Məhkəmə qərarları › İş №2(102)-2860/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2860/2020

02.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2860/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçünçü şəxslər X7 və X3 Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14692/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Nümayəndə2 tər əfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(004)5056/2019 saylı qətnaməsi ilə (hakim O.Q.Məmmədli) İddiaçı iddia ərizəsinin qismən təmin edilməsi, onun X. ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçün şəxs X4 iddia ərizəsinin qismən təmin edilməsi, onun X. ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçün şəxs X3 iddia ərizəsinin qismən təmin edilməsi, onun X. ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14692/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov, A.N.İmanov) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5056/2019 saylı iş üzrə 25 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1, Azərbaycan Memarlıq və İnşaat Üniversitetinin 5 saylı yataqxanasının 800 nömrəli yaşayış sahəsinə onun istifadə hüququnun tanınması və həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçünçü şəxs X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X.ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin 5 saylı yataqxanası, 800 nömrəli yaşayış sahəsinə yaşayış yeri kimi istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçünçü şəxs X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X.ünvanında yerləşən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 5 saylı yataqxanası, 800 nömrəli yaşayış sahəsinə yaşayış yeri kimi istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı t ələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 01.12.1995-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan iki uşaqları - 1997-ci il təvəllüdlü X7 və 1999-cu il təvəllüdlü X8 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin verdiyi nikahın pozulması haqqında şəhadətnaməyə əsasən aralarında olan nikahın ləğv edilməsi 06 mart 2018-ci il tarixdə, 104 № ilə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir, həmin vaxtdan da onlar birgə təsərrüfat aparmırlar. Ailə qurduqdan sonra məcburi köçkün olduqlarından 1997-ci ildə Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinin Yasamal rayonu üzrə sektorunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin 5 saylı yataqxanasında 800 nömrəli otağında qeydiyyatdan keçib, həmin ünvanda məskunlaşmışlar. Özünün və uşaqlarının həmin yaşayış sahəsindən başqa yaşayış yerləri yoxdur. Cavabdeh həmin mənzildə onların yaşamasına imkan vermir. Hazırda isə uşaqları ilə birlikdə müvəqqəti olaraq qardaşının əvvəllər məskunlaşdığı Bakı şəhəri, Qaradağ rayonu, Perekeşkül qəsəbəsi, Hərbi şəhərcik, ev 99, mənzil 18-də qalır. Hər iki övladı hazırda onun himayəsindədir, müxtəlif ali məktəblərdə təhsillərini davam etdirirlər, onların bütün maddi və mənəvi qayğısı onun üzərindədir və uşaqlarının həyat tərzinin və gələcəyinin normal olması onun öhdəliyindədir. O, İİ qrup əlil olmaqla, hepatit “C” virusundan, beyin təzyiqi və beynin işemiya xəstəliklərindən və digər xəstəliklərdən əziyyət çəkir və hazırda əmək qüvvəsinin olmaması səbəbindən he ç bir yerdə işləyə bilmir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçünçü şəxslər də tələblərini onunla əsaslandırmşlar ki, onlar tərəflərin övladları olaraq doğulduqları vaxtdan 2017-ci ilədək mübahisəli mənzildən (yaşayış sahəsi, otaq) vicdanlı sahib kimi müstəsna qaydada, fasiləsiz olaraq və açıq şəkildə yaşayış yeri kimi istifadə etmişlər. Bu səbəbdəndə cavabdehin ailə üzvü kimi mübahisəli mənzilə yaşayış yeri kimi istifadə hüququna malikdirlər. Mübahisəli mənzildən başqa yaşayış yerləri yoxdur və hazırda iddiaçı ilə birlikdə müvəqqəti olaraq dayılarına məxsus ünvan 1 ünvanında yaşayırlar. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müst əqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Nümayəndə2 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçı ilə kassator arasında mənzilə köçürmə ilə bağlı yaranmış mübahisənin həllinə münasibətlə rin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrini düzgün tətbiq etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını müm kün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə İddiaçı ilə Cavabdeh 01.12.1995-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Onlar Laçın rayonundan məcburi köçkün düşmüşlər və 1997-ci il tarixdən AzMİU-nin 5 saylı yataqxanasında məskunlaşmışlar. Onların birgə nikahlarından 1997-ci il təvəllüdlü X7 və 1999- cu il təvəllüdlü X8 doğulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6319/2017 saylı 18.12.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh İddiaçı və uşaqlarının məcburi köçkün kimi məskunlaşdıqları AzMİU-nin 5 saylı yataqxanasının 800 nömrəli yaşayış sahəsində yaşamalarına icazə verməmişdir. Bu səbəbdən İddiaçı və onun uşaqları İddiaçı qardaşına məxsus ünvan 2 ünvanında yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin 385 saylı, 19.06.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün düşdükdən sonra AzMİU-nin 5 saylı yataqxanasında məskunlaşmışdır. Ailə tərkibi kimi X7 və X8 qeyd edilmişdir. İşdə o lan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Yasamal Rayonu üzrə Sektorunun 19.06.2019-cu il tarixli, 1660 saylı arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün kimi QMKİ üzrə DK Yasamal rayonu üzrə sektorunda 1997-ci ildə AzMİU-nin 5 saylı yataqxanasında qeydiyyatdan keçmişdir. Ailə tərkibi kimi X7 və X8 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin 10.12.2019-cu il tarixli, 628 saylı arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün düşdükdən sonra AzMİU-nin 5 saylı yataqxanasında, 800 saylı 2 otaqlı mənzildə məskunlaşmışdır. Ailə tərkibi kimi X7 və X8 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq mün asibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzil münasibətlərini tənzimləyən qanunvericilikdə məcburi köçkünlərin yataqxanalarda yaşamasının hüquqi əsasları müəyyən olunmadığından, məhkəmə hazırki mübahisəni qanunun analogiyasını tətbiq etm əklə həll etməkdə haqlı olmuşdur. İş materiallarından görünür ki, tərəflər 1995-ci ildə nikaha daxil olduqlarından məhkəmə həmin dövrdə mənzil münasibətlərini tənzimləyən, hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin - yaşayış sahəsindən istifadə ilə bağlı icarədar və onun ailə üzvləri arasında münasibətləri tənzimləyən normalarına əsaslanmışdır. Münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşa yış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. -54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını ( ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. -60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin halları ilə iddiaçının daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi halı sübuta yetirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi istinad olunan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin t ələbləri baxımından qeyd etmişdir ki, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün onun başqa yerə getməsi müvəqqəti xarakter daşımamalı, o, başqa yaşayış sahəsinə daimi yaşamaq üçün köçməlidir. Müəyyən edilmişdir ki, iddiaçı başqa yerdə yaşayış sahəsi əldə etməmiş, yaranmış münaqişəli vəziyyət səbəbindən müvəqqəti olaraq uşaqları ilə birlikdə qardaşının məskunlaşdığı yaşayış sahəsinə köçmüşdür və hazırda da həmin mənzildə yaşayır. İş materiallarından məlum olur ki, iddiaçı məcburi köçkün kimi mübahisəli yaşayış sahəsində məskunlaşmışdır və cavabdehin onu həmin yaşayış sahəsinə buraxmaması səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunduğundan, X.ünvanında yerləşən AzMİU-nun 5 saylı yataqxanasının 800 saylı yaşayış sahəsinə köçürülməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı ilə kassator arasında mənzilə köçürmə ilə bağlı yaranmış mübahisənin həllinə münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinin düzgün tətbiq edilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülk i Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14692/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar