Məhkəmə qərarları › İş №2(102)-2855/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2855/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2855/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2440/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 3 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən “borc verən” İddiaçı tərəfindən “borc alan” Cavabdeh 17000 manat məbləğində borc pul verilmiş, “borc alan” Cavabdeh borcu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17000 manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 141 manat dövlət rüsumu olmaqla, cəmi 17141 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməkl ə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən cavabdeh xx.xx.2023-cü il tarixədək borcu tam şəkildə qaytarmağı öhdəsinə götürmüş, lakin, kredit müqaviləsi üzrə öhdəliyini pozaraq borcu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə məlumat verilsə də, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-442/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 17000 (on yeddi min) manat pul və 141 (yüz qırx bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən, iddia tələbi təmin edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Re spublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi yalan əqddir, etibarsız hesab olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdehin qardaşı Ayxan Cəfərov arasında cinayət hüquqi xarakterli mübahisə olmuş, hazrıkı iş üzrə iddiaçı mübahisə ilə bağlı zərərçəkmiş kimi tanınmışdır. Cavabdehin qardaşı tərəfindən iddiaçıya vurulmuş zərər ödənilmiş, iddiaçı barışıq əldə olunması üçün cavabdehin qardaşından dəymiş zərər qis mində əlavə olaraq 17000 manat pul tələb etmiş, bununla bağlı notarial qaydada sözügedən müqavilə bağlanmışdır. Notariusun tələbinə uyğun olaraq, iddiaçı pulu cavabdehə təqdim etmiş, lakin müqavilə bağlandıqdan sonra geri almışdır. Bu hal cinayət işi ilə bağlı iddiaçı Oktay Nəbiyevin verdiyi apellyasiya şikayətində əksini tapmışdır. Göründüyü kimi bağlanmış müqavilə əhəmiyyətsiz və etibarsız əqddir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski ) 2(103)-2440/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-442/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab etmiş və qeyd etmişdir ki, iş materiallarında cavabdeh tərəfindən imzaları mübahisələndirilməyən, notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi var.

11. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh iddiaçının tələb etdiyi pulun müqavilə bağlandıqdan dərhal sonra qaytarıldığını qeyd etdiyinə əsasən, tərəflər arasında borc münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Belə ki, bu hal həm iddiaçı, həm cavabdeh tərəfindən təsdiqlənmişdir. Odur ki, cavabdehin iddiaçıdan iddia ərizəsində göstərilən məbləğdə pul alması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Bu halda iddiaçı tələbinin cavabdehə qeyd edilən məbləğdə pul verməsini sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində araşdırma zamanı iştirak etməmiş, habelə apellyasiya şikayətində kredit müqaviləsinin formal olaraq bağlandığını və müqavilənin predmetini təşkil edən pulun müqavilə bağlandıqdan dərhal sonra geri qaytarıldığını və iddiaçı tərəfindən ikinci dəfə həmin məbləğin qaytarılması tələb edildiyi qeyd etsə də, bu hala dair heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 739.1, 739.2, 740-cı maddələrinə istinadla əsaslandırmışd ır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.4-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən əhəmiyyətsiz və etibarsız əqddir. İddiaçı cavabdehə notariat orqanında verdiyi pulu daha sonra geri almışdırsa, burada borc müqaviləsindən sö hbət gedə bilməz. Müqavilə yalan əqd xarakteri daşıyır. İddiaçının əsas niyyətini pərdələmək üçün bağlanılmışdır. Məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdehin qeyd etdiyi kimi əgər bağlanmış əqd etibarsızdırsa o zaman cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddəsini rəhbər tutub bağlanmış əqdi bir il ərzində mübahisələndirməli idi. Lakin, iddiaçı hər iki müqavilə üzrə cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh bağlanmış əqdi mübahisələndirir. Bundan əlavə, iddiaçının məhk əməyə müraciət etdiyi iddia ərizəsindən sonra cavabdehin bağlanmış əqdi mübahisələndirmək fikiri yaranmışdırsa o zaman birinci instansiya məhkəməsinə qarşılıqlı iddia tələbi ilə müraciət edə bilərdi. Göründüyü kimi, cavabdehin bu əsassız dəlilləri olan şikayətinin hüquqi cəhətdən heç bir əhəmiyyəti yoxdur. Əsasız olaraq məhkəmələrin vaxtlarını almaqla yanaşı iş yükünü də çoxaldır Tətbiq edilən hüquq Mülki Məcəllə

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Maddə 740.Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanun i və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmu ş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən ed ilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

35. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarınd a formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyas iya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2440/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar