Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2851/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9490/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC və vəkili Məmmədov Azər Məhəbbət oğlu tərəfindən ver ilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(006)-1008/2019 saylı qətnaməsi ilə (hаkim R.Ə.Səmədov) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdehə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət оlunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9490/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 mart 2019-cu il tarixli qətnamə dəyişdiril mədən sаxlаnılmışdır. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 23.09.2013-cü il tarixdə bağlanmış 17AZM000 №-li “Kredit xətti müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.453,20 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 848,27 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 2.449,14 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcunun ödənilməsi məqsədi ilə 1.692,58 manat, tərəflər arasında bağlanmış 08.01.2015-ci il tarixli, 04AZN000 nömrəli “Kredit xətti müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi mə qsədi ilə 9.962,55 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.700,99 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 2.763,33 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcunun ödənilməsi məqsədi ilə 2.322,10 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 31 manat məbləğində pulun cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh arasında 23.09.2013-cü il tarixdə bağlanmış “Kredit xətti müqaviləsinə” əsasən bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 28% dərəcəsi ilə, 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmç inin tərəflər arasında bağlanmış 08.01.2015-ci il tarixli “Kredit xətti müqaviləsinə” əsasən bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 28% dərəcəsi ilə, 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən müqavilələr üzrə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışdır. Nəticədə, onun banka 23.09.2013-cü il tarixli “Kredit xətti müqaviləsi” üzrə 4.453,20 manat əsas, 848,27 manat faiz borcu, 08.01.2015-ci il tarixli “Kredit xətti müqaviləsi” üzrə 9.962,55 manat əsas, 2.700,99 manat faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə bank tərəfindən borcalana cərimə tətbiq edilmişdir ki, onların da məbləği müvafiq olaraq 2.449,14 manat və 2.763,33 manat təşkil edir. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən cavabdehə müvafiq olaraq 1.692,58 manat və 2.322,10 manat məbləğində faiz borcu hesablanmışdır. Bank, tərəfindən cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman dövlət rüsumuna görə 31 manat ödəmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, kredit müqavil ələri imzalanmış və kredit alınmışdır. Həmçinin iş materiallarında hesabdan çıxarış sənədləri və cavabdehin banka kredit müraciət ərizəsi mövcuddur. Bundan əlavə, cavabdeh tərəf birinci instansiya məhkəməsində işə baxılan zaman “iddia müddətinin tətbiqi barədə” ərizə də vermişdir ki, bu da iddianın qəbul edilməsi deməkdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedcisi Əmanətlərin Sığort alanması Fondunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tət biq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan bank ilə Cavabdeh arasında bağlanmış 23.09.2013-cü il tarixli “Kredit xətti müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən bank üzərinə öhdəlik götürmüşdür ki, cavabdehə 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 5.000 manat məbləğində kredit xətti açır və həmin məbləği cavabdehin istifadəsinə verir. İşdə olan bank ilə cavabdeh arasında bağlanmış 08.01.2015-ci il tarixli “Kredit xətti müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən bank üzərinə öhdəlik götürmüşdür ki, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində kredit xətti açır və həmin məbləği cavabdehin istifadəsinə verir. İş materiallarına əlavə edilmiş bank tərəfindən təqdim edilmiş 22.10.2018-ci il tarixli “Maliyyə arayışından” görünür ki, cavabdehin banka 23.09.2013-cü il tarixli “Kredit xətti müqaviləsi” ilə bağlı əsas borc üzrə 4.453,2 manat, faiz borcu üzrə 848,27 manat, cərimə borcu üzrə 2.449,14 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 2.322,10 manat, ümumilikdə isə 1.692,58 manat borcu vardır. İş materiallarında olan bank tərəfindən təqdim edilmiş 22.10.2018-ci il tarixli “Maliyyə arayışından” görünür ki, cavabdehin banka 08.01.2015-ci il tarixli “Kredit xətti müqaviləsi” ilə bağlı əsas borc üzrə 9.962,55 manat, faiz borcu üzrə 2.700,99 manat, cərimə borcu üzr ə 2.763,33 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 2.322,10 manat, ümumilikdə isə 17.748,97 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, bank ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Borc müqaviləsinin şərtlərinə görə müqavilənin bağlanmış hesab edilməsi üçün müəyyən edilmiş borc məbləğinin borcalana faktiki təqdim e dilməsi zəruridir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Fondun təqdim etdiyi sənədlər arasında “Kassa məxaric orderi” və ya borcun cavabdehə təqdim edilməsini təsdiq edən digər sənədlər (kartın təhvil verilməsini təsdiq edən sənədlər) mövcud deyil. Halbuki, bu xüsusatı sübut etmək hazırki halda iddiaçı tərəfin üzərinə düşür. Apellyasiya şikayətində qeyd edilənlər ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfin “iddia müddətinin tətbiqi” barədə ərizə verməsi onun borcu qəbul etməsi demək deyildir. Belə ki, bu hüquq qanunla müəyyən edilmiş hüquqdur və tərəfin bu hüququndan istifadə etməsi borcu qəbul etməsi mənasına gələ bilməz. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş materiallarında olan hesabdan çıxarış və cavabdehin kredit müraciəti ərizəsi bankın cavabdehə borcu faktiki olaraq təqdim etdiyini sübut edə bilməz və hesabdan çıxarış sənədlərin bankın özü tərəfindən tərtib olunduğundan mötəbər sübut hesab edilmir. Digər sənədlər isə hər hansı bir xüsusatl təsdiq etməyə yetərli deyil. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prose sində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9490/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2851/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2851/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver