Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2859/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Sərdarova Nərgiz Xəqani oğlu, Cavabdeh və onun vəkili Hüseynov Zaur Elbrus oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qə tnaməsi ilə (sədrlik edən hakim F.Qasımov) iddia tələbi qismən təmin olunmuş, maddi zərərin əvəzi qismində 20 559 manatın, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manatın Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza keçirilməsinə xərclənmiş 150 manatın 50 manatının “xxxx” MMC-dən, 100 manatının isə Cavabdeh oğlundan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Həsənov, X.Mərdanova və F.Babayev) hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4776/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2017-ci il tarixdə cavabdehlə arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlandığını, həmin müqaviləyə əsasən cavabdehin, MMC-nin icarəyə götürmüş olduğu **-JL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Fuso” markalı yük avtomobilinin təyinatına uyğun istifadəsini və mühafizəsini öz üzərinə götürdüyünü, cavabdehin sükan arxasında yuxulaması nəticəsində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 29 875 manat ziyan dəydiyini, dəfələrlə müraciət olunmasına baxmayaraq vurduğu ziyanı ödəməkdən boyun qaçırdığını irəli sürmüş, buna görə də cavabdehdən maddi zərəri əvəzi olaraq 29 875 manatın, habelə 30 manat dövlət rüsumunun əvəzinin tutulmas ı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Cavabdeh ilə “xxxx”MMC-nin arasında imzalanmış xx xxxxx 2017-ci il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqda müqavilə imzalanmışdır. Həmin müqavilənin butun vərəqlərində deyil, yalnız müqavilənin sonuncu vərəqəsində imzası olduğunu cavabdeh qeyd edir. Cavabdeh İddiaçı-nin əmək müqaviləsi əsasında işçisidir və yol nəqliyyat hadisəsi baş verən zaman əmək müqaviləsində göstərilən iş vaxtı sona çatsa da, müdiriyyət onu qanunsuz olaraq işə cəlb etmişdir. Yol nəqliyyat hadisəsi xx xxxxxx 2017-ci il tarixdə saat 01:20 radələrində baş versə də, qüsur akt ı 2 ay sonra xx xxxxxx 2017-ci ildə tərtib olunmuşdur. Buna görə də həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Hüseynov Zaur Elbrus oğlu kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Sərdarova Nərgiz Xəqani qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələb inə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləni n 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İşin mübahisələndirilməyən halına görə, “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanaraq Cavabdeh aylıq əmək haqqı 220 manat olmaqla sürücü vəzifəsinə işə qəbul edilmiş, eyni tarixdə o, tam maddi məsuliyyət daşıması barədə də müqavilə imzalamış və şirkətin maddi dəyərlərinin qorunmasını öz üzərinə götürmüşdür. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “Mitsubishi Fuso” yük markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC tərəfin dən “xxxx” MMC-yə icarəyə verilmiş, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə həmin avtomobili idarə edərkən yol- nəqliyyat hadisəsi törətmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib olunmaqla 40 manat cərimə olunmuş, “xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli qüsur aktına əsasən, “Mitsubishi Fuso” yük markalı avtomobilə 29875 manat ziyan dəymişdir. İddiaçı məhz müəyyən olunan həmin hallara istinadən müvafiq iddia tələbini irəli sürmüş və iddia tələbi üzrə istinad olunan faktiki hallar, həmin tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”, habelə əmək qanunvericiliyinin “işçinin işəgötürənə vurduğu ziyana görə maddi mə suliyyəti” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Əmək Məcəlləsinin 191-ci maddəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 199-cu maddəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığım təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hiiquqmiiəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə. Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh 1-ci və apellyasiya instansiyası məhkəmələrində iddiaya qarşı yeganə etirazı ondan ibarət olmuşdur ki, o, əmək müqaviləsində nəzərdə tutulan iş qrafikindən sonra rəhbərliyin göstərişi ilə Gəncə şəhərinə yük apardığı üçün hadisə baş vermişdir. Kassasiya məhkəməsində cavabdeh əvvəllər irəli sürmədiyi yeni dəlillər irəli sürərək avtomaşına vurulan zərərin miqdarının artıq hesablanmasına istinad etmişdir. Əvvəla qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət ver mir. İşin faktiki halları işə mahiyyəti üzrə baxılarkən araşdırılan məsələdir və kassasiya məhkəməsində həmin hallara qiymət verilmir. Bundan başqa, cavabdeh işə mahiyyəti üzrə baxılanda öz etirazlarını sübut etmək üçün zəruri bildiyi sübutları təqdim edə bilərdi. Bunun üçün onun kifayət qədər vaxtı olmuş və şərait yaradılmışdır. İşə mahiyyəti üzrə baxılarkən etiraz etmədiyi halların kassasiya instansiyası məhkəməsində irəli sürülməsi əsaslı hesab oluna və qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2859/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2859/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver