Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2860/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2828/2024 nömrəli iş üzrə 2 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 3A saylı mənzil Cavabdeh istifadə və sahibliyindədir.
2. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00031 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 3A saylı mənzil 2021-ci ilin iyun ayından təbii qazla təchiz olunmuşdur.
3. Cavabdeh ilə İddiaçı İB arasında təbii qazdan istifadə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə AKX-04205xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, bununla belə ünvana xx.xx.2022ci il tarixdə qaz sayğacı quraşdırılmışdır.
4. Həmin müqavilədə istehlakçı tərəfindən aşağıdakı qaz qurğularından istifadə edilməsi nəzərdə tutulmuşdur: qızdır ıcı radiator peçi, 4 gözlü qaz plitəsi (PQ-4) və Samovar.
5. İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh barəsində sayğacdan kənar xəttdən istifadə ilə bağlı xx.xx.2021-ci il tarixdə ******* №- li, xx.xx.2021-ci il tarixdə ******* №-li akt, xx.xx.2023-cü il tarixdə ******* №-li akt tərtib olunmuş, xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 967,68 manat, xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 540 manat, xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 8812,80 manat dəymiş zərər hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş, 3 ədəd akt üzrə he sablanmış 10.320,48 manat məbləğində zərərin, 1.039,45 manat debitor borcun və 12.408 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 11.484,01 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmiş, nor mativlərə əsasən İddiaçı İB-yə dəymiş zərər hesblanmışdır. Bundan başqa, cavabdeh faktiki istifadə etdiyi qazın dəyərini də ödəməmiş, 1.039,45 manat debitor borcu qalmışdır. Cavabdeh vurduğu zərəri və debitor borcunu ödəməkdən yayındığına görə İddiaçı İB məhkəməda iddia qaldırmağa məcbur olmuşdur.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, təbii qazdan sayğacdan kənar xətlə yalnız bir dəfə keçən ilin sonunda istifadə etmişdir, digər iki aktı isə əsassız hesab edir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2469/2023 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia qismən təmin edilmiş, cavabdehdən 1.020,85 manat debitor borcun, 367,2 manat akt üzrə borcun, 33,89 manat məbləğində dövlət rüs umunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
10. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə cavabdehə məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi xx.xx.2021-ci il qeyd edilmiş olduğu halda ******* saylı aktın tərtib olunduğu tarixin fərqli, yəni xx.xx.2021ci il olması, 2021-ci ilin noyabr ayında tərtib edilmiş akta dair fotoşəklin olmaması aktların düzgülüyünə şübhə yaratmış olduğundan, iddia tələbi həmin aktlara əsasən hesabl anmış zərərin tutulması hissəsində təmin edilə bilməz.
11. Məhkəmə xx.xx.2023-cü il tarixli, ******* saylı akta münasibətdə cavabdehə hesablanmış cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh 2022ci ilin sonu 2023-cü ilin əvvəlində özbaşına qoşulmaqla təbii qazdan istifadə etməklə iddiaçıya ziyan vurmuşdur. Lakin məhkəmə, xx.xx.2023-cü il tarixli, ******* saylı akt ilə iddiaçı tərəfindən hesablanmış borcun şişirdilmiş olması qənatinə gələrək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti 360 gün deyil, 30 gün hesablanmalıdır. 3060 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0,12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziya nın məbləği 367,2 manat edir.
12. Bunları nəzərə alaraq məhkəmə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 367,20 manat həcmində təmin etmişdir.
13. Bundan başqa məhkəmə iddia tələbinin 1.039,45 manat sərfiyyat borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, qeyd edilən borcun yaranma əsasları cavabdehə məxsus saldo ilə qismən sübut edildiyindən, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
14. Belə ki, iş materiallarına əlavə edilmiş saldodan görünür ki, abonentin yalnız 2021ci ilin sonu üçün 392,6 manat, 2022-ci ilin sonu üçün 678,40 manat qaz sərfiyyatına görə, yeni tarifə keçidlə bağlı 2021-ci ilin sonu üçün 19,7 manat, 2022-ci ilin sonu üçün 27,85 manat olmaqla, cəmi 1118,55 manat borcu mövcuddur. 202 2-ci il üçün cəmi 97,70 manat ödənilmişdir. Beləliklə, cavabdehin debitor borc olaraq 1020,85 manat (1118,5597,7=1020,85) borc hesablanmalıdır.
15. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 1096 və 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, İddiaç ı İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə edilməsi faktları müəyyən olunmuş, aşkar edilmiş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir (iş materiallarında vardır). Bundan əlavə təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməsini cavabdeh özü də məhkəmə iclasında etiraf etmiş və bu fakt qətnamədə də öz əksini tapmışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5203/2023 nömrəli iş üzrə 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, V.N.Sadıqov və M.Ə.Rüstəmli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2469/2023 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilməmiş, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar qanuna uyğun olmamış, istehlakçı-cavabdehin baxış keçirilməsində iştirakı təmin olunmamış, aktlar onun tərəfindən imzalanmamış, aktların tərtib olunması tarixi ilə ona əlavə edilmiş fotoşəkillərdəki tarixlər fərqli olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissələrdə iddianı rədd etmişdir.
20. Apellyasiya məhkəməsi daha sonra qeyd etmi şdir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta görə hesablanmış zərərin şişirdilmiş olması, orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti 360 gün deyil, 30 gün hesablanmalı olması, 3060 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0,12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 367,2 manat etməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, həmin hissədə də qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilm iş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçı İB kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qərar çıxcarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-429/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər- Ə.G.Nurməmmədov məruzəçi, A.Q.Hüseynov və Z.B.Babayev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin qismən, yəni 31 yanvar 2023-cü il tarixli, ******* saylı akt üzrə zərər tələbinə dair hissədə ləğv edilməsi, işin həmin hissədə yen idən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli akta üzrə ziyan tələbinə dair məsələni həll edərkən apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara, tam və hərtərəfli baxmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
25. Cavabdehin qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi nəticəsində dəymiş zərərərin hesablanması məsələsinin həlli ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi zərərin hesablanmasında səhvə yol vermiş, bu barədə olan normativ aktların tələblərinə əməl etməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin hesablanması üçün hesabat müddətinin nəyə görə məhz 30 gün götürməsini, cavabdeh tərəfindən qanunsuz orlaraq qaz xəttinə qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin hesablanması zamanı “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən şərtləri nəzərə alınmamasını əsaslandırmamış, qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi müəyyən edilməmişdir. Tərtib orlunmuş aktda, abonentin saldosunda, dəymiş ziyanın hesablanmasına dair tələbnamədə cavabdehin istifadə etdiyi qaz işlədici avadanlıqların göstərilməsi, akt tərtiib edilməmişdən əvvəlki 6 ay müddətində sayğac göstəricilərinə görə qaz sərfiyyatının olmaması, həmin dövr üçün cəmi 26,7 manat ödəniş olması kimi i şin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən zərərin hesablanması hissəsində apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Ona görə də həmin hissdə qətnamə ləğv olunmalıdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2828/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və M.A.Məmmədov) apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2469/2023 saylı iş üzrə 23 may 2023cü il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “Cavabdeh 367,2 manat akt üzrə borcun tutulması” hiss əsində dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə 31 yanvar 2023-cü il tarixli, ******* saylı akt üzrə 878,40 manat tutulması qət edilmişdir. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu nəticəyə iş materiallarındakı sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə nəticəsinin işin hallarına uyğun olmamasına yol açmış, zərərin məbləğinin hesablanmasında səhvə yol vermiş, zərərin hesablanması üçün hesabat müddətini niyə görə məhz 30 gün götürməsini əsaslandırmamış, qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixini, akt tərtib edilməmişdən əvvəlki 6 ay müddətində sayğac göstəricilərinə görə qaz sərfiyyatının olmaması, həmin dövr üçün cəmi 26,7 manat ödəniş edilməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır. Qeyd olunmalıdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli aktın tərtib olunmasına əsas verən əməli törətməsini, yəni qaz xəttinə qanunsuz qoşulduğunu etiraf etmişdir; onun xx.xx.2023-cü il tarixli aktda göstərilənlərlə razılaşması, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi də, bu halı mübahisəsiz hal kimi qəbul etməyə imkan verir. Bu kontekstdə kollegiyanın qənaətinə görə, İddiaçı İB cavabdehin qazdan sayğacdankənar qanunsuz istifadə etdiyini sübuta yetirmişdir; lakin həmin istifadə üçün onun cavabdehə hesabladığı borc məbləği reallığa uyğun deyildir.
29. Belə ki, cavabdehə məxsus evlə bağlı iddiaçı şirkətin tərtib etdiyi saldo adlanan sənədə, eyni zamanda tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cav abdehin yaşadığı evdə qızdırıcı radiator peçi, 4 gözlü qaz plitəsi (PQ-4) və Samovar vardır – iddiaçı isə xx.xx.2023-cü il tarixli akt əsasında zərər məbləğini hesablayarkən, həmin 3 cihazdan əlavə, həm də İran sobası üçün hesabat aparmışdır – hansı ki, cavabdehin evində İran sobasının da olduğu heç bir sübutla təsdiqlənmir. Digər tərəfdən həmin saldo adlanan sənəddən görünür ki, cavabdehin evində sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmış, beləliklə qazpaylayıcı şəbəkəyə sonuncu baxış məhz bu tarixdə keçirilmişdir; cavabdeh onun evini təbii qazla təchiz edən qaz xəttinə, yaxud sayğaca bu tarixdən sonra baxış keçirildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də kollegiya hesab etmişdir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, cavabdehin barəsində tərtib olu nmuş xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış məbləğin düzgün olub-olmadığına qiymət verilməlidir.
30. Başqa sözlə, cavabdehin qazdan sayğacsız (sayğacdankənar) istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının yuxarıda qeyd olunan bəndinin mənasına görə, belə hesablama zamanı evdəki qaz işlədicilərinin gücü nəzərə alınmalı, hesablama axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün alqı-satqı müqaviləsində göstər ilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata uyğun aparılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, cavabdehdən yalnız xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün (7 ay 6 gün) 4 gözlü qaz plitəsinin (PQ-4), 2022-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayınadək olan dövr (3 ay) üçün isə qızdırıcı radiator peçinin və Samovarın (həmin cihazlardan yalnız qış mövsümündə istifadə edildiyi ehtimalı nəzərə alınaraq) gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; müvafiq dövrdə cavabdeh daha çox qaz istehlak etmişdirsə, bunun məsuliyyəti onun qazdan sayğacsız istifadə etməsinə şərait yaradan, yəni öz vəzifələrini lazımi qaydada icra etməyən İddiaçı İB-nin əməkdaşlarına aid olunmalıdır.
31. Bundan başqa, 4 gözlü qaz plitəsinin (PQ-4) orta hesabla (yay və qış mövsümündə), digər cihazların isə qış mövsümündə orta hesabla günlük 8 saat işlədilə biləcəyini nəzərə alaraq kollegiya hesab etmişdir ki, müvafiq dövr üçün cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 878,40 manat (qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 8 saat x 7 ay 6 gün (216 gün) = 2074 m3; qızdırıcı radiator peçinin maksimal saatlıq qaz sərfi olan 1,4 m3 x 8 saat x 90 gün = 1008 m3; Samovarın maksimal saatlıq qaz sərfi olan 3 m3 x 8 saat x 90 gün = 2160 m3. Cəmi 5242 m3 sərfiyyat - həmin sərfiyyatın 1700 m3 -i 10 qəpikdən hesablanmaqla 170 manat (1700 m3 x 0,10 manat = 170 manat), 3542 m3 -i 20 qəpikdən hesablanmaqla 708,4 manat (3542 m3x 0,20 manat = 708,4 manat)) qəbul oluna bilər. Kassa siya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin “31 yanvar 2023-cü il tarixli ******* saylı akt üzrə hesablanmış zərər məbləğinin tutulması” hissəsində tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və Cavabdehə məxs us abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Digər tərəfdən Cavabdeh bu faktı, yəni onun barəsində tərtib edilmiş Aktların mövcudluğundan xəbərdar olmuş, həmin aktları mübahisələndirməmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (tələbnamə, fotoşəkillər, abonent saldosu) cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Həmçinin İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, birliyin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar Cavabdeh tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, cavabdeh təkrarən qaz xəttinə qeyriqanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda, iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təq sirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan əlavə, iş materiallarında yer almış və iddiaçı tərəfindən təqdim olunan sübutlar 31 yanvar 2023-cü il tarixli ******* saylı akt üzrə hesablanmış zərər məbləği ilə bağlı apellyasiya şikayətinin əsaslı olmasını təsdiq etdiyi halda apellyasiya instansiya məhkəməsi səhv nəticəyə gələrək, şikayəti qismən təmin etmişdir. İş materiallarından da məlum olduğu kimi apellyasiya instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli aktla bağlı təbii qazdan qey ri-qanuni istifadə faktını tanımış, lakin həmin akt üzrə də iddiaçının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Apellyasiya instansiya Məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə iddiaçıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə iddiaçının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İddiaçı hesab edir ki, cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edildiyi üçün İddiaçıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qe yd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmiş və qanunsuz qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (31 yanvar 2023-cü il tarixdə qüvvədə olmuş redaksiyada)
39. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şə xs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
40. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
41. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunm uş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları
42. Bənd
3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsa slandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır.
52. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qe yd etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixli aktın tərtib olunmasına əsas verən əməli törətməsini, yəni qaz xəttinə qanunsuz qoşulduğunu etiraf etmişdir; onun xx.xx.2023-cü il tarixli aktda göstərilənlərlə razılaşması, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi də, bu halı mübahisəsiz hal kimi qəbul etməyə imkan verir.
53. Bu kontekstdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı İB-yi cavabdehin qazdan sayğacdankənar qanunsuz istifadə etdiyini sübuta yetirmişdir; lakin həmin istifadə üçün onun cavabdehə hesabladığı borc məbləği reallığa uyğun deyil.
54. Belə ki, cavabdehə məxsus evlə bağlı iddiaçının tərtib etdiyi saldo adlanan sənədə, eyni zamanda tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdehin yaşadığı evdə qızdırıcı ra diator peçi, 4 gözlü qaz plitəsi (PQ-4) və Samovar vardır – iddiaçı isə xx.xx.2023-cü il tarixli akt əsasında zərər məbləğini hesablayarkən, həmin 3 cihazdan əlavə, həm də İran sobası üçün hesabat aparmışdır – hansı ki, cavabdehin evində İran sobasının da olduğu heç bir sübutla təsdiqlənmir. Digər tərəfdən həmin saldo adlanan sənəddən görünür ki, cavabdehin evində sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmış, beləliklə qazpaylayıcı şəbəkəyə sonuncu baxış məhz bu tarixdə keçirilmişdir; cavabdeh onun evini təbii qazla təchiz edən qaz xəttinə, yaxud sayğaca bu tarixdən sonra baxış keçirildiyinə dair hər hansı sübut təqdim etməmişdir.
55. Buna görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, cavabdehin barəsində tərtib olunmuş x x.xx.2023-cü il tarixli akt əsasında hesablanmış məbləğin düzgün olub-olmadığına qiymət verilməlidir. Başqa sözlə, cavabdehin qazdan sayğacsız (sayğacdankənar) istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər.
56. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının yuxarıda qeyd olunan bəndinin mənasına görə, belə hesablama zamanı evdəki qaz işlədicilərinin gücü nəzərə alınmalı, hesablama axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata uyğun aparılmalıdır.
57. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehdən yalnız xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün (7 ay 6 gün) 4 gözlü qaz plitəsinin (PQ-4), 2022-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayınadək olan dövr (3 ay) üçün isə qızdırıcı radiator peçinin və Samovarın (həmin cihazlardan yalnız qış mövsümündə istifadə edildiyi ehtimalı nəzərə alınaraq) gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; müvafiq dövrdə cavabdeh daha çox qaz istehlak etmişdirsə, bunun məsuliyyəti onun qazdan sayğacsız istifadə etməsinə şərait yaradan, yəni öz vəzifələrini lazımi qaydada icra etməyən İddiaçı İB-nin əməkdaşlarına aid olunmalıdır.
58. Bundan başqa, 4 gözlü qaz plitəsinin (PQ-4) orta hesabla (yay və qış mövsümündə), digər cihazların isə qış mövsümündə orta hesabla günlük 8 saat işlədilə biləcəyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müvafiq dövr üçün cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 878,40 manat qəbul olunmalıdır. Ona görə də iddia qeyd olunan məbləğə aid hissədə təmin olunmalıdır.
59. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı yuxarıda göstərilən məbləğdə qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 may 2024-cü il tarixli, 2(103)-2828/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.