Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2860/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı ASC Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2860/21 (Açar sözlər: kasasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)3612/2020 saylı qərardadından Cavabdeh2 kasasiya şikayəti üzrə işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2019-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edi lməklə iddia qismən təmin edilib. 30 dekabr 2020-ci il tarixdə Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2021-ci il tarixli qətnaməsindən kasasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, kasasiya şikayətinin baxılması üçün icraata götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC, Cavabdeh2, vəkili Vəkil, digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxı lmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və sair). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apelyasiya instansiyası məhkəməsinin aktlarından kasasiya şikayəti verilə bilər. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilm əməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, haqlı olaraq qeyd etmişdir ki, prosessual müddətin axımı qətnamənin surətinin rəsmi qaydada işdə iştirak edən şəxslərə verildiyi gündən hesablanır və prosessual qanunvericilikdə qətnamə üçün belə prosessual müddət iki ay müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qətnaməsinin surətini rəsmi qaydada 19 oktyabr 2020 -ci il tarixdə alıb və onun qətnamədən verdiyi kasasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə zərfdə olan poçt qaiməsindən görünür ki, 29 dekabr 2020-ci il tarixdə poçta verilib, kasasiya şikayətində olan “daxilolma” ştampından isə görünür ki, kasasiya şikayəti məhkəməyə 30 dekabr 2020-ci il tarixdə daxil olub. Apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 tərəfindən 19 oktyabr 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, onun tərəfindən kasasiya şikayəti 30 dekabr 2020-ci il tarixdə verildiyindən və beləliklə də qanunla müəyyən olunmuş 2 aylıq prosessual müddət ötürüldüyündən, kasasiya şikayəti geri qaytarılmalıdır. İşdən gö rünür ki, Cavabdeh2 iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayətini şikayət xatirinə verib və işdə, onun kasasiya şikayətinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Eyni zamanda Cavabdeh2 Ali Məhkəməyə yazılı ərizə göndərib kasasiya şikayətinin geri qaytarılmasını xahiş etsə də, həmin ərizə notarial qaydada təsdiq edilməyib. Bu səbəbdən də həmin ərizənin onun iradəsini ifadə etməsini müəyyən etmək mümkün deyil. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli məsələ üzrə düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)-3612/2020 saylı qərardadı kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2860/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2860/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver