Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-286/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yazılı sübutun əhəmiyyəti) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1078/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarşı c avabdehdən 18000 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlamaqla Cavabdeh 18000 manat məbləğində borc pul vermişdir. Müqaviləyə əsasən, cavabdeh borc pulu xx.xx.2019-cu il tarixə qədər qaytarmalı idi. Lakin müqavilədə göstərilən müddət tamam olsa da cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə, o, müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasını yubadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin (hаkim N.Misirzadə) xx xxxxxx 2019-cu il tarixli 2(016)80 7/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 18000 (on səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1 739.1, 739.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin (hakimlər- V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və A.Mahmudov) xx xxxx 2020-ci il tarixli, 2(107)-1078/20 nömrəli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(016)-807/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Cavabdeh X1 apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc alınmasına dair iddiaçı ilə onun arasında bağlanmış müqaviləni real olmamış, görünüş üçün bağlanmışdır. Həmin müqavilə əsasında pul alınmadığı üçün iddia rədd edilməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək şikayətin t əmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının cavabdehə 18000 manat borc pul verməsi barədə xx xxx 2018-ci il tarixli borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən həmin məbləğ cavabdehə verilmiş və sonuncu aldığ ı məbləği xx.xx.2019-cu il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Ona görə işə baxan məhkəmələr borc və öhdəlik hüquq münasibətlərini nizama salan maddi hüquq normalarını tətbiq etməklə iddianı təmin etmişlər. Tələbin qanuni əsası kimi həmin normalara istinad olunması əsaslıdır. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilə formal əqddir, həmin müqavilə üzrə pul verilməmiş, başqa razılaşmanı pərdələmək üçün həmin əqdi bağlamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, yazılı sübutların həqiqiliyi prezumpsiyası var. Hazırkı işdə tərəflər arasında notariat kontorunda təsdiq edilmiş bir kredit müqaviləsi var. Cavabdeh müqavilənin əhəmiyyətsiz müqavilə olması barədə bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Y azılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdır ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini cavabdeh tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür (MPM-nin 14.2. və 77.1. maddələri), iddiaçı bunun əksini sübut etməyə borclu deyil. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1078/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.