Məhkəmə qərarları › İş №2(102)-2856/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2856/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2856/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı ASC-nin vəkili Vəkil2 və Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)11362/2019 saylı qətnaməsindən İddiaçı ASC-ti və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(003)-895/2019 saylı qət naməsi ilə (sədrlik edən, hakim S.X.Bəhrəmzadə) İddiaçı ASC-ti Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 94.983,47 manat, hesablanmış faizə görə 8.565,49 manat, cəriməyə görə 1.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, bildirişin qeydə alınmasına görə 30 manat cəmi 104.608,96 manat borcun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 14 saylı evin, 6-cı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 229.500 manat müəyyən edilməklə açıq hərracdan satılması, mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra, cavabdehlərin 1 ay ərzində mənzili tərk etmədikləri halda oradan çıxarılmaları, mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)11362/2019 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Tərəflər ayrıayrılıqda qətnamədən kassasiya şikayətləri veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabd ehlərə qarşı iddia qaldıraraq, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2019-cu il tarixə borclu olduğları 94.983,47 manat əsas borcun, 8.565,49 manat faizin, 18.076 manat hesablanmış cərimənin, ümumilikdə 121.624,96 manat borcun, həmçinin 30 manat dövlət rüsumunun, 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş pulun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu Tərlan Əliyarbəyov küçəsi 14 saylı evin 6-cı mənzilinə yönəldilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər mənzili ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onların mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı ASC-ti kassasiya şikayətini onunla əsaslandırııb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçı ASC kassasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozar aq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı ASC-nin vəkili Vəkil2 öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1 vəkili Vəkil1 öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respubl ikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətlərini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, onun həmin müqavilə üzrə iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndiricinin rəyinə əsasən müəyyən edilməsinə, apelyasiya şikayətinlərinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 462.1, 464.1, 467-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxx 2014-cü il tarixli “Baş kredit razılaşması” müqaviləsinə əsasən, iddiaçı təşkilat Cavabdeh1 xx xxx 2014-cü ildən xx xxx 2024-cü il tarixədək müddətə 1.000.000 manat (və ya ABŞ dolları ekvivalenti) kredit xətti açıb. Tərəflər arasında bağlanmış “kredit razılaşması” müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı təşkilat tərəfindən Cavabdeh1 xx xxx 2014-cü il tarixli müqaviləyə əsasən 36 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 90.000 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən 36 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 62.000 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən 48 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 38.000 ABŞ dolları kredit verilib. xx xxxxxx 2015ci il tarixli kredit müqaviləsinə əlavələr və dəyişikliklər edilməsinə dair 01 saylı razılaşmanın 1ci bəndinə əsasən Cavabdeh1 iddiaçı təşkilata xx xxxxxx 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 89.630 ABŞ dolları məbləğində müəyyən edilib. Həmçinin həmin razılaşmanın 2-ci bəndinə əsasən razılaşmanın imzalandığı gündən Cavabdeh1 kredit məbləğini kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə 60 ay müddətinə istifadə etməyi və xx xxxxxx 2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə iddiaçı təşkilata illik 16 faiz ödəməyi öhdəsinə götürüb. xx xxxxxx 2016-cı il tarixli kapitallaşdırılmış kredit məbləğinə əlavə olaraq 1.976 ABŞ dolları cərimə hesablanıb. Daha sonra, xx xxxxxx 2015-ci il tarixli müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan 01 saylı razılaşmaya dəyişikliklər və əlavələr edilməsinə dair xx xxxx 2016-cı il tarixli, 02 saylı razılaşmanın 1-ci bəndinə əsasən xx xxxx 2016-cı il tarixə mövcud olan borc kapitallaşdırılaraq 87.000 ABŞ dolları, xx xxxx 2016-cı il tarixə olan məzənnə ilə konvertasiya edilərək 135.842 manat müəyyən edilib. Həmin razılaş manın 2-ci bəndinə əsasən razılaşmanın imzalandığı gündən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə 60 ay müddətinə istifadə etməyi və xx xxxx 2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə iddiaçı təşkilata illik 13 faiz ödəməyi öhdəsinə götürüb. Eyni zamanda, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli baş kredit razılaşmasının, onun ayrılmaz tərkib hissəsi olan kredit müqavilələrnin, onlara əlavələr və dəyişikliklər edilməsinə dair razılaşmaların təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Tərlan Əliyarbəyov küçəsi, 14 saylı evin 3 otaqlı, ümumi sahəsi 54,7 kv.mert, yaşayış sahəsi 45,4 kv.metr, yardımçı sahəsi 9,3 kv.metr olan 6-cı mənzili xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsinə və xx xxxx 2016- cı il tarixli ipoteka müqaviləsinə dəyişikliklər edilməsinə dair 01 saylı razılaşmaya əsasən iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. İpoteka predmetinin ilkin satış qiyməti sözügedən ipoteka müqaviləsində 225.296 ABŞ dolları, ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair razılaşmada isə 176.700 manat müəyyən edilib. Həmçinin sözügedən kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün digər Cavabdeh2 ilə iddiaçı təşkilat arasında xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə iddiaçı təşkilat qarşısında cavabdehlik daşıyacağını öz öhdəsinə götürüb. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, Cavabdeh1 xx xxxx 2018-ci il tarix dən kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və xx xxxxxx 2019-cu il tarixə onun xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilata ödənilməmiş 94.983,47 manat əsas, 8.565,49 manat faiz borcu vardır və onun barəsində 18.076 manat cərimə hesablanmaqla, cəmi 121.624,96 manat borc hesablanmışdır. İşə əlavə edilmiş “X2” MMC xx xxxxx 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 14 saylı evin 6-cı mənzilinin hazırki dövrə olan bazar qiyməti 229.500 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi birinci insitansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən apelyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsini qismən təmin edib, cavabdehlərdən müştərək qaydada iddiaçı təşkilatın xeyrinə əsas borca görə 94.983,47 manat, hesablanmış faizə görə 8.565,49 manat pul tutub və hesablanmış 18.076 manat cərimənin miqdarını azaldaraq 1.000 manat müəyyən etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işə əlavə edilmiş sübutlara və işin həqiqi hallarına tam uyğundur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra ed ilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən kredit müqavilə si üzrə öhdəliyin Cavabdeh1 tərəfindən pozulması və lazımınca icra edilməməsi mülki iş materialları ilə istisna edilmədiyindən, borclu kimi o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər apelyasiya şikayətləri ilə eyni məzmunlu olan kassasiya şikayətlərində ipoteka predmetinin ilkin satış qiymətinin real bazar qiymətinə uyğun olmamasını və dəbbə pulunun məbləğinin düzgün müəyyən edilməməsini göstərsələr də kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə də razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçı təşkilat kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin baha olmaqla real bazar qiymətinə uyğun olmadığını iddia edir, Cavabdeh1 isə kassasiya şikayətində mənzilin ilkin satış qiymətinin real bazar qiymətindən ucu z olduğunu göstərib iddia tələbinə etiraz edir. Əvvəla, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulub. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma n əzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “İlkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. İşdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində 225.296 ABŞ dolları, ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair razılaşmada 176.700 manat müəyyən edilib. Bundan sonra, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduğu üçün, birinci instansiya məhkəməsinin dəvət etdiyi müstəqil qiymətləndiricinin rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 229.500 manat, apellyasiya instansiyası məhkəməsinin dəvət etdiyi müstəqil qiymətləndiricinin rəyinə əsasən isə ipoteka predmetinin ilkin satış qiymət i 165.000 manat məbləğində müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair müstəqil qiymətləndiricilərin rəylərini müqayisəli şəkildə tədqiq edib haqlı olaraq sözügedən rəylərdəki orta qiyməti əsas götürməklə belə qənaətə gəlmişdir ki, sonuncu qiymətləndiricinin rəyi işin hallarına, ipoteka predmetinin real bazar qiymətinə uyğun olmadığı üçün Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəy əsaslı sayıla bilməz. Ona görə də həmin rəyə tənqidi yanaşılmalıdır. Çünki, sözügedən qiymətləndiricinin rəyində göstərilən qiymət, yəni 165.000 manat ipoteka predmetinin yerləşdiyi ərazi baxımından həmin ipoteka predmetinin real bazar qiymətini əks etdirmir. Belə ki, mübahisəli yaşayış sahəsi Səbail rayonunda yerləşməklə, ətrafında çoxmə nzilli binalar, ticarət, xidmət, istirahət obyektləri və parklar var. Mənzilin sosial infrastrukturu yaxşı səviyyədədir və mənzil Fəvvarələr meydanı, Sabir bağı, Qoşa Qala qapıları, Mərkəzi Univermaq və s. kimi sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir. Bundan başqa, qiymətləndiricinin rəyində sözügedən mənzilin analoji obyektlərlə müqayisəsi də düzgün müəyyən edilməmişdir. Belə ki, müqayisə edilən mənzillər eyni ünvanda yerləşmir və onların şəraitləri fərqlidir. Ekspertiza tədqiqatına əlavə edilmiş materiallarından görünür ki, müqayisə edilən mənzillər hazırki məzildən uzaqlıqda yerləşir, həmçinin təmiri, quruluşu, şəraiti və sair göstəriciləri baxımından da fərqlidir. Ona görə də sözügedən rəy faktı təsdiq edəcək mötəbər sübut kimi qəbul edilə bilməz. Əksinə, işə əlavə edi lmiş “X2” MMC qiymətləndicisinin rəyi ilə müəyyən olunur ki, mənzilin orta bazar qiyməti 229.500 manat təşkil edir və həmin rəy digər rəylərlə müqayisədə mənzilin real bazar qiymətinə daha uyğundur. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş qiymətləndirici rəylərini müqayisəli şəkildə təhlil edib bu qənaətə gəlmişdir ki, sonuncu rəydə olan qüsurlar birinci instansiya məhkəməsinin mötəbər sübüt kimi qəbul etdiyi rəydə aşkar olunmur və işdə, həmin rəyin obyektivliyinə şübhə doğuracaq heç bir hal yoxdur və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etmişdir və həmin qiymət mənzilin real bazar qiymətinə tam uyğundur. Apelyasiya instansiyası məhkəməsi həmçinin tərəflərin apelyasiya şikayətlərinin dəbbə pulunun məbləği ilə bağlı hissəsini araş dırıb düzgün olaraq qeyd etmişdir ki, iddia olunan 18.076 manat dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək olmaqla, işin bütün əsaslı mənafelərinə uyğun deyil və həmin məbləği 1.000 manata azaltmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 464.1. maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub- tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci madd əsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Daha sonra, işdən görünür ki, Cavabdeh1 apelyasiya şikayətində borcun məbləğini ümumiyyətlə mübahisələndirməmişdir.Borcun düzgün hesablanmaması barədə etiraz özlüyündə hər iş üzrə ekspertiza keçirilməsi üçün əsas ola bilməz. Bunu irəli sürən tərəf borcun məbləğini şübhə altına alan sübutlar təqdim etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxar ıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlan ılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı ASC-nin və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11362/2019 saylı qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar