Məhkəmə qərarları › İş №2(102)-2861/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2861/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2861/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və digərlərinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2025-ci il tarixli, 2(105)487/2025 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti üzrə işə 6 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 11 may 2019-cu il tarixli əlyazma ilə yazılmış öhdəliyin qəbul edilməsinə dair qəbzə əsasən, Cavabdeh İddiaçı2 4800 ABŞ dolları və 3900 ABŞ dolları miqdarında şəxsi əşyaları götürdüyünü, borcunu iyunun axırınadək ödəyəcəyinə söz vermiş və qəbzi X4, İddiaçı1 və Cavabdeh imzalamışlar. 2. 05 iyul 2019-cu il tarixli əlyazma ilə yazılmış öhdəliyin qəbul edilməsinə dair qəbzə əsasən, Cavabdeh həyat yoldaşı X1 iştirakı ilə İddiaçı1 15.600 ABŞ dolları dəyərində qızılları almış, pulunu avqust ayının axırında tam ödəyəcəyinə söz vermişdir.

3. Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayon Pİ-nin İŞ-nin 08 mart 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə X1 əməlində Azərbaycan Respublikası CM-nin 178 maddəsinin tərkibi olmadığından, barəsində toplanmış ma terial üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.

4. Cavabdeh Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə vermiş olduğu izahatına əsasən İddiaçı1 bir neçə dəfəyə 15.600 ABŞ dolları dəyərində qızıl-zinyət əşyalarını nisyə götürdüyünü, həmin qızılların dəyərindən 7.600 ABŞ dolları ödədiyini, 7.900 ABŞ dolları borcu qaldığını etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra- iddiaçılar) Cavabdeh (bundan sonracavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.700 ABŞ dollarının alınaraq İddiaçı2 və 15.600 ABŞ dollarının alınaraq İddiaçı1 Bahadur qızına verilməsi b arədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh həyat yoldaşı X4 ilə 36 il Bakı şəhəri, Statistika Komitəsində bir yerdə işləmişlər. Bacı qardaş kimi olmuşlar, ailəvi gediş gəlişləri olub, bu səbəbdən də onun yoldaşı Cavabdeh ilə də yaxın olmuşlar. Buna görə onları öz ailəsi (bacısı, yoldaşı) ilə tanış etmişdir. Bır neçə dəfə onlar (Məmmədov ailəsi) ondan qızıl götürüb satıb pulunu qaytarmışlar. 11 may 2019-cu ildə Cavabdeh bacısı İddiaçı2 8.700 ABŞ dolları məbləğində qızıl zinət əşyası götürmüş və 2019-cu ilin iyun ayının axırına kimi qaytaracağını öz öhdəsinə götürmüşdür. 05 iyul 2019-cu il tarixdə də Cavabdeh Bakı şəhəri, Bakı şəhəri, Biləcəri qəsəbəsi, “Army’ marketin yanında, İddiaçı1 15.600 ABŞ dolları məbləğində qızıl zi nət əşyaları götürmüşdür, lakin bu günə qədər nə İddiaçı2, nə də ki, İddiaçı1 qızıl zinət əşyalarını, nə də pulunu qaytarmamışdır. Belə ki, onlara məlum olmuşdur ki, Məmmədovlar ailəsinin niyyəti onlara məxsus əmlakı ələ keçirmək imiş. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş etmişlər.

7. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(012)-4179/2024 saylı qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia ərizəsinin təmin edilərək, cavabdehdən 15.600 ABŞ dolları dəyərində qızılın alınaraq İddiaçı1 və 8.700 ABŞ dolları məbləğində qızılın alınaraq İddiaçı2 verilməsi qət edilmişdir.

8. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdeh iddiaçılara nisyə aldığı qızılların dəyəri olan 15.600 ABŞ dolları və 8.700 ABŞ dolları pulu qaytarmamışdır. Belə olan halda iddiaçılar cavab dehdən qeyd edilən məbləğlərdə qızıl əşyasını tələb etməkdə haqlıdırlar.

9. Həmçinin məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tələb edilən qızıl əşyalarının hansı əyarda və çəkidə olması müəyyənləşmədiyindən, həmin qızıl əşyalarının tərəflər arasında razılaşdırılmış dəyərdə cavabdehdən tutulması məqsədəmüvafiqdir.

10. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi nisyə-alqı satqı müqaviləsinin predmetinin qaytarılması ilə bağlı olduğundan bu tələblərə iddia müddəti tətbiq oluna bilməz.

11. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdehdən 15.600 ABŞ dolları dəyərində qızıl alınaraq İddiaçı1 Bahadur qızına və 8.700 ABŞ dolları məbləğində qızıl alınaraq İddiaçı2 qaytarılmalıdır

12. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 590.2, 600-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1, 88.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını və işə baxan hakim barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar 8.700 ABŞ dollarının alınaraq İddiaçı1 Bahadur qızına, verilməsini, 15.600 ABŞ dollarının alınaraq İddiaçı2 verilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırmışlar ki, 11 may 2019-cu il tarixdə İddiaçı2 cavabdehə 8.700 ABŞ dolları məbləğind ə nisyə olaraq qızılzinyət əşyaları vermiş və 2019-cu ilin iyun ayının axırına kimi həmin məbləği qaytarmağı üzərinə götürmüşdür. Digər iddiaçı X2 isə 05 iyul 2019-cu il tarixdə cavabdehə Bakı şəhəri, Biləcəri qəsəbəsi, “Army” marketinin yanında 15.600 ABŞ dolları məbləğində qızılzinyət əşyaları vermiş, amma o, guya onun pulunu qaytarmamışdır. Mülki iş materiallarında olan 05 iyul 2019-cu il tarixli əl-yazma ilə yazılmış öhdəliyin qəbul edilməsinə dair qəbzlə o, həyat yoldaşı X1 iştirakı ilə İddiaçı1 Bahadur qızından 15.600 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları almış, pulunu avqust ayının axırında tam ödəyəcəyinə söz vermişdir. Mülki iş materiallarında olan 11 may 2019-cu il tarixli əlyazma ilə yazılmış öhdəliyin qəbul edilməsinə dair qəbzlə İddiaçı2 4.800 ABŞ dolları və 3.900 ABŞ dol ları miqdarında şəxsi əşyalar almış, borcunu iyun ayının axırınadək ödəyəcəyini söz vermişdir. Həmçinin cavabdeh, hazırkı mülki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair Mülki Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəmə onun bu ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi guya nisyə alqı-satqı müqaviləsinin predmetinin qaytarılması ilə bağlı olduğundan, bu münasibətlərə iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə bir tərəfdən qeyd etmişdir ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququ müdafiəsi üçün müddət iddia müddəti sayılır. Digər tərəfdən isə mə hkəmə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad edərək, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri özüdə bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. Məhkəmə qəbul etdiyi qətnamədə mübahisəyə aid olmayan Mülki Məcəllənin 600.4 və 590.2-ci maddələrinin tələblərini tətbiq edərək, MPM-in 149.2.2-ci maddəsinə riayət edilməməsinə görə bu Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qaydada iddia ərizəsini geri qaytarmadığına görə, habelə Mülki Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiadan imtina edilməsi barədə qərar qəbul etmədiyindən qətnamə ləğv edilməlidir

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2025-ci il tarixli, 2(105) -487/2025 saylı qətnaməsi ilə (hakimlər Aygün Süleymanova sədrlik edən, məruzəçi, Lalə Rəhimli və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(012)-4179/2024 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur.

16. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak e dən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iddianı düzgün olmayaraq təmin etmişdir.

17. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qızılın alqı-satqısına dair tərəflər arasında nisyə alqı-satqı münasibətləri yaranmış və cavabdeh iddiaçılardan nisyə aldığı qızılların dəyəri olan 15600 ABŞ dollarını və 8700 ABŞ dollarını qaytarmamışdır. Belə olan halda iddiaçılar cavabdehdən qeyd edilən məbləğlərdə qızıl əşyasını tələb etməkdə haqlı olmuşlar. Həmçinin məhkəmə araşdırması zamanı tələb edilən qızıl əşyalarının hansı əyarda və çəkidə olması müəyyənləşmədiyindən, həmin qızıl əşyalarının tərəflər arasında razılaşdırılmış dəyərdə cavabdehdən tutulması məqsədəmüvafiqdir.

18. Birinci instansiya məhkəməsi, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ər izəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi nisyə-alqı satqı müqaviləsinin predmetinin qaytarılması ilə bağlı olduğundan, bu münasibətlərə iddia müddəti tətbiq oluna bilməz.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında nisyə-alqı satqı müqaviləsi üzrə hüquq münasibətlərinin yaranmasına dair düzgün qiymətləndirmə aparsa da, nisyə-alqı satqı münasibətləri üzrə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddia müddətinin tətbiq edilməməsinə dair mövqeyi əsaslı və qanuni olmamışdır.

20. Məhkəmə kollegiyasının araşdırmasına əsasən, cavabdeh İddiaçı2 4800 ABŞ dolları və 3900 ABŞ dolları dəyərində, digər İddiaçı1 Bahadur qızından 15600 ABŞ dolları dəyərində qızıl-zinyət əşyalarını nisyə alqı-satqı əsasında almış, bu barədə tərəflər arasında yazı lı qəbz tərtib edilmiş, cavabdeh qızıl-zinət əşyalarının dəyərini İddiaçı2 2019cu ilin avqust ayında, İddiaçı1 isə 2019-cu ilin iyun ayının axırınadək qaytaracağına dair öhdəlik götürmüşdür. Alqı-satqı predmeti olan əşyaların dəyərinin 2019-cu ilin iyun ayında qaytarılması barədə tərəflər arasında razılaşmanın olması iddiaçı tərəfindən iddia ərizəsinin məzmununda da göstərilmişdir.

21. Məhkəmə kollegiyası işin faktiki hallarını qiymətləndirərək qeyd etmişdir ki, araşdırılan mübahisə üzrə 3 illik iddia müddəti ötürülmüşdür.

22. Belə ki, iddiaçıların müvafiq olaraq 2019-cu ilin iyun və avqust aylarından etibarən tələb hüquqları yaranmasına baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə 18 iyul 2024-cü il tarixdə müraciət etməklə üç illik iddia müddətini ötürmüşlər.

23. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 367.1, 372.1, 372.2, 373.2, 374.1, 375.1, 375.2, 600.1, 600.4-cü, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. İddiaçılar (Vəkil) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

25. Kassasiya şikayətləri eyni məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, işin məhkəmə baxışına hazırlığı zamanı məhkəmə tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, məhkəmə işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. 2020-ci ilin iyul ayında cavabdeh tərəfindən 1.000 manat ödənilmiş və ödənişin aparılması cavabdehin üzərinə düşən öhdəliklərini qismən də olsa yerinə yetirlməsi faktını sübüuta yetirmiş və iddiaçı tərərfindən hüquqlarının pozulmamasına əsas yaratmış və ödənişin aparılması ilə müddətin axımı dayandırılmışdır. Lakin bununla belə borcla bağlı ödənişin aparılması halları müəyyən olunsa da, sonrakı danışıqlarda cavabdeh qalan məbləği yaxın zamanlarda ödəməmək kimi fikrinin olduğunu müəyyən etdikdən sonra pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə iddiaçılar əvvəl Bakı şəhəri, Binəqədi rayon Pİ-in 6-cı PB-nə şikayət ərizəsilə müraciət etmiş və həmin bölmənin tədqiqatçısı tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. 24 sentyabr 2021 -ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon prokuroru tərəfindən həmin qərar ləğv olunaraq, material yenidən araşdırma aparılması ücün 6-cı PB-nə göndərilmişdir. 23 oktyabr 2021-ci il tarixdə həmin bölmənin tədqiqatşısı tərəfindən yenidən cinayət işinin başlanması rədd olunmuşdur. 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon prokuroru tərəfindən həmin qərar ləğv olunaraq, material yenidən araşdırma aparılması ücün Bakı şəhəri, Binəqədi rayo n Pİ -nin İŞ- nə göndərilmişdir. 22 mart 2022 -ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon Pİ-in İŞ- in müstəntiqi tərəfindən yenidən cinayət işinin başlanması rədd olunmuşdur. 23 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon Pİ -in İŞ-in müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı təkrarən Bakı şəhəri, Binəqədi rayon prokuroru tərəfindən ləğv olunaraq, material yenidən araşdırılması üsün Bakı şəhəri, Binəqədi rayon Pİ -in İŞ- nə göndərilmişdir. 08 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayon Pİ-in İŞ-in müstəntiqi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qəbul edilmişdir. 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayon prokuroru tərəfindən həmin qərar ləğv olunaraq, material yenidən araş dırılması üçün Bakı şəhəri, Binəqədi rayon Pİ -in İŞ- nə göndərilmişdir. 11 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayon Pİ –in İŞ-nin müstəntiqi tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Kassator, əlavə olaraq qeyd etmişdir ki, 2023-cü ilin noyabr ayında hüququnun pozulduğunu öyrənmiş və dərhal bundan sonra da məhkəməyə müraciət etmişdir. Belə olan halda iddia müddətinin başlanğıcı 2023-cü ilin noyabr ayından hesablanmalıdır və bu qaydada hesablama aparılsa iddia müddəti ötürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının ilkin və sonuncu istintaq orqanına müraciəti üzrə müvafiq araşdırma 2021-ci ildən 11 noyabr 2023-cü il tarixədək yekunlaşdığından, o, hüququnun pozulduğunu həmin tarixdən bilmişdir. Belə ki, araşdırma üzr ə sonda cinayət işinin rədd edilməsi qərara alınmış və bu barədə iddiaçıya mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı, 2025-ciilin iyun ayında hazırkı iddia ilə məhkəmə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

29. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

30. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

31. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

32. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

33. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

34. Maddə 600.1. Alğı-satqı müqavil əsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

35. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. İddiaçıların ayrı-ayrılıqda verdikləri kas sasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçıların kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçılar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tə ləblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. 46.Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etməmiş, iş üzrə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış və tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş və iddianı düzgün olmayaraq təmin etmişdir.

47. Belə ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısına dair münasibətlər yaranmış və cavabdeh iddiaçılardan nisyə aldığı əşyaların də yəri olan 15.600 ABŞ dollarını və 8.700 ABŞ dollarını qaytarmamışdır. Belə olan halda iddiaçılar cavabdehdən nisyə satdıqları əşyaların dəyərini ondan geri tələb etməkdə haqlı olmuşlar.

48. Birinci instansiya məhkəməsi iddia tələblərini təmin edərək qeyd etmişdir ki, cavabdeh nisyə aldığı əşyaların dəyərini iddiaçıların tələbinə əsasən onlara geri qaytarmağa borcludur.

49. Birinci instansiya məhkəməsi həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi nisyə-alqı satqı müqaviləsinin predmetinin qaytarılması ilə bağlı olduğundan, bu münasibətlərə iddia müddəti tətbiq oluna bilməz.

50. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəm əsi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi üzrə münasibətlərin yaranmasına dair düzgün qiymətləndirmə aparsa da, nisyə alqı-satqı münasibətləri üzrə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddia müddətinin tətbiq edilməməsinə dair mövqeyi əsaslı və qanuni olmamışdır.

51. Belə ki, məhkəmə araşdırmasına görə, cavabdeh İddiaçı2 4.800 ABŞ dolları və 3.900 ABŞ dolları dəyərində, digər İddiaçı1 Bahadur qızından 15.600 ABŞ dolları dəyərində qızıl-zinyət əşyalarını nisyə alqı-satqı əsasında almış, bu barədə tərəflər arasında yazılı qəbz tərtib edilmiş, cavabdeh qızıl-zinət əşyalarının dəyərini İddiaçı2 2019cu ilin avqust ayının, İddiaçı1 isə 2019-cu ilin iyun ayının sonlarınadək qaytaracağına dair öhdəlik götürmüşdür. Alqı-satqı predmeti olan əşyaların dəyərinin 2019-cu ilin iyun, avqu st aylarının sonlarınadək qaytarılacağı barədə tərəflər arasında razılaşmanın olması iddiaçı tərəfindən iddia ərizəsinin məzmununda da göstərilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş faktiki hallarını qiymətləndirərək qeyd etmişdir ki, araşdırılan mübahisə üzrə iddiaçılar tərəfindən üç illik iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçıların müvafiq olaraq 2019-cu ilin iyun və avqust aylarından etibarən tələb hüquqları yaranmasına baxmayaraq, onlar hazırkı iddia ərizəsi ilə məhkəməyə 18 iyul 2024-cü il tarixdə müraciət etməklə üç illik iddia müddətini ötürmüşlər.

53. Kassasiya instansiyası məhkəməsi, iddiaçıların eyni məzmunlu kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Mülki Məcəllənin 380-cı maddəsində iddia müddətinin axımının kəs ilməsindən bəhs olunur və həmin Məcəllənin 380.1-ci maddəsinin mənasına görə, iddia müddətinin axımı o halda kəsilir ki, şəxs müəyyənləşdirilmiş qaydada borcluya qarşı məhkəmədə iddia qaldırsın və ya borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etsin.

54. Hazırkı işdə, cavabdehin 2019-cu ilin iyun, avqust aylarından ötən üç illik iddia müddət ərzində iddia müddətinin axımını kəsən hərəkətlər etməsini özündə ehtiva edən heç bir sübut yoxdur və nisyə satılmış əşyaların dəyərini ödəməməsi ilə bağlı iddiaçıların cavabdehin hərəktələrindən istintaq orqanına çoxsaylı şikayətlər etmələri isə iddia müddətinin axımını kəsmir.

55. Eyni zamanda qeyd olunmalıdır ki, istinad olunan maddədə göstərilən halların yalnız iddia müddəti bitmədən baş verməsi iddia müddətinin axımını kəsə bilər. Əgər b u hallar baş verənədək artıq iddia müddəti keçibsə, həmin müddətin kəsilməsindən söhbət gedə bilməz.

56. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yu xarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2025-ci il tarixli, 2(105)-487/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar