Məhkəmə qərarları › İş №2(102)-2861/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2861/2024

26.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2861/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, borcun ödənilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərərin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2418/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 26 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etdiyi göstərilmişdir.

2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş ziyanın həcmi aşağıdakı kimi hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 10368 kub metr; - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 3 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 25920 kub metr, - Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 24192 kub metr; - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla 12960 kub metr. Bu sərfiyyatın cəmi 73440 kub metr, hər kub metr qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 8812,80 manat təşkil edir. 3. xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etdiyi göstərilmişdir.

4. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 864 kub metr; - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 3 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 2160 kub metr; - 2 ədəd dəmir sobanın hər birinin maksimal saatlıq qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 2016 kub metr; - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 1080 kub metr; Bu sərfiyyatın cəmi 6120 kub metr, hər kub metr qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 734,40 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı” və ya İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) 9.547,20 manat zərərin, 1159 manat debitor borcun, 122,12 manat ödənilmiş dövlət rüsumunun əvəzinin məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin təbii qazdan istifadəyə görə 1159 manat borcu yaranmış, bundan başqa, cavabdeh özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamış və nəticədə iddiaçıya 9.547,20 manat maddi ziyan vurmuşdur.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21., 21.2, 442, 443.1, 448.2, 1096.1, 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad etmişdir.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, qaz xəttinə qanunsuz olaraq qoşulsa da, qazdan yalnız üç gün ərzində istifadə edə bilmiş, sonra isə 2023-cü ilin yanvar ayında iddiaçının işçiləri gəlib qanunsuz xətti aşkar etmişlər. Bundan başqa, onun evində yalnız 2 göz qaz sobası və hamamda qızdırıcı samovar vardır, İran sobası və dəmir soba isə yoxdur.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2e-2(008)-2503/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2564,35 manat məbləğində maddi zərər və 1159 manat debitor borcu, cəmi 3723,35 manat alınaraq İddiaçınə ödənilməsi, iddianın maddi ziyanın 6982,85 manat hissəsində təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 42,46 manat hissəsinin Cavabdeh aid edilməsi və həmin məbləğin ondan alınaraq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 79,66 manat hissəsinin İddiaçınə aid edilməsi qət edilmişdir. (hakim Vidadi Qasımov)

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ərizəsində həmin məbləğin 8812,80 manat hissəsinin xx.xx.2022-ci il tarixli ******* nömrəli, 734,40 manat hissəsinin isə xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar əsasında hesablandığını bildirsə də, məhkəməyə xx.xx.2022-ci il tarixli deyil, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar təqdim etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə i lə müraciət edərək, ******* nömrəli aktın tarixinin iddia ərizəsində səhvən xx.xx.2022-ci il kimi yazıldığını, əslində isə həmin aktın tarixinin xx.xx.2022-ci il olduğunu bildirmişdir.

11. İddiaçı məhkəməyə verdiyi yazılı ərizədə qazdan qanunsuz istifadə etdiyini etiraf etdiyinə görə iddiaçı artıq bu faktı sübut etmək vəzifəsindən azaddır. Lakin qanunsuz istifadə edilmiş qazın həcmi ilə bağlı iddiaçının hesablaması düzgün deyil.

12. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.7- ci bəndinə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.

13. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci ildə cavabdehin qazdan qanunsuz istifadə etməsini aşkar etdiyi zaman vurulmuş ziyanı hesablayarkən həmin normanın tələbinə uyğun olaraq ən çoxu altı ay əvvəl texniki baxış keçirilməli olduğunu və bu səbəbdən ziyanın yalnız həmin son altı ay üçün hesablana biləcəyini nəzərə almamışdır. xx.xx.2022-ci ildən əvvəl texniki baxışın məhz hansı tarixdə keçirilməsi barədə məlumat mövcud olmasa da, bu müddət altı aydan artıq ola bilməz, bu səbəbdən də maddi ziyan yalnız xx.xx.2022-ci il tarixindən əvvəlki son altı ay (182 gün) üçün hesablana bilər. İddiaçı tərəfindən xx.x x.2023-cü ildə tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da göstərilən pozuntuya görə hesablamanın 30 gün üçün aparılması isə düzgündür, çünki xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsindən sonra ötən müddət məhz 30 gün olmuşdur. Qeyd olunan 182 gün və 30 gün müddətlərinin cəmi 212 gün təşkil edir.

14. Cavabdehə məxsus qaz qurğularının sayına gəldikdə isə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 4.3-cü bəndində "İstehlakçının qaz qurğuları haqqında məlumat" qrafasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsi göstərilmişdir. Cavabdeh məhkəməyə verdiyi ərizədə qaz plitəsi ilə yanaşı, əlavə olaraq hamamda samovardan (qeyri-standart su qızdırıcısı) da i stifadə etdiyini etiraf etmişdir. İddiaçının hesablamalarda istinad etdiyi dəmir sobanın və İran sobasının mövcudluğu barədə isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, maddi ziyanın hesablanmasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsində və 1 ədəd qeyri-standart su qızdırıcısında sərf edilmiş qazın dəyəri nəzərə alınmalıdır. Qaz plitəsinin qaz sərfi 1,2 kub metr/saat, qeyri-standart su qızdırıcısının qaz sərfi isə 3 kub metr/saatdır.

16. Beləliklə, 1 ədəd 4 gözlü qaz plitəsinin və 1 ədəd qeyri-standart su qızdırıcısın birlikdə (1,2 + 3) maksimal saatlıq qaz sərfi 4,2 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 212 gün olmaqla, cəmi 21369,6 kub metr qazın qanunsuz istifadə olunduğu müəyyən edilir. Hər 1 kub metr qazın qiyməti 0,12 manat olmaqla bunun dəyəri (21369,6 kub metr x 0,12 manat) 2564,35 manat təşkil edir.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə iddia qismən, yəni cavabdehdən 2564,35 manat məbləğində zərərin və 1159 manat debitor borcun, cəmi 3723,35 manat məbləğin tutulması hissəsində təmin edilməli, maddi zərərin qalan 6982,85 manat hissəsində isə təmin edilməməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, "Qaz təchizatı haqqında" Qanunun 6-cı, Mülki Prosessual Məcəllənin 106.3-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci i craat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv, iddia tələbinin həmin hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, xüsusilə də hesabat müddətlərini düzgün hesablamamış, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçıın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii q azı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkillər çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4926/2023 nömrəli mülki iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, İkram Şirinov)

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin q anuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı şikayətində cavabdehin ona təmin edilən məbləğdən artıq miqdarda maddi zərər vurulduğunu göstərsə də buna dair iş materialında hər hansı bir sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.

24. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edib 3 gün ərzində qazdan qanunsuz istifadə etdiyini, evində iki gözlü qaz sobası və qeyri-standart su qızdırıcısının olduğunu bildirib. Məhz cavabdehin bu etirafını nəzərə alaraq birinci instansiya məhkəməsi qazdan sayğacdan kənar istifadəyə görə iddianı qismən təmin etmişdir. İddiaç ı tərəf sayğacdan kənar istifadənin həcminə dair məhkəməyə mötəbər sübut təqdim etməsə də, birinci instansiya məhkəməsinin təmin etdiyi məbləğ iddiaçının mənafeyinə kifayət qədər uyğun olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının göstərdiyi hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə, hansısa şəxsin ona vurduğu maddi ziyan həcmini müəyyən etmək mümkünsüzdür. Çünki cavabdehin qeyd olunan məbləğdə iddiaçıya zərər vurması inandırıcı və ağlabatan görünmür. İddiaçı cavabdehin sayğac vasitəsilə əvvəlki dövrlər üzrə istehlak etdiyi qazın həcminə dair də məhkəməyə sübut təqdim etməyib. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “İ stehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə daha böyük məbləğdə ziyan vurmuşdursa, iddiaçı “daha böyük məbləğdə zərərə” və onun hesablanması qaydasına dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki bu halları sübut etmək yükü onun üzərinə düşür. İddiaçı isə bu barədə yalnız iki akt və qanunvericiliyin tələbinə uyğun olmayan hesablama qaydasını əks etdirən tələbnamə təqdim etmişdir. Bu cür sənədlər isə mötəbər hesab edilə və iddianın tam təmin edilməsi üçün əsas ola bilməzdi. Belə ki, cavabdeh də törətdiyi mülki hüquq pozuntusu həcmində məsuliyyət daşımalıdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 425.1, 442, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mül ki kollegiyasının 2(102)-212/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4926/2023 nömrəli iş üzrə 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

30. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - işə birinci instansiyada baxan məhkəmə cavabdehin sayğacdan kənar xəttə qoşulmaqla qazdan istifadə etməsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləğini müəyyən edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.7-ci bəndinin düzgün təfsir etməmiş, əsassız olaraq cavabdeh tərəfi ndən hüquq pozuntusu törədildiyi tarixdən yalnız son altı ay üçün qaz sərfiyyatı nəzərə almaqda səhvə yol vermişdir; - apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi "Qazdan istifadə Qaydaları"nın delikt törədilən zaman qüvvədə olmuş 2.7-ci bəndinə görə istehlakçını 5 iş günü əvvəl məlumatlanlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsi təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsinin təmin olunması qazpaylayıcı hüquqi şəxs olan İddiaçı tərəfindən deyil, dövlət orqanları olan Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin nümayəndələri tərəfindən təmin olunmalıdır. Həmin normada paylayıcı İddiaçıa aid olan hər hansı bir vəzifə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələblərinə əsasən paylayıcı kimi İddiaçıın vəzifəsi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək, enerji daşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını almaq, vurulmuş ziyanı tələb etmək və s-dən ibarətdir; - bununla da, birinci instansiya məhkəməsi maddi hüquq normasını işə düzgün təfsir və tətbiq etməmiş, apellyasiya instansiyası məhkəməsi də həmin səhvi təkrarlamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(103)-2418/2024 nömrəli qətnaməsi ilə İddiaçı İB-in apellyasiy a şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2503/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsinin “iddia tələbinin maddi ziyanın təmin edilməməsi” hissəsində ləğv olunmuş, Cavabdeh 1790,21 manat pul məbləğində maddi zərərin alınaraq İddiaçınə ödənilməsi qət edilmiş, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)

32. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab etməyərək göstərmişdir ki, məhkəmə iddiaçıya dəymiş zərərin məbləğini müəyyən edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.7-ci bəndini d üzgün təfsir etməmiş, əsassız olaraq cavabdeh tərəfindən hüquq pozuntusu törədildiyi tarixdən yalnız son altı ay üçün qaz sərfiyyatı nəzərə almaqda səhvə yol vermişdir.

33. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh məhkəməyə verdiyi yazılı ərizədə qazdan qanunsuz istifadə etdiyini etiraf etdiyinə görə iddiaçı artıq bu faktı sübut etmək vəzifəsindən azaddır, lakin qanunsuz istifadə edilmiş qazın həcmi ilə bağlı iddiaçının hesablaması da düzgün deyildir.

34. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehə məxsus qaz qurğularının sayı iddia tələbində göstərildiyi kimi, 4 ədəd deyil, cəmi iki ədəddir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barəd ə müqavilə"nin 4.3-cü bəndində "İstehlakçının qaz qurğuları haqqında məlumat" qrafasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsi göstərilmişdir. Cavabdeh məhkəməyə verdiyi ərizədə isə qaz plitəsi ilə yanaşı, hamamda samovardan (qeyri-standart su qızdırıcısı) da istifadə etdiyini etiraf etmişdir. İddiaçının hesablamalarda istinad etdiyi dəmir sobanın və İran sobasının mövcudluğu barədə isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

35. Apellyasiya instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, maddi ziyanın hesablanmasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsində və 1 ədəd qeyristandart su qızdırıcısında sərf edilmiş qazın dəyəri nəzərə alınmalıdır. İddiaçının təqdim etdiyi dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz plitəsinin qaz sərfi 1,2 kub.m/saat, qeyri-standart su qızdırıcısının qaz sərfi isə 3 kub.m/saatdır. Beləliklə, 1 ədəd 4 gözlü qaz plitəsinin və 1 ədəd qeyri-standart su qızdırıcısının birlikdə (1,2=3 kub) maksimal saatlıq qaz sərfi 4,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, cəmi 36288 kub.m. qazın qanunsuz istifadə olunduğu müəyyən edilir. Hər kub.m qazın dəyəri 0,12 manat olmaqla bunun dəyəri 4354 manat təşkil edir.

36. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci istansiyası məhkəməsi tərəfindən iddia tələbi yoxlanılan hissədə qismən, yəni cavabdehdən 2564,35 manat məbləğində zərərin tutulması hissəsində təmin edildiyindən, hazırkı halda iddia tələbi 4354,56 manat məbləğin çatışmayan fərqi hissəsində, yəni 1790,21 manat hissəsində təmin edilməli, qətnamə yoxlanılan qalan hissə də dəyişdirilmədən saxlanılmalıdır

37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 425.1, 442, 1096.1, 1096.2, 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 6-cı maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hüquq normalarını düzgün tətbiq e tməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. İddiaçıın əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (tələbnamə, fotoşəkillər, abonent saldosu) cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçıın əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, akt tərtib olunarkən çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar cavabdeh tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödəni lməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçıya maddi zərərin vurulması halı ilə bağlı mötəbər sübutlar iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosu və GASREP çıxarışından da məlum olur ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktların tərtib olunduğu dövrdə cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə ödəniş edilməmiş dir. Bu hal da sübut edir ki, göstərilən dövrdə cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. İddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda, həmçinin cavabdeh tərəfin öz etirazları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti qismən təmin etmişdir. Apellyasiya instansiya məhkəməsi sübutların, faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktları apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edildiyi üçün iddiaçıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür. Mad də 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsin ə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzər ə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. (əvvəlki redaksiyada).Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşk ar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün kollegiya qətnaməni həmin hissədə yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

46. İddia tələbi 9.547,20 manat zərərin, 1159 manat debitor borcun tutulması barədədir. barədədir. 1159 manat debitor borcu hissəsində iddia tam təmin edildiyi üçün həmin hissə mübahisə predmeti deyil, mübahisə 9.547,20 manat zərərə aid iddianın təmin edilməyən hissəsi ilə bağlıdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin hissədə iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırkı iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarlarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

48. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

49. Kassasiya şikayətinin dəlilləri İddiaçıın əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlarla (tələbnamə, fotoşəkillər, abonent saldosu) cavabdeh tərəfindən İddiaçıa vurulmuş zərərin sübut edildiyi halda, iddianın qismən təmin edilməsi barədədir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdeh tərəfindən Birliyə vurulmuş zərərin sübut edilməsi ilə bağlı məsələ, ümumiyyətlə, müzakirə predmeti deyil. Çünki məhkəmələr cavabdehin zərər vurmasının sübuta yetirilməsini müəyyən etmişlər və iddia da məhz buna görə zərər hissəsində qismən təmin edilib. Buna görə də bu hissədə şikayətin dəlilləri əsaslı sayıla bilməz.

51. Bundan əlavə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarlarında şərh edilən göstərişlərə uyğun olaraq zərərin hesablanmasında hesabat dövrünü 360 gün götürməklə zərərin məbləğini 360 günə münasibətdə müəyyən edərək, cavabdehdən tutulmalı məbləği artırmışdır.

52. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmas ına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

53. Bu baxımdan, zərərin həcminin müəyyənləşdirilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm də Mülki Məcəllənin 21.3-cü maddəsinin tələblərinə də uyğun olmuşdur.

54. Cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktları apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edildiyi üçün iddiaçıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək məqsədilə ekspertiza təyin edilməli olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində belə bir dəlil irəli sürməmiş, apellyasiya baxışında da iştirak etməklə bu barədə vəsatət də verməmişdir.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2418/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar