Məhkəmə qərarları › İş №2(102)-2858/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2858/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2858/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-229/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdırara q aşağıdakıları müəyyən etmişlər. 2. xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində İddiaçı özünə məxsus «X15» markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olan zaman əks istiqamətdən gələn Cavabdeh1 idarə etdiyi «Vaz-2104» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön təkəri yerindən çıxaraq onunla eyni istiqamətdə arxadan gələn, Cavabdeh2 Oqtay oğlunun idarə etdiyi «Mitsubishi Pajero» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və sonuncu təkərlə toqquşmamaq üçün əks hərəkət zolağına çıxaraq «Toyota» markalı avtomobilin qarşısına çıxıb onu sol yan hissəsindən vurub dayanmış, «Toyota» markalı avtomobil isə idarəetməni itirərək öz hərəkət zolağın ın sağ hissəsindəki dərəyə düşmüşdür. Nəticədə hər 2 avtomobil zədələnmiş, İddiaçı ilə X5 isə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almışlar. 3. 12 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh2 Oqtay oğlu və Cavabdeh1 barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Abşeron RPİ-nin DYPŞ-ya verilmişdir.

4. Cavabdeh1 İXM-in 342.2.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir.

5. Cavabdeh2 Oqtay oğlu İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir.

6. «Mitsubishi Pajero» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2008-ci il tarixdən Cavabdeh3 adına qeydiyyatdadır.

7. Mülkiyyətçi Cavabdeh3 ö zünə məxsus «Mitsubishi Pajero» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahyiyətini xx.xx.2010-cu il tarixdən xx.xx.2060-cı il tarixə kimi etibar edilən X3 vermişdir. 8. “Motor Clınıc” tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktı ilə “X15” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 26987.2 (iyirmi altı min doqquz yüz səksən yeddi manat iyirmi qəpik) manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş 21987 (iyirimi bir min doqquz yüz səksən yeddi) manatın, avtomobilinin qəza nəticəsində əmtəə dəyərinin itkisi - 34000 (otuz dörd min) manatın, avtomobilsiz qaldığı müddət üçün taksi xərcləri - 2780 (iki min yeddi yüz səksən) manatın, hüquqi yardım üçün vəkilə ödədiyi xərc - 200 (iki yüz) manatın, ödədiyi dövlət rüsumu 300 (üç yüz) manatın, ümumilikdə 59267 (əlli doqquz min iki yüz altmış yeddi) manat vəsaitin alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus **OV-*** dövlət qeydiyyat nişanlı, “X15” markalı avtomobillə Novxanı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olarkən əks istiqamətdən gələn **-BD-*** dövlət qeydiyyat nişanlı “Vaz-2104” markalı və **-EM-*** dövlət qeydiyyat nişanlı “Mits ubishi Pajero” markalı avtobillərin səhvi ucbatından qəza baş vermişdir. Həmin zaman toqquşmadan yayınmaq məqsədilə idarə etdiyi nəqliyyat vasitəsini yolun sağ kənarında olan ehtiyat hissəyə çəkərək sürətini azaltsa da “Mitsubishi Pajero” markalı avtomobil sürətini azaltmadan onun maşınının üzərinə gələrək toqquşma baş vermiş, zərbənin təsirindən onun avtomobili yolun sağ kənarındakı ən azı 3 metr hündürlükdə olan dərəyə düşərək ərazidə olan su və ya qaz turbasına (ana xətt) çırpılaraq dayanmışdır. Yuxarıda qeyd olunan hər iki avtomobilin sürücüləri özlərini təqsirkar bilmişlər. Beləliklə, Cavabdeh1 sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci m addəsinin tələblərini pozmaqla, Cavabdeh2 Oqtay oğlu isə əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etməklə həmin Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişlər. Həmin qəza nəticəsində avtomobilinə vurulmuş ziyan 26987 (iyirmi altı min doqquz yüz səksən yeddi) manat məbləğindədir. Cavabdehlərin avtobillərinin icbari sığortalandığı "xxxx" və “Xalq Sığorta” tərəfindən lazımi tədbirlər görülmüş və artıq "xxxx" tərəfindən 4226.1 (dörd min iki yüz iyirmi altı manat 10 qəpik) manat ona ödənmişdir. “Xalq Sığorta” tərəfindən qalan təqribi 774 (yeddi yüz yetmiş dörd) manat da tezliklə ödənilməsi üçün şirkət tərəfindən lazımi prosedurlar yerinə yetirilir. Bundan başqa məlum qəza nəticəsində avtomobilinin əmtəə dəyəri əhəmiyyətli dərəcədə itkiyə məruz qalmışdır. Nə qliyyat vasitəsinin əmtəə dəyəri üçün ən əhəmiyyətli nüans olan ümumi rama qəza nəticəsində əyilmişdir. Belə ki, 2013-cü il buraxılış olan və öz nəslinin ən full komplektasiyası sayılan avtobilinin bazar qiyməti (dəri salon, lyuk, Lexus 570 salon, Lexus 570 disk-təkərlər, Lexus qabaq və arxa şarlotta buferlər və s.) qəza olmamışdan öncə 50 min ABŞ dolları idisə, hal-hazırda bütün təmir işləri aparıldıqdan sonra maksimum 30 min ABŞ dollarına satıla bilər. Göründüyü kimi məlum qəza nəticəsində avtomobilimin əmtəə dəyəri 20 min ABŞ dolları (34000 AZN) aşağı düşmüşdür (“Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları ”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin qərarı). O, Novxanı qəsəbəsində yaşadığı üçün hər gün “Bakmil” metrosunun yaxınlığında yerləşən iş yerinə taksi ilə getmək məcburiyyətində qalmışdır. Gün ərzində başqa yerlərə getməyini nəzərə almasa, təxminən gündəlik 15 azn taksilərə pul xərcləmişdir. Mart ayının son gününədək 182 gün ərzində (01 okyabr 2021-31 mart 2022) taksi xidmətinə ən azı 2730 (iki min yeddi yüz otuz) azn pul xərcləmişdir. Cavabdehlər ona dəymiş ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınmışlar.

11. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının maddi ziyan tələbinə dair iddiasını qəbul etmir. xx.xx.2021-ci il tarixdə “Vaz 2104” markalı “**-BD-***” dövlət qeydiyyat nömrəli avtomobil ilə Novxanı istiqamətində hərəkətdə olarkən sol qabaq təkəri yerindən çıxaraq dövrə vurmuş və onunla eyni istiqamətdə hərəkət edən **-EM-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtobillin altına girmişdir. Nəticədə həmin avtomobil idarəetməni itirmiş **OV-*** dövlət qeydiyyat nişanlı, “X15” markalı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddia ərizəsində tələb olunan maddi ziyan məbləğləri ilə razı deyildir. Məbləğ həddindən artıq şişirdilmişdir. Odur ki, iddia tələbinin rədd edilməlidir.

12. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə1 verdiyi izahatında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, xx.xx.2021-ci il tarixində saat 11 radələrində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Cavabdeh2 özü də zərərçəkmiş şəxsdir. Belə ki, qeyd olunan tarixdə etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pajero” markalı “**-EM***” dövlət qeydiyyat nömrəli avtomobil ilə Mehdiabad qəsəbəsindən Novxanı istiqamətinə yola düşmüşdür. Onunla eyni istiqamətdə hərəkət edən “Vaz 2104” markalı “**-BD-***” dövlət qeydiyyat nömrəli avtomobilin sol qabaq təkəri yerindən çıxaraq dövrə vurmuş və idarə etdiyi maşının alt hissəsinə daxil olmuşdur. Təkər maşının altına ilişdiyindən o, sükanı hərəkət etdirə bilmədiyi üçün sağa-sola döndərə bilməmişdir. Nəticə etibari ilə idarəetməni itirmiş və yoldan çıxaraq əks hərəkət zolağına daxil olmuşdur. Konkret hal üzrə onun qəsdlə yaxud ehtiyatsızlıqla törətdiyi inzibati xəta əməli olmamışdır. Təkərin bir anda qabağına çıxması ilə həmin halda edə biləcəyi başqa bir hal olmamışdır. Yəni niyyəti sükanın idarəetməsini itirib manevr etməklə “X15” markalı “**-OV-***” dövlət qeydiyyat nömrəli avtomobil ilə toqquşmaq olmamışdır. Sadəcə olaraq nəqliyyat vasitəsinin altına digər nəqliyyat vasitəsinin təkəri girdiyindən nəqliyyat vasitəsini idarə etməyi mümkün olmamışdır. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda izahatı alınmış VAZ 2104 markalı 61BD443 №-li nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 da bildirmişdir ki, onun idarə etdiyi avtomobilin sol ön tərkəri yerindən çıxaraq onun avtomobilinin (Mitsubi Pajero 90EM974) altına girmişdir. Onun yol nəqliyyat hadisəsinin baş verməsində heç bir günahı olmamışdır. Ona görə də barəsində qaldırılan iddianın əsassızdır. Odur ki, iddia tələbi Cavabdeh2 aid olan hissədə rədd edilməlidir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli 9/4498 saylı rəyindən görünür ki, yol nəqliy yat hadisəsi nəticəsində "X15 " minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 21508 (iyirmi bir mın beş yüz səkkiz) manat müəyyən olunur.

14. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(025)-517/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin məbləği 21508 manat 20 qəpik, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu 300 manat olmaqla, cəmi 22008,20 (iyirmi iki min səkkiz manat iyirmi qəpik) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edil məməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsini qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində İddiaçı özünə məxsus «X15» markalı, **-OV-*** d.q.n avtomobillə Novxanı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olan zaman əks istiqamətdən gələn Cavabdeh1 idarə etdiyi «Vaz-2104» markalı, **-BD-*** d.q.n avtomobilin sol ön təkəri yerindən çıxaraq onunla eyni istiqamətdə arxadan gələn, Cavabdeh2 Oqtay oğlunun idarə etdiyi «Mitsubishi Pajero» markalı, **-EM*** d.q.n avtomobilin qarşısına çıxmış və sonuncu təkərlə toqquşmamaq üçün əks hərəkət zolağına çıxaraq «Toyota» markalı avtomobilin qarşısına çıxıb onu sol yan hissəsindən vurub dayanmış, «Toyota» markalı avtomobil isə idarəetməni itirərək öz hərəkət zolağının sağ hissəsindəki dərəyə düşmüşdür. Hadisə zamanı "X15" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir.

16. Məhkəmə qeyd etmişdir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir.

17. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlmişdir ki, yol nəqliyyat h adisəsi nəticəsində "X15" minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 21508 (iyirmi bir mın beş yüz səkkiz) manat manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 21987 (iyirmi bir min doqquz yüz səksən yeddi) manat məbləğində zərər dəydiyini iddia etsə də bu tələbini sübuta yetirə bilməmişdir.

18. Məhkəmə həmçinin İddiaçı iddia tələbinin Cavabdeh3 qarşı olan hissədə əsassız hesab etmişdir. Belə ki, iş materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 22 aprel 2022-ci il tarixli 48138-2222 saylı məktubundan görünür ki, «Mitsubishi Pajero» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2008-ci il tarixdən Cavabdeh3 adına qeydiyyatda dır. Mülkiyyətçi Cavabdeh3 özünə məxsus «Mitsubishi Pajero» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2010-cu il tarixdən xx.xx.2060-cı il tarixə kimi etibar edilən X3 vermişdir. Göründüyü kimi «Mitsubishi Pajero» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə idarəetmə səlahiyyəti avtonəqliyyat hadisəsi baş verməmişdən əvvəl xx.xx.2010-cu il tarixində X3 verilmişdir. Ona görə də Cavabdeh3 hər hansı təqsirli qanunazidd hərəkət etmədiyindən, avtomobil sürücüsünün vurduğu zərər üçün Cavabdeh3 məsuliyyət daşımalı deyil.

19. Bundan başqa, məhkəmə həmçinin iddianın “avtomobilinin qəza nəticəsində əmtəə dəyərinin itkisi - 34000 (otuz dörd min) manatın və avtomobilsiz qaldığı müddət üçün taksi xərcləri - 2780 (iki min yeddi yüz səksən) ma natın alınıb verilməsi” hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1, 362.2, 442, 1097, 1108.1-ci, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36.3, 37-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 14.2, 76.1, 76.2, 119.1, 217, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

22. Cavabdeh1 apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi əsassızdır və işə baxılarkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi o sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etməklə Azərbaycan Respublikası İXM-nin 342.2.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətdiyinə görə həmin maddə ilə təqsirli bilinərək 150 manat cərimə olunmuşdur. Qətnamənin təsviri-əsaslandırıcı hissəsində isə onun İXM-nin 342.2.2-ci maddəsinin. tələblərini pozduğu qeyd edilmişdir. Onun maşını tərəfindən iddiaçının idarə etdiyi “Toyota Land kruiser” markalı **-OV-*** dövlət nömrə niş anlı avtomobil toqquşmamış və onun idarə etdiyi “Vaz-2104” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən ona heç bir zədə yetirilməmişdir. Əgər arxadan gələn nəqliyyat vasitəsi qanunla müəyyən edilmiş qaydada ara məsafəsi saxlasa idi qeyd olunan yol-nəqliyyat hadisəsi baş verməyə bilərdi. O, törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada cərimə olunmuşdur. Bundan başqa, məhkəmənin sözü gedən qətnaməsində cavabdehlərin avtomobillərinin icbari sığortalandığı "xxxx" və “Xalq Sığorta” tərəfindən lazımi tədbirlərin görüldüyü və artıq iddiaçıya "xxxx" tərəfindən 4226,1 (dörd min iki yüz iyirmi altı) manat 10 qəpik azn ödənildiyi və “Xalq Sığorta” tərəfindən qalan 774 (yeddi yüz yetmiş dörd) manatın da tezliklə ödəniləcəyi üçün tədbirlər görü ldüyü qeyd edilmişdir. Yəni artıq sığorta şirkətləri tərəfindən iddiaçıya 5000 (beş min) manat ödənilmişdir. Lakin məhkəmə qətnaməsinin nəticə hissəsində həmin 5000 manatın ödənilməsi qeyd edilməyərək, ümumilikdə iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin tam şəkildə ödənilməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, işdə olan rəsmi sənədləri, mövcud faktiki halları və iş üçün əhəmiyyət kəsb edən digər halları nəzərə almamışdır.

23. Cavabdeh2 apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işə baxarkən işin faktiki hallarını tam araşdırmadan, izahatını tam almadan və sübutları düzgün qiymətləndirmədən səhv nəticəyə gəlib iddianın ona aid hissədə təmin etmişdir. İş materiallarında olan Abşeron PPİ-nin Təhqiqat Şöbəsinin təhqiqat çısı polis kapitanı X2 HK-1/275 material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə 12 oktyabr 2021-ci il tarixli qərarı bu günə kimi ona təqdim edilməmişdir. O qərarın mövcudluluğu barədə məlumatı qətnamə ilə tanış olduqdan sonra almışdır. Məhkəmə iclasında iştirak edən nümayəndə oğlu Nümayəndə1 da həmin qərar təqdim edilməmişdir. Qətnamə ilə tanış olduğdan sonra o dərhal Abşeron RPİ-nə ərizə ilə müraciət edərək həmin qərarın ona təqdim edilməsini istəmişdir. Ona bu günə kimi təqdim edilməmiş, mövcudluluğu barədə qətnamədən məlumatım olan əsassız və qanunsuz qərarla razı deyil və təhqiqatçı onu aldatmışdır. Belə ki, o düzgün və obyektiv araşdırma aparmayıb təqsiri olmayan yol- nəqliyyat hadisəsində barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutul muş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul etdiyi qərarın sürətini Abşeron RPİ-nin DYPŞ-ya göndərmişdir. Özünü Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilmir və hesab edir ki, təhqiqatçı ona aid hissədə qeyriobyektiv və formal araşdırma aparıb əsassız və qanunsuz qərar qəbul etməklə yanaşı qanunvericiliyin tələbini pozaraq qərarın surətini bu günə kimi ona göndərməmişdir. Halbuki, o qəbul etdiyi qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prossesual rəhbərlik edən prokurorla yanaşı maraqlı tərəflərə də göndərilməli idi. Əgər qərar ona vaxtında göndərilsəydi qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayəti verib pozulmuş hüquqlarımı bərpa edərdi. Çünki yolnəqliyyat hadisəsi onun təqsiri üzündən baş verməmişdir. Məhkəmə də mülki işə formal əsaslarla baxmış, işdə olan sübutları düzgün qiymətləndirməmiş, işin hallarını nəzərə almamış və nəticədə iddianın ona aid hissədə təmin etməklə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Lakin buna baxmayaraq məhkəmə işə öz mülahizəsinə və formal əsaslarla baxaraq qanunsuz yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə yekun nəticəyə gələrkən maddi və prossesual hüquq normaları ilə yanaşı, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə sığorta şirkətinin iddiaçıya ödədiyi məbləği nəzərə almadan ekspertin rəyinə əsaslanıb səhv nəticəyə gəlmişdir. Halbuki sığorta şirkətinin ödədiyi məbləğ yekun ziyan məbləğindən çıxılmalıydı. Məhkəmə yeni sübut təqdim etməyinə şərait yaratmayaq hüquqlarını pozmuşdur. Belə ki, o baş vermiş avtonəqliyyat hadisəsini araşdıran Abşeron RPİ-nin təhqiqatşısının qərar ına etiraz etdiyini və hadisə zamanı onunda zərərçəkdiyini bildirsə də məhkəmə bu izahatına məhəl qoymamışdır.

24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-229/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X6 (sədrlik edən və məruzəçi), X7 və X4) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tаrixli, 2(025)-517/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir.

26. Sığorta məbləğinin dəymiş ziyan hissəsinindən çıxılmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan “Motor Clınıc” tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “X15” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı motosikletə avtomobilə zərərin ümumi məbləği 26987.2 (iyirmi altı min doqquz yüz səksən yeddi manat iyirmi qəpik) manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında n görünür ki, "xxxx" ASC tərəfindən 4226.1 manat sığorta ödənişi faydalanan şəxs İddiaçı ödənilmişdir. İddia isə 21508 (iyirmi bir mın beş yüz səkkiz) manat həddində qismən təmin edilmişdir.

27. Cavabdeh2 şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mülki işə formal əsaslarla baxmış, işdə olan sübutları düzgün qiymətləndirməmiş, işin hallarını nəzərə almamış və nəticədə iddianın ona aid hissədə təmin etməklə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Lakin buna baxmayaraq məhkəmə işə öz mülahizəsinə və formal əsaslarla baxaraq qanunsuz yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə yekun nəticəyə gələrkən maddi və prossesual hüquq normaları ilə yanaşı Plenumun bu qərarında qeyd olunmuş xüsusatlara diqqət etməmiş, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə sığ orta şirkətinin iddiaçıya ödədiyi məbləği nəzərə almadan ekspertin rəyinə əsaslanıb səhv nəticəyə gəlmişdir. Halbuki sığorta şirkətinin ödədiyi məbləğ yekun ziyan məbləğindən çıxılmalıydı.

28. Kollegiya hesb etmişdir ki, şikayətin bu dəlili də əsassızıdır. Belə ki, işdə olan “Motor Clınıc” tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “X15” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı motosikletə avtomobilə zərərin ümumi məbləği 26987.2 (iyirmi altı min doqquz yüz səksən yeddi manat iyirmi qəpik) manat təşkil edir. 29. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4226.1 manat sığorta ödənişi faydalanan şəxs İddiaçı ödənilmişdir.

30. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının tə min olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında "X15" minik markalı 90-OV393 dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləği nə qədər təşkil edir? sualı qoyulmuşdur.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli 9/4498 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində "X15 " minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 21508 (iyirmi bir mın beş yüz səkkiz) manat müəyyən olunur.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.

33. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi "X15" minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləğinin keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən etməkdə haqlı olmuşdur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, əmtəəşünaslıq ekspertizası üzrə tədqiqata təqdim olunmuş avtomobilə baxış əsasında keçirilərək, rəy verilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olm asa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

34. Özünü Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməməsi barədə şikayətin dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, apelyator həmin inzibati aktı mübahisələndirməmiş qüvvədədir. Ona görə də kollegiya hesab edir ki, təqsirli olmamasına dair şikayətin dəlilləri əsassızıdır.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13(1), 24(3), 29(2)-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097, 1108.1, 1108.2, 1115-ci, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36.3, 37-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1-ci maddələrinə istinadla əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təhqiqatçı Mansirov Cavanşir vəzifəsini lazımı qaydada yerinə yetirməyib xx.xx.2021-ci il tarixli qərarı Cavabdeh2 vaxtında və lazımi qaydada göndərmədiyi üçün onun şikayət etmək hüququnu məhdudlaşdırmışdır. Eyni zamanda təhqiqatçı vəzifə səlahiyyətlərini aşaraq Cavabdeh2 izahatını istədiyi kimi təhrif edərək qərarda yazmışdır. Cavabdeh2 nümayəndəsi işin vacib əhəmiyyətli bu hallarını məhkəməyə bildirsə də, Qəbələ Rayon Məhkəməsi və Şəki Apellya siya Məhkəməsi mülki işə formal baxmış, işdə olan sübutları düzgün qiymətləndirməmiş, işin hallarını nəzərə almayaraq və ən əsası təhqiqatçının qərarından Cavabdeh2 verdiyi şikayətin nəticəsini gözləmədən iddianı ona aid hissədə təmin olunması barədə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Beləliklə də mülki işə baxmış hər iki instansiya məhkəməsi Cavabdeh2 təhqiqatçı tərəfindən pozulmuş hüquqlarını bərpa etməyə imkan yaratmamışdır.

38. Məhkəmə işin ədalətli və düzgün araşdırlmasını təmin etməyərək apardığı formal araşdırma nəticəsində qəbul etdiyi qətnamə ilə iddiaçının kifayət qədər əsaslandırılmamış tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.

39. Məhkəmə yekun nəticəyə gələrkən maddi və prossesual hüquq normaları ilə yanaşı Ali Məhkəmənin Plenumunun xx.xx.2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” qərarında qeyd olunmuş xüsusatlara diqqət etməmiş, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir.

40. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatarla və sənədlərlə əsaslandırmalı olduğu halda kollegiya normanın tələbini pozmuş, heç bir möhtəbərliyi olmayan təhqiqatçının qərarına əsaslanmışdır. Halbuki, məhkəmə qətnamə qəbul edərkən birinci olaraq sübutları qiymətləndirməlidir ki, bunu da MPM-nin 88-ci maddəsinin tələbləri əsasında həyata keçirməlidir. Lakin işdə bu əksini tapmamışdır.

41. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin işdən göründüyü kimi məhkəmə işi tam araşdır madan səhv nəticəyə gəlib əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

42. İddiaçı tələbini əsaslandıra bilməmiş və bu barədə hüeç bir sübut təqdim edə bilməmişdir.

43. Bu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi pozulmuş və sübutlara düzgün qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

46. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

47. Maddə 1097.1. Mülki hüq uq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

48. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,mexanizmlərdən,yüksəkgərginliklielektrikenerjisindən,atomenerjisindən,pa rtlayıcımaddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta ye tirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

49. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturadaödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Məhkəmə kollegiyası, qətnaməni Cavabdeh2 mübahisələndirdiyi hissədə və göstərdiyi dəlillər üzrə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun ola raq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında bu qənaətə gəlmişlər ki, Cavabdeh2 hüquqa zidd əməli nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh2 hadisədə təqsirli olm adığını bildirsə də apellyasiya məhkəməsi vurğulamışdır ki, o, İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir və bu barədə müvafiq orqanın aktı qüvvədədir.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iddianın Cavabdeh2 qarşı qismən təmin edilməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına uyğun olmuşdur (§ 45-49).

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-229/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar