ASC-yə olan borcun ödənilməsi, satışda əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq iddiaçı «İddiaçıı» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim Vaqif Həsənov) 2(008)-1230/2017 saylı 09 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 28.500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində əsas kredit borcu, 1400 (min dörd yüz) ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 30 (otuz) ABŞ dolları cərimə olmaqla, 29930 (iyirmi doqquz min doqquz yüz otuz) ABŞ dolları məbləğində borcun ödəniş gününə uyğun olaraq Mərkəzi bankin müəyyə n etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2537 manat məbləğində pul tutularaq «İddiaçıı» ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus olan, «TOYOTA PRADO» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, JTEBX3FJ80KO98622 ban №-li, ağ mirvari rəngli, universal tipli, mühərrik-098622 olan minik avtomobilinə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin «İddiaçıı» ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin Məhkəmənin “yanlışlığın aradan qaldırılması barədə” 16 iyun 2017-ci il tarixli qərardadı ilə 09 mart 2017-ci il tarixli qətnamənin “qət etdi” h issəsindən “cəmi 2537 manat məbləğində pul” cümləsi çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mərdanova - sədrlik edən və məruzəçi, İ.Vəliyev və E.Həsənov) 14.11.2017-ci il tarixli 2(103)-10639/2017 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1230/2017 saylı 09 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhk əməsinin icraatında olmuş 2(103)-10639/2017 saylı, 14 noyabr 2017-ci il tarixli qətnamə qanunsuz və əsassızdır. Belə ki, götürülmüş kredit məbləği 32.000 ABŞ dolları olmuşdur, cavabdeh şəxs tərəfindən 25.000 ABŞ dollarından çox kredit ödənişi edilmişdir. Lakin qətnamə üzrə 28.000 ABŞ dolları əsas məbləğdə kredit borcunun tutulması qət edilmişdir. Ödənilmiş məbləğdən 4.000 ABŞ dolları əsas borcdan çıxılmış, yerdə qalan məbləğ isə faiz və cərimə borcuna silinmişdir. Təkcə bu hal ekspertiza təyin edilməklə kredit borcunun yenidən hesablanmasını zəruri edir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırma mış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 17 yanvar 2013-cü il tarixli 004 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 19 % faiz ödəməsi şərtilə 36 ay müddətinə 32.900 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədi ilə cavabdehin mülkiyyətində olan, 2012-ci il buraxılışlı, ağ mirvari rəngli “Toyota Prado” markalı AZ **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflər arasında bağlanmış 17 yanvar 2013-cü il tarixli 004 saylı ipoteka müqaviləsi ilə yüklü ed ilmiş, ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsində qeydiyyata alınmışdır. Bankın 14.12.2016-cı il tarixli maliyyə arayışı ilə cavabdehin 14.12.2016-cı il tarixə Banka olan əsas kredit borcu 28500 ABŞ dolları, faiz borcu qismində 1400 ABŞ dolları, cərimə qismində 360 ABŞ dolları olmaqla, cəmi 30260 ABŞ dolları müəyyən edilmişdir. Kreditor müqavilə öhdəliyini yerinə yetirsə də, borclu üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, «İddiaçıı» ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Bunun nəticəsi olaraq da iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətində cavabdeh kredit borcunun düzgün hesablanmadığını, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilmədiyini, kredit borcu üzrə edilmiş ödənişlərin əksər hissənin faiz borcuna silindiyi göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci və apellyasiya instansiyası məhkəməsində, həmçinin apellyasiya şikayətində borc məbləği ilə razılaşmadığını bildirib tələb edilən borc məbləğini mübahisələndirsə də, işə mahiyyəti üzrə baxan aşağı instansiya məhkəmələri bu hala münasibət bildirməmiş, işin faktiki hallarını obyektiv, tam və hərtərəfli araşdırmamış, nəticədə cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Halbuki, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı d əlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarla rında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər m əsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciə t edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışının məzmunu borc məbləğinin mübahisəsiz qaydada təsdiq olunmasını təsdiq edən kifayət qədər mötəbər sübut olub-olma masına, cavabdehin kredit borcu ilə hansı əsaslara görə razılaşmamasının əsaslarını müəyyən etməyərək, müəyyən edilmiş hallara işin faktiki araşdırılmış halları baxımından qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverm Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsu si rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Azərbaycan Respublikası MPM-in: - 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. - 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. - 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin göstərilən hallar üzrə dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassa siya şikayəti təmin edilməklə, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2017-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2017-ci il tarixli, 2(103)-10639/2017 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2850/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2850/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver